Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-461/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh1nə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-861/2024 saylı qətnaməsindən İddiaçı ASC və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Cavabdeh1 MMC tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli onGTC00181216LE/2019 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.
2. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71698 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2023-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2023-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür.
3. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17455 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********965 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
5. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********413 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
7. İddiaçı ASC-nin xx.xx.2023-ci il tarixli, PB-OUT-05319-2023/1 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh1 MMC xx.xx.2020- ci il tarixli, OnGTC-00181216LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X6 çərçivəsində xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı, xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı və xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə ərizələri üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2023-cü il tarixinə DCL00181216-11 saylı ərizə üzrə 187, DCL00181216-09 saylı ərizə üzrə 210 və DCL00181216-12 saylı ərizə üzrə 191 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur.
8. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBŞ-OUT-00093-2024/1 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 17674,22 manat cərimə borcu olmaqla, cəmi 86475,25 manat təşkil edirvə gecikdirilmiş günlərin sayı 359 gün qeyd olunmuşdur, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 37222,22 manat cərimə borcu olmaqla, cəmi 163993,05 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 336 gün qeyd olunmuşdur, DCL00181216- 11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2,150,12 manat faiz borcu, 634,36 manat cərimə borcu olmaqla, cəmi 15057,17 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 340 gün qeyd olunmuşdur.
9. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4146 saylı ekspert rəyi ilə cavabdehin xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 71638,17 manat, faiz borcu 877,90 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024- cü il tarixə əsas borcu 66707,02 manat, faiz borcu 9009,15 manat; xx.xx.2022-ci il tarixli DCL00181216-11 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 125000 manat, faiz borcu 1829,01 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borcu 125000 manat, faiz borcu 21426,23 manat; xx.xx.2022-ci il tarixli DCL00181216-12 saylı maliyyələşdirmə ərizəsi üzrə maliyyə arayışında göstərilən tarixə əsas borcu 12300,68 manat, faiz borcu 2096,93 manat, ekspert rəyinin tərtib edildiyi tarixə əsas borcu 12300,68 manat, faiz borcu 3096,01 manat müəyyən edimişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Zeynalov Tahir Nizami oğlundan birgə qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 8133,81 manat cərimə borcu olmaqla, cəmi 76934,84 manat məbləğində borcun; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 19888,89 manat cərimə borcu olmaqla, cəmi 146659,72 manat məbləğində borcun; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 1284,78 manat faiz borcu, 155,03 manat cərimə borcu olmaqla, cəmi 13712,5 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 17674,22 manat cərimə borcu olmaqla, cəmi 86475,25 manat; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 37222,22 manat cərimə borcu olmaqla, cəmi 163993,05 manat; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2150,12 ьanat faiz borcu, 634,36 manat cərimə borcu olmaqla, cəmi 15057,17 manat təşkil edir. Mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 156 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-00181216LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X6 çərçivəsində: xx.xx.2022-ci il tarixli DCL00181216-09 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 71698 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00181216-11 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 125.000 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DC00181216-12 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17.455 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Zeynalov Tahir Nizami oğlu arasında: - DCL00181216-09 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********413 saylı zaminlik müqaviləsi; - DCL00181216-11 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqaviləsi; - DC00181216-12 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********965 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 8133,81 manat cərimə borcu olmaqla, cəmi 76934,84 manat təşkil edir, gecikmə günlərinin sayı: 202 gün; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 19888,89 manat cərimə borcu olmaqla, cəmi 146659,72 manat təşkil edir, gecikmə günlərinin sayı: 179 gün; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 1284,78 manat faiz borcu, 155,03 manat cərimə borcu olmaqla, cəmi 13712,5 manat təşkil edir, gecikmə günlərinin sayı: 183 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 128 manat dövlət rüsumu ödəmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-861/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCdən müştərək qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66707,02 manat əsas borc, 3336 manat cərimə borcu olmaqla cəmi 70043,02 manat borc, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 6250 manat cərimə borcu olmaqla cəmi 133020,83 manat borc, DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2096,93 manat faiz borcu, 614 manat cərimə borcu olmaqla cəmi 14983,62 manat borc, ümumilikdə cəmi 218047,47 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 109 manatının və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmaqla 71698 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmalqa 125000 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmalqa 17455 manat məbləğində pul vəsaiti kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********965 saylı, xx.xx.2022-ci il tarixli DG**********413 saylı, xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqavilələri bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə iddiaçı 68801,03 manat əsas borcun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş ekspertizanın rəyindən görünür ki, maliyyə arayışında qeyd edilən tarixə 66707,02 manat əsas borc hesablanmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə əsas borc 66707,02 manat məbləğində tutulmalıdır. Həmçinin xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəsi üzrə iddiaçı 125000 manat əsas borc, 1770,83 manat faiz borcunun və 37222,22 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə 125000 manat əsas borc, 21426,23 manat faiz borcu hesablanmışdır. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği ekspert rəyi ilə eyni, lakin faiz borcun məbləği isə iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcları həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun 125000 manat əsas borc, 1770,83 manat faiz borcu məbləğində tutulmalıdır. Bundan başqa xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəsi üzrə iddiaçı 12272,69 manat əsas borc, 2150,12 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışında qeyd edilən tarixə 12300,68 manat əsas borc, 2096,93 manat faiz borcu hesablanmışdır. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 12272,69 manat, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 2096,93 manat məbləğində tutulmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17674,22 manat, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 37222,22 manat, xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 634,36 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3336 manat məbləğində, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6250 manat və xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 614 manat müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun 109 manatının və ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 123 manat məbləğində hissəsi Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada, 27 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
15. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borca münasibətdə və digər maliyyələşdirmə üçün ərizələr də daxil olmaqla cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-861/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı "xxxx" ASC-nini apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə istisna olmaqla digər ərizələr üzrə əsas borc hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Mülki Məcəlləsinin 467-ci maddəsinin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. Müqavilənin şərtinə uyğun olaraq DCL00181216-09 saylımaliyyələşdirmə üçün ərizə üzrə əsas borc 68,801.03 manat, DCL00181216-09 saylımaliyyələşdirmə üçün ərizə üzrə 17,674.22 manat, DCL00181216-11 saylımaliyyələşdirmə üçün ərizə üzrə 37,222.22 manat, DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 634.36 manat cərimə borcu təmin edilməli idi. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit üzrə ödənişləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmədə həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Lakin bu sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli olmadığını hesab edir. Kredit üzrə ödənilşləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Etirazda göstərilmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında olduğu zaman məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə borc istisna olmaqla digərləri üzrə uyğun hesab edilir. Müvafiq maliyyələşdirmə üçün ərizədə isə yalnız əsas borca münasibətdə ekspert tərəfindən doğru hesablama aparılmamışdır. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından şikayətin təmin edilməməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətini müdafiə etdi, qət edilmiş DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc məbləği və cərimə borcları ilə razı olmadığını, tələb edilən cərimələrin tam təmin edilməli olduğunu bildirdi.
20. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
22. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə iddianın təmin edilmiş hissəsində, iddiaçı tərəfindən isə xx.xx.2024cü il tarixli qətnaməsinin DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun tutulması və digər maliyyələşdirmə üçün ərizələr də daxil olmaqla cərimə borcunun tutulması tələbinə dair iddianın rədd edilmiş hissəsində mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı müvafiq olaraq həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulması qət edilmiş əsas borcun məbləği hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli onGTC00181216LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh1 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 17% olmaqla 71698 manat məbləğində, xx.xx.2022ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmalqa 125000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmaqla 17455 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********965 saylı, xx.xx.2022-ci il tarixli DG**********413 saylı, xx.xx.2022-ci il tarixli DG**********316 saylı zaminlik müqavilələri bağlanmış və zamin yuxarıda göstərilən maliyyələşdirmə üçün ərizələr üzrə Cavabdeh2 kredit alanın öhdəliklərinə zamin durmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Cavabdeh1 MMC maliyyələşdirmə üçün ərizələr (kredit müqavilələri) üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilələr üzrə banka borcları yaranmışdır. Hazırda İddiaçı ASC kredit müqavilələri üzrə borcun (əsas, faiz və dəbbə pulunun) cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisəli kredit müqavilələri üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdehin xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 71638,17 manat, faiz borcu 877,90 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024- cü il tarixə əsas borcu 66707,02 manat, faiz borcu 9009,15 manat; xx.xx.2022-ci il tarixli DCL00181216-11 saylı maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 125000 manat, faiz borcu 1829,01 manat, xx.xx.2022-ci il tarixli DCL00181216-12 saylı maliyyələşdirmə ərizəsi üzrə maliyyə arayışında göstərilən tarixə əsas borcu 12300,68 manat, faiz borcu 2096,93 manat məbləğində müəyyən edilmişdir.
30. Kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli DCL00181216-11 saylı və xx.xx.2022-ci il tarixli DCL00181216-12 saylı maliyyələşdirmə ərizələri üzrə əsas və faiz borclarının müəyyən edilməsi hissəsində ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur, odur ki, məhkəmə sözügedən maliyyələşdirmə ərizələri üzrə əsas və faiz borcların həmin ekspert rəyinə uyğun olaraq iddia iddia tələbi həddində müəyyənləşdirmədə haqlı olmuşdur.
31. xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə borc məbləğinə gəldikdə ekspert rəyindən görünür ki, həmin ərizə üzrə kreditin verilməsi müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcun 71638,17 manat, faiz borcunun 877,90 manat olması və həmin tarixdən sonra cavabdeh tərəfindən 8109,44 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir.
32. Birinci instansiya məhkəməsi həmin ərizə üzrə əsas borc məbləğini müəyyənləşdirərkən ekspert rəyinə əsasən maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2024-cü il tarixə) müəyyən edilmiş borc məbləğini əsas götürmüşdür.
33. Kollegiya qeyd edir ki, ekspert rəyindən də göründüyü kimi ekspert tərəfindən xx.xx.2024-cü il tarixə olan əsas borc müəyyən edilərkən xx.xx.2023-cü il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixindən) sonrakı müddət üçün hesablanmış faizlər də nəzərə alınmış və xx.xx.2023-cü il tarixdən sonra edilmiş 8109,44 manat məbləğində ödənişin bir hissəsi həmin faizlərə silinmişdir.
34. Bununla bağlı kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə iddiaçı yalnız kreditin verilməsi müddətinin bitənədək olan müddət üçün pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsini tələb etmək hüququna malikdir.
35. Odur ki, həmin ərizə üzrə əsas və faiz borcu kreditin verilməsi müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə ekspert rəyində müəyyən edilmiş borc məbləğlərindən həmin tarixdən sonra edilmiş ödəniş çıxılmaqla müəyyən edilməlidir.
36. Belə olan halda xx.xx.2023-cü il tarixdən sonra edilmiş 8109,44 manat məbləğində ödənişin 877,90 manat hissəsi faiz borcundan (877,9-877,9), qalan 7.231,54 manat hissəsi isə əsas borcdan (71638,17 -7231,54) çıxılmaqla, cavabdehin əsas borcu 64.406,63 manat təşkil edir.
37. Odur ki, həmin hissədə qətnamə dəyişdirilməli, xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə ərizəsi üzrə cavabdehlərən tutulacaq əsas borc məbləği 64.406,63 manat müəyyən edilməlidir.
38. İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehlərdən tutulacaq dəbbə pulu məbləğini xx.xx.2022-ci il tarixli, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3336 manat məbləğində, xx.xx.2022-ci il tarixli, DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6250 manat və xx.xx.2022-ci il tarixli, DCL00181216-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 614 manat məbləğində müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
39. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulması qət edilmiş əsas borcun məbləği hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. İddiaçının apellyasiya şikayəti rədd edildiyindən, cavabdehin apellyasiya şikayəti isə iddia qiymətinin cüzi hissəsinə münasibətdə təmin edildiyindən MPM-in 119.5ci maddəsinin tələblərinə əsasən həmin şikayətlər verilməsinə görə ödənilmiş dövlət rüsumları apellyatorların özünə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-861/2024 saylı qətnaməsi DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulacaq əsas borc hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulacaq əsas borc 64.406,63 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov