Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-454/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizənin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2- 2(113)-1147/2021 saylı qərardadından verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2014-cü il tarixli 6-BİZ-1- 0- 100-14 saylı kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 1.879.748,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2.987.933,87 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 6- BİZ-1-0- 100-14 nömrəli alqı-satqı müqaviləsi və girov müqaviləsinin təminatı olaraq girov qoyulmuş “xxxx” ASC-nin mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 “D” ünvanında yerləşən 34.591,5 kv.metr əmlak kompleksi kimi müəssisənin və 9.5214 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə qadağa qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1147/2021 saylı qərardadı ilə iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının adından C.Hacıyev şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-1147/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilərək, iş üzrə iddianın təmini tədbiri barədə verilmiş xx.xx.2021-ci il tarixli ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2-2(113)-1147/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından xx.xx.2021-ci il tarixli şikayəti imzalamış Nümayəndə bankın adından verilmiş etibarnamə xx.xx.2021-ci il tarixdə qüvvəsini itirmiş, şikayət ərizəsinə yeni etibarnamə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinin tələbini nəzərə alaraq şikayəti qaytarılmalı olduğu halda ona baxaraq təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində deyilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2- 2(113)-1147/2021 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından verilmiş şikayət mümkün sayılmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2- 2(113)-1147/2021 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından verilmiş şikayət mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən (o cümlədən elektron kabinetə yerləşdirildiyi gündən) 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-454/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-454/2021
05.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver