Məhkəmə qərarları › İş №2-2(103)-443/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-443/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-443/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi K.X3 və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-40/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-40/2020 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dünyada və eləcə də ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. X2 da həmin qurumların siyahısına əlavə edilmişdir. Bu səbəbdən xx xxx 2020-ci il tarixdə karantin rejimində yumşalmalar tətbiq edilən kimi hüquq şöbəsinin əməkdaşları işə çıxmış və həmin vaxt qətnamə ilə tanış olaraq yığılıb qalmış iş çoxluğu şəraitində mümkün qısa zamanda apellyasiya şikayətini hazırlamışlar. Lakin bundan sonra da, məlum olduğu kimi 23 və 30 may tarixləri ölkədə qeyri-iş günləri müəyyən edilmişdir. Həmçinin apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərmək istəsələr də, asan imzada yaranmış səbəbi məlum olmayan xətalara görə həmin vaxt apellyasiya şikayətini göndərmək mümkün olmamış və müddətin daha da uzanmaması üçün apelyasiya şikayətinin poçt vasitəsilə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər çərçivəsində mübahisəli qətnamədən şikayət verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X4 şikayəti müdafiə etdi, cavabdehin vəkili Vəkil isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-40/2020 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 rəsmi qaydada verilmişdir. LPO İddiaçı ASCnin apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə poçt orqanına təqdim edilmiş, xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddətdə verilməmişdir. Çünki LPO İddiaçı ASC üçün apellyasiya şikayəti verilməsi müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Həmçinin, apellyasiya şikayəti prosessual qanunvericiliyin tələbləri uyğun olaraq verilməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qətnamədən verdiyi apellyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayəti geri qaytarılması nəticəsinə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, həmin dəlillər yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmır və yalnız məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda prosessual müddətin bərpası üçün əsas ola bilər. Lakin iddiaçı tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar