Məhkəmə qərarları › İş №2-2(103)-446/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-446/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-446/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi K.X2 iştirakı ilə, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (81)-2593/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iş üzrə Cavabdeh-nin buraxılmış prosessual müddətin bərpası barədə Bakı Kommersiya Məhkəməsinin 2 (81)-2593/2014 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (81)-2593/2014 saylı qətnaməsinə əsasən ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin iddiası qismən təmin edilərək Cavabdeh-dən 39730 manat əsas, 198,65 manat faiz, 1901,31 manat dəbbə pulu, ümumilikdə 21829,96 manat məbləğində borcun tutulması qət edilmişdir. Qətnamə xx.xx.2014-cü il tarixdə icra vərəqəsi verilməklə icraya yönəldilmiş, xx.xx.2015-ci il tarixdə Yasamal rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq barədə qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Cavabdeh-nin yeni direktoru E.Səlimov məhkəmə qətnaməsinin surətini almaq üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə qətnamənin surəti təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə prosesləri barədə məlumatı olmamış, məhkəmə tərəfindən cavabdehə bildiriş göndərilməmiş, məhkəmə qətnaməsini xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməsi barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Əgər ərizədə qeyd edildiyi kimi, cavabdeh qətnaməni 2020ci ilin əvvəlində almışdısa müddətin bərpasına ehtiyac yox idi. Cavabdehin müddətin bərpası barədə ərizə verməsi onu təsdiq edir ki, onun qətnamə barədə məlumatı olmuş, lakin prosessual müddəti buraxaraq qanunla nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti verməmişdir. İş materiallarından görünür ki, cavabdehin məhkəmə iclasları barədə məlumatı olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehin ərizəsində qeyd edilmiş mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə elektron məhkəmə sistemi vasitəsi ilə “SMS xəbərdarlıq” göndərilmiş, lakin məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (81)-2593/2014 saylı qərardadı ləğv edilməli, cavabdehin ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı halda cavabdeh ərizədə buraxılmış prosessual müddətin bərpa edilməsi üçün hər hansı üzürlü səbəb göstərməmiş, qeyd etdiyi səbəb isə-qətnamə barədə məlumatı olmaması və 2020-ci ilin fevral ayında əldə etməsi buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Mülki prosesdə işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmək üçün Mülki Prosessual Məcəllənin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı qətnamənin rəsmi təqdim edildiyi və ya qanuna əsasən təqdim edilmiş hesab edildiyi vaxtdan hesablandığından cavabdehin dəlilinə əsasən qətnaməni 2020-ci ilin fevral ayında əldə etdiyi və həmin ayda apellyasiya şikayəti verdiyi nəzərə alındıqda prosessual müddəti ötürmüş olmur. Lakin məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, cavabdehin 2014-cü ildə işə baxılarkən məhkəmə iclasları barədə məlumatı olmadığına dair ərizədə qeyd edilənlər işin həqiqi hallarına uyğun deyil. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh-nin direktoru olmuş F.Mehrəliyev həmin tarixli məhkəmə iclasında iştirak edərək izahatında borcu qəbul etmiş, maliyyə vəziyyəti ağır olduğu üçün ödəyə bilmədiklərini qeyd etmişdir. Cavabdeh məhkəməyə faktiki ünvanı barədə məlumat vermədiyi üçün iş üzrə qəbul edilmiş qətnamə hüquqi ünvan üzrə göndərilmiş, həmin ünvanda fəaliyyət göstərmədiyi üçün çatmamışdır. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı halda cavabdeh ünvanı barədə məhkəməyə məlumat vermədiyi üçün Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən qətnamə faktiki təqdim edilməsə belə çatdırılmış hesab edilir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin altı ildən sonra hər hansı üzürlü səbəb olmadan bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi əsassız olduğundan mübahisələndirilən qərardad ləğv edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (81)-2593/2014 saylı qərardadı ləğv edilməli, cavabdehin ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 146, 263, 398.0.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (81)-2593/2014 saylı qərardadı ləğv edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (81)-2593/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iş üzrə Cavabdeh-nin ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar