Məhkəmə qərarları › İş №2-2(103)-432/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-432/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-432/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və iddiaçının nümayəndəsi X4, cavabdeh X6 nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, X8, Cavabdeh2 MMC-nə qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 800/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh S.Nəcəfov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu cavabdehlər Cavabdeh1 MMC, X8, Cavabdeh2 MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "Cavabdeh1" MMC-dən və X5 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu tarixli kredit müqaviləsinə əsasən: - əsas borc üzrə 129,204.69 manat, faiz borcu üzrə 96,169.86 manat və cərimə borcu üzrə 125,276.81 manat, cəmi 350 651.36manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı" ASC- yə ödənilməsi; - tutmanın "Cavabdeh1" MMC-nin mülkiyyətində olan **-TG-*** dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU004064, istehsal tarixi 2009-cu il, **-TG-*** dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU003144, istehsal tarixi 2009-cu il, 10-TG- 340 dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU003252, istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi; - ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli Təminatlı kredit müqaviləsinə əsasən sərnişin daşınmada istifadə olunması məqsədi ilə üç ədəd «Daewoo» markalı (BS090) modelli avtobusların alınması üçün "Cavabdeh1 " MMC-yə illik 22 %-lə, 36 ay müddətinə 196.092,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "Cavabdeh1 " MMC-nin direktoru X8 ilə "İddiaçı" ASC arasında, Şassi № KL5UK42HEAU003144,istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı, Şassi № KL5UK42HEAU003252, istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı, Şassi № KL5UK42HEAU004064, istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı avtobusların banka girov qoyulması barədə xx xxxxxxxx 2010cu il tarixli 40K/10 №-li girov müqaviləsi bağlanmışdır. İddiaçıya məlum olmuşdurki, 10- TG- 338, **-TG-*** dövlət nömrə nişanlı avtobuslar 135 saylı marşrut üzrə **-TG-*** dövlət nömrə nişanlı avtobus isə 119 saylı marşrut kimi Bakı şəhəri ərazisində "xxxxxxxxxxxxxxx" MMC tərəfindən sərnişin daşınmasında istifadə edilir. S. Nəcəfovun bildirdiyinə görə "xxxxxxxxxxxxxxx" MMC ondan həmin avtobusları qəbul edərək kredit borcunun ödəyəcəyini bildirmişdir. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, müsbət irəliləyiş olmamış, borc tam qaytarmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, X5 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu tarixli kredit müqaviləsinə əsasən: - əsas borc üzrə 129,204.69 manat, faiz borcu üzrə 72,595.16 manat, cərimə borcu üzrə 1.292,04 manat tutularaq, ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi; - Tutmanın "Cavabdeh1" MMC-nin mülkiyyətində olan **-TG-*** dövlət nömrə Şassi № KL5UK42HEAU004064, istehsal tarixi 2009-cu il, **-TG-*** dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU003144, istehsal tarixi 2009-cu il, **-TG-*** dövlət nömrə" nişanlı Şassi № KL5UK42HEAU003252, istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi; -«Daewo» BS090 markalı, 10-TG- 338 dövlət qeydiyyat nişanlı avtobusun ilkin satış qiyməti 5000 manat, Daewo BS090 markalı, 10-TG- 339 dövlət qeydiyyat nişanlı avtobusun ilkin satış qiyməti 18.000,00 manat, Daewo BS090 markalı, 10-TG- 340 dövlət qeydiyyat nişanlı avtobusun ilkin satış qiyməti 7000 manat təyin edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi və satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması; - dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manatın 20 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC, X7, 10 manat hissəsinin iddiaçıya aid edilməsi; - iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməsi - qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Onun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin olunmayan hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-nun məhkəmə prosesində tərəf olduğu nəzərə alınmamışdır. Digər tərəfdən, yalnız ekspert rəyinə əsasən iddia tələbi faiz borcu hissəsində azaldılması qanunsuzdur. Məhkəmə tərəfindən sübutlara MPM-in 88-ci i maddəsinə müvafiq qiymət verilməmişdir. Eyni zamanda, MPM-in 103-cü maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyil. Mövcud vəziyyətdə sübutlar arasında uyğunsuzluq olduğundan məhkəmə işə baxa bilməzdi. Qətnaməsdə məhkəmə tərəfindən ekspert rəyinə daha üstün hüquqi qüvvə verilmiş, rəydə əks oluan məbləğə uyğun qətnamə qəbul edilmiş, iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamış, maliyyə arayışının hansı səbəbə görə nəzərə alınmaması əks olunmamışdır. Əgər iddiaçının təqdim etdiyi sübutlar qəbul edilmirsə, bunun səbəbləri qətnamədə əks olunmalı