Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-433/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqı borcunun tutulması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia tələbləri, iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə və İddiaçı icarə müqaviləsinə xitam verilməsi tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-530/2023 nömrəli əlavə qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti, 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Qeyd edilmiş qeyri-yaşayış sahəsi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə aylıq icarə haqqı 13.000 manat olmaqla icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2030-cu il tarixədək müəyyən edilmişdir. İcarə haqqının məbləği xx.xx.2021-ci il tarixədək aylıq 13.000 manat, sonradan isə tərəflərin razılığı ilə xx.xx.2021-ci il tarixdən 15.600 manat olmuşdur.
2. İddiaçı 2020-ci ilin aprel, may, iyun ayları üçün cəmi 39.000 manat borcun, 10.500 manat dəbbə pulunun 5 gün ərzində ödənilməsi barədə cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı (icarəyə verən) icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixdən sonrakı tarixlərdə hər ay verilmiş ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına icarə haqqı olaraq ödəmə mənbəyində tutulmalı olan 14 faiz vergi çıxılmaqla 13.416 (15.600- 2184) manat məbləğində pul ödənilmişdir.
5. 2020-ci ilin may və iyun aylarından icarəçi Cavabdeh ödənilməmiş 13.566,7 manat icarə haqqı qalmışdır.
6. İş materiallarından (İ cild, səh 200-201) görünür ki, 2022-ci ilin noyabr ayının icarə haqqı xx.xx.2022-ci il tarixdə, 2022-ci ilin dekabr ayının icarə haqqı isə xx.xx.2022-ci il tarixdə ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 olmaqla ümumilikdə 39.000 manat məbləğində ödənilməmiş icarə haqqı məbləğinin, 10.500 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 39 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manat məbləğində tutulması, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 01 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8 Birləşdirilmiş iş üzrə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən icarə obyektini boşaldaraq iddiaçıya təhvil verməsi və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçınin mülkiyyətində olan Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən 506 kv.m sahəsi olan qeyriyaşayış sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, lakin Cavabdeh MM-nin üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə Cavabdeh MMC hər təqvim ayı üçün həmin ayın ilk həftəsində icarə haqqını ödəməli olduğu halda 2020-ci ilin aprel, may və iyun ayları üçün icarə haqqını ödəməmişdir. Dəfələrlə tələb olunmasına baxmayaraq Cavabdeh MMC 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 manat olmaqla ümumilikdə 39.000 manat məbləğində pulu ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi və xx.xx.2022-ci il tarixdən icarə haqqı məbləğinə 20% əlavə olunacağı barədə məlumat verilməsi üçün iddiaçı tərəfindən göndərilmiş bildiriş xx.xx.2021-ci il tarixdə cavabdehə çatdırılmışdır. Lakin cavabdeh həmin bildirişə heç bir münasibət bildirməmişdir. Qeyd edək ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 8.4-cü bəndinə görə “İcarəçi”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdirdiyi hər gün üçün ödənilməmiş məbləğin 1% həcmində mənə dəbbə pulu (cərimə) ödəməlidir. Bundan başqa, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 5.2-ci bəndinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarə haqqı 13.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə görə xx.xx.2021-ci il tarixdən sonra iddiaçınin icarə haqqı məbləğinə 20% əlavə etmək hüququ vardır. Bu hüquqdan istifadə olunaraq xx.xx.2021-ci il tarixdən etibarən icarə haqqına 20% əlavə edilmiş və Cavabdeh MMC hər ay 15.600 manat icarə haqqı ödəmişdir. xx.xx.2022ci il tarixdən etibarən icarə haqqı məbləğinə 20% əlavə edilərək 18.720 manat icarə haqqı ödənilməsi tələb edilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və icarə haqqına əlavə etmədən əvvəlki məbləğdə, yəni 15.600 manat icarə haqqı ödəməyə davam etmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Buna görə də, hazırkı, icarə haqqı məbləğinin 15600 manat olduğunu nəzərə alsaq xx.xx.2022-ci il tarixdən etibarən həmin icarə haqqı məbləğinə 20% əlavə edilməklə hər ay 18.720 manat icarə haqqı ödənilməlidir.
10. İkinci birləşdirilmiş iş üzrə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 78.232 manat pulun və 325 manat dövlət rüsumunu, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin, ümumilikdə 79.057 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsasaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı ilə xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Müqavilənin 5.3-cü bəndinə əsasən icarə haqqı 13.000 manat müəyyən edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən icarə haqqı ilə bağlı ödəmə mənbəyindən tutulmalı olan vergi icarəçi tərəfindən icarəyə verəndən tutularaq büdcəyə ödənilir. İndiyə qədər icarə haqqı ödənilərkən iddiaçı vergini 14 faiz dərəcəsi ilə deyil, yanlışlıqla daha az dərəcə ilə cavabdehdən tutmuşdur. Belə ki, icarə haqqının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (37 ay) 13.000 manat olduğu dövr üzrə icarə haqqı üzrə vergi 1.820 manat (13000*14% = 1820) həcmində tutulmalı olduğu halda 350 (üç yüz əlli) manat tutulmuşdur. Beləliklə, həmin dövr üzrə cavabdehə hər ay 1.470 manat iddiaçı tərəfindən artıq ödənilmişdir. İcarə haqqının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (13 ay) 15.600 manat olduğu dövrdə isə icarə haqqından 2.184 manat (15600*14% = 2184) həcmində tutulmalı oluğu halda yenə yanlışlıqla 350 manat tutulmuşdur. Beləliklə, həmin dövr üzrə isə cavabdehə hər ay 1.834 manat iddiaçı tərəfindən artıq ödənilmişdir. Belə olan halda bütün müqavilə müddəti ərzində cavabdehə ümumilikdə 78.232 manat artıq ödəniş edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə iddia qismən təmin edilmiş, İddiaçı oğu ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 13.566,7 manat icarə haqqı, 700 manat dəbbə pulu olmaqla cəmi 14.266,7 manat məbləğində pulun Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilməsi, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və s.”tələbinə dair iddiası üzrə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 56 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 148 A) ünvanında yerləşən 506 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsi Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı verilməsi, Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-530/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddianın İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-184/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 530/2023 saylı işi üzrə 05 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsi və İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiasının “tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi” hissəsinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsi ilə (hakim Kənan Hüseynov) İddiaçı ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 avqust 2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iş üzrə fors-major halının mövcud olub-olmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 10-cu bəndindən görünür ki, “Bu müqavilədə fors major:təbii fəlakətlər, səfərbərlik, lokal müharibələr.... və tərəflərin kontrolunda olmayan oxşar səbəbləri ifadə edir”. Göründüyü kimi, tərəflər Müqavilənin sözügedən bəndində fors-major hallarının siyahısını açıq tutmuş, bu barədə iradələrini “tərəflərin kontrolunda olmayan oxşar səbəblər” sözləri ilə ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada birbiri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını bəyan və qəbul etmişlər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır və Müqavilənin 10-cu bəndində nəzərdə tutulan “tərəflərin kontrolunda olmayan oxşar səbəblər” sözləri bu halı da əhatə edir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2020-ci ilin may ayının 4-dən artıq ölkə ərazisində bəzi məhdudiyyətlər aradan qaldırılmış və ticarət və ictimai iaşə obyektləri üzrə fəaliyyət bərpa olunmuşdur. Cavabdeh MMC-nin də, fəaliyyət göstərdiyi sahə məhz bu qəbildən olan sahəyə (geyim mağazası) aiddir. Ona görə də, məhkəmə hesab etmişdir ki, 2020-ci ilin may ayının 4-dən icarəçinin icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. Aylıq icarə haqqının 13.000 manat olması nəzərə alındığında, may ayı üçün ödənilməli icarə haqqı 10.916,7 (13.000/30=433,33 (1 gün üçün), 433,33x26=11.266,7 (26 gün üçün və 11.266,7-350(vergi orqanına ödənilmiş pul) =10916,7) manat, iyun ayı üçün isə 12.650 (13.000-350 vergi orqanına ödənilmiş pul)) manat təşkil edir. Yəni may və iyun aylarında icarəçi tərəfindən icarəyə verənə cəmi, 23.566,7 (10.916,7+12.650) manat məbləğində icarə haqqı ödənilməli idi.
17. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 10.000 manatlıq “qəbzdəki” imzanın ona aid olması halını qəbul etdiyindən qeyd edilmiş pul yaranmış icarə haqqı borcundan çıxılmaqla qalan 13.566,7 (23.566,7-10.000) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2.650 manatlıq “qəbzdə” imzanın ümumiyyətlə olmaması qeyd edilmiş pulun İddiaçı verilməsi halını istisna edir. Həmçinin Məhkəmə 9.276 manat qeyd edilmiş “qəbzdəki” imzanın İddiaçı aid olmaması barədə, iddiaçının dəlili ilə də razı olmuşdur.
19. Məhkəmə iddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, 13.566,7 manat məbləğində icarə haqqı borcu üzrə 700 manat cərimə borcu daha ağlabatan olduğundan, qeyd edilmiş məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə iddianın xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 01 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin tərəflər arasında bağlanmış olan müqavilənin 5.3-cü bəndinin məzmunu icarə haqqının mütləq hər ilin oktyabr ayından icarə haqqına 20 faiz artırılmalı olması kimi deyil, məhz tərəflərin razılığı ilə artırılması imkanı kimi başa düşülməlidir. Hazırkı halda, isə icarəçi qeyd edilmiş hala etiraz edir.
21. Məhkəmə İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə qeyd etmişdir ki, artıq etibarlı müqavilə münasibətləri olmadığından icarə sahəsi olan İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir.
22. Məhkəmə ikinci birləşdirilmiş iş olan iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbi ilə bağlı qeyd etmişdir ki, icarə haqları üzrə ödəmə mənbəyində tutulmalı olan vergi, icarəçinin icarəyə verənə vermiş olduğu puldan tutulur, yəni əgər Cavabdeh MMC tərəfindən əvvəllər də, yəni icarə haqqının 13.000 manat olduğu dövrdə icarə haqqını Bank vasitəsi ilə vermiş olsa idi, qeyd edilmiş pul avtomatik olaraq məbləğin 14 faizi dövlət büdcəsinə tutulmuş olacaqdı.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh icarə haqqının 2020-ci ilin may və iyun aylarına aid hissəsindən bir hissəsini ümumiyyətlə ödəməmiş, həmçinin də, yuxarıda qeyd edilmiş 2 ayın da, icarə haqqını gecikdirmiş, bundan sonra İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır. İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanlanmış xəbərdarlıq məktubunun tarixinə (xx.xx.2022-ci il tarixli) nəzər yetirildiyində də, aydın olur ki, artıq xəbərdaretmə müddəti çoxdan bitmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hər hansı bir xüsusi bənd yoxdur. Ona görə də tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi məsələsinə Mülki Məcəllənin normaları baxımından qiymət verilməli, İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 avqust 2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsində hakim icarə haqqının hansı tarixdən tutulmalı olmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə əsaslandırmışdır. Halbuki, Cavabdeh MMC məhkəmənin hazırlıq iclaslarında borcu etiraf etmiş və hətta cavabdehin COVİD-19 pandemiyası dövründə də icarə obyektindən istifadə edərək gəlir əldə etməsi Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatda, eləcə də cavabdehin 2020-ci il üçün verdiyi vergi bəyannaməsində öz təsdiqini tapır. Lakin hakim bu halı nəzərə almamışdır. Qeyd edək ki, pandemiya dövründə Cavabdeh MMC onlayn satış da həyata keçirmişdir. Nəticə etibarı ilə icarə obyektindən təyinatı üzrə istifadə edilmişdir. Bundan başqa, Cavabdeh MMC xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ilk iddiası üzrə pretenziya məktubuna cavab verərək bildirmişdir ki, “...Digər tərəfdən, bu göstərilənləri nəzərə alaraq həmin aylarda ödənişin edilməməsi sizinlə də razılaşdırılmışdır”. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının digər iddiası üzrə pretenziya məktubuna da eyni cavabı vermişdir. Buradan da görünür ki, cavabdeh sözügedən aylar üzrə icarə haqqı ödəməmişdir. Cavabdehin gəlirləri barədə tərəfimizdən təqdim edilmiş sənədlərdə və eləcə də cavabdehin özünün təqdim etdiyi vergi bəyannaməsində cavabdehin 2020-ci il və eləcə də həmin ilin may və iyun aylarında hansı həcmdə gəlir əldə etməsi təsdiqini tapmışdır. Buna baxmayaraq məhkəmə işin faktiki halını nəzərə almadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına istinad edərək qərar qəbul etmişdir. Halbuki, cavabdehin pandemiya dövründə işləməsi və gəlir əldə etməsi təqdim edilən sənədlərdən aydın görünür. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclaslarında 39000 AZN ödənilməmiş icarə haqqını qəbul etmiş və video yazı ilə aparılan məhkəmə prosesində qeydə alınmışdır. Lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələblərinin rədd olunmasını və Cavabdeh MMC tərəfindən qaldırılan iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi qənaətə görə cavabdeh həmin məbləğdə icarə haqqını gecikdirməyib. Yəni ödənilməyən məbləğ iki aylıq icarə haqqı miqdarında deyil. Düzdür, MMC-nin ümumiyyətlə gecikdirmə etdiyi düşünülmür, bunun dəlilləri digər hissələrdə də göstərilib. Sadəcə cavabdehin ziyanına olan ən pis nəticəni nəzərə alsaq belə yenə də müqavilənin birtərəfli qaydada ləğv üçün heç bir əsas yoxdur. Qanunvericiliyə əsasən icarəyə verən vergi hüquq münasibətləri baxımından və Vergi Məcəlləsinin məqsədləri üçün vergi agenti qismində çıxış edir. Vergi agenti olaraq vergi ödəyicicisindən yəni icarəyə verəndən vergini tutmaq və təyinatı üzrə (büdcəyə) köçürmək onun öhdəliyidir və buna görə məhz vergi agenti özü məsuliyyət daşıyır. Məhkəmə isə tam əks nəticəyə gəlib. Əvvəla, absurd bir mövqe ortaya qoyaraq bildirilir ki, daha əvvəl icarə haqqı bank köçürməsi vasitəsilə ödənilsə idi, onda vergi avtomatik olaraq dövlət büdcəsinə tutulmuş olacaqdı (64-cü abzas). Halbuki, birincisi bu proses avtomatik baş vermir. Yəni, icarə haqqından vergi tutulur və vergi agenti sonradan həmin məbləği bəyan edərək ayrıca büdcəyə ödəyir. İkincisi, verginin tutulması üçün ödənişin məhz bank köçürməsi vasitəsilə ödənilməsi şərt deyil. İcarəçi şəffaflığın, hesabatlılığın və uçotun daha məqsədəmüvafiq aparılması üçün sonradan icarə haqqının məhz bank köçürməsi yolu ilə həyata keçirilməsi qərarına gəlib. Məhkəmənin digər absurd mövqeyi vergi məbləğinin tutulmasındakı yanlışlığın gələcəkdə vergi orqanı ilə Ə.Şahin (icarəyə verən) arasında mübahisə yarada biləcəyini dolayısı ilə bunun icarəçi şirkətə heç bir aidiyyatının olmadığı ilə bağlıdır (65-ci abzas). Halbuki bunu tam əksinə yuxarıda istinad edilən maddələrə görə də vergini tutmaq və ödəmək vergiagenti kimi icarəyə verən şirkətin öhdəliyidir və buna görə vergi ödəyicisi (bizim halımızda icarəyə verən kimi Ə.Şahin) yox, məhz vergi agenti məsuliyyət daşıyır. Əlavə olaraq, Ə.Şahinin sözügedən məbləği ödəməməsi vergi ödəyicisi kimi verginin ödənilməsindən imtina edilməsi kimi də qəbul edilməlidir.
28. Cavabdeh həmçinin əlavə qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. Cavabdehin əlavə qətnamədən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllədə “əhəmiyyətli dərəcədə pozuntu” dedikdə elə bir pozuntunu nəzərdə tutur ki, həmin pozuntu nəticəsində zərər dəyən tərəf müqaviləni bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Təbii ki, “ümid etməyə haqqı çatanlar” ifadəsi də ümumidir və bunun nədən ibarət olması hər müqaviləyə, müqavilə tərəflərinə, mövcud şərtlərə münasibətdə fərdi şəkildə təhlil olunmalıdır. Məhkəmə, 2020-ci ilin may və iyun ayları üzrə ödənilməmiş 13 566,7 manat icarə haqqqının ödənilməməsini həmçinin, 2022-ci ilin noyabr ayının icarə haqqının xx.xx.2022-ci ildə, dekabr ayının ödənişinin isə xx.xx.2022-ci ildə ödənilməsini əsas tutaraq müqavilənin haqlı olaraq icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edilməsini hesab etmişdir. Məhkəmənin 2020-ci ilin may və iyun aylarının ödənişi ilə bağlı hissədəki mövqeyinə münasibətdə bildirməlidir ki, həmin hissədə tam ödəniş edilib və iş üzrə ilkin qətnamədən verilən apellyasiya şikayətində bu barədə ətraflı qeyd edilmişdir (ödəniş sənədindəki imzanın icarə verənə məxus olması barədə ekspertizanın keçirilməməsi məhkəmə tərəfindən kobud pozuntudur). O ki, qaldı 2022-ci ilin noyabr və dekabr aylarının ödənişlərinə, məhkəmənin mövqeyindən belə başa düşülür ki, həmin ayların ödənişləri vaxtında edilmədiyinə görə icarəçi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Əvvəla, qeyd edilməlidir ki, 2022-ci ilin noyabr və dekabr aylarının ödənişləri ödəniş üsulunun dəyişməsi səbəbindən baş verib. Belə ki, icarəçi icarə haqqını artıq nağdsız qaydada ödəmək istədiyi üçün icarəyə verəndən bank hesabı barədə arayış tələb edib. İş materiallarından görünür ki, həmin məktub (arayış) icarəyə verən tərəfindən cavablandırılan kimi icarə haqqı ödənilmişdir. Ümumiyyətlə, ödənişin gecikməsinin səbəbləri barədə məhkəmə ətraflı araşdırma etməyib. Gecikmənin qərəzli şəkildə və ay icarəçinin maliyyə çətinliyi səbəbindən baş verdiyini heç araşdırmayıb. Müqavilə tərəfi kimi icarə müqaviləsi bağlayan icarəyə verənin müqavilədən 2 başlıca gözləntisi (ümid etməyə haqqı çatan şey) vardır: 1. İcarə haqqını tam almaq; 2. Sahib olduğu daşınmaz əmlakın normal köhnəlmə istisna olmaqla yararlı vəizyyətdə saxlanılması. İcarəçi göstərilən hər iki istiqamətdə icarəyə verənin ümid etməyə haqqı çatan şeyi ona verib. Məhkəmə mübahisəsinin davam etdiyi bütün dövr üzrə icarə haqqı ödənilməyə davam edir. Sadəcə bu fakt icarəçinin müqavilə tərəfi kimi nə qədər vicdanlı olmasını göstərməyə yetərlidir. Halbuki hər belə hal qərəzli olmadan obyektiv səbəblərdən baş verib. Digər tərəfdən məhz belə gecikməyə görə icarəyə verən bir dəfə də olsun yazılı etiraz da etməyib. Yəni, belə gecikmə icarəyə verən üçün əhəmiyyətli olmayıb. Elə mülki (işgüzar) dövriyyədə də belə gecikmələr qəbul ediləndir. Müqavilənin birtərəfli qaydada xitam edilməsinin növbəti əsası kimi məhkəmənin 691-ci maddəyə istinad etməsini də qəbul edilməzdir. Əslində, məhkəmə əlavə qətnamədə xüsusi olaraq qeyd etməsə də ilkin qətnamədən aydın olur ki, söhbət məhz 691.1.3-cü maddədən gedir. Həmin maddənin tətbiqi barədə yol verilən yanlışlığa isə ilkin apellyasiya şikayətində münasibət bildirilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçı və iddiaçının vəkili Nümayəndə3 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
31. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə- əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddə-əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə- tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə- müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddə-müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Azərbaycan Respublikası “İcarə haqqında” Qanun 13-cü maddəsinin 1-ci hissəsi- tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
32. Qətnamə və əlavə qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə -ilk iddianın xüsusi karantin dövrü üçün tutulmamış icarə haqqı borcu) təmin edilməmiş icarə haqqı borcları, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissə) yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsi və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti, 148 A ünvanında yerləşən 506,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. 2020-ci ilin aprel, may, iyun ayları üçün cəmi 39.000 manat borc ödənilmədiyindən icarəyə verən icarəçiyə icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İcarəçi icarə müqaviləsinin ləğv edilməsi ilə razılaşmadığından iddiaçı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
35. İcarə müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin tərəflərindən hər biri bu müqavilədən yaranan hər hansı öhdəliyini tam və ya qismən yerinə yetirmədikdə və yaxud haqlarından istifadə etməklə bir fors major səbəbi ilə gecikir və ya maneə olunursa, bu tərəf həmin gecikmə barədə və maneə zamanı və ondan sonra 7 gün müddətində həmin öhdəlik və şərtləri yerinə yetirməkdən azad ediləcəkdir. Müqavilənin həmin bəndində fors major hadisələrə yoluxucu xəstəliklər də aid etmişdir.
36. Məhkəmə müqavilənin bu bəndini nəzərə alaraq düzgün olaraq hesab edir ki, hazırkı halda icarəçi koranavirus pandemiyası dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qətnamədə istinad edilmiş qərarları əsasında respublikada xüsusi karantin rejimi (ticarət və ictimai iaşə obyetlərinin fəaliyyətini qadağan edən) tətbiq edildiyi tarixlərdə icarə obyektində fəaliyyət göstərmək hüququndan məhrum olduğundan müqavilənin qeyd edilən bəndinə əsasən icarə haqqı ödənilməsi ilə bağlı öhdəliyin icrasından azad olduğu üçün icarəyə verənə 2020-ci ilin aprel ayı üçün icarə haqqı ödəməməli, aylıq 350 manat ödəmə mənbəyində vergi çıxılmaqla icarəyə verənə xx.xx.2020-ci il tarixdən 26 gün üçün 10.916,7, iyun ayı üçün isə 12.650 manat, cəmi 23.566,7 (10.916,7-12.650) manat məbləğində icarə haqqı ödənilməli idi.
37. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, icarəyə verən sərtləşdirilmiş karantin dövründə fəaliyyət göstərərək gəlir əldə etdiyindən həmin dövr üçün də icarə haqqı tutulmalı idi. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, tərəflər icarə müqaviləsi bağlayarkən fors major hal baş verdiyi zaman müqavilədən idəli gələn öhdəliklərini icra edə bilmədikləri halda (hazırkı halda sərtləşdirilmiş karantin dövründə icarəçinin icarə obyektindən istifadə edə bilmədiyi işin mübahisəsiz haldırı) təqdirdə birbirini öhdəliyin icrasından azad etdiklərindən sərtləşdirilmiş karantin dövründə icarəçinin onlayn fəaliyyət göstərməklə gəlir əldə edib-etmədiyinin araşdırılması hazırkı mübahisənin həlli üçün əhəmiyyətli deyil.
38. Cavabdeh MMC-nin apellyasiya şikayəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pretenziya məktublarına cavabları, nümayəndəsi və vəkilinin məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli iclasda nümayəndə və vəkil Nümayəndə1 2020-ci ilin aprel, may və iyun aylarında icarə haqqı ödənişlərinin olunmadığını mübahisələndirmədiyini bildirmişdir) izahatı belə əsaslandırılmışdır ki, icarə haqqı tələb edilən aylar pandemiya dövrünə düşdüyü üçün fəaliyyət göstərmədiklərindən ödəniş edilməmiş, yalnız fəaliyyət göstərdikləri günlər üçün ödəniş həyata keçirilmişdir. İş materiallarının 1-ci cildinin 19-cu vərəqinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziyaya cavab məktubunda Cavabdeh MMC qeyd edir ki, 2020-ci ilin aprel, may, iyun ayları sərtləşdirilmiş karantin dövründə icarəçi parakəndə satış fəaliyyətini dayandırmış, obyektdən müqavilə məqsədlərinə uyğun istifadə etmək mümkün olmamışdır. Həmin aylarda ödəniş edilməməsinin icarəyəverənlə razılaşdırıldığı üçün iki il yarim müddətdən sonra ödəniş tələb edilməsi və dəbbə pulu hesablanması əsassızdır.
39. Buna baxmayaraq nümayəndə birinci instansiya məhkəməsinə həmin aylar üzrə ödənişlərin həyata keçirildiyinə dair 3 qəbz təqdim etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Ş,Əliyevin nümayəndəsi ödənişlərin adətən bank hesabı vasitəsi ilə həyata keçirildiyini, tqdim edilmiş qəbzlər adətən tərtib edilmiş formaya uyğun olmadığından qəbul etmədiklərini, qəbzlərin üzərində imzaların icarəyəverənə məxsus olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı icarəçi tərəfindən 10.000 manat ödəniş edilməsi barədə qəbzi mübahisənin tez yekunlaşması üçün şərtlə qəbul etdiyini bildirmişdir. Məhkəmə İddiaçı 10.000 manatlıq ödənişin borcdan çıxılmasına etiraz etmədiyini nəzərə alaraq qeyd edilmiş məbləği icarə haqqı borcundan çıxaraq qalan 13.566,7 manatın cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. 2.650 manatlıq “qəbzdə” imza olmadığından həmin qəbz ümumiyyətlə sübut kimi qəbul edilməmişdir.
40. Cavabdeh MMC-nin nümayəndəsi 9.276 manat ödənişlə bağlı məhkəməyə əsli təqdim edilməmiş xx.xx.2020-ci il tarixli “qəbzdəki” imzanın İddiaçı aid olub-olmamasının yoxlanılması üçün həm birinci instansiya məhkəməsinə, həm də işə apellyasiya qaydasında baxan məhkəməyə iş üzrə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda 2020-ci ilin aprel, may, iyun ayları üçün icarə haqqı ödənişlərini həyata keçirilmədiyinin etiraf edildiyi nəzərə alaraq, prosessual qənaət prinsipinə əsasən iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etməmişdir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, qeyd edilən qəbzdə ödənişin təyinatı, yəni hansı ay üçün həyata keçirildiyi qeyd edilməmişdir. Əgər ekspertiza nəticəsində həmin qəbzdəki imzanın icarəyəverənə məxsusluğu müəyyən edilsə belə, həmin ödənişin tələb olunan borcdan çıxılmalı olduğunu müəyyənləşdirmək üçün icarəçi tərəfindən 2020-ci ildə icarəçi tərəfindən icarəyəverənə ödənilmiş vəsaitin ümumi məbləğinin müəyyən edilməsi üçün 2020-ci il üzrə həyata keçirilmiş bütün ödəniş qəbzləri təqdim edilməli, bu yolla ödənilmiş məbləğlər çıxılaraq qalıq borcun məbləği dəqiqləşdirilməli idi. Məhkəmə iclas protokollarından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında birinci instansiya məhkəməsinin hakimi tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətə hüquqi qiymət verməmişdən əvvəl icarə haqqı ödənişləri barədə bütün qəbzlərin məhkəməyə təqdim edilməsi Cavabdeh MMC-nin nümayəndəsinə təklif edilmiş, nümayəndə həmin sübutların təqdim edilməsini zəruri hesab etmədiyini bildirmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə icarə haqqı borcunun və müqavilənin 8.4-cü bəndinə əsasən ödənişin gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində qanuni və əsaslıdır.
41. Məhkəmə eyni zamanda hesab edir ki, icarəçinin icarə müqaviləsi üzrə 2020-ci ildən ödənilməmiş borcları olduğu məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından MM-nin 423.2-ci və Azərbaycan Respublikası “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən iddia tərəflr arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hissədə də əsaslıdır.
42. Cavabdeh MMC-nin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, icarəçi tərəfindən icarəyəverənə hər ay tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqından, yəni 13.000 manatdan artıq vəsait ödəmədiyindən və icarə haqqından ödəmə mənbəyindən vergi düzgün tutulmayıbsa çatışmayan məbləğin icarəyəverəndən tutulmasını tələb etmək hüququ vergi orqanına aid olduğundan artıq ödənilmiş pulun İddiaçı tutulmasına dair iddianın rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir.
43. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 530/2023 nömrəli qətnaməsi və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qətnaməsi və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.