Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-449/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı ləğvetmə prosesində olan «xxxx» ASC Cavabdeh MMC-yə qarşı “kredit müqvilələri üzrə borcun qaytarılması tələbinə dair» iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-545/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğvetmə prosesində olan «xxxx» ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən: - 169K/12 №-li xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi əsasən əsas borc üzrə 3.685.600 manat, faiz borcu üzrə 2.039.294,24 manat, cərimə borcu üzrə 16.892,36 manat, cəmi, 5.741.786,60 manat; -52K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 431.000 manat, faiz borcu üzrə 259.561,24 manat, cərimə borcu üzrə 27.775,96 manat, cəmi, 718.337,20 manat; -55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 234.000 manat, faiz borcu üzrə 140.816 manat, cərimə borcu üzrə 14.976, cəmi, 389.792 manat; - 41/14 №-li, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 207.375 manat, cəmi 657.375 manat; - dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xidməti haqqından ibarət məhkəmə xərclərinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında dörd kredit müqaviləsi bağlanmışdır. Cavabdehin borcalan hüquq sələfi «xxxx» MMC-yə birinci müqavilə və ona 1 saylı Əlavə üzrə illik 12 ay müddətinə 15 faizlə 3 686.000,00 manat, 2-ci müqavilə üzrə illik 12 ay müddətinə 16 faizlə 431.000,00 manat, 3-cü müqavilə və ona 1 saylı Əlavə üzrə 12 ay müddətin 16 faizlə 234.000,00 manat 4-cü müqavilə üzrə isə 450.000 manat kredit verilmiş, lakin borcalan tərəfindən pozulmuş, üzərinə düşən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, alınmış kredit məbləğləri faizləri ilə birlikdə banka qaytarılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-545/2017 saylı xx xxxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizsı Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli 21888 №-lı ekspert rəyinə əsaslanmışdır. Həmin ekspert rəyinə əsasən kredit müqavilələrində borcalan qarşısındakı imzalar «xxxx» vasitəsilə icra olunmuş, xx.xx.2012ci il tarixli müqaviləyə əlavədə borcalan qarşısındakı imza birbaşa qələmlə, xx.xx.2013-cü il tarixli müqaviləyə əlavədə isə borcalan qarşısındakı imza «xxxx» vasitəsilə icra edilmişdir. Bu səbəbdən hakim hakim hesab etmişdir ki, kredit müqaviləsi üzrə borcalan hüquqi şəxsin rəhbəri tərəfindən birbaşa deyil, «xxxx»dən istifadə edilməklə imzalandığından qanunla müəyyən edilmiş sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və bank tərəfindən «xxxx»MMC-yə müqavilələr üzrə kredit verilməsi öz təsdiqini tapmamışdır. Hakim digər sübutlara qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, məhkəməyə təqdim edilən müqavilələrdə və çeklərdə cavabdeh öz möhürü ilə kreditin imzalanmasını və vəsaitin bankdan götürülməsini təsdiq etmişdir. Bundan başqa, kredit vəsitlərin alınması üçün cavabdeh tərəfindən banka müraciət olunuşdur. Həmin müraciəti borcalanın direktoru X3 öz imzası və MMC-nin möhürü ilə təsdiq etmiş və həmin müraciətlər nəzərə alınaraq kredit vəsaiti verilməsi qərara alınmışdır. Ekspert rəyinə əsasən kredit müqavilələri borcalan imzalayarkən «xxxx»dən istifadə etsə də MMC-nin möhürünün düzgünlüyünə şübhə yoxdur. Əlavə olaraq kredit almaq üçün cəmiyyət təsis sənədlərini də banka təqdim etmiş, həmin sənədlər kreditin rəsmiləşdirilməsi üçün istifadə olunmuşdur. Bundan başqa cavabdehin cari hesabından çıxarışa əsasən verilən kredit vsəaitindən cavabdeh istifadə də etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Yusifov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, borcalan tərəfindən birinci müqavilə üzrə hətta 1000 manata yaxın ödəniş edildiyini, ona verilmiş kreditlərdən istifadə olunduğunu bildirərək, cavabdeh tərəfin kredit müqavilələrini inkar edən dəlilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiysının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının apellyasiya şikayətinə etirazını bildirərək dəlilləri ilə razılaşmamış, kredit müqavilələrin və iddiaçının təqdim etdiyi çeklərin borcalan tərəfindən «xxxx» vasitəsilə imzalandığı halda onların mötəbər sübutlar kimi qəbul edilməz olduğunu, bu baxımdan iddianın düzgün rədd eildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalıdır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mubahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Prosessual qanunvericiliyin qeyd olunan tələbini və iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə tam həcmdə baxılıb qiymət verilməlidir. İlk öncə,Cavabdeh MMC-nin işdə olan təsis sənədlərindən (xx.xx.2016-cı il tarixli **********186400 №-li reyestrdən çıxarış) görünür ki, Cavabdeh MMC - mübahisələndirilən kredit müqavilələri üzrə kredit alan «xxxx» MMC-nin hüquqi varisidir. Eyni zamanda, iş mapteriallarına əsasən müəyyən olunur ki, iddiaçının istinad etdiyi birinci üç - 169K/12 №-li xx xxxxxx 2012-ci il tarixli, 52K/13 №-li, xx xxxx 2013-cü il tarixli və 55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləri işdə mövcud olsa da, dördüncü - 41/14 №-li, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi, hazırkı mərhələdə də məhkəmənin təklif etməsinə baxmayaraq belə, həmin müqaviləni iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan birinci üç təminatsız bərpa olunmayan kredit xətti müqavilələrinə əsasən isə aşağıdakılar müəyyən olunur: -169K/12 №-li xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən hazırkı cavabdehin hüquq sələfi «xxxx» MMC-yə illik 15%-lə 12 ay müddətinə 3.606.000 manat məbləğində kredit verilmiş, xx xxx 2013-cü il tarixində isə tərəflər arasında həmin müqaviləyə 1 saylı Əlavə imzalanmaqla, həmin məbləğ 80.000,00 manat da artırılaraq kreditin məbləği 3.686.000,00 manata çatdırılmışdır; - 52K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə həmin borcalana 431.000,00 manat məbləğində kredit verilmişdir; - 55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə ilk öncə 224.000,00 manat, daha sonra tərəflər arasında xx xxxx 2013-cü il tarixdə imzalanmış 1 saylı Əlavə ilə 10.000 manat da artırılaraq 234.000 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsi qətənaməsində, iş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxxxx 2017-ci il tarixli 21888 №-lı ekspert rəyinə və MPM-in 88, 101.1, 101.3-cü maddələrinə istinadən məhkəmənin iş üzrə mövqeyi aşağıdakılardan ibarətdir: - «…Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayiəsədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş ekspert rəyindən müəyyən olunur ki, mübahisələndirilən müqavilələrdə və xx xxxx 2013-cü il tarixli 55K/13 №-li müqaviləy xx xxx 2013-cü il tarixli 1 saylı əlavədə «Borc alan» «X3» qrafalarndakı imzalar birbaşa deyil xxxx vasitəsilə icra edilmişdir. Yalnız xx xxxxxx 2012-ci il tarixli 169K/12 №-li müqaviləyə xx xxx 2013-cü il tarixli 1 saylı əlavədə «xxxx» MMC-nin direktoru adından «X3 qrafasındakı imza birbaşa olaraq icra edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi kredit müqavilələri borc alan hüquqi şəxsin rəhbəri tərəfindən birbaşa olaraq deyil, faksimile klişndən istifadə edilməklə imzalandığından tərəflər arasında qanunla müəyyən edilmiş formada sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və bank tərəfindən «xxxx» MMC-yə müqavilə üzrə kreditin verilməsi təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq ediəli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə, iddiaçı Mülki Məcəllənin 385, 385, 442 və 445-ci maddələrinə istinad edərək, cavabdehin kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı venrilmiş kreditin qaytarılmasını tələb etsə də, tərəflər arasında kredit müqavilələrin bağlanmasını, müqavilədə müəyən edilən pul vəsaitlərinin borc alana kredit olaraq verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübut qismində təqdim edilmiş hər üç kredit müqaviləsində borcalan qrafasındakı imzalar isə cavabdeh təşkilatın rəhbəri tərəfindən birbaşa deyil, xxxx vasitəsilə imza edilmişdir. Qeyd edilənərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədyindən iddia tələbi əsassızdır, rədd edilməlidir.» Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmənin qeyd olunan mövqeyindən göründüyü kimi, ekspert rəyinə əsaslanaraq birinci üç kredit müqaviləsindəki imzaların «xxxx» vasitəsilə icra olunmasına istinadən» həmin müqavilələr üzrə borcalan cavabdehin hüquq sələfi «xxxx» MMC-yə kreditlər veildiyini təsdiq edə bilən sübut əhəmiyyətli sənədlər kimi qiymətləndirməmişdir. Bu qənaətə gələrkən məhkəmə, birincisi, hər üç kredit müqaviləsinin «xxxx»dən istifadə edilməklə imzalandığını qəbul etsə də, həmin «xxxx»də əks olunmuş imzanın borcalan hüquq şəxsin rəhbəri (direktoru) «X2 məxsusluğu və bunun onun özü tərəfindən «xxxx» MMC-nin hüquqi şəxs kimi statusunu təsdiq edən elementi olan dairəvi möhürü ilə təsdiq edilməsinə qətiyyən diqqət yetirməmiş, buna hüquqi qiymət verməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, işdə olan 52K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi, habelə, 55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2013-cü il tarixli 1 saylı Əlavə də borcalanın adıçəkilən rəhbərnin «xxxx» imza qoyulmaqla müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Həmin möhürün həqiqidiyi, yəni borcalan müəssisəyə məxsus olması isə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Ən azından, məhkəmə nəzərə almalı idi ki, sözügedən ekspert rəyi ilə xx xxxxxx 2012-ci il tarixli 169K/12 №-li kredit müqaviləsinə xx xxx 2013-cü il tarixli 1 saylı Əlavədə borcalan «xxxx» MMC-nin adından həmin Əlavəni imzalayan direktor «X3» qrafasındakı imzanın birbaşa onun özü tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Belə olan halda həmin Əlavəni imzalayan və təsdiq edən olunduğu halda, həmin Əlavəni imzalayan və bilməli idi ki, Z.Y.Aslanov bilirdi və ya bilməli idi ki, imzaladığı həmin Əlavənin 1-ci bəndinə əsasən həmin Əlavə ilə 169K/12 №-li kredit müqaviləsi üzrə alınmış kreditin məbləği 80.000,00 manat artırılmaqla 3.686.000,00 manata çatdırılır. Bundan əlavə, sözügedən müqaviləvə ona Əlavə-1 üzrə 3.686.000 manat məbləğində kreditin borcalana təqdim edildiyi işdə olan və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş - cavabdehə məxsus bank hesabından çıxarışda təsbit olunan məlumatalara əsasən və «BOA 097901» №-li və BOA 09703 №-li çeklərlə də təsdiq olunur. İddiaçının işdə olan xx xxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən həm də məlum olur ki, hətta borcalan tərəfindən 1000 manata yaxın ödəniş də olunmuş və həmin ödəniş onun əsas borcuna aid edilmişdir. İşə əlavə olunmuş iddiaçıya məxsus hesabdan çıxarışdan da görünür ki, 52K/13 №li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 431.000,00 manat, 55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi və ona 1 saylı Əlavə ilə 234.000,00 manat məbləğləri müvafiq olaraq BOA 97903 №-li və BOA 97904 №-li çeklərələ bor calanqa ödənilmişdir. Beləliklə, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, birinci üç kredit müqaviləsi üzrə iddiaçı bank tərəfindən cavabdehə (hüquq sələfinə) həmin müqavilərdə təsbit olunan kredit məbləğlərinin verildiyi öz təsdiqini tapır. İşin 10-13-cü vərəqlərindəki xx xxx 2017-ci il tarixli maliyyə arayışlarına və 73-cü vərəqindəki hesabdan çıxarışa (əsli ilə düz olan nüsxəsi hazırkı mərhələdə məhkəməyə təqdim olunmuşdur) və iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən olunur ki, birinci kredit müqaviləsi üzrə borcalanın əsas borcundan 1000 manat məbləğində qismən ödənişi istisna olmaqla, onun tərəfindən həmin müqavilələr nə əsas, nə də ki faiz borcundan heç bir ödəniş həyata keçirilməmişdir (Hazırkı mərşhələdə iddiaçının təqdim etdiyi maliyyə arayışları birinci instansya məhkəməsinin araşıdrma predmetini təşkil etmədiyinə və həmin arayışlarda təsbit olunan dövr müqavilə müddətindən kənar 2016-cı ilə qədər vaxt dövrunü əhatə etdiyini nəzərə alaraq onlarda təsbit olunan məlumatlarınnəzərə alınması mümükün hesab edilməmişdir. Bankın qeyd olunan xx xxx 2017-ci il tarixli maliyyə arayışlarında təsbit olunan məlumatlardan isə görünür ki, borcalana: 1) 169K/12 saylı birinci müqavilə üzrə ödənilməyən 3.685.600,00 manat əsas borcu, illik 15 faizlə hesablanan 2.039.294,24 manat faiz borcu vardır. Lakin qeyd olunan əsas borc məbləği işin hallarına uyğun olsa da, cavabdehə hesablanan 2.039294,24 manat məbləğndə faiz borcu 12 aylıq müqavilə müddətinə uyğun sayıla bilməz. Çünki, belə çıxır ki, bank tərəfindən müqavilə müddəti bitdikdən sonra da faizləri hesablamanda davam etmişdir. Halbuki müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 449-cu maddəsinə müvafiq olaraq müqavilə faizləri yox, özgə pul vəsaitindən istifadəyə və əldən çıxmış faydaya görə kreditorun məruz qaldığı zərərin əvəzi (subutlarla əsaslandırılıdığı təqdirdə) tələb oluna bilər. Belə olan halda, 3.685.600,00 manat əsas borc məbləğindən hesablanan illik 15 faizlə hesablanan faiz borcu 552.840,00 manat təşkil etmiş olur. Bununla yanaşı, həmin müqavilə üzrə borcun ödənilməsinin müqavilə müddəti bitdikdən sonra ödəmənin gecikdirilməsinə görə borcalana 16.892,36 manat məbləğində cərimənin hesablanması müqavilə şərtinə uyğun hesab edilməlidir. Belə ki, həmin kredit müqaviləsinin 5.2-5.3-cü bəndləri ilə ödənişin müqavilə müddətində ödənilmədiyi təqdirdə gecikdirilən hər gün üçün 1% dəbbə pulu, bundan əlavə illik faiz dərəcəsinin ikiqat həcmində borcalanın məsuliyyəti müəyyən olunmuşdur. Müqavilənin qeyd olunan şərtləri baxımından, eləcə də müqavilə müddəti bitdikdən təxminən üç ilə yaxın müddət ərzində iddianın qaldırıldığını nəzərə alsaq,həmin məbləğdə hesablanmış cərimə həcmi əsassız hesab ola bilməz(Həmin müddətə düşən cərimə məbləği azdır ki, çox deyil). Həmin müqavilə üzrə cavabdehin hazırkı mərhələdə iştirak edən nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia müddətinin keçməsi ilə əlaqədər iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə gəldikdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, hazırkı mərhələdə onun ərizəsi nəzərə alınmaqla idia müddəti tətbiq olunma bilməz. Çünki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin səlahiyyətli nümayəndəsi (Nümayəndə Asif oğlu) işə baxılmasında iştirak etmiş, etirazını da məhkəməyə təqdim etmiş, lakin iddia müddətinin keçməsi onun tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan, hazırkı mərhələdə cavabdehin hazırkı mərələdə təqdim etdiyi ərizəsinə əsasən iddia müddətinin tətbiq olunması istisna olunur. 2) 52K/13 №-li ikinci müqavilə üzrə qeyd olunan xx xxx 2017-ci il tarixli maliyyə arayışına əsasən isə ödənilməyən əsas borcu 431.000,00 manat, illik 16 faizlə hesablanan faiz borcu isə 259.561,24 manat təşkil edir. Həmin müqavilə üzrə də illik faiz borcunun da iddiaçı tərəfindən hesablanan məbləği 12 aylıq müqavilə müddətinə uyğunluğundan söhbət gedə bilməz. Çünki, ən azından heç bir ödəniş olmadığı təqdirdə 431.000,00 manat əsas borcdan hesablanan 16 faiz məbləği 68.960 manat təşkil edir. Göründüyü kimi bu halda da iddiaçı tərəfindən hesablanmış faiz məblği artıq hesablanmış, müqavilə müddətindən sonrakı dövrü də əhatə etmişdir. Bununla yanaşı, həmin müqavilə üzrə borcalan 27.775,96 manat cərimə hesablanması işin hallarına uğun hesab edilməlidir. Çünki eyni ilə həmin müqavilənin də 5.2-5.3-cü bəndlərindən görünür ki, ödənişin müqavilə müddətində ödənilmədiyi təqdirdə gecikdirilən hər gün üçün 1% dəbbə pulu, bundan əlavə illik faiz dərəcəsinin ikiqat həcmində borcalanın məsuliyyəti daşıdığı müəyyənləşdirilmişdir ki, həmin qayda ilə də borcalana 2014-cü ildən 2017-ci ilə kimi hesablana biləcək cərimə həcmi həmin məbləğdən də artıq olur. 3) 55K/13 №-li kredit müqavilə və ona edilən 1 saylı Əlavə üzrə isə bankın xx xxx 2017-ci il tarixli maliyyə arayışı üzrə cəmi 234.000,00 manat əsas borcu və 140.816,00 manat faiz borcu və 14.976,00 manat cərimə borcu təsbit olunmuşdur. Məhkəmə kollegiyası həmin müqavilə üzrə hesablanmış faiz borcu ilə də razılaşmır. Çünki 234.000,00 manat əsas borcundan heç bir ödəniş icra olunmadığı halda, həmin məbləğin 12 ay müqavilə müddətinə hesablanmış illik 16 faiz 37.400 manat təşkil edir. Cərimə məbləğinə gəldikdə isə 14.976,00 manat məbləğində cərimə həmin müqavilənin 5.2-5.3-cü bəndlərinə uyğun hesablana biləcək cərimə məbəlğindən əhəmiyyətli dərəcədə azdır. Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinin məzmunundan da göründüyü kimi, borc müqaviəlsi üzrə alınmış borc məbləği, əgər faizləri ilə ödənilməsi şərtləşdirilmişdirsə, faizlər müvafiq surətdə ilin sonunda ödənilməlidir. Beləliklə də, iddiaçının birinci üç müqaviləyə münasibətdə iddia tələbləri əsas borc və ödəmənin gecikdirilməsinə görə cərimə məbləğlərinə münasibətdə hissəsində tam əsaslı olduğu, illik faiz məbləğlərinin hesablanmasına münasibətdə isə qismən əsaslılılığı sübuta yetirilir. İddiaçının 41/14 №-li, xx xxxx 2014-cü il tarixli 4-cü kredit müqaviləsi ilə bağlı borc tələbinə gəldikdə isə sözügedən kredit müqaviləsi nə birinci, nə də ki hazırkı mərhələdə (məhkəmənin təklifinə baxmayaraq) məhkəməyə təqdim olunmamışdır. Müqavilə mövcud olmadığı, həm də cavabdeh tərəfindən qəbul olunmadığı halda isə həmin müqavilə üzrə iddiaçının pul tələbinin təmin edilməsini zəruri edən şərtlərin mövcudluğundan söhbət gedə bilməz. MPM-in 77.1-ci maddəsi isə də məhz nəzərədə tutur ki, həmin hissədə öz tələbinlərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamamış, tədqiq etdiyi sübutlarla müqəyyən edilən hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prsessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. MPM-in 385.1.1-385.1.2-ci maddələrinin tələblərindən isə görünür ki, maddi və prosessual hüquq normalarının pozulması işin bütün faktiki hallarının aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu və təqdim etdiyi sübutlara düzgün qiymət verilmədiyini, maddi və prosessual hüqşuq normaları ilə qətnamə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir: İddiaçının apellyasiya şikayəti qismən təmin edilməli; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-545/2017 saylı xx xxxxxxx 2017ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə: - 169K/12 №-li xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3.685.600,00 manat əsas borc, 552.840,00 manat faiz borcu, 16.892,36 manat cərimə borcu - cəmi, 4.255.332,38 manat (dörd milyon iki yüz əlli beş min üç yüz otuz iki manat 38 qəpik) ; - 52K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 431.000,00 manat əsas borc, 68.960,00 manat faiz borcu, 27.775,96 manat cərimə borcu - cəmi, 527.735,96 manat (beş yüz iyirmi yeddi min yeddi yüz otuz beş manat 96 qəpik); -55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 234.000,00 manat əsas borc, 37.400,00 manat faiz borcu, 14.976,00 cərimə borcu - cəmi, 286.376,00 manat (iki yüz səksən altı min üç yüz yetmiş altı manat); -iddianın verilməsinə görə çəkilmiş məhkəmə məsrəflərinə (30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı) görə MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin edilən hissəsinə münasib (təmin edilən hissə 68%-dir) 21 (31x68%) manat pul tutulmalı; -qalan hissələrində isə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğvetmə prosesində olan «xxxx» ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-545/2017 saylı xx xxxxxxx 2017ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı ləğvetmə prosesində olan «xxxx» ASC-nin xeyrinə: - 169K/12 №-li xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3.685.600,00 manat əsas borc, 552.840,00 manat faiz borcu, 16.892,36 manat cərimə borcu - cəmi, 4.255.332,38 manat (dörd milyon iki yüz əlli beş min üç yüz otuz iki manat 38 qəpik) ; - 52K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 431.000,00 manat əsas borc, 68.960,00 manat faiz borcu, 27.775,96 manat cərimə borcu - cəmi, 527.735,96 manat (beş yüz iyirmi yeddi min yeddi yüz otuz beş manat 96 qəpik); - 55K/13 №-li, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 234.000,00 manat əsas borc, 37.400 manat faiz borcu, 14.976,00 cərimə borcu - cəmi, 286.376,00 manat ( iki yüz səksən altı min üç yüz yetmiş altı manat); - iddianın verilməsinə görə çəkilmiş məhkəmə məsrəflərinə görə 21 (iyirmi bir) manat - pul tutulsun. İddia qalan hissələrində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-449/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-449/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver