Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-437/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-nə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-cü il tarixli, e-2-2(113)-130/2025 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Rabitəbank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM- 1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 31522,15 manat, cəmi 4235300,51 manat, xx.xx.2019-cu il tarixli, Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus və Daşmar Əmlakın Girov müqavilələrinin 2.1. bəndində öz əksini tapmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-m X1 yerləşən daşınar əmlaka yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 3506367,82 manat, cəmi 4235300,51 manat, cəmi 106396,12 ABŞ dolları pulun, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş cəmi 4715 manat pulun ödənilməsi və girov predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi Ələkbərov Orxan vəsatət ilə məhkəməyə müraciət edərək işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-130/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-nə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş işin ərazi aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətin rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2- 2(113)-130/2025 nömrəli qərardadın ləğv edilməsi, işə baxılması üçün ərazi aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı "borcun tutulması və telebin girov predmetlerinə yöneldilməsi tələbi"nə dair iddia ile Bakı Kommersiya Məkəməsinə müraciət etmişdir. Qeyd olunur ki, "İnterximservis'' MMCnin fəaliyyəti ilə əlaqədar hüquqi unvanı deyişdirilərək, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hesab edirəm ki, işə ərazi aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsi ərazi aidiyyatı ilə bağlı işin hallarını tam və hər tərəfli araşdırmayaraq, xx.xx.2025-ci il tarixli e-2-2(113)-130/2025 nömrəli qərardadı əsassız qəbul etmişdir, çünki maddənin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarda olan sənədlərdən göründüyü kimi İnterximservis” MMC-nin hüquqi ünvanı dəyişdirilərək, ünvan 3ta alınmışdır. Məhkəmə İnterximservis” MMC-nin hüquqi ünvanı ünvan 4unla bağlı vəsatətimizi rədd etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-130/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, vəsatət təmin olunmamalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli cavabdehə məxsus kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, o cümlədən xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırılan zaman cavabdeh MMC-nin hüquqi ünvanı kimi AZ1030, ünvan 6i rayonu, Oqtay Vəliyev, ev 1 ünvanı qeyd olunmuş və iş məhkəmənin icraatına aidiyyət qaydalarına riayyət edilməklə qəbul edildikdən sonra cavabdeh tərəfindən hüquqi ünvan dəyişdirilmişdir. Məhkəmə kollegiya hesab edir ki, vəsatətin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-cü il tarixli, e-2-2(113)-130/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-437/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-437/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver