Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-434/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Hüseyn-zadə Yusifiyə Hüseyn qızına, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 08.10.2020-ci il tarixli e-2-2(113)-1432/2020 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər AzfrutMəhdud Məsuliyyətli Cəmiyyəti, Hüseyn-zadə Yusifiyə Hüseyn qızı, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə barədə ərizə verilərək tərəflər arasında bağlanmış 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan 137605,85 manat əsas, 3336,54 manat faiz, 18189,80 manat cərimə faiz borcu olmaqla, cəmi 159132,19 manat pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 93 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğin 16 iyun 2017-ci il tarixli, 01/AS-17-01 saylı ipoteka müqaviləsinə əsasən Hüseyn-zadə Yusifiyə Hüseyn qızına məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilə, 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilə, 16 iyun 2017-ci il tarixli, 01/AS17-02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67, M15, m 6) yönəldilərək, həmin əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-2(113)-1432/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh3 MMC-dən 137.605,85 manat əsas borc, 3336,54 manat faiz borcu, 1000 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 27 manat olmaqla, cəmi 141.969,39 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilə,Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənziləvə Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67, M15, m 6) yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinnə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ müvafiq olaraq cavabdehlər Hüseyn-zadə Yusifiyə Hüseyn qızı, Cavabdeh2 və Cavabdeh1 qaytarılması, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 130000 manat, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilin ilkin satış qiyməti 47000 manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67, M15, m 6) ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 MMC, Hüseyn-zadə Yusifiyə Hüseyn qızı, Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli e2-2(113)-1432/2020 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual pozuntuya yol verilərək işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt”filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 16 iyun 2017-ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsinə əsasən borcalana illik 7% olmaqla 60 (altmış) ay müddətinə 170000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə edilmiş 1 nömrəli Əlavədən görünür ki, qeyd olunan müqavilə üzrə Cavabdeh3 MMC 16.06.2017-ci il tarixdən 16.06.2022-ci il tarixədək əsas kredit məbləği üzrə 170000 manat, faiz üzrə 33220,84 manat olmaqla, ümumilikdə 203220,84 manat ödəniş etməli idi. Qeyd olunmalıdır ki, götürülmüş kredit üzrə ödənişlər tərtib edilmiş qrafikə uyğun aparılmasa da, həmin kredit vəsaitləri və ona hesablanmış faizlərin ödənilməsi təmin edilmişdir. Dünyada baş vermiş pandemiya ilə əlaqədar olaraq, bütün sahələrdə olduğu kimi sahibkarlıq sahəsində də baş vermiş çətinliklər yaranmış borcun ödənilməsində müəyyən problemlər yaratmışdır. İpoteka ilə yüklü edilmiş mənzillərin hazırkı bazar qiymətinə uyğun olaraq ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə, məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və ipoteka ilə yüklü edilmiş əmlakların hazırkı bazar qiymətləri müəyyən edilməli idi. Digər tərəfdən o da qeyd olunmalıdır ki, iş üzrə iddiaçı tərəfindən tələb edilən kredit vəsaiti girov qoyulmuş mənzillərin hamısının satışı yolu ilə deyil, bir mənzilin satılması yolu ilə tam bağlanıla bilər. Belə olan təqdirdə isə, digər şəxslərə maddi ziyanın dəyməsi və onların evsiz qalmasının qarşısı alına bilər. Həmçinin məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə, ödənilmiş vəsaitlərin düzgün silinib-silinməməsinin və hesablanmış faiz məbləğlərinin əsaslı olub-olmamasını müəyyən etmək olardı. İşə baxan birinci instansiya məhkəməsi işin bu hallarına da nəzər yetirməmiş və nəticədə cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 08.10.2020-ci il tarixli, e-2-2(113)-1432/2020 saylı qətnaməsi əsas borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, Cavabdeh3 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 131.905,85 manat əsas borc tutulmalı, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilin ilkin satış qiyməti 65000 manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh3 MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 150 manat ekspertiza xərci tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 16 iyun 2017-ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsinə əsasən borcalana illik 7% olmaqla 60 (altmış) ay müddətinə 170000 (bir yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, qeyd olunan müqavilə üzrə cavabdeh Azfrut” MMC banka 16.06.2022-ci il tarixədək 33220,84 manat faiz ödənişi həyata keçirməli idi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzili 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh4 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli,01/AS-17-01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzili 16 iyun 2017-ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli,01/AS-17-02 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67, M15, m 6) 16 iyun 2017- ci il tarixli,01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələrinin və ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 28 avqust 2020-ci il tarixli maliyyə arayışında Cavabdeh3 MMC-nin 16 iyun 2017-ci il tarixli, 01/AS-17 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 28 avqust 2020-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcunun 137605,85 manat, faiz borcunun 3336,54 manat, cərimə faiz borcunun 18189,80 manat olmaqla, cəmi 159132,19 manat olduğu qeyd edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29.10.2019-cu il tarixdə cavabdehlərə 345B nömrəli pretenziya məktubu göndərilərək müqavilənin xitam olunması və yaranmış borcun qısa müddət ərzində ödənilməsi bildirilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 386-cı, 739-cu, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci maddələrinə istinad edərək iddianı qismən əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdehlər tərəfindən iddianın təmin edildiyi hissədə-borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamə əsas borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. Cavabdehlərin apelyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün işə apelyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 9/6299 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 16 iyun 2017-ci il tarixli 01/AS-17 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 MMC tərəfindən 12.05.2020-ci il tarixdən 08.10.2020-ci il tarixədək (qətnamə qəbul edildiyi tarixədək) olan müddətdə 5700 manat məbləğində, 08.10.2020-ci il tarixdən son ödənişin aparıldığı 19.03.2021-ci il tarixədək olan müddətdə 20.000 manat məbləğində aparılmış ödəniş nəzərə alındıqda Cavabdeh3 MMC-nin 08.10.2020-ci il tarixdə İddiaçı ASC-ə olan borcu 137.838,14 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu – 131.905,85 manat, faiz borcu – 5.932,29 manat. 19.03.2021ci il tarixinə Cavabdeh3 MMC-nin İddiaçı ASC-ə olan borcu 117.838,14 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu – 111.905,85 manat faiz borcu – 5.932,29 manat. Məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh3 MMC tərəfindən kredit öhdəliyi üzrə cəmi 82850,78 manat ödəniş həyata keçirilmiş, ödənişlərin 20.000 manatı iş üzrə qətnamə qəbul edildiyi tarixdə sonra həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalıdır. Eyni zamanda ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin 131.905,85 manat 08.10.2020-ci il tarixə olan qalıq borcunun məbləği 131.905,85 manat olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsas borcunun məbləği düzgün müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qəbul edilmiş əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 131.905,85 manat əsas borc tutulmalıdır. Faiz və cərimə borcunun azaldılması üçün qanuni əsaslar müəyyən edilmədiyindən apelyasiya şikayəti faiz və cərimə borcu ilə bağlı hissədə əsassız hesab edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin-likvid dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin etməmiş, əmlakların ilkin satış qiyməti kimi ipoteka müqavilələrindəki qiymətlər göstərilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi “X2” MMC-yə həvalə edilmiş, “X2” MMC-nin 21.04.2021ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilin likvid dəyəri 200.000 manat, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilin likvid dəyəri 65000 manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilin likvid dəyəri 200.000 manat məbləğində müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamə tutma yönəldilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, əmlakların ilkin satış qiyməti “X2” MMC tərəfindən müəyyən edilmiş likvid dəyər əsasında qeyd edilməlidir. İşə birinci instansiya qaydasında baxılması zamanı məhkəmə tərəfindən prosessual pozuntaya yol verilərək cavabdehlərin iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülmədiyinə dair apelyasiya şikayətində qeyd edilənlər əsassız hesab edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclaslarının vaxtı barədə cavabdehlərin qeydiyyat ünvanları üzrə məhkəmə bildirişləri göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İstinad edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, 150 manat ekspertiza xərci kredit müqaviləsinin şərtlərinin pozulmasında təqsirli olan Cavabdeh3 MMC-dən tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 08.10.2020-ci il tarixli, e- 2-2(113)-1432/2020 saylı qətnaməsi -əsas borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, Cavabdeh3 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 131905,85 manat əsas borc tutulmalı, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilin ilkin satış qiyməti 65000 manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh3 MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 150 manat ekspertiza xərci tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: Cavabdehlər apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 08.10.2020-ci il tarixli, e-2-2(113)-1432/2020 saylı qətnaməsi -əsas borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Cavabdeh3 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 131.905,85 manat əsas borc tutulsun. Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzilin ilkin satış qiyməti 65000 manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 150 manat ekspertiza xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-434/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-434/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver