Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-44/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X2 və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə ( VÖEN- **********; Hüquqi ünvanı – AZ1078, ünvan 1; Qanuni təmsilçisi – X3; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2012-ci il) qarşı kredit borcunun tutulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)-412/2017 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2017-ci il tarixdə məhkəmədə iddia qaldıraraq, cavabdehdən 70K/13 saylı, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 202,000 manat, faiz borcu üzrə 110,681.35 manat, cərimə borcu üzrə 9,426.86 manat olmaqla cəmi 322,108.21 manat, 24K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920,000 manat, faiz borcu üzrə 549,560.17 manat, cərimə borcu üzrə 84,231.33 manat olmaqla cəmi 1,553,791.50 manat, 160K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3,601,150 manat, faiz borcu üzrə 1,977,632.76 manat, cərimə borcu üzrə 1,035,331.18 manat olmaqla cəmi 6,634,113.94 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, 01 manat bank xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamenti ilə "xxxx" MMC arasında bağlanmış 70K/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC -ya illik 15 %-lə, 36 ay müddətinə 202,000 AZN, 24K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 16 %-lə, 36 ay müddətinə 920,000 AZN, 160K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 15 %-lə, 24 ay müddətinə 3,601,150 AZN məbləğində kreditlər verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin 6.3-cü maddəsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh "xxxx" MMC "borcun qaytarılması tələbi ilə bağlı" şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamenti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 70K/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə cavabdeh "xxxx" MMC İddiaçı qarşısında əsas borc üzrə 202,000 AZN, faiz borcu üzrə 110,681.35 AZN, cərimə borcu üzrə 9,426.86 AZN, cəmi 322,108.21 AZN. 24K/13 nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920,000 AZN, faiz borcu üzrə 549,560.17 AZN, cərimə borcu üzrə 84,23133 AZN, cəmi 1,553.791.50 AZN, 160K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3,601,150 AZN, faiz borcu üzrə 1,977.632.76 AZN, cərimə borcu üzrə 1,035.331.18 AZN, cəmi 6,634.113.94 AZN borc yaranmışdır. Məlumat üçün bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1404/2016 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəlmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı-nin ləğvedicisi təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(82)-412/2017 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)- 412/2017 nömrəli qətnaməsi ilə (hakim H.Babayeva) İddiaçı-nin Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı-dən 143 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( hesab: Az.MEM,VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22) ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)- 412/2017 nömrəli qərardadı ilə İddiaçı-nin, “xxxx” MMC-nin və “xxxx” MMC-nin işçilərinin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsində, 178.3.2-ci maddəsində, 193.2.1-ci maddəsində, 193.2.3-cü maddəsində, 195.2-ci maddəsində, 308.2-ci maddəsində, 313-cü maddəsində və 314-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilməsi, xüsusi qərardadın Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olduqdan sonra həmin idarə 10 gün müddətində İddiaçı-nin, “xxxx” MMC-nin və Cavabdeh MMC-nin işçilərinin barəsində cinayət işinin başlanması barədə məsələni həll edilməsi və qəbul edilmiş qərarın surətinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə və yuxarıda göstərilən hüquqi şəxslərə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)- 412/2017 nömrəli xüsusi qərardadı xx.xx.2017-ci il tarixli, 2-2(82)-412/2017 saylı məktub ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)- 412/2017 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)- 412/2017 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 412/2017 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)-412/2017 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-898/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)-412/2017 nömrəli qərardadı ləğv edilmiş, iddiaçının ərizəsi təmin edilərək müddət bərpa edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxararkən yalnız ekspert rəyinə əsaslanmışdır. Belə ki, qətnamənin əsaslandırma hissəsində qeyd olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə və kredit müqavilələrində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19159 saylı, xx.xx.2017-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş xx.xx.2012- ci il tarixli, 160K/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsindəki “borc alan”, “Şahid” qrafalarındakı imzalar, “xxxx”-nın xx xxx 2013-cü il tarixli BOA seriyalı 088860 nömrəli və xx xxxxxx 2012-ci il tarixli BOA 088859 nömrəli çeklərin ön və arxa tərəfindəki “imzalar” və “imza” qrafasındakı imzalar faksmile klişe vasitəsilə icra edilmişdir. Bu səbəbdən hakim hesab etmişdir ki, tərəflər arasında bu kredit müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassızdır və iddia ərizəsini rədd etmişdir. Hakim yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsaslanaraq digər sübutlara qiymət verməmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndələri X4 və Nümayəndə1 izahat verərək, iddia tələbini və apellyasiya şikayətini müdafiə etdiklərini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq, Nümayəndə1 cavabdeh tərəfindən ümumiyyətlə ödəniş edilmədiyini, əsas borc, faiz və cərimənin tutulmasını tələb etdiklərini bildirdi. Cavabdeh, onun qanuni təmsilçisi X3, eyni zamanda onun nümayəndələri Nümayəndə2, Nümayəndə3 məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, (əlavə olaraq SMS bildirişi göndərilmişdir) məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəfindən məhkəmə bildirişləri cavabdehin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışında göstərilmiş - ünvan 1 ünvanına və onun qanuni təmsilçisi X1 – Naxçıvan şəh., Heydər Əliyev pr., ev 12 ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə əvvəlki məhkəmə iclaslarında maliyyə arayışının təqdim edilməsi tapşırılsa da, yalnızca xx.xx.2020-ci il tarixli məhkəmə iclasında tələb olunan arayış məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində, xəbərdarlıq məktubunda xx.xx.2013-cü il tarixli, 70K/13 saylı müqavilə qeyd olunsa da, birinci instansiya məhkəməsinə belə bir müqavilə təqdim edilməmiş və birinci instansiya icraatının iş materiallarında mövcud olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 19159 №-li və xx.xx.2017-ci il tarixli 19158 №-li məhkəmə ekspertizasının rəylərindən göründüyü kimi, xx.xx.2012-ci il tarixli 160K/12 nömrəli və xx.xx.2013-cü il tarixli, 24K/13 nömrəli kredit müqavilələri tədqiqat üçün təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: -Borc alan qismində Şahid şəxsində “xxxx” MMC ilə borc verən qismində İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 160K/12 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən, borc verən borc alana 3,601,150 AZN məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. -Borc alan qismində Şahid şəxsində “xxxx" MMC ilə borc verən qismində İddiaçı arasında xx xxx 2013-cü il tarixdə bağlanmış 24K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən, borc verən borc alana 920000 AZN məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. -xx xxxxxx 2012-ci il tarixli, 160K/12 saylı təminatsız kredit xətti müqaviləsinə edilmiş xx xxxxxx 2013-cü il tarixli, 1 saylı əlavəyə əsasən xx.xx.2012-ci il tarixli 160K/12 saylı kredit xətti müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixədək uzadılır. -İddiaçı tərəfindən məhkəməyə “xxxx” MMC-nin direktoru Şahid şəxsində cəmiyyətə 3,594,069 manat verilməsinə dair xx xxxxxx 2012-ci il tarixli BOA seriyalı 088859 saylı və 910800 manat verilməsinə dair xx xxx 2013-cü il tarixli BOA seriyalı 088860 saylı çeklər təqdim edilmişdir. -Ləğv prosesində olan “xxxx" ASC tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, “xxxx ” MMC- nin xx xxxx 2017-ci il tarixə xx xxxxxx 2012-ci il tarixli, 160K/13 saylı müqavilə üzrə 6,634,113.94 , xx xxx 2013-cü il tarixli 24K/13 saylı müqavilə üzrə 1,553,791.50 manat, xx xxxxxx 2013-cü il tarixli, 70K/13 saylı müqavilə üzrə 322,108.210 manat məbləğində borcu vardır. -1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)- 1404/2016 saylı qərarı ilə İddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı-nin ləğvedicisi təyin edilmişdir. -xx xxxxxxx 2016-cı il tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən çıxarışından müəyyən olunur ki, “xxxx” MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində “xxxx” MMC yenidən təşkil edilmişdir və “xxxx” MMC-nin hüquqi varisi olmuşdur. -İddiaçı tərəfindən xx xxxx 2017-ci il tarixdə Cavabdeh MMC (“xxxx” MMC) pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə 6,540,590.46 manat, 24K/13 saylı, xx xxx 2013-cü il tarixli müqavilə üzrə 1,533,755.94 manat, 70K/13 saylı, xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə 317,984.05 manat təşkil edən borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. - xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017ci il tarixli, 19159№-li məhkəmə ekspertizası rəyində qeyd edilmişdir ki, “ 1. Tədqiqata təqdim edilmiş 2-2(82)-412/2017 saylı işinin materiallarda olan xx.xx.2012-ci il tarixli 160K/12 nömrəli Təminatsız bərpa olunmayan kredit xətti müqavilədəki “Borc alan” , “Şahid” qrafalardakı imzalar, “xxxx”-nın xx xxx 2013-cü il tarixli BOA088860 nömrəli və xx xxxxxx 2012-ci il tarixli BOA088859 nömrəli çeklərin ön və arxa tərəfindəki “İmzalar” , “İmza” qrafalardakı imzalar faksimile klişe vasitəsilə icra edilmişdir. 2. Tədqiqata təqdim edilmiş 2-2(82)-412/2017 saylı işinin materiallarda olan xx.xx.2012-ci il tarixli 160K/12 nömrəli Təminatsız bərpa olunmayan kredit xətti müqavilədəki “Borc verən” , “Balıyeva A.F.” qrafalardakı imzalar, xx.xx.2013-cü il tarixli 24K/13 nömrəli Təminatsız bərpa olunan kredit xətti müqavilədəki imzalar, “xxxx”-nın xx xxx 2013-cü il tarixli BOA088860 nömrəli və xx xxxxxx 2012-ci il tarixli BOA088859 nömrəli çeklərin arxa tərəfindəki “Nəzarətçi” , “İcraya cavabdeh” , “Xəzinədar” qrafalardakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa icra edilmişdir.” (ekspert Elza Əhmədova) - xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017ci il tarixli 19158 №-li məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, “ Ekspertizaya təqdim olunmuş, İddiaçı ilə “xxxx” MMC-nin direktoru Şahid arasında bağlanmış 24K/13 nömrəli x xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsində “Borc alan” qrafalarındakı imzalar – Şahid tərəfindən icra olunmuşdur.” (ekspert Nəsimi Əfəndiyev) Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəllənin qeyd edilən müddəalarının hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən Cavabdeh MMC arasında kredit müqavilələrinin bağlanması və bununla bağlı öhdəlik münasibətlərinin meydana gəlməsi iş materiallarında olan kredit müqavilələri ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qərarda ifadə edilmiş hüquqi mövqeyə görə, iddiaçı müqavilənin müddətinin bitdiyi günə qədər əsas borca hesablanan faizləri tələb edə bilər. Bundan sonrakı müddətdə isə ya vəsaitdən yenidən istifadə edə bilməməsi ilə əldən çıxmış fayda və ya illik beş faiz məbləği tələb edə bilər. İşdən göründüyü kimi xx.xx.2020-ci il tarixli, **********194 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh MMC-nin xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu ******* AZN, faiz borcu ******* AZN, xx.xx.2020-ci il tarixli, **********193 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 920000 AZN, faiz borcu 613755 AZN-dir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən yuxarıda qeyd olunan kredit müqavilələri üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əsas borc üzrə xx.xx.2020-ci il tarixli **********194 saylı və xx.xx.2020-ci il tarixli **********193 saylı maliyyə arayışları əsas götürülərək, xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə əsas borc ******* manat, xx xxx 2013-cü il tarixli müqavilə üzrə əsas borc 920000 manat iddiaçının kredit öhdəliyinin müddətinin bitdiyi günə olan əsas borcu həmin maliyyə arayışına əsasən hesablanmalıdır. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli, **********194 saylı və xx.xx.2020-ci il tarixli, **********193 saylı maliyyə arayışlarında hesablanmış faizləri yüksək hesab edərək bildirir ki, faizlər kredit öhdəliyinin qüvvədə olduğu müddətə və kreditin illik faizinə əsasən hesablanmalıdır. xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə faiz borcu ******* manat ((3601150/100x15%)x2), xx xxx 2013-cü il tarixli müqavilə üzrə faiz borcu 147200 manat (920000/100x16%) hesablanmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrin 5.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edilən normaya əsasən hesab edir ki, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cərimə borcu 14720 manat, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən cərimə borcu azaldılaraq əsas borcun 10%-i hesablanaraq 108034,5 manat müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsinin əsası kimi onu da qeyd edir ki, iş materiallarında olan müqavilələr möhürlə təsdiq edilmişlər və ekspert rəyindən göründüyü kimi 24K/13 nömrəli x xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsində “Borc alan” qrafalarındakı imzalar – Şahid tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 70K/13 saylı müqavilə üzrə cavabdehdən 202000 manat əsas borc, 110681,35 manat faiz borcu, 9426.86 manat cərimə borcunun tutulmasını tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə sübuta yetirə bilməmiş, qeyd edilən kredit müqaviləsini, o cümlədən həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də işin apellyasiya icraatı zamanı apellyasiya məhkəməsinə təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfindən işin apellyasiya icraatı zamanı məhkəməyə yalnız maliyyə arayışları təqdim edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi xx xxxxxx 2013-cü il tarixli 70K/13 saylı müqavilə üzrə cavabdehdən 202000 manat əsas borc, 110681,35 manat faiz borcu, 9426.86 manat cərimə borcunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx xxx 2013-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 920000 manat, faiz borcu 147200 manat, cərimə 14720 manat, xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə əsas borc üzrə ******* manat, faiz borcu ******* manat, cərimə 108034,5 manat məbləğ iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli və məhkəmə ekspertizası xərci kimi 143 manat cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382-384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq qət etdi: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)- 412/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx xxx 2013-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 920000 manat (doqquz yüz iyirmi min manat) , faiz borcu 147200 manat (yüz qırx yeddi min iki yüz manat) , cərimə 14720 manat (on dörd min yeddi yüz iyirmi manat) - cəmi 1 081 920 manat (bir milyon səksən bir min doqquz iyirmi manat), xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə əsas borc üzrə ******* manat (üç milyon altı yüz bir min yüz əlli manat), faiz borcu ******* manat (bir milyon səksən min üç yüz qırx beş manat) , cərimə 108034,5 manat (yüz səkkiz min otuz dörd manat əlli qəpik) – cəmi 4789529,5 manat ( dörd milyon yeddi yüz səksən doqquz min beş yüz iyirmi doqquz manat əlli qəpik) tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cəmi 143 (bir yüz qırx üç) manat Cavabdeh MMC-dən tutularaq, Keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: Adı – Dövlət xəzinədarlığı Agentliyi; Kodu: 210005; VÖEN **********; Müxbir hesab – AZ41NABZ********************; SFİFT BİK – CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN- **********; Hesab – AZ34OTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-44/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-44/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver