Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-458/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1607/2021 saylı xx.xx.2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil 67,728.94 manat asas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 775,44 manat faiz borcu, vəkilə çəkilmiş 7,200.00 manat, ümumilikdə 75,704.z8 manat pulun çg 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-də olan Kod: 506162; VÖEN: **********; SWİFT: MUGAAZ22; Müxbir hesab: AZ41NABZO**********000018944; Hesab №M57MUGA**********00019AZM00, AZ98MUGA**********00019U bank hesabında və digər hesabında , "xxxx” ASC-nin Səbail filialında olan - Kod:51,0194 SWİFT: BBTBAZ22; Müxbir hesab: AZlZNAVX0**********00009Z944; Hesab № AZ9OBBTB******************** bank hesabında və digər hesabında, “xxxx” ASC-də olan Kod: 805250; VÖEN:**********; SWİFT: İBAZAZ2X; Müxbir hesab: AZO3NABZO**********000002944, Hesab №AZ39İBAZ********************, AZ59İBAZ******************** bank hesabında və digər hesabında, eləcə də digər banklardakı bank hesablarında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi rədd edilmişdir. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belя ki, qяrardad əsaslandırılmamış, təqdim olunmuş sübuğları kifayət qədər araşdırmamış, kifayət qədər araşdırma aparılmadan qəbul edilmişdir. Halbuki, tələbin əsasını təşkil ədən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə cavabdehə borcu barədə pretenziya məktubu göndərilmiş, lakin heç bir cavab verilməmişdir. Bu hallar öz-özlüyündə gələcəkdə qətnamənin icrasını çətinləşdirəcəyinin sübutudur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyev onunla razılaşmamış, qərardadın qüvvəsində saxlanılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi qismən təmin edilməlidir. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: üzərinə həbs qoyulur. Birinci instansiya məhkəməsinin mübahisələndirinlən qərardadından görünür ki, iddiaçının iddianı təmin tədbiri barədə ərizəsində qəbul ediləcək qətnamənin gələcəkdə icrasını çətinləşdirə biləcək hər hansı bir konkret halın göstərilmədyini və ərizənin məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərinə cavab vermədiyini əsas gətirməklə ərizəni rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi qiymət verməli, iddia tələbi ilə tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlmalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehin iddia olunan borcunu əsaslandıran sübut qismində - tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi, görülmüş işlərə dair təhvil təslim-aktları, elektron qaimələr, pretenziya, iddia tələbini sair sənədlər, eləcə də cavabdehin bank hesablarını əks etdirən ödəniş tapşırığı təqdim olunmuşdur. Qeyd olunan sübutetmə vasitələri ilə müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçı iddianı təmini tədbiri qismində cavabdehin bank hesablarına həbsin qoyulmasını tələb etməsi - onun cavabdehя qarşı irяli sürdüyü iddia tələbinə mütənasibdir və gələcəkdə onun xeyrinə qəbul olunacaq qətnamənin təmin olunmasına zəmin yaradır. MPM-in 157.1-ci maddəsinin də məhz mənası ondan ibarətdir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün görülür. Konkret halda iddiaçının səylərinə baxmayaraq, cavabdeh tərəfindən onun borcunun ödənilməməsi - bütün bunlar qətnamənin gələcəkdə icrasında da çətinlik yarana biləcəyini istisna etmir. Ən azından, belə bir ehtimalın mövcudluğu iddiaçının hazırkı iddianı təmini tədbirinin görülməsini tələb etməkdə haqlı olduğunu deməyə əsas verir. Digər tərəfdən MPM-in qeyd olunan 157.2-ci maddəsinin tələbindən isə görünür ki, iddianı təmin etmə tədbiri mahiyyəti üzrə işi həll etmir və müvəqqəti xarakter daşıyır. Beləliklə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadını əsassız hesab edən dəlilləri ilə razılaşaraq yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməs, qərardadın ləğv olunması və iddiaçının ərizəsi qismən təmin olunaraq işə baxılıb qurtaranadək, cavabdehin: - “xxxx” ASC-də olan “Kod: 506162; VÖEN: **********; SWİFT: MUGAAZ22; Müxbir hesab: AZ41NABZO**********000018944; Hesab № M57MUGA**********00019AZM00, AZ98MUGA**********00019U; - "xxxx” ASC-nin Səbail filialında olan Kod:51,0194 SWİFT: BBTBAZ22; Müxbir hesab: AZlZNAVX0**********00009Z944; Hesab № AZ9OBBTB********************; - “X2” ASS-də olan (Kod: 805250; VÖEN:**********; SWİFT: İBAZAZ2X; Müxbir hesab: AZO3NABZO**********000002944 Hesab № AZ39İBAZ********************, AZ59İBAZ******************** - hesablarındakı pul vəsaiti üzərinə əmək haqqı, digər məcburi dövlət ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan, əsas borc tələbi həcmində, yəni 67.728,94 (altmış yeddi min yeddi yüz iyirmi səkkiz) manat məbləğində həbs qoyulması, qalan hissədə isə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılması işin hallarına, prosessual hüquq normalarına və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından irəli gələn mövqeyinə uyğun hesab edilmяlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 160, 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1607/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin iddianı təmin etmə tədbiri barяdя ərizəsi qismən təmin edilsin. İşə baxılıb qurtaranadək, Cavabdeh MMC-nin: -“xxxx” ASC-də olan - “Kod: 506162; VÖEN: **********; SWİFT: MUGAAZ22; Müxbir hesab: AZ41NABZO**********000018944; Hesab №M57MUGA**********00019AZM00, AZ98MUGA**********00019U; -"xxxx” ASC-nin Səbail filialında olan - Kod:51,0194 SWİFT: BBTBAZ22; Müxbir hesab: AZlZNAVX0**********00009Z944; Hesab № AZ9OBBTB********************; “X2” ASS-də olan - Kod: 805250; VÖEN:**********; SWİFT: İBAZAZ2X; Müxbir hesab: AZO3NABZO**********000002944 Hesab №AZ39İBAZ********************, AZ59İBAZ******************** - hesablarındakı pul vəsaiti üzərinə əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan, 67.728,94 (altmış yeddi min yeddi yüz iyirmi səkkiz) manat məbləğində həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-458/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-458/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver