Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-46/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçılar Şhirinzade Orkhanın, İddiaçı3 və İddiaçı1 cavabdehlər İddiaçı4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X19 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh İddiaçı4, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-639/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 MMC və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında bağlanmış müqaviləyə əsasən təşkilatçı qismində İddiaçı4, tərəflər qismində X20 və Shirinzade Orkhan göstərilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə əsasən tərəflər öz biznes təcrübəsindən və maliyyə resurslarından istifadə edərək ixtisaslaşdırılmış mağazalar şəbəkəsi yaradaraq müxtəlif növ avto ehtiyyat hissələrinin topdan və pərakəndə satışı təşkil edirlər və həyata keçirirlər. 2.1-ci maddəsinə əsasən təşkilatçının aşağıdakı öhdəlikləri daşıyır: 2.1.1. Qısa müddətdə biznes-plan hazırlamaq və tərəflərlə razılaşdırmaq; 2.1.2 işə başlanmasının vaxtı və hüquqi formasını müəyyən etmək, 2.1.3 fəaliyyətə başlamaq üçün isə ******* manat qoyulmasını təmin etmək; 2.1.4. fəaliyyətini həyata keçirilməsi üçün maddi-texniki baza yaratmaq, 2.1.5 biznes fəaliyyətini təşkil və ona rəhbərlik etmək. 2.2-ci maddəsinə əsasən Tərəf-2 və Tərəf-3 aşağıdakı öhdəlikləri daşıyır: 2.2.2. Təşkilatçı ilə birgə fəaliyyətin təşkil edilməsinin vaxtını və hüquqi formasını qısa müddətdə müəyyən etmək, 2.2.3. Qısa müddətdə Təşkilatçıya işin təşkil edilməsi məqsədi ilə ******* ABŞ dolları (2000000 manat) vermək (2021-ci ilin sentyabr ayından müqavilə imzalanan günə qədər bu məbləğ Təşkilatçıya verilmişdir). 3.1-ci bəndinə əsasən birgə fəaliyyətin nəticələri hər ayın 1-də müzakirə olunur və fəaliyyət nəticəsində əldə edilmiş gəlir aşağıdakı qaydada bölünür. 1. İddiaçı4 gəlirin 50% miqdarında; 2. X16 gəlirin 25% miqdarında; 3. Shirinzade Orkhan gəlirin 25% miqdarında; Göstərilən faizlər fəaliyyətin hüquqi forması müəyyənləşdirilərkən (öhdəliklər tam yeirnə yetirildikdən sonra), eyni zamanda tərəflərin müəssisədə payını əks etdirəcək.
2. Shirinzadə Orxanın sərmaye qoyuluşu haqqında İddiaçı1 MMC tərəfindən təsdiqlənmiş dinamikasına əsasən cəmi 3.533.194 manat, ondan 7601 manat azaldığı və ******* manat ümumi sərmayə qaldığı qeyd olunmuşdur.
3. İddiaçı1 MMC tərəfindən təsdiq edilmiş “Əfqanın sərmayəsi barədə məlumat” adlı dinamikaya əsasən xx.xx.2022-ci il tarixə 828.248,91 manat sərmaya qaldığı, 2022-2023cü ildə 287162,07 manat sərmayədən götürdüyü, payına düşn ümumi zərər 67220,84 manat, payına düşən silinməmiş xərc 51796 manat olmaqla yekun qalıq xx.xx.2022-ci il tarixə 422070 manat qeyd olunmuşdur.
4. İddiaçı1 MMC-nin məhkəməyə ünvanladığı arayışda vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə onlara 71218,84 manat maliyyə sanksiyası tətbiq edildiyi, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ƏDV vergi bəyannaməsi zamanı tərəflərindən sentyabrda götürülmüş kredit hesabına ödənilmiş ƏDV nəticəsində yaranmış olan artıq ödənilmiş vergilərin VM 87.1.1-ci maddəsinin bəndinə əsasən borcların ödənilməsinə yönləndirilmişdir.
5. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından qeyri-rəsmi mühasib kimi işləyib. Mağazalarda olan hesabatlar həmin mağazaların işçiləri tərəfindən 1C programından ona ötürüblər, o da yekun nəticələri götürərək excel programı hazırlayıb. Exceldə ötürülən məlumatlar əsasında anbar uçotu və kassa uçotu aparıb. Malların alınmas məsələsinə mağaza müdiri cavabdeh olmuşdur. Həm alınan mallara da, satılanlara da mağaza müdiri cavabdeh olmuşdur. O nəsə mal alınanda programda onu görə bilirdi. Xəzinədar kassa əməliyyatlarını icra edib, elektron cədvəl proqramına əlavə edib, ona göndərirdi. Ayın yekununda ümumi gəlir və təsərrüfat xərcləri hesablanırdı. 1.415.000 manat İddiaçı4 sərmayəsi olmuşdur, bu sərmayə Babək mağazasında olmuşdur. 29 sentyabr tarixində gələn pul mağazalara bölünmüş şəkildə verilmişdir, sadəcə bir mağazaya mədaxil olunmamışdır. X24 Abdullayevin şəriki kimi tanıyıb. Excel uçotunu apararkən hər-hansı sənədi görməyib, yanlız mağazalardan 1C proqramından gələn məlumatları excelə yığıb və həmin məlumatların həqiqiliyini hər-hansı sənəd əsasında yoxlamayıb. Kimin sərmayəsinin artmasını-azalmasını excelldə qeyd etmək üçün İddiaçı4, Orxan Şirinzadə tərəfindən ona telefon vasitəsi ilə göstərişlər verilib, o da həmin şifahi göstərişlərə əsasən excelldə məlumatları əks etdirib.
6. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X17 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mağazanın satış müdiri kimi İddiaçı4 tabeçiliyində işləyib, amma bilirdi ki, şirkət tək ona məxsus olmamışdır. Mağaza qurulduğu zaman hissə-hissə malların pulu ödənilmişdir. Pullar gecikəndə İddiaçı4 bununla bağlı bildiridilər, o da deyirdi ki, həmin pul Amerikadan göndəriləcəkdir. Özündən əvvəl iki şərikinin olduğunu bildirmişdi, lakin o, onları tanımırdı, məhkəmə işi gedişatında o, şərikləri tanıyıb. Məhkəmə gedişatında Əkbər Ağayev, İddiaçı3 və Orxan Şirinzadənin həmin mağazaların rəhbəri olmasına dair Əfqan tərəfindən yazılı kağız göndərilmişdir.
7. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X20 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust aylarında o İddiaçı4lə görüşüb. Servislər açdığını öyrəndikdən sonra, tanış olublar. Onlar işə başladıqdan 2-3 ay sonra dayısı ilə İddiaçı4 arasında problem yarandı. 2022-ci ilin may-iyun aylarında İddiaçı4 tutuldu. Sonra onlara bəlli oldu ki, mağazalardan təxminən 50000-70000 manat pul götürübmüş. Onlar biznesi ayırmaq istədiklərini dedikdə isə, İddiaçı4 razılaşmadı, adına kreditin olduğunu bildirdi. Daha sonra ona bəlli oldu ki, öz şəxsi xərclərindən başqa, kredit vəsaitini ödəmək üçün də mağazalardan pul götürübmüş. 28.000 manat məbləğ İddiaçı4 kreditin ödənilməsi üçün verildi, daha sonra onlar barəsində şikayətlər edilməyə başladı. 1.500.000 manat İddiaçı4 sərmayəsi olmuşdur. Ondan sonra Orxan Şirinzadə "xxxx" ASC vasitəsilə pulları göndərdi. 200.000 ABŞ dolları Əfqana pul verib. Həbsdə olduğu 42 gün müddətində də təchizatçılar bildirdi ki, ödənişlər edilməlidir. 400.000 manat əlavə pul İddiaçı1 MMC-yə qoyulmuşdur. Pullar ya İddiaçı4, ya da onun sürücüsu İslama və Xəyala verilmişdir. ******* manat olaraq həmin sərmaye görünürdü, İddiaçı4 sərmayəsi mal şəklində gəlmişdi.
8. AR Ədliyyə Nazirliyi yanından məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubunun məzmunundan görünür ki, 2023-cü ilin may-iyun aylarında İddiaçı1 MMC-nin tərkibinə daxil olarkən qərardadda ünvanları qeyd edilmiş 5 mağazada (Bakı şəhəri, Nizami rayonu, Babək pr.ev.38Q m. ünvanında yerləşən mağaza (“BABƏK”); 2) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ SÜLH (Bakıxanov qəs.) ev1D ünvanında yerləşən mağaza (“BAKİXANOV”); 3) Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski ev 57A ünvanında yerləşən mağaza (“NEAPOL”); 4) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.,ev 204 m. ünvanında yerləşən mağaza (“YASAMAL”); 5) Sumqayıt şəhəri, Vağzal ərazisi, ünvan 4anvar küçəsinin kəsişdiyi ərazidə yerləşən mağaza (“Sumqayıt”)) faktiki mövcud olan avtoehtiyyat hissələrinin dəyərini əks etdirən ilkin uçot sənədləri, vergi yoxlaması aktında olan məlumatlar və s. iş üzrə əhəmiyyət kəsb edə biləcək digər mühasibatlıq sənədlərinin tədqiqata təqdim edilməsi xahiş olunmuş, vəsatətə cavab olaraq 1050 vərəqdən ibarət əlavə sənədlər təqdim olunsa da həmin sənədlərin daxili baza məlumatlarından ibarət olması müəyyənnolunmuşdur. Təqdim edilmiş sənədlərin 1C proqramından çıxarış olduğundan, o cümlədən məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığından həmin sənədlər nəzərə alınmaqla məhkəmə-mühasibat ixtisası üzrə tədqiqatın aparılması mümkün olmamışdır. O cümlədən, iş materiallarında qeyd edilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2023-ci il tarixə məlumat öz əksini tapmadığından məhkəməəmtəəşünaslıq ixtisası üzrə də tədqiqatın aparılması mümkün olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçılar Şhirinzade Orkhan, İddiaçı3 və İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Biləcəri”, “Mikrorayon” və “Masallı” (indiki “Sumqayıt”) mağazalarını iddiaçılara təhvil verməməklə və qanunsuz olaraq özlərində saxlamaqla iddiaçılara vurduqları 727.447 manat pulun cavabdehlərdən, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə İddiaçı4 28.000 manat məbləğində pul vəsaitinin, 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71.218 manat məbləğində pull vəsaitinin cavabdeh İddiaçı4, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulmuş 114.927 manat zərərin, ümumilikdə 941.592 manatın cavabdehlərdən müvafiq qaydada tutularaq iddiaçılara ödənilməsi və qətnamənin icra üsulunun müəyyən edilərək tələbin iddiaçılara məxsus olsa da qanunsuz olaraq cavabdehlərdə saxlanan “Biləcəri”, “Mikrorayon” və “Masallı” (indiki “Sumqayıt”) mağazalarının anbar qalığını təşkil edən avtomobil ehtiyat hissələrinə yönəldilməsi, həmin ehtiyat hissələrinin açıq hərracda satılaraq əldə edilən pul vəsaitindən 941.592 manat məbləğində pul vəsaitinin iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Orkhan Shrinzade və dostu X20 2021-ci ilin sentyabr ayında cavabdeh İddiaçı4 ilə birgə biznes fəaliyyəti ilə məşğul olmaq barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, şəriklərin qoyduqları sərmayəyə Azərbaycanın müxtəlif bölgələrində, xüsusən Bakı şəhərində şəbəkə formasında bir neçə avtomobil ehtiyat hissələrinin satış mağazaları açılmalı idi. Biznesin təşkili, ümumi sərmayələrə sərəncam verilməsi və mağazaların idarə edilməsi İddiaçı4 həvalə edilmişdi. Razılaşmaya uyğun olaraq ilkin mərhələdə Orkhan Shirinzade və Əkbər Ağayev 2021-ci ilin oktyabr ayında 340.000 manat sərmayəni İddiaçı4 təqdim ediblər. Bundan sonra Orkhan Shirinzade mütəmadi olaraq sərmayəsini 30 iyun 2023-cü il tarixə qədər artıraraq 3.533.194 manata çatdırıb və bütün bu vəsaitlər biznesin idarəedicisi kimi İddiaçı4 təqdim edib. Cavabdeh İddiaçı4 30 sentyabr 2021-ci il tarixə sərmayəsi əmtəə şəklində 1.415.529 manat təşkil edib. Lakin biznes fəaliyyəti dövründə özünə aid müxtəlif səbəblərdən həmin sərmayəsini 30 iyun 2023-cü il tarixə 422070 manata qədər azaldıb. Cavabdeh İddiaçı4 sərmayəsinin azalmasının başlıca səbəblərindən biri iddiaçılardan xəbərsiz başqa biznes sahələrinə yatırımlar etməsi, iddiaçılardan ayrı yaratdığı biznesi üçün qohumlarının adına böyük məbləğdə kreditlər götürməsi və həmin kreditlərin aylıq odənişlərini iddiaçılarla qurduğu biznesin vəsaiti hesabına odəməsi olub. Həmin kreditlərin ödənilməsi üçün İddiaçı4 mağazalardan 287.162 manat nəğd pul vəsaiti götürüb. Biznes fəaliyyəti dövründə iddiaçı Orkhan Shirinzade dəfələrlə bütün mağazaları vahid MMC-nin tərkibində birləşdirməyi və vahid idarəçilik sisteminin qurulmasını İddiaçı4 təklif etsə də, İddiaçı4 müxtəlif bəhanələrlə bundan yayınaraq hər bir mağazanın bir fərdi sahibkarın adına rəsmiləşdirilməsinin və həmin fərdi sahibkarın adından idarə edilməsinin daha rahat olmasını iddia edərək özünə yaxın olan müxtəlif şəxslərin adına VÖEN açmaqla mağazaları özünün tanıdığı və seçdiyi şəxslərlə idarə edib. Lakin mağazaların idarəçilik forması ilə bağlı tərəflər arasındakı fikir ayrılığı dərinləşməyə başlayıb. Biznes fəaliyyəti dövründə mağazaların sayı 9-a qədər artsa da mağazalardan biri – Bakı şəhəri, Mətbuat prospektində yerləşən “Nəşriyyat” adlandırılan mağaza 2023-cü ilin iyun ayında bağlanıb və mağazaların sayı 8-ə enib. Mağazaların vahid hüquqi şəxsin tərkibində cəmləşdirilməsində və məhz vahid idarəçilik sisteminin qurulmasında israrlı olan iddiaçılar 27 aprel 2021-ci il tarixdə İddiaçı1 MMC-ni yaradaraq vergi orqanlarında qeydə alınmasına nail oldular. 19 iyul 2022-ci il tarixdə vergi orqanları tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı1 MMC-in təsisçiləri Orkhan Shirinzade (51% pay) və İddiaçı3 (49% pay) kimi qeydə alınıblar. Orkhan Shirinzade mağazaların ziyanla və qeyri-şəffaf işləməsindən narazı olduğundan 2023-cü ilin yanvar ayında bütün mağazaların İddiaçı1 MMC-nin tərkibinə keçirilməsini ortaqlarına təklif edib. Cavabdeh İddiaçı4 müxtəlif bəhanələrlə bu təklifin realaşmasına imkan verməyib. Lakin 2023-cü ilin may-iyun aylarında cavabdeh İddiaçı4 yaxın fərdi sahibkarların adına rəsmiləşdirilmiş 5 mağaza İddiaçı1 MMC-in tərkibinə daxil edildi və vergi orqanlarında İddiaçı1 MMC-nin tərkibində uçota alındı: xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Babək pr.ev.38Q m. ünvanında yerləşən mağaza (“BABƏK”), xx.xx.2023-cü ildə ünvan 5 ünvanında yerləşən mağaza (“BAKİXANOV”), xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən mağaza (“NEAPOL”), xx.xx.2023-cü ildə ünvan 7 ünvanında yerləşən mağaza (“YASAMAL”), xx.xx.2023-cü ildə Sumqayıt şəhəri, Vağzal ərazisi, ünvan 4anvar küçəsinin kəsişdiyi ərazidə yerləşən mağaza (“Sumqayıt”). Lakin cavabdeh İddiaçı4 qeyd olunan 3 mağazanın İddiaçı1 MMC-nin tərkibinə keçirilməsinə, vergi orqanında uçota salınmasına və İddiaçı1 MMC-nin tərkibində fəaliyyət göstərməsinə imkan vermədi və həmin mağazaları öz nəzarətində saxladı. ünvan 8 ünvanında yerləşən və fərdi sahibkar Cavabdeh4 VÖEN-inə (**********) bağlı fəaliyyət göstərən mağaza(“Biləcəri”), ünvan 9 ünvanında yerləşən və Cavabdeh5 VÖEN-inə (**********) bağlı fəaliyyət göstərən mağaza (“Mikrorayon” MKR), Masallı şəhərində Cavabdeh6 VÖEN (**********) bağlı fəaliyyət göstərən mağaza. Cavabdeh İddiaçı4 Masallı şəhərində Cavabdeh6 VÖEN-inə bağlı fəaliyyət göstərən mağazanı bağlayaraq malları Sumqayıt şəhəri, Avtovağzal Ərazisi ev Bakı küçəsində öz adına açdığı VÖEN (**********) əsasında fəaliyyət göstərən “Sumqayıt” mağazasına köçürdür. Cavabdeh İddiaçı4 də qalan 3 mağazanın sərmayəsi aşağıdakı kimi olub: 1) ”Biləcəri” mağazası - avadanlıq üçün qoyulmuş sərmayə 61392 manat və mal alışı üçün qoyulmuş sərmayə 320.000 manat olmaqla, cəmi 381.392 manat, əvvəlki “Masallı” indiki “Sumqayıt” mağazası - avadanlıq üçün qoyulmuş sərmayə 180466 manat və mal alışı üçün qoyulmuş sərmayə 203000 manat olmaqla, cəmi 383466 manat, 3) “Mikrorayon” mağazası - avadanlıq üçün qoyulmuş sərmayə 84659 manat və mal alışı üşün qoyulmuş sərmayə 300000 manat olmaqla, cəmi 384659 manat. İddiaçı1 MMC-yə daxil olmayan yuxarıda göstərilən üç mağazadakı sərmayənin cəmi ******* manat təşkil edir. Mühasibat sənədlərinə əsasən, cavabdeh İddiaçı4 faktiki sərmayəsi 422070 manat təşkil etməsinə baxmayaraq o, sərmayəsi ******* manat təşkil edən 3 mağazanı heç bir əsas və səbəb olmadan öz sərəncamında saxlayıb. Bununla da İddiaçı4 faktiki olaraq öz sərmayəsindən, 727447 manat (1149 517- 422 070 = 727 447) artıq sərmayəyə yiyələnib. Yaranmış problemin həlli ilə bağlı cavabdeh İddiaçı4lə aparılan ilkin danışıqlar zamanı ortaqlara məxsus olan 8 mağazanın onun iştirakı ilə daxili auditinin keçirilməsi şərtilə ona faktiki qalan sərmayəsindən artıq sərmayənin verilməsi barədə müxtəlif təkliflər verilib. Lakin o, müxtəlif bəhanələrlə bu təklifin reallaşdırılmasından yayınıb. Bu razılaşmanın realizə edilməsi üçün İddiaçı3 adından onun atası X3 Abdullayevin bir aylıq 28000 manat kredit borcu ödənilib. Qeyd edilən 5 mağaza İddiaçı1 MMC-nin tərkibinə keçirildikdən sonra məlum olmayan mənbədən vergi orqanına malların alış sənədlərinin olmaması barədə məlumat verildi və buna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarları ilə mağazalarda operativ vergi nəzarəti həyata keçirildi. Yoxlama nəticəsində müəyyən edildi ki, mağazaların İddiaçı1 MMC-nin tərkibinə keçdiyi dövrdən əvvəlki dövrdə, yəni həmin mağazaların faktiki olaraq cavabdeh İddiaçı4 idarəçiliyində olduğu dövrdə əldə edilmiş malların alış sənədləri yoxdur. Nəticədə İddiaçı4 həyata keçirdiyi pis idarəçilik, fəaliyyətin qanunuauyğunluğunun təmin edilməməsi və sənədləşmə işlərinin düzgün aparılmaması səbəbindən mağazaların yeni sahibi kimi İddiaçı1 MMC 71218 manat məbləğində cərimələndi. Halbuki, vergi orqanının aşkar etdiyi qanun pozuntusuna görə məsuliyyəti İddiaçı1 MMC deyil, həmin mağazalarda idarəçiliyi həyata keçirən cavabdeh İddiaçı4dir. Mağazaların təhvil verilməməsi İddiaçı1 MMC-nin fəaliyyətinə ciddi zərər vurub. Belə ki, malların düzgün rəsmiləşdirilməməsi, vergi orqanları tərəfindən 40 günə yaxın yoxlamaların aparılması, 3 mağazanın özbaşına ələ keçirilməsi nəticəsində mağazalar arasında əlaqələrin pozulması İddiaçı1 MMC-yə daxil olan mağazaların zərərlə işləməsinə səbəb olub. Həmin zərərin miqdarı 2023-cü ilin iyul-sentyabr aylarında 114927 manat təşkil edir. Mağazaların vaxtında İddiaçı1 MMC-in sərəncamına keçirilməməsinə və müəssisəyə vurulmuş zərərə görə İddiaçı4lə yanaşı cavabdehlər Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 da tam məsuliyyət daşıyırlar. Beləliklə, İddiaçı1 MMC-yə, iddiaçılar Shirinzade Orxan və İddiaçı3 məxsus sərmayələrin vaxtında təhvil verilməməsi, cavabdehlərin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi, özbaşınalıq və digər qanunsuz hərəkətlər nəticəsində: - cavabdehlərə məxsus sərmayədən artıq sərmayə götürməklə 727447 manat; -İddiaçı4 birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə 28000 manat; - malların İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsi nəticəsində 71218 manat İddiaçı4 özbaşına hərəkətləri nəticəsində 114927 manat, cəmi 941 592 manat zərər dəyib. Həmin zərər cavabdehlərdən tutulmalıdır. Cavabdeh İddiaçı4 digər cavabdehlərlə birlikdə 3 mağazanı qanunsuz olaraq özlərində saxlayaraq və həmin mağazaların əmlakları ilə birlikdə İddiaçı1 MMC-nin tərkibində və idarəçiliyində birləşməsinə mane olmaqla nəinki iddiaçıları əmlaklarından məhrum ediblər, eləcədə bu birləşmə prosesinin qarşısını qanunsuz yollarla almaqla mağazaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsinə və gəlir qazanmasına qəsdən mane olublar. Məhz cavabdehlərin, xüsusən də İddiaçı4 bu qanunsuz hərəkətləri nəticəsində iddiaçılar böyük məbləğdə zərərə məruz qalıblar. Həmin zərər cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir.
11. Daha sonra İddiaçı3 və İddiaçı1 nümayəndəsi Vəkil1 nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı4 və Cavabdeh6 müştərək qaydada 267.046 manat, İddiaçı4 ilə Cavabdeh4 müştərək qaydada 381.392 manat, İddiaçı4 Cavabdeh5 ilə müştərək qaydada 384.659 manat olmaqla, cəmi, 1.033.097 manat məbləğdən İddiaçı4 qalıq sərmayəsin çıxdıqda (1.033.097-169.383= 863.714) ümümilikdə onlardan 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə İddiaçı4 28 000 manatın tutularaq İddiaçı3 ödənilməsi, 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71218 manatın cavabdeh İddiaçı4 tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, İddiaçı4 və digər cavadehlər Cavabdeh4, Cavabdeh5 və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin etirazda “Masallı” mağazasına əsassız olaraq 116.420 manat xərcin aid edilməsini qismən qəbul edirlər və hesab edirlər ki, avadanlıq üçün xərclənmiş 64.046 manat və mal alışı üçün xərclənmiş 203.000 manat qalmaqla, 116.420 manat xərclər tərəflər arasında bərabər bölünməlidir: İddiaçı4 sərmayəsi 58.210 manat azaldılmalı, belə olduqda 383.466 manatdan 116.420 manat çıxdıqda yerdə qalan məbləğ 267.046 manat İddiaçı4 və Cavabdeh6 müştərək qaydada tələb edilir. “Biləcəri” mağazası üzrə qoyulmuş sərmayə 61392 manat və mal alışı üçün qoyulmuş sərmayə 381.392 manat cəmi 381.392 manat Cavabdeh4 və İddiaçı4 müştərək qaydada tələb edilir. “Mikrorayon” mağazası üzrə avadanlıq üçün qoyulmuş 84.659 manat sərmayə və mal alışı üçün qoyulmuş sərmayə 300.000 manat cəmi, 384.659 manat Cavabdeh5 və İddiaçı4 müştərək qaydada tələb edilir. İddiaçı4 qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 MMC-nin vergi orqanları tərəfindən 71.218 manat cərimə edilməsi ilə bağlı həmin məbləğ İddiaçı4 tələb edilir. İddiaçı4 və digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutulmalıdır. Etirazda göstərildiyi və izahatda qeyd olunduğu kimi “X30” tərəflərin birgə istifadəsi və sərəncamında olduğu zaman 55.185 manat ziyan etmişdir. Həmin ziyan tərəflər arasında bölünməli və İddiaçı4 sərmayəsinə 27.593 manat əlavə edilməlidir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı4 qalıq sərmayəsi 422.000 manat təşkil edir. Qeyd olunduğu kimi onun sərmayəsi 58.210 manat (116.420:2=58.210) azaldıqda və sərmayəsinin üzərinə 27.593 manat əlavə edildikdə 422.000 – 58.210 + 27.593 = 391.383 (İddiaçı4 sərmayəsi) manat təşkil edir. İzahatlarında göstərildiyi kimi, mühasib tərəfindən 120000 manat vəkil xərci və 102.000 manat Range Rover markalı avtomobilin dəyəri Orkhan Shirinzadenin sərmayəsinə əlavə edilmişdir. Lakin həmin məbləğ İddiaçı4 sərmayəsində öz əksini tapmamışdır. İddiaçı4 sərmayəsi 222.000 manat (120.000+102.000= 222.000) azaldılmalı, 391.383 – 222.000=169.383 manat təşkil edir. Beləliklə, son olaraq İddiaçı4 sərmayəsi 169.383 manat təşkil edir. İddiaçı4 Masallı mağazası üzrə Cavabdeh6la birlikdə 267.046 manat dəyərində, Biləcəri mağazası üzrə cəmi 381.392 manat Cavabdeh4 ilə birlikdə, “Mikrorayon” mağazası üzrə 384.659 manat Cavabdeh5 ilə birlikdə cəmi, 1.033.097 manat məbləğində sərmayə ələ keçirmişlər. Beləliklə, İddiaçı4 Cavabdeh6la birlikdə 267.046 manat, Cavabdeh4 ilə birlikdə 381.392 manat, Cavabdeh5 ilə isə 384.659 manat olmaqla, cəmi, ələ keçirilmiş 1.033.097 manat məbləğdən onun qalıq sərmayəsini çıxdıqda (1.033.097- 169.383= 863.714) onlardan 863.714 manat tələb edilməlidir.
13. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-639/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar Şhirinzade Orkhanın, İddiaçı3 və İddiaçı1 cavabdehlər İddiaçı4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı İddiaçı4 və Cavabdeh6 müştərək qaydada 267.046 manat, İddiaçı4 ilə Cavabdeh4 müştərək qaydada 381.392 manat, İddiaçı4 Cavabdeh5 ilə müştərək qaydada 384.659 manat olmaqla, cəmi, 1.033.097 manat məbləğdən İddiaçı4 qalıq sərmayəsini çıxdıqda (1.033.097-169.383= 863.714) ümümilikdə onlardan 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə İddiaçı4 28.000 manatın tutularaq İddiaçı3 ödənilməsi, 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71218 manatın cavabdeh İddiaçı4 tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, İddiaçı4 və digər cavadehlər Cavabdeh4, Cavabdeh5 və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin birinci hissəsi - İddiaçı4 və Cavabdeh6 müştərək qaydada 267.046 manat, İddiaçı4 ilə Cavabdeh4 müştərək qaydada 381.392 manat, İddiaçı4 Cavabdeh5 ilə müştərək qaydada 384.659 manat olmaqla, cəmi, 1.033.097 manat məbləğdən İddiaçı4 qalıq sərmayəsin çıxdıqda (1.033.097-169.383= 863.714) ümümilikdə onlardan 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi təşkil edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı4, X20 və Shirinzade Orkhan arasında xx.xx.2022-ci il tarixində öz biznes təcrübəsindən və maliyyə resurslarından istifadə edərək ixtisaslaşdırılmış mağazalar şəbəkəsi yaradaraq müxtəlif növ avto ehtiyyat hissələrinin topdan və pərakəndə satışının təşkil edilməsi üçün birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən müqavilənin tərəfləri olan İddiaçı4 və Shirinzade Orkhanın nümayəndəsi bildirdilər ki, həqiqətən də tərəflər avtoehtiyyat hissələrinin satışı ilə məşğul olmaq üçün sərmayə qoymuşlar. Təsdiqedici sübutlar olmasa da avtoehtiyat hissələrinin satışı həyata keçirilmiş və əldə edilmiş gəlirlər tərəflər arasında mütəmadi bölüşdürülmüşdür. Bu da tərəflərin mübahisələndirmədiyi haldır. İddiaçıların nümayəndələri bildirsələr də ki, bu fəaliyyət dövründə 9 mağaza yaradılmışdır, lakin ona dair və həmçinin 9 mağazanın iddiaçılara aidiyyətinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişlər (kim tərəfindən, kimin vəsaiti, həmin subyektlərin təşkilatı-hüquqi forması və s.). Sonradan isə iddialarını bu cür əsaslandırdılar ki, 9 mağazada olan avto-ehtiyyat hissələri məhz birgə fəaliyyət haqqında müqaviləyə əsasən qoyulmuş sərmayələr nəticəsində alınmış və tərəflər arasında əməkdaşlığı sonlandırmaq niyyətində olduqları üçün həmin mağazalarda olan avtoehtiyyat hissələrini/dəyərlərini (sərmayə kimi qoyulmuş pul, zərər qismində) məhz İddiaçı1 MMC-yə qaytarılmasını tələb edirlər. Məhkəmə ilk öncə qeyd etmişdir ki, İddiaçı4, X20 və Shirinzade Orkhan arasında bağlanmış birgə fəaliyyət müqaviləsinin İddiaçı1 MMC-yə aidiyyəti (məhz həmin müqavilə nəticəsində qoyulmuş sərmayənin MMC-yə aidiyyəti və ya tərəflərin bu cür MMC-nin yaradılması və bütün sərmayələrin MMC-də cəmlənməsi üçün birgə müqavilənin mövcüdluğu və s.), iş materialları ilə müəyyən edilmir. Cavabdeh İddiaçı4 isə bildirib ki, onun və iddiaçının qoyduğu sərmayə nəticəsində sadəcə müxtəlif obyektləri icarəyə götürüb, təmir edərək mağazalar kimi işlətmiş. Satıcı qismində isə digər cavabdehlər qismində göstərilmiş şəxslər çıxış etmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə iddiaçıların hər-hansı bağlılığı, müqavilə münasibətlərinin və ya qeyd olunan cavabdehlərin iddiaçılara hər hansı zərərin vurulması halları mövcüd olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, qeyd olunan cavabdehlərə qarşı iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Tələbin birinci hissəsinin İddiaçı4 münasibətdə isə məhkəmə ilk öncə qeyd etmişdir ki, cəmi 863.714 manat məbləğində tələbin hansı qaydada formalaşmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əgər qoyulmuş sərmayə kimi geri tələb edilirsə - onun əsası göstərilməmiş (birgə fəaliyyət haqqında müqavilədə belə münasibətlərə xitam verildiyi halda sərmayələrin qaytarılması halı və qaydası müəyyən edilməmiş), digər tərəfdən cavabdeh tərəfindən qaytarılmalı olan məbləğin məhz 863.714 manat olması da nə tərəflərin razılaşması, nə də əsaslı sübutlarla təsdiq olunmur. Yalnız məhkəməyə fleş-kart daşıyıcıda təqdim edilmiş (bəzi səhifələri çap olunmuş formatında) heç bir rəsmi, alt sənədləri olmadan excellcədvəllərdə göstərilən rəqəmlərə əsasən bu məbləğin çıxarılması belə qanunsuz və əsassızdır. Belə ki, həm tərəflərin izahatı, həm sübut qismində istinad olunan excellcədvəli tərtib edən qeyri-rəsmi mühasib kimi işləyən şəxsin ifadəsindən müəyyən olunmuşdur ki, həmin cədvəldə göstərilən məlumatlar/rəgəmlər hər hansı sənəd əsasında yığılmamışdır, tərtib edən şəxsə (X6) sistem vasitəsi ilə ötürülən, doğruluğu onun tərəfindən yoxlanılmadan və rəsmi sənədlər ilə təsdiq edilməyən məlumatlar və şifahi göstərişlər əsasında yığılmışdır. Digər tərəfdən, tərəflərin yazılı razılığı olmadan birgə fəaliyyət müqaviləsinin məqsədlərindən kənar olan “vəkil xərci”, “Range Rover xərci” və sair bu kimi xərclərin tərəflər arasında olan müqaviləyə və qoyulmuş sərmayələrə aidiyyəti və ya İddiaçı4 razılığı olmadan onun sərmayəsindən iddiaçılar tərəfindən çıxılmasının hüquqi əsasları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdri. Cəmi 863.714 manatın cavabdeh İddiaçı4 zərər kimi tələb edilməsi üçün də əsaslar müəyyən edilməmişdir. Digər tərəfdən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən aydın olmuşdur ki, iddiaçılar 863.714 manatın məhz İddiaçı1 MMC-yə qaytarılmasını tələb edirlər. Lakin, məhkəmə bir daha da qeyd etmişdir ki, İddiaçı1 MMC-nin cavabdeh İddiaçı4 ilə hüquqi bağlılığı, MMC-nin cavabdehə hərhansı pulun verilməsi və ya cavabdehin hüquqi şəxsə zərərin vurulması halları müəyyən edilmədi, hər-hansı sübutla təsdiqini tapmadı. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışından aydın olmuşdur ki, İddiaçı1 MMC xx.xx.2021ci il tarixində dövlət qeydiyyatına alınmış, əvvəlki 100% paya malik təsisçi və qanuni təmsilçisi X34, sonradan isə X18 olmuşdur. İddia tələbinin digər hissəsi olan - birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə İddiaçı4 28 000 manatın tutularaq İddiaçı3 ödənilməsi tələbi də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, 28.000 manat X21 (iş üzrə iddiaçı olmayan şəxs) tərəfindən cavabdeh İddiaçı4 verilmişdir. Belə olduğu halda İddiaçı3 bu cür tələb irəli sürmək üçün sübyektiv hüquqa belə malik deyil. Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin hallarından isə görünmüşdür ki, İddiaçı4 ilə X21 arasında borc münasibətləri (yazılı və ya şifahi mövcüd olubolmamasından asılı olmayaraq) çərçivəsində, bu münasibətdə tərəf olmadığından İddiaçı3 28.000 manat pulun tələb edilməsinə dair subyektiv hüquqa malik deyil. İddiaçıların sonuncu tələbi - İddiaçı4 və digər cavadehlər Cavabdeh4, Cavabdeh5 və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi təşkil edib. Məhkəmə bu hissədə də, prosessual qənaənt baxımından qətnamənin yuxarıdakı paraqraflarında göstərilən hüquqi əsaslandırmanı (Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir) rəhbər tutaraq iddianın əsassız olduğu üçün təmin edilməməsi qənayətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə). Göründüyü kimi iddiaçılar iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) və rəsmi olmayan excel-cədvəllər əsasında müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
15. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-639/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. İddiaçı1 MMC və X20 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71218 manatın cavabdeh İddiaçı4 tutularaq İddiaçı1 MMCyə ödənilməsi, İddiaçı4 və digər cavadehlər Cavabdeh4, Cavabdeh5 və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMCyə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi hissəsində tələblərinin rədd edilməsini mübahisələndirmirlər. Digər tələbləri ilə bağlı qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, iş materiallarından görünür ki, Seymur Sərxanovu qeyri-rəsmi mühasib kimi işə İddiaçı4 qəbul etmiş və onun fəaliyyətinə rəhbərlik etmişdir. Tərəflərindən biznes fəaliyyətinin bütün dövrünü əks etdirən yaddaş kartı məhkəməyə təqdim edilmişdir. Seymur Sərxanovun məhkəmədə verdiyi ifadələrinə əsasən yaddaş kartında olan məlumatlar mağazalarda olan dövriyyələri əks etdirərək hər ayın hesabatı çıxarılmışdır. Bu hesabatlarda, o cümlədən, biznes tərəflərinin sərmayələrinin mövcudluğu, artması və azalması dinamikası əks olunmuşdur. Məhkəməyə təqdim edilmiş cədvəllərdə olan məlumatlar onun EXCELL və 1C proqramları əsasında apardığı hesabatlardan çıxarışdır. Seymur Sərxanov tərəflər arasında aparılmış sərmayə mübadiləsi barədə göstərişlərin ona İddiaçı4 tərəfindən verildiyini məhkəmədə təsdiq etmişdir. Yalnız bir halda RANGE ROVER markalı avtomobilin 102.000 manata dəyərləndirilməsi və hüquqi yardım xərclərinə çəkilmiş 120.000 manatın Orkhan Shirinzadenin sərmayəsinə əlavə edilməsi barədə göstərişi ona Orkhan Shirinzadenin verdiyini bildirmişdir. Bu barədə o, İddiaçı4 məlumat vermiş və sonuncu həmin sərmayənin daxil edilməsinə etiraz etməmişdir. Qeyd edirik ki, tərəfimizdən məhkəməyə təqdim edilmiş məlumatlar Seymur Sərxanov məhkəmədə dindirilərkən İddiaçı4 tərəfindən şübhə altına alınmamış, təkzib edilməmişdir. Hətta İddiaçı4 və nümayəndəsi çıxışlarında və etirazda bu məlumatlara istinad etmişlər. Məhkəmənin 12 fevral 2024-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 da bildirmişdir ki, hesabatlara məlumatlar İddiaçı4 göstərişi ilə daxil edilmişdir. Bu səbəbdən etirazda hesabata daxil edilmiş bəzi rəqəmlərin haradan götürülməsi və pul məbləğlərinin əsassız olaraq Əkbər Ağayevə köçürülməsi barədə fikir tərəflər arasında formalaşmış münasibətlərə uyğun deyil. Seymur Sərxanovun məhkəmədə verdiyi ifadələr məhkəməyə verdikləri izahatlar, yaddaş kartı əsasında tərtib edilmiş cədvəllər, şahidlər Əkbər Ağayev və Xəzər Əliyevin məhkəmədə verdiyi ifadələrlə öz təsdiqini tapmışdır. Bundan başqa məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə məhkəmə mühasibat ekspertizasının təyin edilməsini xahiş etmişdilər. Bu vəsatətdə iddiaçılar ekspert qarşısında Seymur Sərxanovun qeyri-rəsmi EXCELL və 1 C proqramları tətbiq etməklə apardığı mühasibat uçotunun tərəflərin biznes fəaliyyətinin qiymətləndirilməsi üçün əsas olmasının mümkünlüyünü, sərmayə mübadiləsinin əsaslılığını müəyyən edilməsini xahiş edirdilər. Bu ekspertizanın keçirilməsi zərurəti Seymur Sərxanov məhkəmədə dindirildikdən sonra və iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə sərmayələr haqqında məlumatları ilə mühasib Seymur Sərxanovun ifadələri arasında uyğunsuzluq olduğu müəyyən edildikdən sonra yaranmışdır. Təəssüf ki, məhkəmə bu vəsatəti rədd edərək tam, hərtərəflivə obyektiv araşdırmanın aparılmasına şərait yaratmamışdır. Yuxarıda qeyd etdikləri kimi, İddiaçı4 barəsində dayısı Nəriman Əliyevin ərizəsi əsasında cinayət işi başlanmış və o həbs edilmişdir. Həmin işin istintaqı zamanı tərəflərin sərmayəsi ilə yaradılmış və fəaliyyət göstərmiş bütün mağazalar bağlanmışdır. İstintaq zamanı adına VOEN olan şəxslər dindirilmiş və sərmayələrin miqdarı və mənsubiyyəti araşdırılmışdır. Həmin iş materiallarının və qəbul edilmiş qərarda əks olunmuş məlumatların baxılan iş üzrə mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq məhkəməyə vəsatət verərək tələb edilməsini xahiş ediblər. Bu vəsatət də təmin edilməmişdir. Məhkəmədə İddiaçı4 kredit borclarının olmasını etiraf etmişdir. İş materiallarından görünür ki, onun kredit borclarının ödənilməsi üçün Əkbər Ağayevin atası Ağayev Etibarın verdiyi 28.000 pul vəsaiti MMC-nin hesabına mədaxil edilmiş və İddiaçı4 1 aylıq kredit borcu ödənilmişdir. İddiaçı4 adına kredit götürdüyü şəxslər məhkəməyə məlum olduğundan İddiaçı4 bu şəxslərin adına hansı məbləğdə kredit götürdüyünü və nə qədər ödənişlər etdiyini müəyyən etmək məqsədilə bankdan bu kreditlər barədə məlumatların tələb edilməsi haqqında vəsatət veriblər. Bu vəsatət də əsassız olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Seymur Sərxanovun təqdim etdiyi hesabatlarda İddiaçı4 öz sərmayəsini azaldaraq gəlirdən başqa pul vəsaitləri götürdüyü göstərilmişdir. Məhkəmə öz qətnaməsində göstərir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, “iddiaçılar 863.714 manatın məhz İddiaçı1 MMC-yə qaytarılmasını tələb edirlər. Lakin məhkəmə bir daha qeyd edir ki, İddiaçı1 MMCnin cavabdeh İddiaçı4 ilə hüquqi bağlılığı, MMC-nin cavabdehə hər hansı pulun verilməsi və ya cavabdehin hüquqi şəxsə zərərin vurulması halları müəyyən edilmədi, hər hansı sübutla təsdiqini tapmadı. Hüquqi şəxslərin dövlət qeydiyyatı çıxarışından görünür ki, İddiaçı1 MMC xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmış, əvvəlki 100% paya malik təsisçi və qanuni təmsilçisi X34, sonradan isə X18 olmuşdur.” Məhkəmənin gəldiyi bu nəticə iş materiallarına ziddir. İddiaçı4 MMC-yə bağlılığını təsdiq edən yuxarıda göstərdikləri hallardan başqa digər faktlarda mövcuddur. Belə ki, İddiaçı4 və nümayəndəsi iddia ərizəsinə etirazlarında İddiaçı4 məxsus 1.415 529 manat sərmayənin MMC-yə keçdiyini etiraf edir. MMC-yə daxil olmuş “Babək” mağazasının təmir və fəaliyyətinə xərclənmiş vəsaitin məbləğini mübahisələndirir. Bundan başqa 14 yanvar 2022-ci il tarixli müqavilədə İddiaçı4 birgə fəaliyyətin hüquqi formasını təmin etmək öhdəliyini öz üzərinə götürməsi, tanışları və qohumları adına yaradılmış İddiaçı1 MMC barəsində cinayət işi olduğuna görə payların Orkhan Shirinzadenin və İddiaçı3 adına keçirilməsi barədə göstəriş verir. Onun ələ keçirdiyi 3 mağazanın da sərmayəsinin MMC-yə keçməsi öhdəliyinin olması, bu mağazalarda Orkhan Shirinzadenin sərmayələrinin olması, onun İddiaçı1 MMC”-yə bağlılığını təsdiq edən hüquqi haldır. Orkhan Shirinzade və İddiaçı4 mənsub sərmayələrin bir qisminin MMC-yə keçməsi şəksizdir. Sərmayələrin yerdə qalan hissəsinin də İddiaçı1 MMC-yə keçməsi İddiaçı4 müqavilə öhdəliyidir. Məhz buna görə iddiaçıların İddiaçı4 863.714 manat məbləğin tələb edilərək İddiaçı1 MMC-nin hesabına keçirilməsi qanuni və əsaslı tələbdir. İkinci tələblə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı3 İddiaçı4 birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə olan 28.000 manat pul vəsaitinin ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən də tələbi rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. İş materiallarından görünür ki, 2023-cü ildə 8 mağazada olan sərmayələrin bölünməsi ilə bağlı mübahisəni həll etmək üçün yəni, İddiaçı4 daxili audit keçirilməsində iştirakını təmin etmək məqsədilə X11 atası İddiaçı4 gətirdiyi bəhanələri aradan qaldırmaq niyyətilə onun banklara olan kredit borcunun 1 aylığını 28.000 manatı ödəməyə köməklik edəcəyini bildirmişdir. Bununla bağlı X21 öz oğlu Əkbər Ağayevə 28.000 manat pul vermişdir. Həmin pul vəsaiti Əkbər Ağayev tərəfindən İddiaçı1 MMC-yə mühasibat və vergi işlərində yardım göstərən “Macron Group” Azerbaijan (Ünvan: Faiq Yusifov 28) şirkətinə təhvil verilmişdir. Həmin şirkətin əməkdaşı X22 tərəfindən xx.xx.2023-cü il tarixdə TT**********778476 saylı Qəbzlə “Kapital Bank” Nərimanov rayon filialından İddiaçı4 qohumu Həsənov Xəyyama verdiyi siyahıya uyğun olaraq X2 hesabına 4764 manat pul keçirmişdir. Həmin siyahıya uyğun olaraq X22 tərəfindən TT**********74958 nömrəli Qəbzlə “Kapital Bank” Nərimanov fililalı vasitəsilə X2 hesabına 9582 AZN xx.xx.2023-cü il tarixdə TT**********14337 nömrəli Qəbzlə, Cavabdeh4 bank hesabına 3370 manat, xx.xx.2023-cü il tarixdə TT**********379674 nömrəli qəbzlə X12 hesabına isə 6740 manat keçirilmişdir. Bundan başqa həmin siyahıya uyğun olaraq 22 iyul 2023-cü il tarixdə X4 3544 manat pul nağd şəkildə verilmişdir. Bu barədə onun imzası ilə qəbz alınmışdır. Beləliklə, yuxarıda göstərilən şəxslərin hesabına İddiaçı4 məxsus kredit borclarını ödəmək məqsədilə 28.000 manat pul köçürülmüşdür. Həmin pul vəsaitlərinin köçürülməsi barədə qəbzlər iş materiallarına əlavə edilmişdir. İddiaçı4 pulun alınmasını etiraf edir. Beləliklə bu vəsaitin X35 Abdullayevə borc verməsi kimi qiymətləndirilə bilməz. MMC-nin hesabına daxil olduğuna görə MMC-nin payçısı İddiaçı3 həmin vəsaiti tələb etmək hüququ vardır. Hesab edir ki, məhkəmə toplanmış sübutlara düzgün qiymət verməyərək MMC-nin payçısı İddiaçı3 bu vəsaiti tələb etmək hüququnun olmaması barədə yanlış nəticə çıxarmışdır. Məhkəmə tərəfindən məhkəməyə təqdim edilmiş bütün sübutlar təhlil edilməyərək və qiymət verilməyərək qəbul edilməmişdir. Hesab edir ki, Orkhan Shirinzadenin ABŞ-dan göndərdiyi pul vəsaitlərinin daxil olması ayrı-ayrı sahibkarların VOEN-lə işlətdiyi mağazaların təmir edilməsinə və malla təchiz edilməsinə xərclənməsi kifayət qədər sübutlarla təsdiq olunur. Belə ki, 14 yanvar 2022-ci il tarixli müqavilədə cavabdeh İddiaçı4 imzası ilə həmin tarixə 2.000.000 manat vəsaitin daxil olması cavabdeh İddiaçı4 imzası ilə təsdiq olunur. Həmin müqavilədən də görünür ki, biznesin təşkilatçısı qismində İddiaçı4 qəbul edilməsi həmin vəsaitlərin ona çatmasını təsdiq edir. Məhkəmə iclasında İddiaçı4 Əkbər Ağayev və Orkhan Shirinzadənin sərmayəsini ******* manat olmasını təsdiq etmişdir. X44 məhkəmədə malların alınması, hesabatların verilməsi və onların fəaliyyətinə mühasib Seymur Sərxanovun nəzarət etməsi mexanizmini göstərmişdir. Məhkəmə gedişində hakim tərəfindən Xəzər Əliyevin ətraflı dindirilməsinə şərait yaradılmamış, verilmiş suallar çıxarılmışdır. Tərəflərindən məhkəməyə təqdim edilmiş İddiaçı4 ərizəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda mağazaların fəaliyyəti haqqında İddiaçı4 qanunsuz hərəkətləri barədə Xəzər Əliyevin verdiyi izahatda ətraflı məlumatlar vardır. Məhkəməyə təqdim edilmiş yaddaş kartında olan səs yazısından görünür ki, İddiaçı4 huquqi yardım üçün göstərilmiş xidmətə görə vəkil 70.000 manata yaxın pul vəsaitini aldığını və "xxxx" MMC-nin onun sürücüsünə keçdiyini etiraf edir. İşin yuxarıda göstərilən halları İddiaçı3 və nümayəndələrin izahatları ilə də öz təsdiqini tapır. Əfqan Abdullatyevin birgə biznesə aid olmayan kredit borcunu ödəmək üçün İddiaçı1 MMC-yə qoyulmuş və MMC vasitəsi ilə ödənilmiş 28.000 manat əlavə sərmayə İddiaçı4 tutularaq İddiaçı3 ödənilməlidir. Hesab edirlər ki, məhkəmə toplanmış sübutlara obyektiv qiymət verməmiş təqdim edilmiş bütün subutları əsassız olaraq qəbul etməmişdir.
17. Apellyasiya şikayətinə əlavə təqdim edilmiş və qeyd edilmişdir ki, cavabdeh İddiaçı4 kredit borcunun ödənilməsinə görə verilmiş 28.000 manat pulun MM-nin 1091, 1092-ci maddələrinə əsasən əsassız varlanma qaydasında cavabdehdən İddiaçı3 xeyrinə tutulması xahiş olunur. Cavabdeh həmin məbləği aldığını və bu vəsait hesabına kredit borcunu ödədiyini birinci instansiya məhkəməsində mübahisələndirməmişdir. Bu məbləğ cavabdehə birgə fəaliyyət barədə müqavilə əsasında verilməmişdir. Məhkəmə qətnamənin 50-ci bəndində qeyd edir ki, iddia ərizəsində bu məbləğin cavabdehə X21 tərəfindən verildiyi qeyd edildiyindən İddiaçı3 bu pulu tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsində bu məbləğin İddiaçı3 onun adından atası, yəni onun tapşırığı ilə atası tərəfindən cavabdehə verildiyi qeyd edilmişdir. Əgər məhkəmənin iddiaçı tərəfindən başqa şəxsə (atasına) məxsus pul vəsaiti ilə bağlı iddia qaldırıldığına dair şübhəsi var idisə qanunun tələbinə əsasən baxılan mübahisə hüquq və mənafelərinə toxunduğu üçün X21 iş üzrə üçünçü şəxs qismində cəlb edilməli və mübahisə ilə bağlı mövqeyi öyrənilməli idi. Əgər belə olsa idi X21 gəlib təsdiq edə bilərdi ki, bu vəsait onun deyil, oğluna məxsusdur. İddiaçının hesabına cavabdeh qanuni əsas olmadan varlandığından və tərəflər arasında artıq birgə fəaliyyətlə bağlı müqavilə qüvvədə olmadığından bu məbləğ İddiaçı3 xeyrinə tutulmalıdır. Məhkəmə qətnamənin 36-cı bəndində qeyd edir ki, tərəflərin mübahisələndirmədiyi haldır ki, əldə edilmiş gəlirlər tərəflər arasında mütəmadi bölüşdürülmüşdür. Halbuki iddiaçılar bunu qəbul etmir və məhz gəlirdən pay verilmədiyi üçün tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilə ləğv olunmuşdur. Müqavilənin ləğv olunduğu və hazırda qüvvədə olmadığı mübahisəsizdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, ən azı Orxan Şirinzadə tərəfindən 2.500.000 manat pul sərmayə şəklində ona verilmişdir. Belə olan halda həmin vəsaitin qaytarıldığına dair sübutları təqdim etmək öhdəliyi iddiaçıların deyil, cavabdehin üzərinə düşür. Məhkəmə qətnamədə qeyd edir ki, iddia ərizəsində qeyd edilmiş 9 mağazanın iddiaçılara aid olması barədə sübut təqdim edilməmişdir. Halbuki MPM-nin 106.3-cü maddəsində qeyd edilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh özü etiraf etmişdir ki, birgə fəaliyyət barədə müqavilə əsasında iddiaçıdan aldığı sərmayəni həmin mağazalarda həyata keçirdiyi avto ehtiyat hissələrinin alqı-satqısı üzrə biznesə sərf etmişdir. Nə qədər ki, müqavilə ləğv olunmuşdur cavabdeh iddiaçının qoyduğu 2.500.000 manat sərmayəni gəlirlərlə birlikdə iddiaçıya təqdim etməli idi. Belə olan halda bu vəsaitin tam qaytarıldığını sübut etmək cavabdehin üzərinə düşdüyü halda cavabdehin bu barədə hər hansı mötəbər sübutu yoxdur. İddiaçı qəbul edir ki, 6 mağazaya qoyulmuş sərmayə və gəlirlərin əvəzi olaraq iddiaçılara təqdim edilmişdir. Cavabdeh göstərir ki, həmin mağazalardakı sərmayə və inventarın dəyəri 2.780.601 manat təşkil edir. İddiaçılar mağazalardakı sərmayənin bu məbləğdə olduğunu qəbul etməmiş və cavabdeh bu barədə məhkəməyə özünün qeyrirəsmi cədvəlindən başqa mötəbər sübut təqdim etməmişdir. Mağazalar təqdim edilərkən təhvil-təslim olmamış, üzləşmə aktı tərtib edilməmişdir. Mağazalardakı malların qalıq dəyəri sənədlərlə uyğunsuzluq təşkil etdiyindən vergi orqanı tərəfindən iddiaçının təsisçi olduğu hüquqi şəxs məsuliyyətə cəlb olunmuşdur. Bu barədə sübutu birinci instansiya məhkəməsinə təqdim ediblər. Əgər iddiaçının sərmayə qoyuluşu ilə bağlı hesabları mötəbər sübut kimi qəbul edilmirsə cavabdehin de sərmayenin qaytarılması ilə qeyri-rəsmi hesablamaları qəbul edilməməlidir. İddiaçı qəbul edir ki, müqavilə münasibətlərinə xitam verildikdən sonra cavabdehin Orxan Şirinzadəyə qaytardığı sərmayə təxminən 1.600.000 manat təşkil edir. İddiaçı Orxan Şirinzadənin təqdim etdiyi sərmayədən (ən azı 2.500.000 manat cavabdeh tərəfindən etiraf olunur) 863714 manat qaytarıldıği sübut edilmədiyindən həmin məbləğin məhkəmə tərəfindən tutulmasını xahiş edirlər. Tələbdə bu məbləğin iddiaçının təsis etdiyi hüquqi şəxsin “Avtodetal“ MMC-nin hesabına ödənilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı cavabdehdən onun xeyrinə tutulmalı olan məbləğin hansı hesaba köçürülməsini özü müəyyən edir və hazırkı halda təsis etdiyi hüquqi şəxsin hesabına köçürülməsini tələb etməsində hər hansı qanun pozuntusu yoxdur. Apellyasiya şikayətinin tələb hissəsinə dəqiqləşmə verərək məhkəmədən aşağıdakı tələblərin təmin edilməsini xahiş edirlər: Qətnamə qismən ləğv edilsin Cavabdeh İddiaçı4 İddiaçı3 xeyrinə əsassız varlanma qaydasında 28.000 manat pul tutulsun. Birgə fəaliyyət haqqında müqavilə ləğv edildiyindən 863714 manat qaytarılmamış sərmayənin cavabdeh İddiaçı4 iddiaçı Orxan Şirinzadənin xeyrinə tutularaq onun təsis etdiyi İddiaçı1 MMC-yə ödənilsin.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi üzrə Orkhan Şhirinzade iddiaçı qismində işə cəlb edilsə də, nə ilkin iddia ərizəsində, nə də məhkəməyə 21 fevral 2024-cü il tarixdə təqdim edilmiş və 29 fevral 2024-cü il tarixdə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrdə iddiaçı olaraq Orkhan Shırınzade-nin tələbinin nədən ibarət olması, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməmiş, eyni zamanda nə iddia ərizəsi,nə də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr nə Şhirinzade Orkhan, nə də onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Belə ki, məhkəmə iclasında nümayəndə və vəkil qismində iştirak edən Vəkil1 məhkəməyə təqdim etdiyi etibarnamə və 13 oktyabr 2023-cü il tarixli, 465 saylı vəkil orderində yalnız hazırkı məhkəmə prosesində İddiaçı3 təmsil etdiyi müəyyən edilir. Lakin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 0107 saylı əmrdən görünür ki, İddiaçı3 "Avtodetal MMC-nin direktoru deyil, direktor müavini vəzifəsinə işə qəbul edilmiş, "xxxx" MMC-nin direktorunun əmri isə iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş ərizələr, izahatlar yalnız Vəkil1 tərəfindən imzalanmış, davam edən məhkəmə hazırlıq iclasları zamanı 8 məhkəmə prosesində səlahiyyətini təsdiq edən sənədləri olmadığı təqdirdə, iddiaçı qismində işə cəlb edilmiş şəxslərin hər birinin adından Vəkil1 çıxış etmişdir. İş materiallarından da müəyyən edilir ki, cavabdeh İddiaçı4 "xxxx" Mağazalar Şəbəkəsinin təsisçisi və direktoru olmuş, həmin dövrdə təkbaşına xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. Həmin vaxt İddiaçı4 sərmayəsi 1.500.000 manat təşkil etmişdir. Bu faktı iddiaçıların məhkəməyə təqdim etdikləri "Excell" formatında tərtib edilmiş cədvəl də təsdiq edir. Lakin həmin cədvəldə məbləğ 1.500.000 əvəzinə, 1 415 529.08 manat kimi göstərilmişdir. Bununla bağlı hər hansı mübahisə yoxdur. Həmin vaxt iddiaçıların "xxxx" MMC-də hər hansı sərmayəsi olmamış, aralarında şərik olmalarına dair razılaşma olmamışdır. Bundan sonra, 2022-ci ildə "xxxx" MMC-yə aidiyyatı olmayan işlə əlaqədar, "xxxx" MMC-nin vergidən yayınması ilə əlaqədar başlanmış cinayət işi üzrə "xxxx" MMC-nin təsisçisi və direktoru olduğundan, İddiaçı4 CM-nin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə saxlanılmış, daha sonra ödənilməmiş 1.450.000 manat vergi ödənişi İddiaçı4 dayısı X13 tərəfindən tam şəkildə ödənildikdən sonra barəsində olan cinayət işi üzrə icraata xitam verilmiş və qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı4 həbsdə saxlanıldığı dövrdə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin təsisçisi X18 ilə İddiaçı3 və Shınnzade Orkhan-ın etibarnamə üzrə nümayəndəsi qismində çıxış edən X20 arasında təsis payının alqı-satqısı haqqında müqavilə bağlanmış və MMC-nin alqı-satqısı 10 manata həyata keçirilmişdir. Bundan sonra, İddiaçı3 MMC-də təsisçi olaraq payı 49 % və Shırinzade Orkhan-ın payı 51 % müəyyən edilmişdir. Bununla bağlı alqı-satqı müqaviləsi də məhkəməyə təqdim edilmişdir. Halbuki, iddiaçıların özünün də iddia ərizəsində qeyd etdiyi kimi iddiaçılarla cavabdeh İddiaçı4 2021 -ci ilin sentyabr ayında birgə fəaliyyət barədə razılıq əldə etmələri qeyd edilmişdir. Razılaşmaya əsasən cavabdehlər Shırınzade Orkhan və X20 ilə birlikdə şəriklərin qoyduqları sərmayəyə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Bakı şəhərinin müxtəlif rayonlarında şəbəkə formasında bir neçə avtomobil ehtiyat hissələrinin satış mağazaları açılmalı idi. Biznesin təşkili, ümumi sərmayəyə sərəncam verilməsi və mağazaların idarə edilməsi İddiaçı4 həvalə edilmişdir. İddiaçılarla cavabdeh arasında şifahi formada 2021-ci ilin sentyabr ayından birgə şərikli bizneslə məşğul olmaq barədə razılıq əldə edilsə də, rəsmi qaydada aralarında birgə fəaliyyət haqqında saziş 14 yanvar 2022-ci il tarixdə imzalanmışdır. Birgə fəaliyyət haqqında müqavilənin 2.1.3-cü bəndində göstərilmişdir ki, birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə təşkilatçı-yəni İddiaçı4 2.000.000 manat qoyulmasını təmin etmək, 2.2.3-cü bəndində isə göstərilmişdir ki, təşkilatçıya işin təşkil edilməsi məqsədilə 2.000.000 manat vermək (2021-ci ilin sentyabr ayından müqavilə imzalanan günə qədər bu mıəbləğ təşkilatçıya verilmişdir). Müqavilənin 3-cü bəndində göstərilmişdir ki, İddiaçı4 gəlirin 50 %, X20 gəlirin 25 % faizi miqdarında, Shırınzade Orkhan isə gəlirin 25% miqdarında bölünməsi barədə razılığa gəlmişlər. Bu isə bilavasitə təsdiq edir ki, iddiaçıların məhkəməyə təqdim etdiyi sərmayənin məbləğləri ilə bağlı "Excell" formatmdakı məbləğlər birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə belə uyğun gəlmir. Shırınzade Orkhan-m qoyduğu sərmayə ümumi sərmayənin 50 % deyil, 25 % hissəsini əhatə etmişdir. Beləliklə də, həm İddiaçı4, həm də Shırınzade Orkham-m birgə fəaliyyət üçün qoyduqları sərmayə 2.000.000 manat təşkil etmişdir. İddiaçı4 sərmayəsinin 2.000.000 manat olması ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. Məhkəmə proseslərində də iddiaçıların nümayəndəsi İddiaçı4 və Shırınzade Orkhan-ın hər birinin sərmayəsinin 2.000.000 manat olmasını öz izahatı ilə təsdiq etmişdir. Lakin məhkəməyə müraciət edərkən, məhkəmə təqdim etdiyi "Excell" formatında cədvəldə göstərilmişdir ki, İddiaçı4 sərmayəsindən xx.xx.2023-cü il tarixdə 144.786 manat, xx.xx.2023-cü il tarixdə 206200 manat Ağayev Əkbərə köçürülmüş və xx.xx.2023-cü il tarixdə əsas sərmayədən çıxıldı adı ilə 91.406,8 manat təyinatı molum olmayan yerə çıxılmaqla, Shınnzade Orkhan-ın məhkəməyə sərmayəsi kimi təqdim etdiyi cədvəldə tarixi məlum olmayan vaxtda öz balansına 102.000 manat və 120.000 manat əlavə edilmişdir. Cavabdeh Shınnzade Orkhan biznesin idarə edilməsi və birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün sərmayə olaraq qoyduğu məbləğin təminatı olaraq, İddiaçı4 mülkiyyətində olan əmlakları formal olaraq onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı isə birgə biznes fəaliyyəti ilə məşğul olduqlarından və gələcəkdə həmin əmlaka dair Shınnzade Orkhan-ın hər hansı iddia və tələbinin olmayacağın düşündüyündən, əmlaklarının cavabdehin adma rəsmiləşdirilməsinə razılıq vermişdir. Lakin İddiaçı4 mülkiyyətində hər hansı əmlakı olmamış, qardaşı X5 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair ünvan 11ndə xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsi qardaşı X14 ilə Shınnzade Orkhan arasında rəsmiləşdirilmişdir. Lakin sonradan, 06 noyabr 2023- cü il tarixli müqavilənin ləğvinə dair müqavilə ilə həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 9 saylı Notariat Ofisində ləğv edilmiş, fərdi yaşayış evi yenidən iddiaçının qardaşı X5 mülkiyyətinə geri qaytarılmışdır. Bundan başqa, İddiaçı4 yetkinlik yaşına çatmayan övladı X8 mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən, ünvan 12 ünvanında yerləşən mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin bağlanmasında cavabdeh Shırinzade Orkhan özü bilavasitə iştirak etməmiş, müqavilələr onun etibarnaməsi əsasında digər cavabdeh, eyni zamanda biznesin 3-cü şəriki X20 tərəfindən imzalanmışdır. İddiaçı4 Shınnzade Orkhan ın adma rəsmiləşdirdiyi daşınmaz əmlakların ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 300 000 ( üç yüz min) manat, ünvan 12 ünvanında yerləşən mənzilin dəyəri 700.000 manat təşkil edir. Həmin əmlakları Shınnzade Orkhan hal-hazırkı vaxtadək geri qaytarmadığından, İddiaçı4 birgə biznes fəaliyyəti üçün qoyduğu sərmayə 3.000.000 manata çatdırılmışdır. İddiaçıların məhkəməyə ünvanladığı iddia ərizəsində İddiaçı4 30 sentyabr 2021-ci il tarixə sərmayəsi əmtəə şəklində 1.415.529 manat təşkil etməsini, İddiaçı4 məxsus yetkinlik yaşına çatmayan övladı X8 xüsusi mülkiyyətində olan dəyəri 700.000 manat təşkil edən ünvan 12 ünvanında yerləşən mənzili və dəyəri 300000 manat olan İddiaçı4 qardaşı X5 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin Shırınzade Orkhanın adına rəsmiləşdirilməklə, İddiaçı4 sərmayəsi 3.000.000 manata çatdırılmışdır. Lakin İddiaçı4 sərmayəsindən xx.xx.2023-cü il tarixdə 144786 manat, xx.xx.2023-cü il tarixdə 206200 manat Ağayev Əkbərə köçürülmüş və 120 000 manat və xx.xx.2023-cü il tarixdə əsas sərmayədən çıxıldı adı ilə 91406.8 manat və 102 000 manat təyinatı məlum olmayan yerə çıxılmışdır. İddiaçıların məhkəməyə təqdim etdiyi, İddiaçı3 tərəfindən imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş "Əfqanın sərmayəsi barədə məlumat (dinamika) kimi göstərilmiş cədvəldə İddiaçı4 birgə fəaliyyət barədə razlışmaya qədər, xx.xx.2021-ci il tarixdə 1.415.529 olması, xx.xx.2023-cü il tarixdə 144.786 manat, xx.xx.2023-cü il tarixdə 206.200 manat və 120.000 manat, xx.xx.2023-cü il tarixdə 91.406,8 manat qeyd edilmiş məbləğlər İddiaçı4 sərmayəyə qoyduğu məbləğlərdən silinməklə 470.986 manat silinmiş, öz adlarına isə 222.000 silinməklə, sərmayəsinin 422.070 manata qədər azaldılması qeyd edilmişdir. İddiaçılara qeyd olunan məbləğlərin silinmə səbəbləri və təsdiq edən sənədlərin tələb etməsinə baxmayaraq, guya İddiaçı4 həbsdən azad olunması üçün 442 392 manat xərc çəkdiyini bildirmişlər. Halbuki, onun həbsdən azad edilməsi "xxxx" MMC-nin vergi borcunun tamamilə ödənilməsi nəticəsində barəsində olan cinayət işinin icraatına xitam verilməsi olmuşdur. Bundan başqa, İddiaçı4 tərəfindən onun həbsdən azad edilməsi üçün 470.986 manat xərc çəkilməsi və həmin xərcin onun sərmayə olaraq qoyduğu məbləğdən çıxılması, sərmayəsinin azaldılması barədə hər hansı formada göstərişi və xahişi olmamışdır. İddiaçılar hər hansı şəxsə və ya şəxslərə İddiaçı4 həbsdən azad edilməsi üçün 470.986 manat sərf etmiş olsaydılar belə bununla bağlı sübutları ona və məhkəməyə təqdim etməlidir. Bundan başqa, belə bir xərcin çəkilməsi sübuta yetirilsə belə, həmin məbləğlər İddiaçı4 sərmayəsindən çıxılsa da, Shırınzade Orkhan-ın sərmayəsinin artırılmasına səbəb ola bilməz. Belə ki, 21 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Shırınzade Orkhan-ın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 izahatında Shırınzade Orkhan-ın qoyduğu sərmayənin yalnız 2.500.000 manat olmasını, lakin İddiaçı4 sərmayəsindən çıxılan məbəğlərin öz sərmayəsinə əlavə edərək, Shırınzade Orkhan-m sərmayəsinin 3.500.000 manata çatdırılmasını öz izahatı ilə təsdiq etmişdir. X27-ın nümayəndəsi və vəkili Vəkil2 ünvanlanmış suala cavab olaraq, hansı səbəbdən Shırınzade Orkhan-ın sərmayəsinin İddiaçı4 hesabından çıxılmış pul hesabına artırılması barədə suala ümumiyyətlə cavab verməmişdir. Shırınzade Orkhanın sərmayəsinin İddiaçı4 sərmayəsindən səbəbsiz olaraq azaldılmaqla, çıxılmalar edilməklə artırılması iddiaçıların özlərinin məhkəməyə təqdim etdiyi "Excell" formatında cədvəllərdə də aydın görünür. Bu isə Shırınzade Orkhan-ın süni surətdə öz hesablarındakı pulu artırmasını bilavasitə təsdiq edir. Qeyd olunan xərclər real olaraq çəkildiyi halda belə, bununla bağlı məhkəməyə sübut təqdim edildiyi halda, "xxxx" MMC-nin idarəedicisi İddiaçı4 olduğundan, Shırınzade Orkhan özünün qoyduğu sərmayəsinin batmaması üçün vermiş və belə olduğu təqdirdə həmin məbləğ yalnız İddiaçı4 deyil, V2 hissəyə bölünməklə həmin məbləğin 50 % -i Shırınzade Orkhan-ın hesabından silinməli olduğu halda, yalnız İddiaçı4 hesabından silinməklə məqsədli şəkildə İddiaçı4 sərmayəsinin azaldılmasına və Shırınzade Orkhan-ın isə sərmayəsinin süni surətdə artırılmasına gətirib çıxarmışdır. Bundan başqa, iddiaçılar məhkəməyə təqdim etdiyi izahatda Shırınzade Orkhan-la İddiaçı4 arasında vəkilə 470 986 manat ödənilməsi ilə bağlı müzakirə aparıldığını və Ətqan Abdullayevin buna razılıq verdiyini göstərsə də, İddiaçı4 həmin vaxt həbsdə olmuş, aralarında ümumiyyətlə belə danışıq olmamışdır. Həmin vaxt İddiaçı4 hüquqlarını müdafiə edən digər 2 vəkili olmuş, iddiaçıların iddia etdikləri vəkil İddiaçı4 hüquqi yardım göstərmək üçün yalnız 10.000 manat tələb etməmişdir. Eyni zamanda, İddiaçı4 həbsdən azad olunmasının səbəbi vəkilin hüquqi yardımı sayəsində deyil, vergi borcunun tam olaraq ödəniıldiyindən "xxxx" MMCnin barəsində olan cinayət işinin icraatına xitam verilməsi olmuşdur. Bunun üçün vəkilə 470986 manat ödənilməsi isə həm reallığa uyğun deyildir, həm də bu barədə iddiaçılar tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. 470.986 manat ödənildiyini təsdiq edən qəbz və hüquqi yardım haqqında müqavilə məhkəməyə təqdim edilmədiyindən, bu xüsusatlar iddianın əsası kimi sübut qismində qəbul edilə bilməz. İddiaçıların hesablamalarına görə xx.xx.2022-ci il tarixinə İddiaçı4 sərmayəsi 828.248,91 manat olması qeyd edilmiş, lakin həmin məbləğlərə 144.786 manat, xx.xx.2023-cü il tarixdə 206.200 manat və 120.000 manat, 91.406 manat və 102.000 manat hesablandıqda bu məbləğ 1.492.640,91 təşkil edir. Lakin həmin məbləğlər "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə direktoru təyin edilmiş İddiaçı3 özünün "Excel 1" proqramında şəxsi mülahizələrinə görə hesabladığı və heç bir qanuni əsası olmayan hesablamalardır. Belə ki, İddiaçı4 tərəfindən yazılı etirazda bu hal göstərildikdən sonra, əvvəllər İddiaçı3 imzası ilə məhkəməyə təqdim ediliş sənədlər, növbəti dəfə imzasız, hər hansı bir şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmiş, "Excell" formatında yalnız rəqəmlərdən ibarət fayllar məhkəməyə təqdim edilmişdir. Lakin rəqəmlər yazılmış, heç bir qanuni və hüquqi əsası olmayan, hər hansı şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmiş naməlum fayllar işin hər hansı halının təsdiq edilməsi üçün sübut qismində hesab edilə bilməz. Belə ki, qeyd olunun cədvəllər "xxxx" MMC-nin mühasibi tərəfindən tərtib edilməli və mühasib tərəfindən imzalanaraq məhkəməyə təqdim edilməli olduğu halda, özünün direktor olmadığı vaxtda belə hesabata dair sənəd tərtib edərək, məhkəməyə təqdim etməsi iş üzrə mötəbər sübut hesab edilə bilməz. Bundan başqa, 2023-cü ilin may-iyun aylarında Shırınzade Orkhan-la İddiaçı4 arasında birgə biznes fəaliyyətində yaranmış narazılıqların nəticəsində Shırınzade Orkhan-ın qoyduğu sərmayənin müqabilində 6 mağazanın "xxxx" MMC-in tərkibinə daxil edildi və vergi orqanlarında "xxxx" MMC-nin tərkibində uçota alınmışdır. xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Babək pr.ev.38Q m. Ünvanında yerləşən mağaza("BABƏK") —təhvil verildiyi zaman 1.404.801 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, xx.xx.2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ SÜLH (Bakıxanov qəs.) evi D mü ünvanında yerləşən mağaza ("BAKİXANOV"); - təhvil verildiyi zaman 292412 manat ehtiyat hissələri və avadanlıqla birgə, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında yerləşən mağaza("NEAPOL");- təhvil verildiyi zaman 276930 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, xx.xx.2023-cü ildə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.,ev 204 m. ünvanında yerləşən mağaza ("YASAMAL"); təhvil verildiyi zaman 291792 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə. xx.xx.2023cü ildə Sumqayıt şəhəri, Vağzal ərazisi, ünvan 4anvar küçəsinin kəsişdiyi ərazidə yerləşən mağaza ("Sumqayıt")-320.056 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, Nəşriyyat filialı- 194.590 manat dəyərində avtomobil ehtiyat hissələri və avadanlıqla birgə. Shırınzade Orkhan-ın qoyduğu sərmayənin müqabilində ümumilikdə 6 mağaza olmaqla, 2 780 601 manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə Shırınzade Orkhan-a təhvil verilmişdir və həmin məbləğə dair aralarında narazılıq olmamışdır. X7-a təhvil verilmiş 6 mağazaya 3 204 325 manat məbləğində sərmayə qoyulmuş, xərclər və zərərlər çıxıldıqdan sonra ******* manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə Shırınzade Orkhan-a təhvil verilmişdir. Shırınzade Orkhan-ın qoyduğu sərmayənin müqabilində 6 mağazanın "xxxx" MMC-nin tərkibinə daxil edilməsi ilə ümumilikdə 2.780.601 manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə Shırınzade Orkhan-a təhvil verilməsi ilə bağlı dəfələrlə məhkəmə hazırlıq iclaslarında 21 fevral 2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında, 29 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında "xxxx" MMC-nin və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 həmin məbləğə dair hər hansı mübahisə olmadığını öz izahatı ilə təsdiq etmişdir. Beləliklə də,İddiaçı4 tərəfindən Shırınzade Orkhan-a ümumilikdə 2.780.601 manat dəyərində sərmayəsinin geri qaytarılması iddiaçının etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı4 Shırınzade Orkhan-la birgə fəaliyyət barədə razılaşma əldə edilənə qədər "Babək" mağazasına 2021-ci ildə ümumilikdə 98.276 manat xərc çəkmiş və həmin mağ aza da iddiaçılara təhvil verilmişdir. 2021 -ci ilin aprel ayında 27.850, may ayında 30.250 manat, iyun ayında 11028 manat, iyul ayında 21.966 manat, avqust ayında 1805 manat manat, sentyabr ayında 5377 manat xərc çəkilmişdir. Qeyd olunan məbləğlərin açıqlaması və hara nə qədər məbləğ ödənilməsini təsdiq edən açıqlama cədvəllər də məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçıların məhkəməyə təqdim etdiyi cədvəllərdə 116.420 manat invertar İddiaçı4 adına yazılsa da, həmin məbləğlər İddiaçı4 və "Masallı" mağazasına heç bir aidiyyəti yoxdur. xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işçiləri əmək haqqlarının ödənilməsi üçün 76176 , icarə haqqlarının ödənilməsi ilə bağlı 20000 manat, Masallı" mağazasının açılışı zamanı konsert proqramının təşkil edilməsi ilə bağlı 20244 ( Masallı mağazasının açılışı zamanı İddiaçı4 həbsdə olduğundan belə xərcin çəkilməsinə razılığı belə olmamışdır) manat xərc çəkilmişdir. Bundan başqa, İddiaçı4 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 80823 manat işçilərin əmək haqqı, ofis, icarə haqqı və digər xərclərin ödənilməsini həyata keçirmişdir. Bununla bağlı hansı ofisə hansı məbləğdə, hansı işçilərə hansı məbləğdə pul ödənilməsi məhkəməyə təqdim edilmişdir. Hal-hazırda da Shırınzade Orkhan "xxxx" MMCnin təsisçisi olduğundan, İddiaçı4 istifadəsində olan digər mağazalarda "xxxx" adından istifadə edə bilmədiyindən, əlavə olaraq sayta 14000 manat, Marsol sergi tədbirindən qalan borc- 6100 manat, Nəşriyyat mağazasının icarə haqqına görə 20 828 manat, Seyran adlı şəxsə 4000 manat olmaqla, cəmi 44928 manat borc da "xxxx" MMC-yə məxsusdur. Bundan başqa, "X33" do 2022-ci il ərzində 55185 manat zərər hesablanmış və həmin zərər də "xxxx" MMC-nin xərclərinə aid edilir və iddiaçıların məhkəməyə təqdim etdiyi sənədlərdə bunu ümumiyyətlə qeyd etməmişlər. Shırınzade Orkhan-ın birgə fəaliyyət dövründə yalnız sərmayə qoyulmasından ibarət olmuş, mağazaların idarə edilməsindən, xərclərdən, işçilərə ödənilməli əmək haqqlarından, hər mağazanın zərərlərindən ümumiyyətlə məlumatı olmamış, nəticədə isə əsassız tələblərlə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan 6 mağaza— "Babək" filialı, " Bakıxanov" filialı, "Neapol" filialı, "Sumqayıt" filialı, "Yasamal filialı", "Nəşriyyat" filialı Shırınzade Orkhan-a sərmayə olaraq qoyduğu məbləğlərin müqabilində ümumilikdə 2 780 601 manatlıq ehtiyat hissələri ilə birlikdə təhvil verilmiş və Shırınzade Orkhan isə İddiaçı4 qoyduğu sərmayənin təminatı müqabilində onun adma rəsmiləşdirilmiş ünvan 12 ünvanında yerləşən mənzili və İddiaçı4 qardaşı X5 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evini geri qaytaracağına dair üzərinə öhdəlik götürsə də, mənzilləri geri qaytarmaqdan imtina edərək, İddiaçı4 qarşı "Mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və hal-hazırda məhkəmənin icraatmdadır və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində göstərilmiş tələblərə münasibətdə isə onu bildirmək istəyir ki, İddiaçı4 və Cavabdeh6 müştərək qaydada 267.046 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi; İddiaçı4 və Cavabdeh4 müştərək qaydada 381.392 manat tutularaq"xxxx" MMC-yə ödənilməsi; İddiaçı4 və Cavabdeh5 müştərək qaydada 384.659 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, nə cavabdeh İddiaçı4, nə də "Biləcəri" "Mikrorayon", "Masallı ( indiki Sumqayıt) filiallarının rəsmi direktorları Cavabdeh6, Cavabdeh4, Cavabdeh5- "xxxx" MMC və İddiaçı3 qarşısında hər hansı öhdəliyi olmamış, bununla bağlı aralarında şifahi və yazılı qaydada razılaşma belə olmamışdır. Habelə, Shırınzade Orkhan-la İddiaçı4 arasında birgə biznes fəaliyyətində yaranmış narazılıqların nəticəsində Shırınzade Orkhan-m qoyduğu sərmayənin müqabilində 6 mağazanın "xxxx" MMC-in tərkibinə daxil edilməsi barədə razılaşma əldə edilərkən, iddia tələbində qeyd olunmuş mağazaların İddiaçı4 istifadəsində və sərəncamında qalması və mənzillərin geriu qaytarılacağı ilə bağlı öhdəlik götürməsi barədə səsyazmalar da mövcuddur. İddiaçı4 biznes fəaliyyətinə başladığı dövrdə, İ 500 000- birgə fəaliyyət zamanı 2000 000 və mənzillərin dəyəri də sərmayəyə hesablanarsa 3000 000 b( üç milyon) manat sərmayəsi olduğu halda, fəaliyyətdə olduğu dövrdə mağazaların təmir xərcləri, işçilərin əmək haqqları və digər bütün idarəetmə işlərini özü təkbaşına yerinə yetirdiyi halda, mağazaların hər birini Shırınzade Orkhana təhvil verməsi, övladının və qardaşının adına olan mənzilləri belə Shırınzade Orkhan-ın mülkiyyətində saxlamaqla, biznesini, pulunu, mənzilləri təhvil verərək, özü qoyduğu sərmayəsini götürmədən razılaşması barədə qeyd etmələri barədə mülahizələri reallığa uyğun deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tərəfindən "Biləcəri” "Mikrorayon", "Masallı ( indiki Sumqayıt) mağazalarını təhvil verməklə bağlı, İddiaçı4, nə də "Biləcəri" "Mikrorayon", "Masallı (indiki Sumqayıt) filiallarının rəsmi direktorları Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 Shırınzade Orkhan, "xxxx" MMC İddiaçı3 qarşısında hər hansı öhdəliyi olmamış, bununla bağlı aralarında şifahi və yazılı qaydada razılaşma belə olmamışdır. Belə ki razılaşma və öhdəlik olmadığı təqdirdə, təhvil verilmədiyinə görə maddi ziyanın vurulması hissəsində iddia tələbi qanunsuz və əsassızdır. Birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə İddiaçı4 28000 manatın tutulması hissəsində isə iddiaçılar Shırınzade Orkhan, "xxxx" MMC, İddiaçı3 həmin məbləği tələb etməkdə subyektiv hüquqa malik deyillər. Belə ki, iddiaçıların məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində özlərinin qeyd etdiyi kimi 28.000 manat İddiaçı3 atası X21 tərəfindən ödənildiyini qeyd etsələr də, həmin pulun mülkiyyətçisi hazırkı iş üzrə iddiaçılar olmamış, X21 isə İddiaçı4lə iddiaçılar Shırınzade Orkhan arasında mübahisəni sülh yolu ilə həll etmək məqsədilə görüş təşkil etdikdə, İddiaçı4 verilməli olan 600.000 manat məbləğinin hissə-hissə aylara bölünməklə hər ay İddiaçı4 banklara olan kredit borcuna ödəniləcəyini bildirərək, 1 aylıq ödənişi etsələr də, sonrakı aylıq kredit borclarını ödəməkdən imtina etmişlər. X21ona həmin məbləği borc olaraq verməmiş, gələcəkdə həmin məbləği geri qaytaracağına dair aralarında razılaşma olmamışdır. Bununla yanaşı, X15 gələcəkdə İddiaçı4 qarşı 28000 manat məbləğində pul məbləğinin geri qaytarılması ilə bağlı iddiası olarsa, digər məhkəmə prosesinin predmeti ola bilər. Hazırkı iş üzrə, X21 işə iddiaçı qismində cəlb edilməmişdir. İddiaçı3 atası X21 tərəfindən pulun verilməsində iştirak etməmiş, ümumiyyətlə pulun hansı məqsədlə verilməsi barədə məlumatı belə olmamışdır. Hazırkı iş üzrə isə İddiaçı3 atasına məxsus 28.000 manat pulun geri qaytarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. İddia tələbinin bu hissəsinin də nə qanuni, nə də hüquqi əsası yoxdur. 6 mağazanın "xxxx" MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə "xxxx" MMC-nin cərimə qismində ödədiyi 71.218 manatın cavabdeh İddiaçı4 tutulması hissəsində də iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar özlərinin tərtib etdiyi və məhkəməyə təqdim etdiyi aktlardan iddia ərizəsində 6 mağazanın 2023-cü ilin may-iyun aylarında "xxxx" MMC-nin balansına keçməsi və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarları ilə operativ vergi nəzarəti həyata keçirilməsi qeyd edilmişdir. Belə ki, iddiaçıların mağazaların təhvil verildiyi vaxtdan may iyun aylarından xx.xx.2023-cü il tarixinədək malları düzgün rəsmiləşdirmək üçün kifayət qədər vaxta və imkana malik olmuş, buna baxmayaraq 2 ay müddətində düzgün rəsmiləşdirmək üçün hər hansı hərəkət etməmiş, sonradan əsassız tələblə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş aktlarda düzgün rəsmiləşdirilməyən malların adları və siyahısı göstərilsə də, həmin malların İddiaçı4 tərəfindən alınmış mallar olması, malların məhz İddiaçı4 tərəfindən düzgün rəsmiləşdirilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, operativ vergi nəzarəti həyata keçirildiyi zaman təhvil verilmiş mağazalarda 2.831.133 manat məbləğində mal qalığı olması, verginin düzgün rəsmiləşdirilməməsini müəyyən etdiyi nalların 712.180 manat dəyərində olması və onun 10 % miqdarında cərimə etməklə 71.218 manat cərimə edilməsi isə bilavasitə sübut edir ki, İddiaçı4 tərəfindən 2.118.953 manat dəyərində mallar düzgün rəsmiləşdirilmişdir. Belə ki, "Babək" mağazasında 1528 955.03 manat mal qalığı olması müəyyən edilmiş, 330.770 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə, "Bakıxanov" mağazasında mal qalığı 317.835,28 manat olmaqla 94.198 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə, "Neapol" mağazasında 272.287,48 manat mal qalığı olmasına baxmayaraq 94870 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə, "Sumqayıt" mağazasının mal qalığı məhkəməyə təqdim edilməsə də, 384.903,61 manat dəyərində mal qalığı olmasına baxmayaraq, 103678 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə 103.678 manat, "Yasamal" mağazasında malların düzgün rəsmiləşdirilməməsinə görə 327.151,96 manat dəyərində mal qalığı olmasına baxmayaraq, 88.664 manat dəyərində malların düzgün rəsmiləşdirlməməsinə görə ümumilikdə 712.180 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsi müəyyən edilmiş və 10 % miqdarında 71.218 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda iddiaçılar "xxxx" MMC-nin və İddiaçı3 nümayəndəsi və vəkili tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən hal-hazırkı vaxtadək malların düzgün rəsmiləşdirilmədiyi və 2023-cü ilin avqust ayında belə vergidən yayınmaları aydın şəkildə görünür. Halbuki, 2023-cü ilin avqust ayında artıq İddiaçı4 iddiaçılara təhvil verilmiş 6 mağazada hər hansı malların rəsmiləşdirilməsində hər hansı iştirakı olmamışdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş "Babək" mağazasına dair çıxarışdan görünür ki, daxil olmuş məbləğ 140 000 manat, kassa 15000 manat, bank 67000 manat olmaqla, vergidən yayınmaları 58000 manat, "Bakıxanov" mağazasında daxil olmuş məbləğ 52000 manat, kassa 23000 manat, bank 12000 manat olmaqla, vergidən yayınma 17000 manat, "Sumqayıt" mağazasında daxil olmuş məbləğ 101.000 manat, kassa 45000 manat, bank 22000 manat olmaqla, vergidən yayındıqları məbləğ 34000 manat, "Neapol" mağazasında daxil olmuş məbləğ 54000 manat, kassa 21000 manat, bank 9000 manat olmaqla, vergidən yayındıqları məbləğ 24000 manat müəyyən edilir. İddiaçılar hal-hazırkı vaxtadək malları düzgün rəsmiləşdirmədikləri halda, guya cavabdeh tərəfindən düzgün rəsmiləşdirilməmiş mallara görə cərimə edildiklərini iddia edirlər. Lakin həmin malların cavabdeh tərəfindən rəsmiləşdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əsassız sənədlərə istinad etməklə öz tələblərini əsaslandırmağa çalışmışlar. 06 mart 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə təqdim edilmiş siyahıda göstərilən malların məhz İddiaçı4 tərəfindən alınmasını təsdiq edən sübutların olub olmamasına dair suala cavab olaraq bildirmişdir ki, 2023-cü ilin may ayından avqust ayınadək 6 mağazanın hər birinə hər hansı malın alınmadığını bildirmişdir. Lakin bu əsas həm reallığa uyğun deyildir,həm də iddiaçıların özünün məhkəməyə sübut qismində təqdim etdiyi kassa əməliyyatlarından görünür ki, malların alınması üçün Firmalara ödəniş edilməsi və alqı-satqı dövriyyəsi aydın görünür. Eyni zamanda, "xxxx" MMC hal-hazırda da malların düzgün rəsmiləşdirməməkdə davam edərək, 2023-cü ilin dekabr ayında 20.000 manat, yanvar ayında 19.000 manat, fevral aylarında yenidən 18.000 manat məbləğində cərimə edilmişdir. Bu isə bilavasitə sübut edir ki, 2023-cü ilin avqust ayında da düzgün rəsmiləşdirilməməsi məhz öz təqsiri ucbatından baş vermişdir. Bundan başqa, məhz iddiçılar tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə işçilərə əmək haqqı adı ilə 1400+900+600+3000+1500+1200+2700 manat göstərilsə də, hər hansı işçiyə qeyd olunan məbləğlərdə əmək haqqı verilməsinə dair sübut təqdim edilməmiş, qeyd olunan məbləğlər vergidən yayınmaq üçün məhz iddiaçılar tərəfindən düzgün rəsmiləşdirilməmişdir. Seymur adlı şəxslə ümumiyyətlə əmək müqaviləsi bağlanmadığından həmin şəxsə 2500 manat əmək haqqı, mağazanın icarə haqqı olaraq 14000 manat, Xosrov adlı mühasibə 3500 manat, Raci Heydərov adlı şəxsə 1500 manat ödənilməsi göstərilsə də, rəsmiləşdirilən zaman həmin məbləğlər heç biri düzgün rəsmiləşdirilməmişdir. Bu isə iddiaçıların özlərinin hal-hazırkı vaxtadək vergidən yayınmaq məqsədilə malları düzgün rəsmiləşdirmədiklərini bilavasitə təsdiq edir. Bundan başqa, məhkəməyə təqdim edilmiş xərclərlə bağlı "Excell" formatında tərtib edilmiş cədvəllərə müdaxilə olunduğu aydın şəkildə görünür. Sübut kimi isə onu bildirə bilər ki, xərc sütununda Orkhan Shırınzade-nin adından pul mədaxili görünür. Həmin cədvəldə mədaxil və məxaric eyni sırada östərilə bilməz. İddiaçılar sübut qismində təqdim etdikdləri cədvəlləri mühasib tərəfindən tərtib edilmiş cədvəllərin üstündə dəyişiklik etməklə, istdikləri rəqəmləri yazmaqla, sübutlarda saxtakarlıq edirlər. Bundan başqa, iddiaçı Shırınzade Orkhan-ın iş üzrə nümayəndəsi və vəkili olmadığından, "xxxx" MMC-nin nümayəndəsinin Shırınzade Orkhan-ın İddiaçı4 satmış olduğu "Range Rover" markalı avtomobilin dəyərinin ödənilməməsi ilə bağlı izahat verməsi, kommersiya məhkəməsinin deyil, mülki mühakimə icraatının predmeti olmaqla, hazırkı işə heç bir aidiyyatı yoxdur. Bununla əlaqədar isə bildirmək istəyir ki, "Range Rover" markalı avtomobil Shırınzade Orkhan tərəfindən İddiaçı4 dəyəri tam ödənilməklə satılmış, İddiaçı4 mülkiyyətində olan "Toyota Camry" markalı avtomobilin satışından əldə edilmiş məbləği Shırınzade Orkhan-a tam ödəməklə, avtomobili almış, sonradan isə İddiaçı4 özünə məxsus həmin avtomobili xx.xx.2022-ci tarixdə özgəninkiləşdirmişdir. Avtomobil özgəninkiləşdirilən zaman iddiaçıların iddia etdiyi kimi İddiaçı4 həbsdə olmamış, mülkiyyətində olan əmlakdan istədiyi kimi sərəncanm verməklə, alqı-satqı müqaviləsi əsasında X9 adlı şəxsə satmışdır. Avtomobilin satılmasının səbəbi isə o olmuşdur ki, İddiaçı4 özünə yeni "Mersedes Maybach" markalı avtomobil sifariş vermiş və həmin sifarişin verilməsində məhz X20 da iştirak etmişdir. Hal-hazırda isə məhkəmə mübahisəsinə aid olmadığı halda, avtomobilin dəyərini də guya sərmayə olaraq qoyulmuş kimi göstərməklə, süni surətdə məbləğ artırmağa çalışırlar. 2022-ci ilin aprel ayından iddiaçıların məhkəməyə 21 fevral 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təqdim edilənədək, Shırınzade Orkhan-ın İddiaçı4 qarşı həmin avtomobilə dair hər hansı iddiası və tələbi olmamışdır. Hal-hazırda isə müxtəlif üsullarla, müxtəlif bəhanələrlə İddiaçı4 istifadəsində qalmış 3 mağazanı təhvil almaq üçün əsassız pul tələbləri ilə məhkəməyə müraciət edirlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında cavabdeh İddiaçı4 və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İddiaçılar və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Mülki Məcəllənin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. . Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və qətnamə iddiaçılar X20 və İddiaçı1 MMC tərəfindən cavabdehlərdən müştərək qaydada 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə İddiaçı4 28.000 manatın tutularaq iddiaçı X16 ödənilməsi tələbinə dair iddianın rədd edilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddiaçılar X20 və İddiaçı1 MMC-nin 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, İddiaçı4 28.000 manatın tutularaq iddiaçı X16 ödənilməsi tələblərinə dair hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Shirinzade Orkhan, X20 və cavabdeh İddiaçı4 arasında xx.xx.2022-ci il tarixində ixtisaslaşdırılmış mağazalar şəbəkəsi yaradılaraq müxtəlif növ avto ehtiyyat hissələrinin topdan və pərakəndə satışının təşkil edilməsi üçün birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı4 və Shirinzade Orkhan həmin müqavilə əsasında avtoehtiyyat hissələrinin satışı ilə məşğul olmaq üçün sərmayə qoymuşlar. Hazırda iddiaçılar İddiaçı1 MMC, Shirinzade Orkhan və İddiaçı3 həmin müqavilə əsasında Shirinzade Orkhan və İddiaçı4 qoyduğu sərmayə hesabına İddiaçı1 adında 9 mağaza açıldığını, sonradan tərəflər arasında narazılıq yarandığından birgə fəaliyyətə son qoyulmaqla birgə fəaliyyət barədə müqaviləyə xitam verildiyini, birgə fəaliyyətə son qoyulduqdan sonra 5 mağazanın iddiaçı Orkhan Shirinzadenin təsis etdiyi İddiaçı1 MMC-nin adına keçirildiyini, müvafiq olaraq Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 işlətdiyi 3 mağazanın isə İddiaçı4 tərəfindən iddiaçılara verilmədiyini, həmin mağazalara qoyulmuş sərmayənin əvəzi olaraq 863.714 manat məbləğində pulun İddiaçı4 və mübahisəli mağazaları işlədən Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 tutulmasını və X21 tərəfindən cavabdeh İddiaçı4 verilmiş 28.000 manat məbləğində pul vəsaitinin İddiaçı4 tutularaq X16 ödənilməsini tələb edir.
30. Cavabdehlərdən 863.714 manat məbləğində pulun İddiaçı1 MMC-nin xeyrinə tutulması hissəsində İddiaçı1 MMC-nin və İddiaçı3 iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçılar İddiaçı1 MMC və İddiaçı3 mağazalarda olan avtoehtiyat hissələrinin dəyərlərinin (sərmayə kimi qoyulmuş pul və zərər qismində) İddiaçı1 MMC-yə qaytarılması tələbini birgə fəaliyyət barədə mübahisəli müqaviləyə və həmin müqaviləyə əsasən Shirinzade Orkhan tərəfindən mağazalardakı avtoehtiyyat hissələrinin alınması üçün sərmayə qoymasına əsaslanaraq irəli sürmüşlər. Halbuki İddiaçı4, X20 və Shirinzade Orkhan arasında bağlanmış birgə fəaliyyət müqaviləsinin İddiaçı1 MMC-yə, eləcə də İddiaçı3 hər hansı bir aidiyyəti (həmin müqaviləyə əsasən tərəflərin İddiaçı1 MMC-nin və ya İddiaçı3 xeyrinə üzərlərinə hər hansı öhdəlik götürməsi, tərəflər arasında bu cür MMC-ni yaratması və bütün sərmayələrin MMC-də cəmlənməsi barədə razılaşmanın mövcudluğu və s.) iş materialları ilə müəyyən edilmir. Odur ki, iddiaçılar İddiaçı1 MMC və İddiaçı3 mübahisəli birgə fəaliyyət barədə müqavilənin tərəfi və ya həmin müqavilənin xeyrinə bağlandığı üçüncü şəxs olmadıqlarından həmin müqaviləyə əsaslanaraq hər hansı tələb irəli sürməyə dair subyektiv hüquqları yoxdur. Shirinzade Orkhan isə qətnamədən apellyasiya şikayəti vermədiyindən ona münasibətdə iddianın rədd edilməsinin əsaslılığı apellyasiya baxışının predmetinə daxil deyildir.
31. Bundan əlavə sözügedən iddia tələbi birgə fəaliyyət barədə müqavilədən irəli gələn tələb kimi deyil, müqavilədən kənar dəymiş zərərin əvəzinin ödənilməsi tələbi kimi nəzərdən keçirilərsə, birincisi, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 münasibətdə qeyd edilməlidir ki, həmin şəxslər mübahisəli mağazalarda işləyən şəxslər olmaqla onların iddiaçılar İddiaçı3 və İddiaçı1 MMC ilə hər hansı bağlılığı, müqavilə münasibətləri və ya qeyd olunan cavabdehlərin qanunsuz təqsirli hərəkətləri nəticəsində iddiaçılar İddiaçı3 və İddiaçı1 MMC-yə zərər vurulması halı mövcud olmamışdır. Ona görə də qeyd olunan cavabdehlərə qarşı iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
32. İddiaçı4 münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh İddiaçı4 təqsirli hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçılar İddiaçı3 və İddiaçı1 MMC-yə maddi zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, İddiaçı4 münasibətdə də tələb əsassızdır.
33. İddia tələbinin digər hissəsi olan - birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə İddiaçı4 28.000 manatın tutularaq İddiaçı3 ödənilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsində qaytarılması tələb edilən 28.000 manat məbləğində pul vəsaitinin X21 (iş üzrə iddiaçı olmayan şəxs) tərəfindən cavabdeh İddiaçı4 borclarının ödənildiyi qeyd edilmişdir. İddia ərizəsində həmin pulun X21 tərəfindən İddiaçı3 adından İddiaçı4 başqa kredit borcunun ödənilməsi, apellyasiya şikayətinə əlavədə isə pul vəsaitinin X21 tərəfindən oğlu X20 tərəfindən İddiaçı1 MMC-yə mədaxil edilməsi və İddiaçı1 MMC tərəfindən İddiaçı4 borclarının ödənilməsinə yönəldilməsi bildirilsə də, İddiaçı3 nə X15 İddiaçı4 borclarının ödənilməsi üçün pul vəsaitini verərkən (və ya İddiaçı4 əvəzinə kredit borcunu ödəyərkən) onun tapşırığı ilə onun adından hərəkət etməsini, nə də həmin pulun Əkbər Ağayev tərəfindən İddiaçı1 MMC-yə mədaxil edilməsini və bundan sonra İddiaçı4 borclarına yönəldilməsini sübuta yetirə bilmişdir. Cavabdeh İddiaçı4 isə X21 tərəfindən onun 28.000 manat məbləğində borclarının ödənilməsi faktını təsdiq etsə də, həmin pulların İddiaçı3 aidiyyətinin olmadığını, eləcə də Etibar Ağayevlə aralarında razılaşmaya əsasən həmin pulun qaytarılmalı olmadığını qeyd etmişdir. Belə olan halda isə İddiaçı4 borclarının ödənilməsi üçün verilmiş 28.000 manat pul vəsaitinin İddiaçı3 məxsus olması müəyyən edilmədiyindən İddiaçı3 həmin pulun qaytarılması tələbini (nə borcun qaytarılması tələbi kimi, nə də əsassız varlanma obyektini qaytarmaq tələbi kimi) irəli sürmək üçün subyektiv hüquqa malik olması iş materialları ilə öz təsdiqini tapmır.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı1 MMC və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-639/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov