Məhkəmə qərarları › İş №2-2(103)-441/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-441/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-441/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndələri X3, X2 iştirakı ilə, Apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadından İddiaçı şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-404/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASCyə və üçüncü şəxs Cavabdeh1 MMC-yə qarşı “dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda tələbinə dair iddiası rədd edilmişdir. Qeyd edilən qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılmasına əsas olmuş hallar göstərilmişdir. Məhkəmənin əsas tutduğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırılması konkret yazılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)- 404/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə xx xxxx 2020-ci il tarixli qərardadını qəbul etməklə hakim iddiaçını faktiki olaraq məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Məhkəmə qərardadında apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə yenidən verə bilmə hüququ izah edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadda “xxxxxxxxxxxxxx” ASC iş üzrə tərəf olmadığı üçün qərardadın onun hüquq və maraqlarına toxunmadığı qeyd edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən qərardadın qüvvədə qalması Nərimanov rayon Məhkəməsinin 2(005)-3696/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına mane olur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, MPM-nin 357.-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna hüququna toxunan digər şəxslər də malikdirlər. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də cavabdehə çatmamışdır. İddiaçı məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndələri şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. İddiaçı xx.xx.2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim etmədiyindən şikayətin qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslıdır. Məhkəmə qərardadında izah etmişdir ki, apellyasiya şikayətinin geri qaytarılması iddiaçının prosessual qanunvericiliyin tələblərinə əməl etməklə apellyasiya şikayətini yenidən verə bilmək hüququna toxunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-404/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar