Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-430/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Vəkil2 oğlunun, qarşılıqlı iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı girov müqaviləsinin ləğv edilməsi, avtomobilərin girovdan azad edilməsi barədə» ilkin, ləğv prosesində olan Cavabdeh ASC-nin isə İddiaçı qarşı «kredit borcun tutulması və tutmanın girov qoyulmuş avtomobillərə yönəldilməsi tələbinə dair» qarşılıqlı - iddiaları üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82) 581/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsindən qarşılıqlı tiddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddiaərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli 14.09.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi; -girovda olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-***, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90- RG- 433 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RG-*** dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsinə dair - qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında 2012-ci ilin sentyabr ayında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 780 300 manat kredit verilmişdir. İddiaçı müqavilə öhdəliklərini tam icra etmiş, sonuncu ödənişini 2017-ci ilin yanvar ayında aparmaqla ümumilikdə, banka 999.558,50 manat məbləğində pul ödəmiş, bununla da bank qarşısında öhdəliklərinin icrasını yekunlaşmışdır. Lakin cavabdeh tərəf onun əmlaklarının girovdan azad olunması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məktub göndərməli olduğu halda, bunu icra etməmiş, iddiaçının müraciətinə 28 yanvar 2019-cu il tarixdə ünvanladığı məktubunda, guya, iddiaçının banka 285.427,30 manat qalıq borcu olduğunu göstərmişdir. Halbuki, iddiaçının 999558,50 manat ödənişi Cavabdeh ASC-nin özünün təqdim etdiyi hesabdan çıxarışla tam təsdiq olunur. Belə olan halda iddiaçıya əlavə borcun hesablanması tamamilə qanunsuzdur. Eyni zamanda, ləğv prosesində olan Cavabdeh ASC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli, 14.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 23 aprel 2019-cu il tarixinə yaranmış: -əsas borc üzrə 182024.41 manat; - faiz borcu üzrə 23.402.44 manat; - cərimə borcu üzrə 67.585.02 manat; - kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 17670.72 manat illik beş faiz - cəmi, 290.682.59 manat borcun; - ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması və ; -tutmanın girova yönəldilməsi barədə - qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Qarşılıqlı iddianın əsaslarına görə tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli 14.09.2012-cl il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 56 ay müddətinə, illik 20 faizlə 56 ay müddətinə 780.300,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 31 İP/F20-12 nömrəli, 14.09.2012-ci il tarixli girov müqaviləsi bağlanaraq İddiaçı məxsus 17 ədəd - 2012-ci il buraxılışlı, “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusları banka girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, 23 aprel 2019-cu il tarixinə banka əsas borc üzrə 182.024,41 manat əsas borc, faiz borcu üzrə 23.402.44 manat, cərimə 67.585.02 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 17670.72manat illik beş faiz, cəmi 290.682.59 manat borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsi ilə ikin iddia qismən təmin edilmiş: -tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli,14.09.2012-ci tarixli girov müqaviləsi üzrə girov predmeti olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG- 363 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobusların girovuna xitam verilmiş; - ilkin iddia tələbi qalan hissəsində, eləcə də, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qarşılıqlı iddiaçı ləğv prosesində olan Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarılmış, gəldiyi nəticə işin hallarına uyğun deyil. Məhkəmə ilkin iddianı əsalandırıb, qarşılıqlı iddianı rədd edrkən bankın maliyyə arayışına, hesabdan çıxarışlara qiymət verməmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində iddiaçı tərəfindən verilmiş izahata əsaslanmış, iddiaçının bank qarşısında 999.558,50 manat ödəyərək heç bir borcunun olmaması barədə izahatını əsas götürərək banka heç bir borcunun olmaması qənaətinə gəlmiş, girv predmeti olan avtobusları girovdan azad etmişdir. Lakin bankın maliyyə arayışlarında və hesabdan çıxarışlarda açıq-aşkar cavabdehin banka 285.427,30 manat qalıq borcunun olduğu gəstərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən, Cavabdeh ASC-nin səhmdarı X4, onun vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Daha sonra, iddiaçının həyat yoldaşı X3 məhkəməyə ərizə ilə müraciət edərək, 09.09.2019 -cu il tarixində iddiaçının vəfat etdiyini bildirərək, iddiaçının prosessual hüquq varisi kimi işə cəlb olunmasını məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən onun ərizəsi təmin edilmişdir (15 yanvar 2020-ci il tarixli məhkəmə iclas protokolu) Daha sonra, üçüncü şəxs S.Məmmədov vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə mühastbatlıq-eksperttizasının təyin edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında kredit müqaviləsi üzrə əsas, faiz və məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək mübahisəli kredit müqaviləsi üzrə əsas, faiz, cərimə borcunun, habelə, həmin borcun kredit alan ı tərəfindən tam ödənilməsinin və kredit müqaviləsinin icra müddətində faiz borcunun miqdarının müəyyənləşdirilməsi barədə suallar qoyulmıqa, ekspertizanın aparılması AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən həmin qərardad icra olunaraq 5116 saylı 28.03.2020-ci il tarixli rəy verilmiş və həmin rəydə ekspertin gəldiyi nəticəyə görə İddiaçı kredit müqaviləsi üzrə əsas borcu 173.142,96 manat, müqavilə müddəti bittdiyi tarixə faiz borcu 15.660,96 manat təşkil etdiyi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-23/2020 saylı 05.08.2020-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş: - ilkin iddia rədd edilmiş; - qarşılıqlı iddia qismən təmin edilmiş və Cavabdeh ASC ilə fərdi sahibkar İddiaçı arasında 14 sentyabr 2012-ci il tarixli 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumu İddiaçı vərəsəsi kimi ona keçən miras həddində X1 tutulması və tutmanın 14 sentyabr 2012-ci il tarixli 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 17 ədəd “İSUSU ECOBUS” markalı avtobuslara yönəldilməsi, qalan hissədə isə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. İlkin iddiaçının hüquqi varisi Aynurə Kazımova həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 29/21 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün göndərilmişdir. Ali Məhkəmə həmin qərarında aşağıdakıları qeyd etmişdir: “...Qətnamənin ləğv prosesində olan Cavabdeh ASC-nin səhmdarı Sənan Məmmədovun qanunla müəyyən edilmiş hüquq və vəzifələrin toxunmadığı halda, onun məhkəmə icraatına 357.2-ci maddəsinin tələblərin zidd olmuşdur. İşə cəlb edilməsi qanunsuz olduğundan onun tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş sübutun qəbul edilməsi də qeyd olunan prosessual qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. MPM-in 76.1,76.2 və 89-cu maddələrinin tələblərindən göründüyü kimi, məzhkəmənin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin yazılı sübutlar aiddir. Yayazılı sübutlara dair müəyyən edilmiş tələblər –onların və ya əslinin və yaxud ntoarial qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması zəruridir.dən göründüyü kimi, sübutların ya əslinin və yaxud notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması zəruridir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi təqdim edilməmiş kredit müqaviləsini MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və onun əsasında qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir... Apellyasiya məhkəməsi tərəfindən göstərilmiş prosessual pozuntular aradan qaldırılmaqla, apellyasiya şikayətinin dəlillərinə qiymət verməlidir...” İşə təkrar apellyasiya qaydasında baxılarkən, məhkəmənin 29.04.2021-ci il tarixə təyin olnmuş birinci iclasında, ilkin apellyasiya mərhələsində üçüncü şəxs qismində cəlb olunmuş bankın səhmdarı X4 proses iştirakçılığından çıxarılmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Eltac Hüseynli apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, eyni zamanda, tərəflər arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 31AV/F20-12 saylı kredit müqaviləsini tapa bilmədiklərini qeyd edərək, hər bir halda, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin İddiaçı nümayəndəsi Vəkil2 bankın apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, kredit müqaviləsi tapılmadığı halda, illik faizin 20 faizlə borc hesablanmasını əsassız hesab etmiş və İddiaçı 780.300,00 manat kredit qarşılığında, banka 999.558,50 manat pul ödənildiyini iddia edərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmiş.dır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsələri dinləyib, Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlər MPM-in 420-ci maddəsinin tələbləri qaydasında nəzərə alınmaqla, iş materiallarını yenidən araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, tərəflər arasında 2012-ci ilin sentyabr ayında kredit müqaviləsi bağlandığı və Cavabdeh ASC tərəfindən ilkin iddiaçı E.EKazımova 780.300,00 manat məbələğində təminatlı kredit verildiyi işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən tərəflər kredit müqaviləsinin əsli məhkəməyə təqdim edə bilməmiş, məhkəməyə yalnız ilkin iddiaçıya məxsus ümumi dəyəri 918.000,00 manat məbləğində olan, 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusların Cavabdeh ASC qarşısında yüklülüyinə dair bağlanmış 14.09.2012-ci il tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi təqdim olunmuşdur. İşdən görünür ki, ilkin iddiaçının (nümayəndəsinin) vəsatətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən bankın ləğvedicisinə sorğu verilsə də, kreditin verilməsinə əasən olan kredit müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, hazırkı apellyasiya mərhələsində də məhkəmənin müvafiq təklifinə baxmayaraq, qarşılıqlı iddiaçı istinad etdiyi 31AV/F20-12 nömrəli, 14.09.2012-cl il tarixli kredit müqaviləsinin əslini tapa bilmədiyini bildirmişdir. Bundan əvvəlki apellyasiya mərhələsində üçüncü şəxs qismində işə cəlb olunmuş səhmdar S.Məmmədovun məhkəməyə təqdim etdiyi kredit müqaviləsinə gəldikdə isə, həmin müqavilədə olan məlumatların - Ali Məhkəmənin qeyd olunan qərarında qeyd etdiyi kimi, birincisi,S.Məmmədovun üçüncü şəxs qismində işə cəlb olunmasının MPM-in 357.2-ci maddəsinin tələblərinə zidd olması, ikincisi də həmin sübutun həmin Məcəllənin 76-cı və 89-cu maddəslərinin tələblərinə uyğun qaydada əldə olunmaması baxımından, sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qəqbul edilməsi istisna olunur. Ən azından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddənin imperativ tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qarşılıqlı iddiaçının (bankın) apellyasiya şikayətindən isə görünür ki, məhkəməyə təqdim etdiyi maliyyə arayışlarında və hesabdan çıxarışlarında İddiaçı banka 285.427,30 manat qalıq borcu olduğunu mübahisələndirir. Birincisi, kredit müqaviləsinin əslini məhkəməyə təqdim edilmədiyi, bununla da kreditin hansı faizlə verildiyi sübuta yetirilmədiyi halda, İddiaçı qalıq borcunun bankın birtərəfli qaydada tərtib olunmuş öz maliyyə arayışına və hesabdan çıxarışına istinadən 285.427,30 manat təşkil etməsini mötəbər məlumat kimi qiymətləndirilə bilməz. İkincisi, qeyd olunan həmin əsaslara görə həm də, ilkin apellyasiya mərhələsində Məhkəmə Ekspertizası Mərkəzinin 5116 saylı 28.03.2020-ci il tarixli rəyində ekspertin gəldiyi nəticəyə (İddiaçı kredit müqaviləsi üzrə əsas borcunun 173.142,96 manat, faiz borcunun 15.660,96 manat təşkil etməsinə) də əsaslanaraq, mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qəbul olunması istisna olunur. Bununla yanaşı iş materiallarına əsasən müəyyən olunur ki, ləğv prosesində olan bankın birinci instansiya məhkəməsinin sorğusuna ünvanladğı 30 may 2019-cu il tarixli **********516 nömrəli cavab məktubunda məhkəməyə bildirilmişdir ki, kredit alan İddiaçı tərəfindən banka 18.09.2012-ci il tarixdən 11.02.2017-ci il tarixədək olan dövr ərzində, ümumilikdə, 995.237,52 manat ödəniş edilmişdir. Beləlklə də ilkin İddiaçı mübahisəli kredit müqaviləsi üzrə banka 999.558,50 manat ödənişinə dair ödəmə sənədləri məhkəməyə təqdim etməsə də, hər bir halda, bank məhkəməyə ünvanladığı 30 may 2019-cu il tarixli məktubunda İddiaçı tərəfindən banka kredit borcundan 995.237,52 manat məbləğində ödənildiyini etiraf edir. Bu baxımdan, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə İddiaçı ödənişinin 995.237,52 manat məbləğində olmasını mötəbər məlumat kimi qiymətləndirir. Belə olan halda, yəni, İddiaçı 995.237.52 manat məbləğində ödənişinin bankdan aldığı 780.300,00 manat kreditdən, həm də, girov müqaviləsinin predmetinin (avtobusların) 918.000,00 manat məbləğində ümumi dəyərindən artıq olması - kredit müqaviləsinin əsli (və ya lazımi qaydada təsdiq olunmuş surəti) mövcud olmadığından illik faizin kredit müqaviləsində təsbit olunan qeyri –müəyyən olduğu halda İddiaçı qəbul edilən 995.237,52 manat məbləğində ödənişinin 780.300,00 manatı onun əsas borcuna, bundan artıq 214.937,52 (995237,52-780300) manat məbəlğində zissəsini isə onun faiz borcuna aid edilməsini işin sübutlarla müəyyən edilən halların uyğğun sayır. Bütün bunlar isə onu deməyə əsas verir ki, İddiaçı bank qarşısında mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyə onun kreditorun xyerinə lazımınca icrası nəticəsində xitam verilir. Həmin Məcəllənin 294.2-ci maddəsi isə nəzərdə tutur ki, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlardla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun olaraq - ilkin ildianı qismən təmin edilməsi və iddiaçının bank qarşısında olan girov öhdəliyinə xitam verilməsi, ilkin iddianın qalan hissədə, habelə, qarşılıqlı iddia tələbinin rədd olunması barədə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və bu baxımdan, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu, məhkəmənin gəldiyi nəticənin işin hşallarına, maddi və prosessual hüquq normalarına uyğun olmadığını mübahisələndirən dəlillərini əsassız sayaraq yekunda belə qənaətə gəlir ki, ləğv prosesində olan Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-581/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qarşılıqlı iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-430/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-430/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver