Məhkəmə qərarları › İş №2-2(103)-439/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-439/2021

14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-439/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə audtin keçirilməsinə şərait yaradılması və sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından (hakim Kənan Hüseynov) iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müstəqil auditor tərəfindən auditin keçirilməsinə şərait yaradılması, auditorun tələbi üzrə bütün sənədlərin ona təqdim edilməsi öhdəliyinin “xxxx” Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək "xxxx Sığorta Şirkəti" ASC-nin (VÖEN**********) ümumi yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsinin “xxxx Sığorta Şirkəti” ASC-yə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə X1 (MBNP) Direktorlar Şurasının x xxxxxxx 2017-ci il tarixli Qərarına əsasən "xxxx Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir. Cəmiyyətin hazırki maliyyə vəziyyəti barədə məlumat əldə edə bilmədiyindən iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edilmiş və Səbail rayon Məhkəməsinin 2(009)- 1032/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ləğv prosesinin hazırki vəziyyəti barədə, 2018-ci ilin əmək haqları barədə bütün ödənişlər açıqlanmaqla, debit-kreditin hal-hazırki vəziyyəti barədə, əsas vəsaitlərin vəziyyəti barəsində 2017-2020-ci illər barədə ətraflı məlumatın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməyərək tələb edilən sənədlər ona təqdim edilməmişdir. Həmçinin dəvət edilmiş müstəqil auditor "xxxx Sığorta Şirkəti” ASC-yə buraxılmadığından auditin keçirilməsi mümkün olmamışdır. Auditora audit keçirməsinə şərait yaratmamışlar. Tələm-tələsik şirkətin əmlakını ucuz qiymətə realizə etməyə vəsaitləri, süni şəkildə xərclərə silməyə çalışırlar. Təcili ümumi yığıncağı çağırıb gizlədilən sənədlər əsasında bölgünü apararaq şirkəti ləğv etməyə çalışırlar. Bu səbəbdən yeni iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edilmiş. İşə məhkəmədə baxılıb qurtaranadək və qanuni qüvvəyə minənədək iddianı təmin tədbiri qismində "xxxx Sığorta Şirkəti" ASC-nin ümumi yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsinin qadağan edilməsi zərurəti yaranmışdır. Bu iş üzrə iddianın təmin edilməməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyri-rəsmi məlumatlara görə cavabdeh müəssisənin vəsaitləri xərclərə silinmişdir. İşi araşdırmaq üçün təsisçi öz hüquqlarından istifadə edərək maliyyə sənədlərini tələb etmiş, lakin, cavabdeh sənədlərlə tanış olmağa şərait yaratmamışdır. Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi bu günədək icra olunmamışdır. Təcili ümumi yığıncağı çağırıb gizlədilən sənədlər əsasında bölgünü apararaq şirkəti ləğv etməyə çalışırlar. Sənədlər təqdim edilmədən, auditin keçirilməsi təmin edilmədən təsisçilər müəssisənin əmlakının bölgüsü və müəssisənin ləğvi barədə qərar qəbul edildikdən sonra auditin keçirilməsi mümkün olmayacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2 (113)-1756/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İş üzrə iddianı təmin etmə tədbiri görülməsinin məqsədi qanunun tələbinə görə qəbul ediləcək qətnamənin gələcəkdə real icrasını təmin etmək olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarında iddianı təmin etmə tədbirinin iddia tələbinə mütənasib olması barədə şərt müəyyən edilmişdir. İddia tələbindən göründüyü kimi, hazırki iddia tələbi auditin keçirilməsinə şərait yaradılması, auditorun tələbi üzrə bütün sənədlərin ona təqdim edilməsi öhdəliyinin “xxxx” Sığorta Şirkəti ASC-nin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddianın təmin tədbirinin tətbiq edilməsinə dair ərizədə qeyd edilmiş, "xxxx" ASC-nin ümumi yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsinin “xxxx Sığorta Şirkəti” ASC-yə və üçüncü şəxslərə qadağan edilməsinə dair tələb iddia tələbinə mütənasib tələb deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə izah edir ki, iddiaçının şikayətə apelyasiya instansiya məhkəməsində baxılarkən təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizə birinci instansiya məhkəməsi icraata qəbul edildikdən sonra iddiaçı iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə yeni ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Hazırkı mərhələdə həmin ərizənin təqdim edilməsi mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi və iddianı təmin etmə tədbiri görülməsi barədə ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar