Məhkəmə qərarları › İş №2-2(103)-44/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-44/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-44/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər X7, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “razılaşmanın və sazişin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2451/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" QSC ilə X9 arasında xx.xx.2013-cü il tarixli 27L000000511 saylı krеdit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır.

2. Həmin tərəflər arasında kredit xətti müqaviləsinə xx.xx.2017-ci il tarixli 27L000000511S saylı sazişlə əlavə və dəyişiklik edilərək, kredit xəttinin məbləği 100.000 ABŞ dolları müəyyən edilmişdir.

3. Həmçinin tərəflər arasında kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli 27L000000511SA saylı sazişlə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 210 ay müddətində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur.

4. Kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit razılaşması bağlanmış və müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, 18.000 manat məbləğində krеdit verilmişdir.

5. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

6. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə zaminlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 arasında müvafiq olaraq 24 oktyabr 2017-ci il tarixli 027S**********01 saylı, 27 fevral 2020-ci il tarixli 027S**********01 saylı, 27 fevral 2020-ci il tarixli 027S**********02 saylı, 27 fevral 2020-ci il tarixli 027S**********01 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər borclu X6 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

7. Kredit xətti müqaviləsinə edilmiş əlavə və dəyişikliklər müvafiq olaraq zaminlik müqavilələrinə də edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı QSC cavabdehlər X7, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşmasının, xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişin ləğv edilməsi, cavabdеhlər X4, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 17.756 manat məbləğində krеdit bоrcu, 3.994,54 manat məbləğində faiz bоrcu və 6.587,49 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28.338,03 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 220 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, cavabdeh X9 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 17.756 manat, faiz borcu 3.994,54 manat cərimə borcu 6.587,49 manat, cəmi borcu isə 28.338,03 manat təşkil edir.

10. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2451/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşması və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər X4, Cavabdeh5, Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada 17.756 (on yeddi min yeddi yüz əlli altı) manat məbləğində əsas borc, 3994,54 manat (üç min doqquz yüz doxsan dörd manat əlli dörd qəpik) məbləğində faiz borcu və 850 (səkkiz yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 22.600,54 manat (iyirmi iki min altı yüz manat əlli dörd qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 170 (yüz yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

12. Cavabdeh X9 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, əlavə hesablanmış əsas və faiz borclarının və 850 manat məbləğində dəbbə pulunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qəbul etdiyi qətnaməni yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsaslanmaqla tərəfindən əsas və faiz borclarının şişirdilməsi ilə bağlı gətirilən dəlillərə hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

16. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh X9 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və əsas, faiz, cərimə borcuna aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

23. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 462-ci maddələri təşkil edir.

24. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh X9 öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

25. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 dekabr 2022-ci il tarixli 9/8327 saylı ekspert rəyi verilmişdir.

26. Həmin rəyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında bağlanmış 27 fevral 2020-cİ il tarixli 027R********** saylı kredit müqaviləsi və həmin müqavilənin əsasında İmzalanmış sazişin qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh X6 İddiaçı QSC-yə sualda soruşulan tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə 17622,24 manat, faiz borcu üzrə 4278,36 manat. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixə cavabdeh X7 cərimə borcu hesablanmadı. Eyni zamanda təqdim edilmiş hesabdan çıxarış sənədlərinə əsasən cavabdeh X9 tərəfindən İddiaçı QSC-yə sualda soruşulan xx.xx.2021-ci il tarixdən sonra ödənişin aparılmadığı müəyyən edildi.

27. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 01 dekabr 2022-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Əsas borcun məbləği isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 17756 manat deyil, ekspert rəyinə uyğun olaraq 17622,24 manat məbləğində müəyyən edilməlidir.

28. Məhkəmə kollegiyası dəbbə puluna aid hissədə isə ekspertiza rəyi ilə razılaşmır və hesab edir ki, həmin nəticəyə gələrkən ekspert səhvə yol vermişdir.

29. Belə ki, kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur.

30. Beləliklə, müqavilə şərtlərindən göründüyü kimi müqavilə müddəti çərçivəsində borclu tərəfindən kredit borcunun ödənilməsində gecikmə olanda dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur.

31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasını tələb edə bilər.

32. Eyni zamanda qeyd olunur ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

33. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə (6587,49 manat) dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

34. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə iddiaçı və cavabdeh X7 aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2451/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin. Əsas borcun məbləği 17622,24 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı QSC və cavabdeh X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar