Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-435/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5865/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 03.09.2019-cu il tarixli, 030CRLN19000010-5 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimələrin silinməsi, 2020-2021-ci il tarixlərdə Banka Cəmiyyət tərəfindən ödənilmiş vəsaitin əsas borca hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ASC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər "xxxx" MMC və X2 qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehlər "xxxx" MMC və X1 Cavabdeh ASC-nin xeyrinə 03.09.2019-cu il tarixli, 030CRLN19000010-5 saylı kredit müqaviləsi üzrə Banka 847806,31 manat əsas borc, 218318,11 manat faiz borcu, 100285,74 manat cərimə borcu olmaqla, cəmi 1166410,16 manat, 20.11.2019-cu il tarixli, 030CRLN19000010-6 saylı kredit müqaviləsi üzrə banka 27485,55 manat əsas borc, 13638,58 manat faiz borcu, 6161,8 manat cərimə borcu olmaqla, cəmi 47285,93 manat, 27.11.2019-cu il tarixli, 030CRLN19000010-7 saylı Kredit müqaviləsi üzrə Banka 250504,37 avro əsas borc, 34395,44 avro faiz borcu, 48148,78 avro cərimə borcu olmaqla, cəmi 333048,59 avro, 31.01.2020-ci il tarixli, 030CRLN19000010-8 saylı kredit müqaviləsi üzrə banka 41954,63 manat əsas borc, 17561,97 manat faiz borcu, 7338,3 manat cərimə borcu olmaqla, cəmi 66854,9 manat borcun, ödənilmiş 1749,54 manat dövlət rüsumunun birgə qaydada tutulması, tutmanın "xxxx" MMC-yə məxsus olan və 30.01.2020-ci il tarixli 003GOOD20000011 nömrəli Girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin Cavabdeh ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikən sonra həmin predmetlərin hərracda və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına Cavabdeh ASC-yə ödənilməsi, hərracda və ya istənilən üsulla satışda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin "xxxx" MMC-dən və X1 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC vəsatət verərək, müflis elan olunma və iflas prosesinə başlanma barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiklərini və buna görə də hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5865/2021 saylı qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılması qərara alınmışdır. Cavabdeh ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 18-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən müflis elan olunma və iflas prosesinə başlanma barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, həmin iş üzrə ərizənin təmin olunduğu və qətnamənin qüvvəyə mindiyi təqdirdə artıq borcluya qarşı tələblər yalnız tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər, yəni, məhkəmədə baxıla bilməz. Belə olduğu təqdirdə isə hazırkı mübahisəyə baxılması məqsədəmüvafiq deyildir. Qeyd olunanlara və Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad edərək, məhkəmə iş üzrə icraatın dayandırılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Kollegiya qeyd edir ki, həmin normaya əsasən istənilən başqa işə görə deyil, işin həllinə bilavasitə təsir edən və baxılıb qurtaranadək işə baxılmasını qeyri-mümkün edən digər işlə görə icraat dayandırılır. Yəni təkcə tərəflərin subyektiv tərkibinin eyni olması və ya iddianın əsası və predmetləri arasında hər hansı əlaqənin mövcud olması iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. İddiaçı "xxxx" MMC tərəfindən müflis elan olunma və iflas prosesinə başlanma barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi isə hazırki işin həllinə bilavasitə təsir etmir və baxılmasının qeyri-mümkünlüyünə səbəb olmur. Ona görə də, iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələblərinə uyğun deyil. Birinci instansiya məhkəməsinin istinad etdiyi hallarla bağlı kollegiya izah edir ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə yalnız borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və ondan alınmalı məbləğləri tutulması üçün bütün digər hərəkətlərə son qoyulur. Lakin hazırki işdə "xxxx" MMC müflis elan olunmamışdır. Bununla bağlı onun iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi isə müflis elan olunma hesab edilmir. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 18ci maddəsinin 1-ci bəndinə görə borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi. Hazırki işdə isə həmin hallardan heç biri mövcud deyil. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5865/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməsin. İşə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-435/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-435/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver