Məhkəmə qərarları › İş №2-2(103)-451/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-451/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-451/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-90/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC-nin cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC həmin qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti iddiaçının nümayəndəsi Nümayəndə imzalamışdır. Lakin iş materiallarında ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC tərəfindən Nümayəndə adına verilmiş yalnız xx xxxxx 2019-cu il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Bundan başqa həmin etibarnamədə müddət göstərilməmişdir. Mülki Məcəllənin 363.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Göründüyü kimi müddəti göstərilmədiyinə görə həmin etibarnamənin qüvvəsi xx xxxxx 2020-ci il tarixdə başa çatmışdır. Hazırki şikayət isə xx.xx.2021-ci il tarixdə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Lakin şikayətə iddiaçının adından nümayəndənin adına verilmiş yeni etibarnamə əlavə edilməmişdir. Belə olun halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar