Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-449/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1277/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Bank müqavilə ilə müəyyən şərtlər əsasında uzunmüddətli kredit xəttini açır. 2.2-ci bəndinə əsasən, kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq faəliyyətinin maliyyələşdirilməsi, uzunmüddətli kredit xəttinin məbləği 100 000 manat, kreditin maksimum müddəti 120 ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 faiz, FİFD-in yuxarı həddi 30 faiz, aylıq ödənişin yuxarı həddi 50000 manat təşkil etmişdir. 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq edirlər ki, üçüncü şəxs(lər) Bank ilə qoşulma barədə Saziş imzalamaqla Zamin və Girov qoyan qismində bu müqaviləyə qoşula bilərlər.
2. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit sazişi – biznes krediti və girov barədə xx.xx.2023-cü il tarixli 005R********** saylı qarşılıqlı razılaşmaya əsasən, kreditin məbləği – 30 000 manat, kreditin müddəti – 30 ay, kreditin faiz dərəcəsi 1.9167 faiz, illik faiz dərəcəsi – 23 faiz, faktiki illik faiz dərəcəsi 24.57 faiz, komisyon haqq 300 manat olmaqla biznes krediti verilməsi barədə razılıq əldə olunmuşdur.
3. İddiaçı QSC ilə Cavabdeh1 arasında 26 dekabr 2023-cü il tarixli 005S**********03 saylı qoşulma barədə sazişin imzalanması ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşdur.
4. İddiaçı QSC ilə Cavabdeh2 arasında 26 dekabr 2023-cü il tarixli 005S**********01 saylı qoşulma barədə sazişin imzalanması ilə Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşdur.
5. İddiaçı QSC tərəfindən kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh3 verilmiş kreditin məbləği 30000.00 manat təşkil edir.
6. İddiaçı QSC tərəfindən təqdim edilmiş 05 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 005R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 28583.41 manat, faiz üzrə borcu 3346.66 manat, cərimə borcu 726.02 manat olmaqla, cəmi borcu 32656.09 manat təşkil edir.
7. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, gecikdirilmiş borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və ödənilməli məbləğin məcburi alınması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. xx.xx.2024-cü il tarixli 69545816 nömrəli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin balansına 187.97 manat dövlət rüsumu ödənilmişdir.
9. Hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu və 726.02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32656.09 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 187.97 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər X1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2023-cü il tarixli 005S**********03 saylı və 005S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1416.59 manat ödəmiş, onun 28583.41 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 155 gün üçün hesablanmış faiz borcu 3346.66 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 155 gün üçün hеsablanmış cərimə 726.02 manat təşkiledir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1277/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu və 726.02 manat cərimə borcu olmaqla, cəmi 32656.09 manat (otuz iki min altı yüz əlli altı manat doqquz qəpik) məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 187.97 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqaviləyə kredit sazişi – biznes krediti və girov barədə xx.xx.2023cü il tarixli 005R********** saylı qarşılıqlı razılaşma əsasında İddiaçı tərəfindən Cavabdehə 30 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 30000 manat kredit ayrılmışdır. İddiaçı ilə digər cavabdelər arasında bağlanan 26 dekabr 2023-cü il tarixli 005S**********03 saylı və 005S**********01 saylı qoşulma barədə sazişlər əsasında Cavabdeh1 Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşlar. İddiaçı qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdehin İddiaçıya əsas və faiz borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 borc məbləğini etiraf etmişlər. Əsas borc məbləğinə münasibətdə məhkəmə, 28583.41 manat ödənilməmiş borc qalmasını və həmin məbləğin cavabdehlər tərəfindən qəbul edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borun tutulması hissəsində təmin edilməli, cavabdehdən müştərək qaydada 28583.41 manat əsas borc İddiaçının xeyrinə tutulmalıdır. Faiz borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdehlərə bildiriş ünvanlayaraq gecikdirilmiş borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini bildirmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, İddiaçı həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (3346.66 manat) tələb etməkdə haqqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur. İddiaçı əlavə olaraq cavabdehlərdən 726.02 manat dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə bununla bağlı bildirmişdir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq cavabdehlərdən 726.02 manat dəbbə pulunun tutulmasını ağlabatan hesab etmişdir. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini lazımı qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu və 726.02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32656.09 manat tutulmalıdır. İddiaçı eyni zamanda ödənilmiş 187.97 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmiş və rüsumun ödənilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etmişdir. AR Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əla- qədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 425.1, 443.1, 442, 445.2.1, 448.1, 448.2, 448.4, 470.1, 472.1, 739.1, 743.1, 743.2-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1277/2025 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək 28583.41 manat krеdit bоrcu və 3346.66 manat faiz bоrcu hissəsində azaldılması, 726.02 manat cərimə borcunun tamamilə silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 443.1, 425.1, 442, 445.2.1, 448.1, 748.2, 448.4, 470.1, 472.1, 472.2, 739.1, 743-cü maddələrinə istinad edərkən nəzərə almamışdır ki, Cavabdeh3 qarşı verilmiş iddia tələbləri 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu hissəsində azaldılmalıdır, 726.02 manat cərimə borcu tamamilə silinməlidir. Belə ki, məhkəmə borcunun hesablanması hissəsində səhvə yol vermiş, bu hallara lazımi hüquqi qiymət verməmişdir, bu məsələni ümümiyyətlə araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin ididaçı bu maddənin tələblərinə əməl etməyərək cavabdehdən artıq pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Lakin ididaçı bu maddənin tələblərinə əməl etməyərək artıq pul tələb etməklə əsassız varlanmaq istəyir, bu isə qanunla yolverilməzdir. Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin bu iş üzrə 1-ci instansiya məhkəməsi tərəfindən subutlar tam araşdırılmamışdır. Məhkəmə tərəfindən qətnamədə Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 217.1, 217.2, 217.3-cü maddələrində nəzərdə tutulmuş normalara lazımi hüquqi qiymət verməmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin, 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə cavabdehə qarşı iddia verilərkən yalnız iddiaçının mövqeyindən çıxış etmişdir, cavabdehin mövqeyi ilə maraqlanmamış, işin araşdırılmasına şərait yaratmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.
18. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, Cavabdeh3lə sonuncu dəfə aparılmış müzakirə zamanı Şahin ödənişin daha uzun müddətdə, hissə-hissə ödənilməsi üçün müraciət edəcəyini qeyd etmişdir. Bu səbəbdən Cavabdeh3 apellyasiya şikayəti vermək niyyəti barədə məlumatı olmamışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun:
28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-1277/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Bank müqavilə ilə müəyyən şərtlər əsasında uzunmüddətli kredit xəttini açır. 2.2-ci bəndinə əsasən, kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq faəliyyətinin maliyyələşdirilməsi, uzunmüddətli kredit xəttinin məbləği 100 000 manat, kreditin maksimum müddəti 120 ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 faiz, FİFD-in yuxarı həddi 30 faiz, aylıq ödənişin yuxarı həddi 50000 manat təşkil etmişdir. 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq edirlər ki, üçüncü şəxs(lər) Bank ilə qoşulma barədə Saziş imzalamaqla Zamin və Girov qoyan qismində bu müqaviləyə qoşula bilərlər. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit sazişi – biznes krediti və girov barədə xx.xx.2023-cü il tarixli 005R********** saylı qarşılıqlı razılaşmaya əsasən, kreditin məbləği – 30 000 manat, kreditin müddəti – 30 ay, kreditin faiz dərəcəsi 1.9167 faiz, illik faiz dərəcəsi – 23 faiz, faktiki illik faiz dərəcəsi 24.57 faiz, komisyon haqq 300 manat olmaqla biznes krediti verilməsi barədə razılıq əldə olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında 26 dekabr 2023-cü il tarixli 005S**********03 saylı qoşulma barədə sazişin imzalanması ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşdur. İddiaçı QSC ilə Cavabdeh2 arasında 26 dekabr 2023-cü il tarixli 005S**********01 saylı qoşulma barədə sazişin imzalanması ilə Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşdur. İddiaçı QSC tərəfindən kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh3 verilmiş kreditin məbləği 30000.00 manat təşkil edir. İddiaçı QSC tərəfindən təqdim edilmiş 05 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 005R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 28583.41 manat, faiz üzrə borcu 3346.66 manat, cərimə borcu 726.02 manat olmaqla, cəmi borcu 32656.09 manat təşkil edir. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, gecikdirilmiş borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və ödənilməli məbləğin məcburi alınması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli 69545816 nömrəli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin balansına 187.97 manat dövlət rüsumu ödənilmişdir. Hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.
27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 1-ci instansiya məhkəməsində məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, iddia tələbi ilə razıdır və borcunu hissəvi şəkildə ödəmək üçün şərait yaradılmasını xahiş edir. Bu o deməkdir ki, cavabdeh iddia tələbində qeyd edilən əsas məbləğ, faiz və dəbbə pulunu mübahisələndirməmiş, olduğu kimi qəbul etmişdir. Ona görə də digər sübutlarla birgə 1-ci instansiya məhkəməsi əsaslı və qanuni qənaətə gələrək iddianı təmin etmişdir. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, məhkəmə cavabdehə hüquqi yardım göstərməli idi. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məhkəmə prosesində və ona göndərilmiş bildirişdə hüquqları izah olunmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1277/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.