idi. Qətnamədə sübutlar sadəcə sadalanmış, daha sonra məcmu halında qiymət verilərək iddia tələbi qismən təmin edilmişdir. Digər tərəfdən girov predmetinə qətnamədə ilkin satış qiymətinin təyin edilməsi qanunsuzdur. Çünki, qətnamədən şikayət verilə bilər. Bu isə o deməkdir ki, qətnamənin icra edilməsi uzun müddət sürə bilər və nəticədə daşınar əmlak amortizasiyaya məruz qala bilər. Girov predmetlərinə ilkin satış qiymətinin təyin edilməsi icra mərəhələsinə aiddir. Eyni zamanda, cavabdeh S.Nəcəfov apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh S.Nəcəfovun apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən mübahisənin nəticəsi üçün əhəmiyyəti olan halları tam araşdırmamış, mübahisənin aidiyyəti üzrə subyektiv tərkibini, predmetini, xarakterini nəzərə almamışdır. İkincisi, ipoteka müqaviləsinin ləğvi ilə bağlı vəsatət versə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına müvafiq olaraq ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməmişdir. Üçüncüsü, iddia tələbinin S.Nəcəfova qarşı münasibətdə xitam verilməsi barədə məhkəməyə verdiyi vəsatət də nəzərə alınmamışdır. Belə ki, S.Nəcəfovla bank arasında xx.xx.2010-cu il tarixli 40ZA/10n saylı zaminlik müqaviləsi 36 ay müddətinə bağlanmış, xx.xx.2013-cü il tarixdə həmin müddət başa çatmışdır. Bank tərəfindən isə məhkəmədə iddia xx.xx.2016-cı il tarixində qaldırılmışdır. Belə olan halda, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməli idi. Dördüncüsü, məhkəmə prosessual hüquq normalarını pozmuş, məhkəmə iclası barədə onu vaxtında xəbərdar etməmiş, hüquqlarını müdafiə edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasılarında iştirak edən tərəflərin nümayəndələri apellyasiya şikayətlərini dəlillərinə uyğun müdafiə edərək, şikayətlərinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8 və 376.2-ci maddələrinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə qətnamə cavabdeh S.Nəcəfovun kredit borcuna münasibətdə hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.6-cı maddəsinin tələblərini və işin qeyd hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə iddiaçının və cavabdeh S.Nəcəfovun şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəlndirən dəlilləri həddində baxılmalıdır. İş materiallarından və tərəflərin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, kredit müqaviləsinin bağlandığı və həmin müqavilədə nəzərdə tutulan kreditin verildiyi, eyni zamanda girov və zaminlik müqavilələrinin bağlandığı işin mübahisələndirilməyən hallarıdır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi, ilk öncə, Cavabdeh2 MMC-nə münasibətdə hissəsində əsassız olduğu bildirilərək, Cavabdeh2 MMC-nin də cavabdeh kimi məhkəmə prosesinin tərəfi olduğu qeyd edilməklə, dolayısı ilə onun da mülki məsuliyyətə cəlb olunmalı olduğu məhkəmənin diqqətinə çatdırılır. Halbuki, Cavabdeh2 MMC-nin iddiaçı bank ilə hər hansı müqavilə münasibətləri mövcud deyil. Hansısa özünün eşitdiyi məlumata əsaslanaraq, ipoteka predmeti olan avtobusların Cavabdeh2 MMC tərəfindən 135 və 119 saylı marşrutlar üzrə sərnişin daşımada istfadə edildiyinə istinadən onu cavabdeh qismində irəli sürmüş, lakin bu zaman ona qarşı konkret tələbi irəli sürməmişdir. Belə olan halda, isə Cavabdeh2 MMC-nin cavabdeh tərəf kimi qiymətləndirilməsi üçün əsaslar mövcud olmadığından, onun formal şəkildə cavabdeh kimi iddia ərizəsində göstərilməsi onun üçün mülki məsuliyyət yarada bilməz. Mülki Məcəllənin 387.3-cü madəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhz qeyd olunanlar nəzərə alınmaqla, «xxxxxxxxxxxxxxx» MMC-yə qarşı qaldırılan formal iddia rədd edilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 MMC-nin iş üzrə mülki məsuliyətini mübahisələndirən dəlillərini əsassız sayır. İddiaçı, şikayətinin digər bir dəlilində məhkəmənin ekspert rəyinə istinadən faiz borcu hissəsində borc məbləğinin azaltması ilə də razılaşmayaraq mübahisəlndirir ki, ekspert rəyinə və bankın təqdim etdiyi sübutlara, o cümlədən, maliyyə arayışına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə də razılaşmır. Çünki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8537saylı xx xxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMCnin bankdan 22% hesabı ilə, 36 ay müddətinə götürdüyü 196.092,00 manat məbləğində kredit öhdəliyinə dair qrafik şəklində, onun ödənişlər də nəzərə alınmaqla, ətraflı tədqiqat aparılmaqla aydınlıq gətirilmişdir. Belə ki, ekspert müəyyən etmişdir ki, Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixinə 116.994,14 manat məbləğində faiz borcu mövcuddur, həmin borcundan 43.898,18 manatını ödəmişdir ki, belə olan halda da onun banka olan qalıq faiz borcu 72.595,96 (116.994,14-43.898,18) manat təşkil edir. Hərçənd, üç illik müqavilə müddəti xx.xx.2013cü il tarixinə hesablanan cəmi faiz məbləği 97.393,89 (116994,14-19100 ( xx xxxx 2016-cı il tarixinə hesablanan faiz)) manat təşkil edirdi. Göründüyü kimi, iddiaçı bankın cavabdehin ekspert rəyi ilə müəyyənləşdirilən faiz borcundan narazılığını ifadə edən dəlilləri tamamilə əsassızdır. İddiaçının şikayətinin üçüncü bir dəlili tutmanın yönəldiyi girov predmətinin məhkəmə tərəfndən ilkin dəyərinin müəyyən olunmasını əsassız hesab etməsidir. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə də razılaşmır. Ən azından ona görə ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin imperativ göstərişinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmənin qərarında göstərilməlidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri təkzib olunur. Cavabdeh S.Nəcəfovun apellyasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası qismən, onun zaminliynə xitam verilməsi hissəsində razılaşır, qalan məhkəmə aidiyyətini və ipoteka müqaviləsini, habelə onun məhkəmə iclasıları barədə xəbərdar edilmədiyini mübahisələndirən hissələrində isə dəlillərini əsassız sayır. Birincisi, məhkəmə aidiyyəti ilə əlaqədar qeyd etmək lazımdır ki,mübahisənin məhkəmə aidiyyəti qanuni qüvvəsini almış məhkəmə qərardadları ilə öz həliini tapmışdır. Belə ki, Bakı şəhəri Binəqədi raoyn Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işiin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10996/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanımış və işə həmin məhkəmə tərəfindən də kommersiya qaydasında baxılmışdır. İkincisi, məhkəmə kollegiyası S.Nəcəfovun şikayətinin ipoteka müqaviləsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına müvafiq olaraq ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədiyini mübahisələndirərək onun həmin ipoteka müqaviəlsinin ləğvinə dair vəsatətinin nəzərə alınmaması barədə dəlilini də əsassız sayır. Çünki, birincisi, onun müvafiq iddia tələbi mövcud deyil. Digər tərəfdən, S.Nəcəfov ən azından, iddiaçı bank ilə cavabdeh «xxxxxxxx» MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, bankla bağlamış olduğu x xxxxxxxx 2010-cu il tarixli 40k/10 saylı girov müqaviləsinin məzmunundan məlumatlı olmuş və onu imzası ilə təsdiq etmişdir. Mülki Məcəllənin 351.3-cü maddəsinin təlbində isə nəzərədə tutulur ki, əgər əqdi onun barəsində mübahisə etmək hüquqna malik şəxs təsdiq edirsə, bununla da, o, mübahisə etmək hüququnu itirir. Qeyd olunanlar onun göstərir ki, cavabdeh S.Nəcəfovun həmin girov müqaviləsini mübahisələndirən dəlilləri əsassızdır. Eyni zamanda, məhkəmə kollegiyası S.Nəcəfovun məhkəmə iclası barədə məlumatlandırılmadığını mübahisələndirən dəlilləri ilə də razılaşmır. Çünki, ən azından ona məhkəmə iclasının vaxtı və yeri barədə «SMS» bildirişlə məlumat verilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası cavabdeh S.Nəcəfovun müddətin keçməsinə görə onunla bağlanmış zaminlik müqaviləsinə artıq xitam verildiyini mübahisələndirən dəlilləri ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş göstərilmiş onun verilmə müddəti qurtardıqzaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan, iddiaçı ilə S.Nəcəfov arasında bağlanmış 40ZA/10 saylı xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsi (4-cü bəndi) ilə konkret müddət müəyyən olunmamışdır. Lakin zaminlik müqaviləsinin və iddiaçı bank ilə Cavabdeh1 MMC arasında bağlanmış və 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli təminatlı kredit müqaviləsinin 1.1-ci bəndlərindən görünür ki, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixində bitir. Belə olan halda, Mülki Məcəllənin qeyd olunan 477.0.4-cü maddəsi (2-ci cümləsi) baxımından, kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixdə bitdiyi vaxtdan, xx xxxxxxxx 2014-cü il tarixə kimi keçən bir illik müddət ərzində bank tərəfindən S.Nəcəfova qarşı iddia irəli sürülmədiyindən (iddia xx.xx.2016-cı il tarixində qaldırılmışdır), sonuncunun zaminliyinə artıq xitam verilmiş olur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, əsassız olaraq əsas borclu ilə yanaşı, zamin S.Nəcəfovdan da kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması qət olunmuş, bununla da məhkəmə həmin hissədə maddi hüquq normalarına və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin həmin hissədə qətnamənin qanunsuz olduğunu mübahisələndirən dəlilləri əsaslıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, qeyd edilənləri ümumiləşdirərək məhkəməmə kollegiyası yekunda iddiaçı bankın apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, ikinci cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-800/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh S.Nəcəfovdan kredit borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan, mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X6 apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-800/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi - cavabdeh X2 borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə, qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar