Məhkəmə qərarları › İş №2-2(103)-448/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-448/2020

11.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-448/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2(82)-2154/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə olan 1051,47 manat borcunun məcburi qaydada tutulması və məcburi tutulmanın onun mülkiyyətində olan VAZ-21074” markalı 99EJ397 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan olan “VAZ-21074” markalı 99EJ397 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(82)- 2154/2015 saylı qərardadı ilə ərizə təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(82)- 2154/2015 saylı qiyabi qətnaməsi ilə Cavabdeh (VÖEN **********) dövlət büdcəsinə olan 1051,47 manat borcunun məcburi qaydada tutulması və məcburi tutma onun mülkiyyətində olan “VAZ-21074” markalı, 99EJ397 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi, habelə cavabdehdən 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə tərə olmayan X3 ərizə ilə məhkəməyə müraciət edərək **-EJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı, buraxılış ili 2008 olan avtomobilin üzərinə qoyulmuş həbs barədə Bakı şəhəri 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)- 2154/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilərək avtomobilin üzərindən məhdudiyyətin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, avtomobil xx xxxxxxxx 2009-cu il tarixdə etibarnamə əsasında X1 verilib və hal-hazıra kimi sonuncunun sahibliyindədir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(82)-2154/2015 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh dövlət büdcəsinə olan borcu hələ də mövcuddur. Belə ki, Cavabdeh hazırki şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 1051,47 manat vergi borcundan 338,77 manat (2,09 manat faiz, 336,68 manat maliyyə sanksiyası) məbləğində pul vəsaiti xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanuna əsasən silinmişdir. Lakin cavabdehin hazırda 712,70 manat məbləğində vergi borcu hələ də ödənilməmiş olaraq qalmaqdadır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinin tələblərinə görə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsində isə təsbit olunmuşdur ki, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Kollegiya hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinin tətbiq edilməsi və bu əsasa görə iddianın təmin edilməsinin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, hazırda iş üzrə qəbul olunmuş yekun məhkəmə qərarı qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx xxx 2018-ci il tarixli qərarı ilə borc mövcud olmadığı üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddianı təmin etmə tədbirinin saxlanılmasına zərurət aradan qalxmışdır. Çünki yekun məhkəmə qərarı üzrə verilmiş icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx xxx 2018-ci il tarixli qərarı ilə borc mövcud olmadığı üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərar isə mübahisələndirilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2(82)-2154/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar