Məhkəmə qərarları › İş №2-2(103)-449/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-449/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-449/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X10 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh «X7» MMC-yə qarşı «borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən “X7” MMC-yə illik 16%-lə 36 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında xx.xx.2014-cü tarixli girov (ipoteka) müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X7” MMC-nin mülkiyyətindəki ******* manat qiymətləndirilmiş 72 ədəd müxtəlif nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər “X7” MMC, X5 və X4 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracda satılması tələblərinə dair ilk, “X6” MMC-nin "xxxx" İKB ASC-yə qarşı ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsini təxirə salınması tələblərinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli 2(103)-8423/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC və cavabdeh “X7” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsindəki və apellyasiya məhkəməsindəki icraatlar

6. İddiaçı “Yelo Bank» ASC cavabdeh «X7» MMC-yə qarşı iddia ərizəsi və tələbin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220131 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-393/2023 nömrəli, 2023-cü il 2 may tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn). 10.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 11.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-393/2023 nömrəli, 2023-cü il 2 may tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “X7” MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi illik 16 faizlə 36 ay müddətinə bağlanmış və bu müddət ərzində “X7” MMC tərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsinə əsasən “X7” MMC ilə "xxxx" İKBASC-dən illik 16%-lə 36 ay müddətinə ******* manat məbləğində kredit götürmüşdür. Belə ki, 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyinicrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bundan başqa 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik vaxtında icra edilmədiyindən tərəfimizdən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəliməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən iddianın qismən təminedilməsi barədə 04 may 2017-ci il tarxili, 2(009)-340/2017 saylı qətnamə qəbul edilmişdir. Nikoyl LizinqKompaniyası” MMC və "xxxx" İKB ASC tərəfindən apellyasiya şikayətvi erilmiş, lakin 2(103)- 8423/2017 saylı, 13 sentyabr 2017-ci il tarixli BakıApellyasiya Məhkəməsinin qətnaməsi ilə şikayətlər təmin edilməmişdir. Lakin cavabdeh “X7” MMC hazırkı dövrə kimi həmin qətnamənin icrasına mane yaratmışdır. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 16.Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 17.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 18.Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 19.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 20.Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (2024-cü ilin aprel ayına qədər qüvvədə olan redaksiya) 22.Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 23.Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24.Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. 25.İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında bağlanmış 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi ilə Bank tərəfindən cavabdehə illik 16%lə 36 ay müddətinə 2.130.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən Bank tərəfindən ona qarşı iddia qaldırılmış, həmin iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi ilə Bankın ilkin iddiası qismən təmin edilərək, cavabdehdən onun xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla cəmi 1.993308,20 manat borcun tutulması, tutumanın ipoteka predmetlərinə yönədilməsi, cavabdehin qarşılıqlı iddiasının qismən təmin edilərək, onun Banka olan borcundan 120.118,48 manatın silinməsi, ilkin və qarşılıqlı iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. 26.İşi yeni apellyasiya baxışına qaytaran Ali Məhkəmənin Kommersiya kollegiyası qərarında qeyd etmişdir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir. Təminatlı kreditlər üzrə ipoteka və girov predmetlərini aidiyyəti icra qurumuna təhvil verilməsindən imtina olunub-olunmaması barədə yekun qənaətə isə məhkəmə, yalnız həmin qətnamə üzrə icra işinin materiallarının tam tədqiqindən və qiymətləndirilməsindən sonra gələ bilər. 27.Kassasiya instansiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən, iddia tələbinin yoxlanılması zamanı, iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsindən irəli gəldiyi nəzərə alınmalı, müvafiq icra işinin materiallarına əsasən icra sənədi üzrə ödənişlərin edilib-edilmədiyi, həmin ödənişlərin tarixi, təminatlı kredit müqavilələri üzrə girov (ipoteka) predmetlərinin hərraca çıxarılması üçün təqdim olunub-olunmadığı, o cümlədən mübahisənin düzgün hüquqi həlli baxımından əhəmiyyətli olan digər hallar tam, hərtərəfli, obyektiv araşdırılmalıdır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən faizin hesablanmasına dair sübutların təqdim edilməsini iddiaçıya təklif etməli, zəruri bilindiyi halda, həmin faizin hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. 28.İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 29.Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. 30.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”. 31.Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 33.Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). 34.Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. 35.Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir. 36.Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir. 37.Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən (bax § 34) onu da qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir. 38.Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. 39.Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədi əsasında başlanmış icra işinin materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 97614/2018-16-2/6228 nömrəli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Səbail Rayon Məhkəməsinin 2(009)340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün müddətində borcluya vaxt verilmişdir. 40."xxxx" Bank tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli 870-3/18 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu “X7” MMC-yə məxsus olan bank hesablarına həbs qoyulmuşdur və hesablarda aşkar olunan pul vəsaitləri Səbail rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli icra sənədi üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinə köçürülmüş pul vəsaitinin "xxxx" İKB ASC-nin bank hesabına köçürülməsi xahiş olunmuşdur. 41.Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 97614/18-xx-xx/8361 nömrəli məktubdan görünür ki, icra sənədində ipoteka predmeti kimi göstərilmiş FAW markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hərrac yolu ilə satışının təmin olunması xahiş olunmuşdur. 42.İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2020-ci il tarixli PAİHTD-190 nömrəli məktubdan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018-ci il tarixli 04 may 2017-ci il tarixli icra vərəqəsi üzrə keçirilən hərracın dayandırılması ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. 43.İddiaçı tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli PAİHTD-605 nömrəli məktubdan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli 04 may 2017-ci il tarixli icra sənədinin icrasının dayandırılması xahiş olunmuşdur. 44.Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Səbai rayon Məhkəməsinin 2(009)-340/2018 saylı, xx.xx.2017ci il tarixli qərarı üzrə icraat dayandırılmışdır. 45.İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220131 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. 46.Göründüyü kimi iddiaçı icra üzrə icraatın dayandırılmasını xahiş etdiyi tarixədək, yəni xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220131 manat pulu tələb etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, dayandırma barədə müraciətdə məqsəd ilkin satış qiymətinin məbləği ilə bağlı iddiaçının narazılığı olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli icra sənədinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icrasının sona çatdırılmaması iddiaçının hərəkətləri nəticəsində deyil, məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş vermişdir. İcra üzrə icraat dayandırılana qədər cavabdehin pul öhdəliyini yerinə yetirməsinə hüquqi və ya faktiki maneə aşkar edilməmişdir. 47.Məhkəmə kollegiyası iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. 48.Ali Məhkəmənin göstərişi icra olunaraq kollegiyanın sorğusu əsasında yuxarıda qeyd edilən icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə icra məmuru ipoteka predmetlərinin (avtomobillərin) axtarılması haqqında qərar qəbul etmiş, həmin qərarı müvafiq orqana göndərmişdir. Həmçinin icra məmuru məcburi icra ödənişinin alınması barədə qərar qəbul etmişdir. 49.İcra işində olan cavabdeh tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 30 iyul 2018-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018 saylı xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunan nəqliyyat vasitələrindən 6 adda nəqliyyat vasitələri "xxxx" İKB ASC-nin dayanacağına təhvil verilmişdir. Odur ki, icra işinin icrasıyla əlaqədar olaraq həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq icra sənədi üzrə borclarının silinməsinə dair müvafiq tədbirin görülməsi xahiş olunmuşdur. 50.İddiaçının duracağına qoyulmuş “Faw” markalı maşına baxış keçirilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti əsaslı olmadığı üçün təmin edilə bilməz. Belə ki, həmin maşın 52-ci bəndə qeyd edilən 6 adda maşınlardan biridir. Mübahisənin həlli edilməsi baxımından vəsatətin təmin edilməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir. 51.İcra işindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixədək qətnamədə göstərilən ipoteka predmetləri olan 72 ədəd (6 ədəd istisna) müxtəlif nəqliyyat vasitələri cavabdeh tərəfindən icra məmuruna təqdim edilməmiş və hərrac keçirilməmişdir. 52.Beləliklə iş materialları ilə öhdəliyin icrasının gecikdirilməsi (qətnamənin icra edilməməsi, ipoteka predmetinin ödənilməməsi) işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İddiaçı zərərin məbləğinə dair sübut təqdim etməli, lakin zərərə düşməsini sübut etməyə məcbur edilə bilməz. 53.Məhkəmə kollegiyası iddiaçının zərərin məbləği ilə bağlı təqdim etdiyi sübutu kifayət edici saymayaraq məhkəmə mühasibatlıq ekspertizası keçirmiş və daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1871.742,79 manat əsas borca gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsinə hesablanmış faiz 218.889,92 manat məbləğində müəyyən olunmuşdur. 54.Məhkəmə yuxarıdakılara əsasən işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. 55.Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb etməsi, qismən 218.889,92 manat hissəsində əsaslıdır. 56.Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 218.889,92 manat pul cavabdeh «X7» MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Mediasiya xərci 400 manat və dövlət rüsumu 363,96 manat «X7» MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu 381,98 manat «X7» MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar