Məhkəmə qərarları › İş №2-2(103)-436/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-436/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-436/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-323/2024 nömrəli qətnaməsindən cavabdeh"xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli NDQ 010909 saylı akta əsasən İddiaçı MMC-yə hesablanmış 3.352,05 manat elektrik enerjisindən istifadəyə görə borcun və xx.xx.2023-cü il tarixli, 052244 saylı Akta əsasən İddiaçı MMC-yə hesablanmış 3.630 manat borcun, cəmisi 6.362.05 manat elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi, habelə mediasiyaya görə ödənilmiş 100 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-323/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəi qanunvericiliyin tələblərinə cavab verilmədiyindən qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2348/2022 nömrəli qətnaməsi ləğv edilməsi xahiş edilmiş, lakin iş üzrə həmin nömrədə və tarixli qətnamə qəbul edilməmişdir. Eyni zamanda 361.1-ci maddədə apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulduğu halda şikayət həmin formaya uyğun (müəyyən hissələr cədvəldə qeyd edilməmişdir) tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-323/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-323/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. İş № e-2-2(103)-436/2024 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 11 mart 2024-cü il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-323/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxladı. Sədrlik edənin məruzəsindən sonra məhkəmə tərkibi müşavirə edərək apellyasiyanın qeyri-mümkün sayılması barədə qərardad qəbul edir. Sədrlik edən: Protokol 11 mart 2024-cü il tarixdə tərtib olundu.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar