Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-460/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ilk, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı, Cavabdeh1 MMC-nin İddiaçı ASC və Cavabdeh2 MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbi barədə qarşılıqlı iddialara dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 10 fevral 2012-ci il tarixli 24219-1/SKMF nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank Cavabdeh1 MMC-yə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 7.000.000 manat məbləğində güzəştli kredit ayrılmış, ayrılmış kreditin tranşlarla veriləcəyi qeyd olunmuşdur. Kredit müqaviləsinə xx.xx.2012-ci il tarixli Əlavəyə əsasən, bank tərəfindən borcalana 120 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə 4.500.000 manat məbləğində, müqaviləyə xx.xx.2012-ci il tarixli Əlavəyə əsasən isə 119 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə 2.500.000 manat məbləğində kreditlər verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 18 may 2012-ci il tarixdə, 27747-1/SKMF №-li kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 MMC-yə illik 3.5 % olmaqla, 84 ay müddətinə 7.000.000 manat məbləğində güzəştli kredit ayrılmış, ayrılmış kreditin tranşlarla veriləcəyi qeyd olunmuşdur. Kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2012-ci il tarixdə tranşla 5.000.000 manat məbləğində pul və xx.xx.2012-ci il tarixdə tranşla 2.000.000 manat məbləğində pul verilmişdir.
4. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC, Cavabdeh1 MMC, Cavabdeh2 MMC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat Birinci iş:
5. İddiaçı ASC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2023-cü il tarixə əsas borcu 735.871,92 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 38.531,07 manat, cəmi 775.404,57 manat, xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.500.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2023-cü il tarixə banka əsas borcu 256.860,47 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, xx.xx.2022ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256.860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13449,50 manat) cəmi 270.659,57 manat, ümumilikdə 1.046.064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması; cavabdehə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan ümumilikdə 1.046.064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi; cavabdehə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu,Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, Cavabdeh1 MMC müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə banka xx.xx.2023-cü il tarixə əsas borcu 735.871,92 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, xx.xx.2022ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 38.531,07 manat, cəmi 775.404,57 manat, xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.500.000 manat məbləğli kredit üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 256.860,47 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, xx.xx.2022ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256.860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13449,50 manat) cəmi 270.659,57 manat, ümumilikdə borcu 1.046.064,14 manat təşkil edir.
7. Cavabdeh1 MMC iddia tələbini qismən, yəni əsas, faiz və cərimə borcu hissəsində qəbul etdiklərini, lakin Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla hesablanmış ümumilikdə 51.980,57 manat hissəsində qəbul etmədiklərini bildirmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra tərəfindən müəyyən ödənişlər edilmiş, mütəmadi olaraq ödənişlərin edilməsi davam etdiyindən iddiaçı tərəfindən onlardan illik 5% olmaqla hesablanmış faiz borcu tələb edilə bilməz.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 735.871,92 manat əsas borc, 500,79 manat faiz borcu, 500,79 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 38.531,07 manat faiz borcu; xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 256.860,47 manat əsas borc, 174,80 manat faiz borcu, 174,80 manat cərimə, illik 5 faizlə hesablanmış 13.449,50 manat faiz borcu; ümumilikdə 1.046.064,14 (bir milyon qırx altı min altmış dörd manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 1551,46 (bir min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 (bir yüz otuz) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Cavabdeh1 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksinin ilkin satış qiymətinin 43.000.000 (qırx üç milyon) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 1.046.064,14 (bir milyon qırx altı min altmış dörd manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 1551,46 (bir min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 (bir yüz otuz) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 MMC-yə qaytarılması, ipoteka predmeti olan cavabdeh "X17” MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Qəbələ rayonu Vəndam kəndində yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə açıq hərracda satıldıqdan sonra Cavabdeh1 MMC tərəfindən məcburi boşaldılması, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 2000 (iki min) manat ekspertiza xərcinin Cavabdeh1 MMC-dən tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qiymətləndirilməyə aid hissədə dəyişdirilməsi, "X17" MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi Müəssisənin ilkin satiş qiymətinin 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilməklə açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İkinci iş:
10. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 4.550.813,27, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 390.567,92 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 229.109,62 manat, xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5%) olmaqla 789.439,69, cəmi 5.959.930,5 manat pulun, Cavabdeh2 MMC-yə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 1.664.122,27 manat, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 134.091,44 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə 8.124.544,24 manat məbləğində kredit borcunun, 4.922,88 manat məbləğində dövlət rüsumunun, 400 manat mediasiya xərcinin və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması, Cavabdeh1 MMC-yə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 8.124.544,24 manat məbləğində borcun, 4922.88 (dört min doqquz yüz iyirmi iki manat 88 qəpik) manat məbləğində dövlət rüsumunun və 130 (bir yüz otuz) manat məbləğində digər xərclərin ödənilməsi, Cavabdeh1 MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu,Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Eyni zamanda Cavabdeh2 MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC və Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Həmçinin, Cavabdeh1 MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İddiaçı ASC və Cavabdeh2 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında bağlanmış 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 4.550.813,27 manat, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 390.567,92 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 229.109,62 manat, xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5%) olmaqla 789.439,69 manat, cəmi borcu 5.959.930,5 manat, xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 1.664.122,27 manat, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 134.091,44 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi borcu 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə kredit borcu 8.124.544,24 manat təşkil edir.
14. Cavabdeh2 MMC ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, tərəflər arasında bağlanan bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Birincisi, ona görə ki, Cavabdeh2 MMC-nin təsisçisinin iş üzrə cavabdehin qarşısında müqavilə əsasında üzərinə götürdüyü öhdəlikdə, yəni müqavilədə olan imza Cavabdeh2 MMC-nin təsisçisinə məxsus deyildir. Əgər imza təsisçiyə məxsus olmuş olsaydı, müvafiq araşdırma aparılardı, yəni Cavabdeh2 MMC-nin mülkiyyətində 18 may 2012-ci ildə əmlakı olub-olmadığı, olduğu təqdirdə ayırılmış pulun biznes planı tələb edilərdi.
15. Cavabdeh1 MMC də ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, ipoteka müqaviləsində kredit müqaviləsinin tarixi göstərilməmiş və kredit müqaviləsinin nömrəsi fərqli qeyd edilmişdir. İddiaçı ASC-nin Cavabdeh2 MMC-dən tələb etdiyi borc 27747-1/SKMF №-li kredit müqaviləsi üzrə olduğu halda, ipoteka müqaviləsində göstərilən kredit müqaviləsinin nömrəsi 100-27747/SİPM-1 olmaqla başqadır. Bundan əlavə iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* olan Çıxarışında xeyrinə yüklü edilən şəxs İddiaçı ASC, hüququ yüklü edilən şəxs Cavabdeh1 MMC, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№10027747/SİPM-1, xx.xx.2015-ci il Kredit məbləği 7000.000 AZN” göstərilmişdir. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin yox, xx.xx.2015-ci ildə bağlanan 100-27747/SİPM-1 №-li kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 may 2012-ci il tarixli, 27747-1/SKMF №-li kredit müqaviləsi üzrə Cavabdeh1 MMC borclu (tərəf) deyil, buna görə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil etməlidir. İpoteka müqaviləsinə və ipoteka predmetinin yüklü edilməsinə dair rəsmi sənədlərdən məlum olur ki, Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi xx.xx.2015-ci il tarixli, 10027747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı kimi yazılmışdır. Buna görə xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsinin 1.1-ci bəndində göstərilən şərtlər üstün tutulmalıdır. Bundan əlavə İddiaçı ASC Cavabdeh1 MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmişdir. Bankla Cavabdeh1 MMC arasında bağlanan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi Cavabdeh1 MMC-nin direktoru X12 tərəfindən təsdiq edilən zaman əmlakının ipoteka ilə yüklü olmasına dair Cavabdeh1 MMC-nin ali orqanının qərarı olmamışdır.
16. Bakı Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(113)-65/2021 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607 (yeddi milyon on dörd min altı yüz yeddi) manat, 97 (doxsan yeddi) qəpik məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809 (bir milyon altmış bir min səkkiz yüz doqquz) manat, 65 (altmış beş) məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747- 1/SKMF saylı kredit müqaviləsi üzrə tutmanın ilkin satış qiyməti 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilməklə Cavabdeh1nə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607 (yeddi milyon on dörd min altı yüz yeddi) manat, 97 (doxsan yeddi) qəpik və əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809 (bir milyon altmış bir min səkkiz yüz doqquz) manat, 65 (altmış beş) məbləğində pula, yəni ümumilikdə 8.076.417,62 (səkkiz milyon yetmiş altı min dörd yüz on yeddi) manat, 62 (altmış iki) qəpik məbləğində pulun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 tərəfindən Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəni ən geci bir ay ərzində boşaldılması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 100 (yüz) manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4.523 (dörd min beş yüz iyirmi üç) manat məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir.
17. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilməsini, ilk iddianın tamamilə rədd edilməsini, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh2 MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, Cavabdeh2 MMC-nin qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin kommersiya mübahisələri bir icraatda birləşdirilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri
20. İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tam təmin edilsə də, əmlakın hərrac dəyəri həddindən artıq yüksək olduğundan həmin hissədə qətnamədən narazı qalmışlar. Belə ki, məhkəmə araşdırması dövründə ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilməsinə dair qərardad qəbul etmiş və qərardadın icrasını "xxxx" MMC-yə həvalə etmişdir. 28 dekabr 2022-ci il tarixli ƏEM/D 58-871/22 saylı ekspert rəyi ilə tam tanış olduqdan sonra narazı qalaraq əlavə tədqiqat aparılmalı olduğunu və həmin rəydə kifayət qədər nöqsanlar mövcudluğu ilə bağlı məhkəməyə əsaslandırılmış təkrar məhkəmə-əmtəəşünaslıq ekpertizası təyin edilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş və nəticədə ipoteka predmeti öz dəyərindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Belə ki, heyvandarlıq təsərrüfatı kimi fəaliyyət göstərən kompleksinin 10 ildən çox istismar edilməsinə baxmayaraq, dəmir konstruksiyadan ibarət olan kompleksi istismar olunduğu halda dəyəri arta bilməz. İlk növbədə xx.xx.2022-ci il tarixdə əmlak qiymətləndirilərkən iddiaçı olaraq onların iştirakı təmin edilsə də, ekspert rəyində həmin günü təqdiq edilməmiş bəzi fotoşəkillər diqqətlərini çəkmişdir. Belə məlum olunur ki, ekspert ya onların iştrakı olmadan yenidən baxış keçirilmiş ya da həmin fotoşəkilləri yerində tətqiq etmədən kompleksin əməkdaşlarından əldə edilmişdir. Hər iki hal onların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Həmin fotoşəkillərdə göstərilən obyektlərin (otel binası, mühafizə otağı və s.) vizual baxışda tədqiq edilməməsi və rəydə həmin fotoşəkillərə istinad etməklə qiymətin qoyulması əsassız olduğundan rəy bu hissədə etibarsız hesab edilməlidir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMCnin qiymətləndirici ekspeti qiymətləndirmə metodlarını seçərkən xərc və gəlir metodlarını seçmişdir. Beynəlxalq standartlarda daşınmaz əmlak qiymətləndirilərkən ən azı iki metoddan istifadə edilməlidir. Xərc metodu ilə hesablama zamanı rəydə kifayət qədər ziddiyyətlər mövcud olmuşdur. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında konkret olaraq 20 ha torpaq sahəsində olan ümumi sahəsi 24851 kv.m daşınmaz əmlak kompleksinin bazar və likvid dəyərinin müəyyən edilməsi qərara alınsa da, rəyin 12-30-cu səhifələrində tikintinin hər birinin ayrı-ayrı təmirlilik vəziyyəti və sahəsi göstərilmişdir. Həmin rəyin 44-cü səhifəsində “Əmlak kompleksinin dəyərinin hesablanması cədvəli” öz əksini tapmışdır. Tövlənin tikintisi üçün hər kv/m-ə çəkilən xərclər göstərilsə də 1 metr inək tövləsinə 850 manat xərcin açıqlaması öz əksini tapmır. Bundan başqa rəyin 12-30cu səhifələrində hər bir tikili üzrə əmlak haqqında məlumat (sahəsi, hündürlüyü, dam örtüyü, döşəmə, təmirliliyi və s.) öz əksini tapmışdır. Həmin tikililər üzrə döşəmə adlanan qrafada döşəmənin antibakterial üzlükdən olmasınını təsdiq edən heç bir sübut nə iş materiallarında nə də ki, Cavabdeh1 MMC-nin nümayəndəsi təqdim etməmişdir. Hətta həmin tövlələrə vizual baxış keçirilərkən heç bir inək fermasının döşəmələrinin antibakterial olması müşahidə olunmamışdır. Bundan başqa rəyin 44-cü səhifəsində “Əmlak kompleksinin dəyərinin hesablanması cədvəli”ndə ən yüksək meyarlarla hesablanmış (1 m 850 manat) qiymətlərlə də əmlakın dəyərini suni şəkildə tam artırmaqla aparılmışdır. Halbuki, fermalar 10 ildir istismar olunur və həmin əmlaklarının dəyərinin suni şəkildə artırılması, həmçinin dəmir-beton konstruksiyanın illik amortizasiya (köhnəlmə əmsalı) normalarını nəzərə almayaraq (10 il üçün 5%) şişirdilmiş qiymət qoyulmuşdur (23916269 manat). Halbuki, Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Bundan başqa, "xxxx" MMC-nin eksperti rəyin 45-ci səhifəsində göstərilən cədvəlin 22-ci və 23-cü qrafalarının arasında “cari və görünməyən xərclər” üçün ümumi məbləğin üzərinə 20 % yəni bütün daşınmaz əmlakların dəyərinin 23916269 manatın üzərinə 4783253,8 manat gəlməklə rəqəmləri şişirtmiş, habelə bankın ipoteka hüquqları ilə yüklü olmayan avadanlıq hesab edilən həmin cədvəlin 23-cü qrafasında (səhifə 45) göstərilən tərəzi üçün 75000 manat vəsait hesablamış, habelə cədvəlin 24-cü qrafasında (səhifə 45) “sahibkarin mənfəəti, ümumi məbləğin 15%-i həcmində” üzərinə gəlməklə 4314490,92 manat pul gəlmiş, həmçinin heç bir ölçü aparılmadığı asfalt və landşaft üçün (cədvəlin 25-26-cı qrafaları) ümumilikdə ******* manat məbləğini şişirdilmiş “tikili və qurğuların” hesablanmış qiymətinin üzərinə gəlməklə 34590963,72 manat məbləğinə çatdırılmış və 10 il istismar olunan asfalt örtüyünə heç bir aşınma (amortizasiya) hesablanmamışdır. Bundan başqa, ekspert 20 ha torpaq sahəsinə ******* manat qiymət müəyyən etmişdir ki, bu qiymətə nəinki Qəbələ rayonunun mərkəzində, hətta Bakı şəhərində belə torpaq tapmaq mümkün deyildir. İstinad etdikləri, əmlak elan saytları isə həm məkan, həm də infrastruktur baxımından kəskin fərqlənir. Belə ki, əkin sahələrinin ortasında yerləşən torpaq sahəsi ilə müqayisədə meşənin qoynunda, şəlalənin yaxınlığında yerləşən torpaq sahəsinin qiymətində çox ehtimal ki, fərq olmalı idi. Bundan başqa, əmlak girov qoyularkən (2015) təxmini 20 ha torpaq sahəsini 400000 manata qiymətləndirilmişdir. Ümumilikdə kompleks kimi (təxmini 40 ha) 22000000 likvid dəyəri, 28000000 manat isə bazar dəyəri olan əmlak 8 il sonra 52000000 manat likvid qiymət qoyulmuşdur. Bundan başqa, ekspertizanın aparılması üçün seçilmiş ikinci metod olan gəlirin hesablanmasını eksperti sifarişçinin (Cavabdeh1 MMC-nin) təqdim etdiyi gəlir arayışına istinaq edərək aparmışdır. Bundan başqa, digər iş üzrə Cavabdeh1 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi Müəssisənin likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7453-9/8858 saylı ekspert rəyinə əsasən həmin əmlakın bazar dəyəri 21.500.000 manat, likvid dəyəri 17.200.000 manat müəyyən edilmişdir.
21. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipini pozaraq cavabdehlərin etiraz və dəlillərinə kifayət qədər əhəmiyyət verməmiş, onların qaldırdığı vəsatətləri əsassız rədd edərək, müqavilələr və bank sənədlərində olan düzəliş və imzaların həqiqiliyinin və qanunauyğunluğunun yoxlanılmasından imtina etmişdir. Habelə, müqavilələrin etibarsızlığı ilə bağlı məsələlərə aidiyyəti maddi hüquq normalarını tətbiq etməmişdir. Bundan əlavə əmlakın mülkiyyətçisi olan cavabdeh (Cavabdeh1 MMC) tərəfindən imzalanmış 13 avqust 2015-ci il tarixli İpoteka müqaviləsi il yüklülüyün növü “ipoteka” olmuşdur. Bu müqavilənin 1.1-ci bəndində əmlakın 100-27747/SİPM-1 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edildiyi göstərilib. 2.3-cü bəndində əmlakın qiyməti rəqəmlə 28.000.000, sözlə “(iyirmi səkkiz milyon yüz min)” manat, 3.2-ci bəndində kreditin məbləği isə rəqəmlə 7.000.000, sözlə “yeddi milyon yüz min)” manat yazılıb. Lakin məhkəməyə təqdim edilmiş ipoteka müqaviləsinin nüsxəsindən görünür ki, müqavilənin adında sonradan əllə “sonrakı” sözü yazılmaqla əmlakın yüklülük növü dəyişdirilərək “ipoteka” əvəzinə “sonrakı ipoteka” yazılmış, 2.3-cü və 3.2-cü bəndlərində “yüz” sözünün üstündən xətt çəkilməklə müvafiq olaraq, ipoteka qoyulmuş əmlakın qiyməti və kredit məbləği ilə bağlı məsələlər birtərəfli qaydada düzəldilmişdir. Həmin düzəlişlərin üzərində ipoteka müqaviləsini təsdiq etmiş xüsusi notarius Aslanov Elxana aid möhürün təsvirinin olmasına baxmayaraq, notariusun bu barədə qeydi və imzası yoxdur. Hətta, bu düzəlişlərin edildiyi tarix belə, qeyd olunmayıb. İpoteka müqaviləsinin ipoteka qoyan və borclu tərəfindən imzalanmış əsl nüsxəsində (ilkin versiyasında) 1.1-ci bəndində əmlakın 100-27747/SİPM-1 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edildiyi göstərilib. Lakin müqavilənin məhkəməyə təqdim edilmiş nüsxəsindən görünür ki, sonradan əllə “100- 27747/SİPM-1” nömrəsinin üstündən xətt çəkilərək “27747-1/SKMF” nömrəsi yazılmışdır. Düzəlişin üstündə tamamilə başqa bir notariusa, ipoteka müqaviləsinin təsdiq edilməsinə aidiyyəti olmayan Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariusu X2 aid möhürün təsviri vardır. Eyni zamanda, müqavilənin son vərəqinin alt tərəfində bu notariusun imzası və möhürü ilə təsdiq edilmiş qeyddə yazılıb: “Aşağıda edilmiş düzəlişə inanılsın. Müqavilənin 1.1-ci bəndində kredit müqaviləsinin nömrəsi “27747-1/SKMF” olmasına”. Bu düzəlişin edildiyi və qeydin yazıldığı tarix də göstərilməmişdir. İpoteka müqaviləsində göstərilməsi zəruri olan Kredit müqaviləsinin tarixi isə ümumiyyətlə, göstərilməmişdir. İpoteka müqaviləsinin əsas və zəruri şərtləri olmaqlarına baxmayaraq, qeyd olunan əlavə və düzəlişlər ipoteka qoyanın xəbəri və razılığı olmadan icra edilməklə müqavilənin mahiyyətini dəyişmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin (DƏDRX) qeydiyyat tarixi xx.xx.2016-cı il olan “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* olan Çixarışında “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında kredit müqaviləsinin nömrəsi “K/M№100-27747/SİPM-1”, tarixi “xx.xx.2015-ci il” məbləği isə “7000000 AZN” göstərilmişdir. Yüklülük növü isə “sonrakı ipoteka” deyil, “ipoteka” qeyd olunmuşdur. İpoteka DƏDRX-də ipoteka müqaviləsinin bağlanma tarixindən 7 aydan sonra qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən, ipoteka müqaviləsi ilə təmin edilmiş kredit müqaviləsinin nömrəsi “K/M№100-27747/SİPM-1”, tarixi isə “xx.xx.2015-ci il”dən fərqli ola bilməz. Nə qədər ki, inzibati icraat qaydasında bu məlumatların məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir və reyestrdə müvafiq düzəlişlər aparılmamışdır, məhkəmənin yalnız ipoteka müqaviləsinə əsaslanaraq fərqli qənaətə gəlməsi qanunauyğun hal sayıla bilməz. Göründüyü kimi, qeyd olunan əmlak məhkəmənin əsaslandığı xx.xx.2012-ci il tarixli 27747-1/SKMF saylı kredit müqaviləsinin yox, xx.xx.2015-ci il tarixli 100-27747/SİPM-1 №-li kredit müqaviləsinin təminatı məqsədilə, həm də “sonrakı ipoteka” növündə deyil, “ipoteka” növündə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin borclu Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında xx.xx.2015-ci tarixli 100-27747/SİPM-1 №-li Kredit müqaviləsi bağlanmamışdır. İddiaçı ASC-nin nümayəndəsi də belə kredit müqaviləsinin olmadığını etiraf etmişdir. Odur ki, əsas müqavilə olmadan ipoteka müqaviləsi də etibarlı sayıla bilməz. Bundan əlavə, İddiaçı ASC Cavabdeh1 MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmişdir.
22. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 2.2-ci bəndində göstərilən tələblərə aid müvafiq sənədlərin olub-olmadığı yoxlanılmamışdır. Bundan başqa həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədi ilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər apara bilər. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2012-ci il tarixli, 27747-1/SKMF saylı “Krediti müqaviləsi” əsasında xx.xx.2012-ci il tarixdə tranşlı ******* manat və xx.xx.2012-ci il tarixdə tranşla ******* manat məbləğində kredit 12 gün ərzində verilmişdir. Halbuki, həmin kredit müqaviləsi üzrə tranşlarla verilən (3.3-cü bəndində əsasən) kredit əsasında verilən vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədi ilə Fond maliyələşdirdiyi sahibkarlıq subyektlərində müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər apara bilərdi ki, bunu etməmişdir. Əksinə olaraq bu kreditlərin daha tez və tələsik olaraq rəsmiləşdirilməsi iş materiallarından açıq-aşkar görünür. Həmçinin, Cavabdeh2 MMC cavabdeh İddiaçı ASCyə qarşı İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2012-ci il tarixli, 27747-1/SKMF saylı “Kredit müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia tələbinin əsası kimi istinad edilmiş hallardan görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında 18 may 2012-ci il tarixli 27747-1/SKMF saylı“Krediti müqaviləsi” bağlanılarkən Cavabdeh2 MMC-nin nizamnamə üzrə kapitalı 10 manat olmuş, mülkiyyətində hər hansı bir əmlakı və həmin kredit ona ayrılarkən hər hansı bir biznes planı olmamışdır. Cavabdeh2 MMC-nin keçmiş direktoru X5 məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən isə görünür ki, tərəflər arasında bağlanmış 18 may 2012-ci il tarixli, 27747-1/SKMF saylı “Krediti müqaviləsi” və ondan irəli gələn digər müqavilələrdə (çeklər və digər sənədlərdə) olan imzalar ona məxsus deyil və ümumiyyətlə həmin imzalardan heç bir xəbəri yoxdur. Odur ki, Cavabdeh2 MMC-nin keçmiş direktoru X10 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsini barədə verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Bundan başqa Cavabdeh2 MMC-nin keçmiş direktoru X10 məhkəmənin 15 mart 2023-cü il tarixə, saat 16:00-a təyin edilmiş iclasında iştirakı təmin edilərək, ondan sərbəst imza nümunələri götürülərək işə tam, obyektiv və hərtərəfli baxılması üçün müvafiq xətşünaslıq ekspertizasının təyin edilməsi və ekspert qarşısında sual qoyulsa da, məhkəmə həmin vəsatəti təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh1 MMC İddiaçı ASC-nin apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır. “Əmlak Ekspert Mərkəzi" MMCnin xx.xx.2022-ci il tarixli ƏEM/D 58-871/22 saylı ekspert rəyinin nəticə hissəsində Cavabdeh1 MMC-nin istismarlnda olan, Qəbələ rayonu, Vəndam kəndində yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksinin müəssisənin bazar dəyəri 52000000 manat, likvid dəyəri 43000000 manat müəyyən edilmişdir. "Ekspertiza fəalyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərərflərin yerli baxışda iştirakı məhkəmənin qərarı ilə müəyyən olunur. Baxmayaraq ki, məhkəmə ekspert qarşısında tərəflərin iştirakının təmin olunması tələbini qoymayıb, amma ekspert obyektə baxışı tərəflərin iştirakı ilə həyata keçirib və fotoşəkillər çəkilib, ekspert rəyinə əlavə olunub. Qeyd olunan fotoşəkillər tədqiqat obyektinə aidddir. Bu halları məhkəmədə dindirilən ekspert də təsdiq etmişdir. Bundan əlavə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun və beynəlxalq qiymətləndirmə standartlarının tələbi qiymətləndirmə obyektinin dəyərinin müəyyən olunması zamanı yanaşmaların seçilməsi ilə bağlı konkret tələb irəli sürmür, tövsiyyə edir ki, qiymətləndirici mümkün olan yanaşmalardan istifadə edə bilər. Gəlir gətirən müəssisələrdə isə bir qayda olaraq ən azı iki yanaşmadan istifadə tələbi mövcuddur ki, qiymətləndirici tədqiqat obyektinin dəyərinin müəyyən olunmasında bu tələbi pozmur. 2 yanaşmadan (gəlir və xərc) tam, müqayisə metodundan isə qismən torpaq sahəsinin bazar dəyərinin müəyyən olunmasında istifadə edir. Nəzərə alınsa ki, nəinki tədqiqat obyektinin yerləşdiyi Qəbələ rayonunda, hətta digər inzibati və iqtisadi rayonlarda belə analoji obyektlərin bazarı məhduddur və ölkədə belə obyektlərin sayı barmaqla sayıla biləcək qədərdir. Məhdud bazar şəraitində analoji obyekt mövcud deyilsə (satılmayıb və ya bazara təklif olunmursa) müqayisə yanaşmasının seçimi mümkün hesab olunmur. Bundan başqa, qiymətləndirici istehsal, xidmət, emal sahələrindəki tikililərə vahid qiymət meyarlarından yanaşa bilməz, çünki inzibati binaya, kiçik xidmət sahəsinə çəkilən xərclərlə, spesifik tikinti materiallarından istifadə olunmaqla başa gəlmiş sendviç panellərdən, metal konstruksiyalardan, xüsusi beton-monolit örtük və dirəklərdən ibarət tikililərin başa gəlməsinə çəkilən xərclər fərqlidir və bu tikililərin bazar dəyərində də öz əksini tapır. Qeyd olunan vahid yanaşma yalnız çoxmənzilli binada yerləşən mənzillərə və hündürmərtəbəli binalardakı qeyri-yaşayış sahələrinə aiddir, hətta fərdiyaşayış evlərinin qiymətləndirilməsi zamanı belə "Kvaliton” MMC tərəfindən verilmiş 27 may 2015-ci il tarixli 01/02-266 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən X17" MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin 25 may 2015-ci il tarixinə olan bazar dəyəri 28.000.000 manat, likvid dəyəri 22.000.000 manat təşkil edir. 2015-ci ildən xx.xx.2023-cü il tarixədək 8 il vaxt keçmiş, daşınmaz əmlakların qiymtələri 2-3 dəfə qalxmış, tikinti materillarının qiymətləri, işçiliyin qiymətləri qalxmasına baxmayaraq, 2015-ci ildə əmlak kompleksinin dəyəri 28.000.000 manat olduğu halda "xxxx" MMC-nin mütəxəssisi yalan rəy verməklə əmlak kompleksinin likvid dəyərini 17.200.000 manat göstərmişdir. Halbuki, həmin əmlak kompleksinin likvid dəyərinin müəyyən edilməsi üçün məhkəmə və istintaq orqanları tərəfindən çoxsaylı əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertlər əmlak kompleksinin likvid dəyərini 40 milyon manatdan yuxarı müəyyən etmişlər.
24. Digər apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
27. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
28. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
29. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
30. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 və 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir.
35. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
36. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
38. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.
39. Həmin Qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.
40. Həmin Qanunun 9-cu maddəsinə əsasən məhkəmə ekspertizası idarəsi rəhbərinin rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququ vardır.
41. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 43.Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
44. Həmin Məcəllənin 101.6-cı maddəsinin tələblərinə görə də ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-135/2023 saylı qətnaməsinin əsaslığı yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində, Bakı Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(113)-65/2023 saylı qətnaməsinin əsaslığı isə yalnız ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddiaların rədd edilməsi hissələrində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə qarşı iddia tələbləri əsaslı, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbləri isə əsassızdır.
47. Belə ki, kollegiya qeyd edir ki, ilk olaraq tərəflər arasında etibarlı kredit müqaviləsi münasibətlərinin olub-olmaması araşdırılmalıdır.
48. Çünki iddiaçı kredit müqaviləsini məhkəməyə təqdim etsə də, Cavabdeh2 MMC kredit müqaviləsindəki imzanın həmin dövrdə MMC-nin direktoru olmuş Məftun Rüstəmova məxsus olmadığını, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş pulun MMC-yə ümumiyyətlə verilmədiyini, lakin müqavilədəki möhür əksinin MMC-yə məxsus olduğunu bildirir və kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.
49. Sonuncu tələbə münasibətdə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir.
50. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
51. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
52. Cavabdeh2 MMC ilk olaraq əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edir. Belə ki, o bildirir ki, mübahisələndirilən kredit müqaviləsi və ondan irəli gələn digər müqavilələrdə (çeklər və digər sənədlərdə) olan imzalar Cavabdeh2 MMC-nin təsisçisi X6 məxsus deyil.
53. Lakin kollegiya hesab edir ki, hazırki işdə əqdin etibarsız oması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir.
54. Belə ki, əvvəla həm işdə olan 18 may 2012-ci il tarixli 27747-1/SKMF №-li kredit müqaviləsindən həm də, həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 2 ədəd ödəniş qrafikindən görünür ki, qeyd edilmiş sənədlər Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
55. Həmçinin, işə əlavə edilmiş AFB Bank tərəfindən Cavabdeh2 MMC-nin direktoru Rüstəmov Məftuna ünvanlanmış bildirişdən görünür ki, Rüstəmov Məftun xx.xx.2012ci il tarixdə 5.000.000 manat pulun və xx.xx.2012-ci il tarixdə 2.000.000 manat pulun Cavabdeh2 MMC-nin ssuda hesabına köçürülməsini qəbul etmiş və bunu “tanış oldum, qəbul etdim” sözlərini qeyd etməklə bildirişləri imzalamış və hər iki bildiriş MMC-nin möhürü ilə təsdiq edilmişdir.
56. Kollegiya qeyd edir ki, hətta müqavilədəki və digər sənədlərdəki imzaların Cavabdeh2 MMC-nin keçmiş direktoru olmuş Məftun Rüstəmova aid olmadığı fərz olunsa belə bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
57. Belə ki, kredit müqaviləsində möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.
58. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.
59. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
60. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.
61. Hazırkı işdə də iddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsində olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir.
62. Bu baxımdan kredit müqaviləsində olan möhür əksinin Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin müqavilədəki imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilədə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqavilədə göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir.
63. Bu isə onu qeyd etməyə əsas verir ki, kredit müqaviləsi Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlənmiş, eyni zamanda 7.000.000 manat məbləğində pul vəsaiti Bank tərəfindən Cavabdeh2 MMC-yə verilmişdir.
64. Göründüyü kimi kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Cavabdeh2 MMCnin istinad etdiyi hallardan hər hansı biri mövcud deyildir.
65. Həmçinin, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
66. Hazırkı iş üzrə də mübahisələndirilən kredit müqaviləsi tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla (ödənişlərə dair qəbzlər) müəyyən olunur.
67. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə 7.000.000 manat məbləğində kredit Cavabdeh2 MMC-yə verilmiş və sonuncu da istifadə edilmiş həmin kredit vəsaitinə görə İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixədək, ümumilikdə 1.914.692,29 manat məbləğində ödəniş aparmışdır.
68. Göründüyü kimi Cavabdeh2 MMC hazırda kredit müqaviləsini mübahisələndirsə də, müqavilə üzrə ona verilmiş 7.000.000 manat məbləğində kreditdən istifadə etmiş və müqavilə üzrə öz öhdəliklərinin icrasına başlayaraq kifayət qədər böyük məbləğdə 1.914.692,29 manat məbləğində ödəniş həyata keçirmişdir.
69. Bu baxımdan məhkəmə hesab edir ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə Cavabdeh2 MMC-nin qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
70. Əsas, faiz və cərimə borcunun, o cümlədən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə qarşı iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 739.1, 741, 462.1, 467 və 445.7-ci maddələri təşkil edir.
71. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 MMC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
72. Belə ki, borc məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 18 may 2012-ci il tarixli, 277471/SKMF №-li kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin banka əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat və əsas borca illik 5 faiz hesablanmaqla müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçı tərəfindən tələb edilən tarixə) 1.061.809,65 manat məbləğində borcu vardır.
73. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcuna aid hissədə iddianı qismən təmin etmiş, dəbbə pulunu da azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.
74. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə maliyyə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 739, 462.1, 467 və 445.7ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun, o cümlədən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcun və dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
75. Eyni zamanda, ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaka yönəldilərək, açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlmişdir.
76. İpoteka müqaviləsinə xitam verilməsi ilə bağlı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia tələbləri isə əsassızdır.
77. İlk olaraq kollegiya qeyd dir ki, ipotekaya xitam verilməsi əsasları “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində göstərilib, lakin qarşılıqlı iddianın əsası həmin hallara aid deyil.
78. Cavabdeh1 MMC-nin istinad etdiyi hallar isə əsassızdır.
79. Belə ki, həmin iddia tələbi üzrə birinci dəlil ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin mübahisə predmetinə aid olmayan 100-27747/SİPM-1 saylı öhdəlik kimi qeyd edilməsidir.
80. İddiaçı bu dəlilə etiraz olaraq ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin texniki olaraq səhv düşdüyünü və sonradan notarius tərəfindən qeyd edilən hissəyə düzəliş edildiyini qeyd etmişdir.
81. Bununla bağlı kollegiya qeyd edir, həqiqətən də işdən görünür ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin qeyd edilən hissəsinə notarius tərəfindən düzəliş edilərək mübahisə predmeti üzrə kredit müqaviləsinin 27747-1/SKMF saylı nömrəsi ilə əvəz edilmişdir (2-ci cild, 47-ci səh.).
82. Cavabdeh1 MMC-nin digər dəlili ipoteka müqaviləsi bağlanan zaman Cavabdeh1 MMC-nin ali icra orqanının qərarının olmaması ilə bağlıdır.
83. Mülki Məcəllənin 91.1-ci maddəsində də göründüyü kimi MMC-yə cari rəhbərliyi icra orqanı (kollegial və ya təkbaşçı) həyata keçirir.
84. Hazırkı halda da bu təkbaşçı-direktor tərəfindən yəni Məftun Rüstəmov tərəfindən həyata keçirilmiş və ipoteka müqaviləsini imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir.
85. X17” MMC-nin digər dəlili isə ondan ibarətdir ki, AFB Bank” ASC Cavabdeh1 MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmişdir.
86. İddiaçı isə buna etiraz edərək, Cavabdeh1 MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyini və qarşı tərəfdən bildirişi xx.xx.2021-ci il tarixdə “Dadaşov N” adlı şəxs tərəfindən alınmasına dair xəbərnaməni təqdim edir.
87. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həqiqətən də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Cavabdeh1 MMC-nin hüquqi ünvanı olan ünvan 8diriş xx.xx.2021-ci il tarixdə qeyd edilən ünvanda “Dadaşov N” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.
88. Cavabdeh1 MMC-nin digər dəlili isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX № ******* olan çıxarışından görünür ki, xeyrinə yüklü edilən şəxs İddiaçı ASC, hüququ yüklü edilən şəxs Cavabdeh1 MMC, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№100-27747/SİPM-1, xx.xx.2015-ci il Kredit məbləği 7000.000 AZN” göstərilmişdir.
89. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin yox, xx.xx.2015-ci ildə bağlanan 10027747/SİPM-1 №-li kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
90. İddiaçı bu dəlilə etiraz olaraq bildirir ki, ipoteka müqaviləsinə kredit müqaviləsinin nömrəsi ilə bağlı dəyişiklik edildikdən sonra, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 9 saylı Qəbələ ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlanmış və sonuncu tərəfindən də, ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bank qeyd edilən ərizəni məhkəməyə təqdim etdi.
91. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda da, qeyd edildiyi kimi ipoteka müqaviləsinə kredit müqaviləsinin nömrəsi ilə bağlı müvafiq düzəliş edildikdən sonra, Bank həqiqətən də, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlamış və sonuncu tərəfindən də, ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Artıq çıxarışda müvafiq dəyişikliyin edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin öhdəliyi olduğundan, hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.
92. Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi müqavilənin bütün etibarlılıq şərtlərinə cavab verir.
93. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiası əsassızdır.
94. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
95. Belə ki, işin hallarından görünür ki, həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 MMC ilə bağlanan kredit müqaviləsinin təminatı kimi eyni obyekt, yəni Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə ayrı-ayrı ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
96. Hər iki ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanla ipoteka saxlayanın razılığına əsasən 28.000.000 (iyirmi səkkiz milyon) manat məbləğində müəyyən edilmişdir.
97. Birləşdirilən ikinci iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 10 avqust 2022-ci il tarixli G-08/22-193 nömrəli qiymətləndirmə hesabatı verilmişdir. Həmin hesabata əsasən əmlak kompleksinin qiyməti 10 avqust 2022-ci il tarixinə olan likvid dəyəri 41.107.000 (qırx bir milyon yüz yeddi min) manat təşkil etmişdir.
98. İpoteka müqaviləsində müəyyən edilmiş qiymətlə, “AB” Consulting” MMC tərəfindən müəyyən edilmiş qiymət arasında əhəmiyyətli dərəcədə fərq olduğu nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir.
99. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 MMC-yə məxsus Qəbələ rayonu,Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilmişdir. Rəydə qeyd edilmişdir ki, iş materiallarında olan ipoteka müqaviləsinə əsasən ümumi sahəsi 20 ha olan əmlak kompleksi bankın ipoteka hüquqları ilə yüklü edilib. Həmçinin xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışa əsasən cavabdehə məxsus olan əmlak kompleksinə yalnız tikililər daxildir. Bu səbəbdən də tədqiqat Cavabdeh1 MMC-yə məxsus olan yalnız 20 ha torpaq sahəsi və tikililər üzrə aparılmışdır. Göstərilənlərə əsasən əmlak kompleksinin yalnız daşınmaz hissəsi ipoteka yüklü edildiyindən əmlak kompleksində olan avadanlıqların qiymətləndirilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmadı.
100. Bundan əlavə birləşdirilən birinci iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 28 dekabr 2022-ci il tarixli ƏEM/D58-871/22 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ipoteka qoyan X11 (Cavabdeh1 MMC-yə” məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında 20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24851 kv.m olan digər daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisə) 28 dekabr 2022-ci il tarixinə bazar dəyəri 52.000.000 manat, likvid dəyəri 43.000.000 manat təşkil edir.
101. "xxxx" MMC tərəfindən verilmiş 27 may 2015-ci il tarixli 01/02-266 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən Cavabdeh1 MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin 25 may 2015-ci il tarixinə olan bazar dəyəri 28.000.000 manat, likvid dəyəri 22.000.000 manat təşkil edir.
102. Həmçinin, Cavabdeh1 MMC mütəxəssis rəylərini işə əlavə edərək, ipoteka predmetinin qiyməti ilə bağlı X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə ipoteka predmetinin 43.489.250 manat qiymətləndirildiyini qeyd edir.
103. Aşağıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda ipoteka predmetinin ilkin satış qiyməti Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilməlidir.
104. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 27 may 2015-ci il tarixli 01/02-266 nömrəli qiymətləndirmə hesabatı kifayət qədər uzun müddət - 8 il bundan əvvəl verilmiş və bu müddət ərzində ipoteka predmeti olan əmlak kompleksi aşınmaya məruz qalmışdır.
105. X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə həm də müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində verildiyi qeyd edilmiş, lakin gəlinmiş nəticə kifayət qədər təfsilatı ilə açıqlamamışdır. Belə ki, mütəxəssis internet saytı məlumatlarına əsasən Qəbələ rayonunun müvafiq ərazisində torpaq sahələrinin orta bazar qiymətini qeyd etsə də, istinad etdiyi heç bir internet saytı məlumatlarını rəyə əlavə etməmiş və gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamışdır.
106. “AB” Consulting” MMC tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli G-08/22-193 nömrəli qiymətləndirmə hesabatından isə görünür ki, mütəxəssis müqayisəli təhlil apararkən ipoteka predmetinin yerləşdiyi əraziyə aid internet resurslarda yerləşdirilən və satış qiymətləri kifayət qədər yüksək olan turistik məkanlarda yerləşən və gözəl mənzərəsi olan torpaq sahələrinin satış elanlarına istinad etmişdir. Halbuki, ipoteka predmeti olan əmlakın yerləşdiyi torpaq sahəsi turistik zonada yerləşmir və turistik məqsədlər üçün deyil, məhz kənd təsərrüfatı, heyvandarlıq təyinatı üçün istifadə olunur. Hamıya bəlli olan hal isə ondan ibarətdir ki, yerləşmə ərazisindən asılı olaraq turistik məkanlarda yerləşən torpaq sahələrinin qiyməti kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətindən kifayət qədər yuxarı olur. Həmçinin rəydən görünür ki, mütəxəssis tərəfindən əmlak kompleksinin dəyərinin hesablanması zamanı ümumi (tikinti və bəzək işləri) qiymətin 15.827.504 manat olduğu qeyd olunmuş, daha sonra isə həmin məbləğin üzərinə heç bir əsaslandırma göstərilmədən əlavə xərclər kimi kifayət qədər yüksək məbləğdə 45 % gəlinmiş və cəmi ümumi dəyər 22.949.880,8 manat (cild 2, i/v 11) qeyd olunmuş və bundan sonra tikintinin 5% aşınma dərəcəsi nəzərə alınmışdır. Eyni qaydada inzibati tikililər üzrə ümumi dəyərin hesablanması zamanı ümumi (tikinti və bəzək işləri) qiymətin 2.392.070 manat olduğu qeyd olunmuş, daha sonra isə həmin məbləğin üzərinə heç bir əsaslandırma göstərilmədən əlavə xərclər kimi 40 % gəlinmiş və cəmi ümumi dəyər 3.348.898 manat (cild 2, i/v 12) qeyd olunmuş və bundan sonra tikintinin 5% aşınma dərəcəsi nəzərə alınmışdır. Həmçinin kommunikasiya və landşaft işləri üzrə ümumi dəyərin hesablanması zamanı da ümumi dəyərin üzərinə heç bir əsaslandırma göstərilmədən əlavə xərclər kimi 10 % gəlinmişdir. Yekun olaraq ipoteka predmetinin likvid dəyəri 41.107.000 (qırx bir milyon yüz yeddi min) manat məbləğində müəyyən edilmişdir.
107. "xxxx" MMC tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli ƏEM/D58-871/22 saylı rəydən də görünür ki, mütəxəssis tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın amortizasiya olunmuş əvəzetmə xərci ilə dəyəri 23.916.269 manat məbləğində müəyyən edilmiş, sonradan həmin məbləğin üzərinə heç bir əsaslandırma göstərilmədən cari və görünməyən xərclər kimi 4.783.253,8 manat əlavə edilmiş, daha sonra isə gələcəkdəki gəlirlərin diskontlaşdırılması üsulu ilə qiymətləndirmə aparılaraq ipoteka predmetinin bazar dəyəri 53.000.000 manat və likvid dəyəri 43.000.000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, “Sahibkarın mənfəəti, ümumi məbləğin 15%-i həcmində” üzərinə gəlməklə 4.314.490,92 manat məbləğ müəyyən edilmiş, lakin heç bir əsaslandırma aparılmamışdır.
108. Bu baxımdan kollegiya hesab edir ki, yuxarıda göstərilən rəylərin obyektivliyinə və düzgünlüyünə kifayət qədər şübhələr olduğuna görə həmin rəylər iş üzrə mötəbər sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz.
109. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə münasibətdə isə qeyd olunur ki, həmin rəy məhkəmə eksperti tərəfindən verilmiş, ekspert rəyində ziddiyyətlər mövcüd deyil və ekspert tərəfindən aparılmış tədqiqat müfəssəl təsvir olunmuşdur. Ona görə də, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və ipoteka predmetinin ilkin satış qiyməti həmin rəy əsasında müəyyən edilməlidir.
110. Belə ki, qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X1 və digər qanunvericlik aktlarına uyğun olaraq aparılıb.
111. Həmin rəyin mütəxəssis rəyinə istinadən verilməsinə dair cavabdehlərin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, əvvəla, nə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də bu sahədə mövcud olan digər qanunvericilik aktlarında ekspertin mütəxəssis rəyinə istinad etməsini qadağan edən hər hansı bir norma mövcud deyildir.
112. Əksinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində qeyd olunmuşdur ki, məhkəmə ekspertizası idarəsi rəhbərinin rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququ vardır.
113. Həmçinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 5.9-cu bəndində təsbit olunmuşdur ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi Mərkəzdə mümkün olmadıqda (müvafiq mütəxəssisin, avadanlığın, tədqiqat metodikasının və s. olmamasına görə) ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə bu barədə məlumat verilir, ekspertiza materialları isə geri qaytarılır.
114. Göründüyü kimi ekspert qarşısında qoyulmuş sualın həll edilməsi məqsədilə müvafiq mütəxəssisin cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
115. Hazırki işin də hallarından görünür ki, ekspertin və tərəflərin qarşılıqlı razılaşmasına əsasən xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə baxış keçirilmiş və baxış zamanı tədqiqat obyektinin müxtəlif təyinatlı (mal-qara fermaları, ofis-otel, elektrik qurğuları binası, su anbarı, modul tipli yeməkxana və s.) qeyri-yaşayış tikililəri kimi istifadə olunan əmlak kompleksindən ibarət olduğu müəyyən edilmişdir. Tədqiq olunan kompleksin mürəkkəb xarakterliyi və spesifik xüsusiyyətləri nəzərə alınaraq əmlak kompleksində müxtəlif təyinatlı qeyri-yaşayış tikililərinin qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC Qiymətləndirmə və Kosaltinq şirkətinin mütəxəssislərinin cəlb edilməsi məsələsi həll edilmiş və sonuncu tərəfindən müvafiq hesabatlar verilmişdir.
116. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 17.200.000 manat manat məbləğində müəyyən edilməlidir.
117. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 135/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hisəsində dəyişdirilməli və yuxarıda qeyd olunan əsaslara görə ipotekanın ilkin satış qiyməti 17.200.000 manat müəyyən edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 65/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
118. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hisəsində dəyişdirilsin və ipotekanın ilkin satış qiyməti 17.200.000 manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 mart 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Məmməd Məmmədov
Vüsalə Baxışova