Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-436/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-6663/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin icarəsi ilə bağlı cavabdehdən 22400 manat icarə borcu, icarə obyekti təhvil vermədiklərinə görə 60000 manat təzminat, icarə haqqının ödənilmədiyinə görə 2724 manat cərimə, işıq borcu üzrə 547 manat, mediator təşkilatına ödənilmiş 200 manat və 190 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Cavabdehnə qarşı iddiası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-6663/2022 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda cavabdeh apellyasiya şikayətinə həmin şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizə əlavə edərək, Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2- 2(113)-6663/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edib, cavabdeh e2-2(113)-6663/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6663/2022 saylı qərardadı ilə (hakim Aytən Əliyeva) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 6663/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair verilmiş ərizə rədd edilmişdir. Həmin iş üzrə Cavabdeh qərarddaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2- 2(113)-6663/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilməklə bərpa edilməsini və cavabdeh e-2-2(113)-6663/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X2 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. İşin hallarından göründüyü kimi, apellyasiya şikayəti verilən zamanda “ASAN imza”da problem olmuşdur. Bununla bağlı təkrar müraciət edilmiş imzanı əldə etdikdən sonra 30 yanvar tarixində apellyasiya şikayəti verilmişdir. 28-29 yanvar tarixləri qeyri- iş günü olduğundan apellyasiya şikayəti 30 yanvar tarixində verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6663/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6663/2022 nömrəli qərardadı ləğv edilərək cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)- 6663/2022 saylı qətnaməsi Cavabdeh MMC-nin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq prosessual müddətin axımı xx.xx.2022-cü il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinetə yükləmişdir. Cavabdehin ərizəsində qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixdə asan imzada problem olduğu üçün apellyasiya şikayətini imzalamaq mümkün olmamışdır. Asan imzanın dublikatının alınması üçün cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə Asan Xidmətə müraciəti və yeni “Asan imza”nın xx.xx.2023-cü il tarixd təqdim edilməsi barədə sübut məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə qərardad qəbul edərkən səhvə yol verərək prosessual müddətin xx.xx.2023-cü il tarixdə bitdiyini qeyd etmiş, MPMnin 128.3-cü maddəsinin tələbini, yəni müddətin axımım növbəti gündən başladığını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixdə asan imzada yaranmış problemlə əlaqədar apellyasiya şikayətini elektron qaydada göndərə bilmədiyi və yeni asan imza əldə etdikdən sonra növbəti iş günü apellyasiya şikayətini təqdim etdiyi nəzərə alınaraq müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli və müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6663/2022 nömrəli qərardadı ləğv edilərək cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6663/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2-2(113)-6663/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-436/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-436/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver