Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-463/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “avadanlıqların cavabdehdən alınaraq iddiaçının sahibliyinə verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-510/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə Cavabdeh QSC arasında 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xx.xx.2023-cü il tarixli, ZM-777/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq kreditor tərəfindən borcluya 36 ay müddətinə illik 14 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh QSC arasında 0349/İ nömrəli, xx.xx.2021-ci il tarixli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən girovla təmin edilmiş əsas öhdəliklərdən biri kimi "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsi çıxış edir.
3. Girov müqaviləsinin 2.1-ci bəndinə əsasən girov predmeti Cavabdeh QSC-yə məxsus Production line of polyethylene pipe 20-60 mm, Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 50-160 PP PVC Turbo 2 avadanlıqlardır.
4. 18.10.2022-ci il tarixdə həmin avadanlıqların "xxxx" ASC-nin xeyrinə girovla yüklü edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyat aparılmışdır.
5. Həmçinin kredit müqaviləsinin təminatı kimi "xxxx" MMC ilə 0349/Z nömrəli, xx.xx.2021-ci il tarixli, X5 ilə 0349/Z-1 nömrəli, xx.xx.2021-ci il tarixli və X6 ilə 0349/Z- 2 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqavilələri bağlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 1 ədəd Production line of polyethylene pipe 20-60 mm, 1 ədəd Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqlarının borcludan alınaraq kreditorun sahibliyinə verilməsi, həmçinin məhkəmə əmrinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun borcludan tutulması barədə əmr verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, borclu və zaminlər tərəfindən müqavilədən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli, ZM-777/2021 nömrəli Zəmanət məktubu əsasında Cavabdeh QSC-yə ayrılmış kredit üzrə zəmanət öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna müraciət edilmiş və Fond xx.xx.2023-cü il tarixdə həmin günə yerinə yetirilməyən kredit üzrə əsas borc öhdəliyini 60 faizinin, yəni 921802,12 manat əsas borcun 553081,27 manat hissəsini "xxxx" ASC-yə ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "xxxx" ASC-yə həvalə edilmişdir. Göründüyü kimi "xxxx" ASC Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu adından və onun xeyrinə tələb hüquqlarını həyata keçirməkdə haqlıdır. Bundan başqa, borclulara kredit borcunun, Fond tərəfindən zamanət üzrə ödənilmiş vəsaitin və digər məsrəflərin qaytarılması haqqında “Elektron məhkəmə” informasiya sistemi, müvafiq icra hakimiyyəti orqanının onlayn kargüzarlıq sistemi və poçt xidməti vasitəsi ilə xx.xx.2023-cü il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda xx.xx.2023-cü il tarixə borcluların zəmanət ödənişi üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna 553081,27 manat, 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən isə Banka 368720,85 manat əsas borc, 93600,93 manat faiz borcu və 23222,55 manat cərimə olmaqla, cəmi 485544,33 manat kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında zəmanət üzrə ödənilmiş vəsaitin və hesablanmış kredit borcunun borclulardan tələb edilməsi, tutmanın girov predmetlərinə yönəldilməsi, girov predmetlərinin hərrac vasitəsilə satılması, əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsi zərurəti yaranmışdır. Qüvvədə olan “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etməklə yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. Beləliklə, əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli girov müqaviləsi əsasında yüklü edilmiş borcluya məxsus Production line of polyethylene pipe 20-60 mm; Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti; Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160); 50-160 PP PVC Turbo 2 avadanlıqlarına tutmanın yönəldilməsi üçün qeyd edilən avadanlıqlar Bankın sahibliyinə verilməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6150/2023 saylı məhkəmə əmrinə əsasən 1 ədəd Production line of polyethylene pipe 20-60 mm, 1 ədəd Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqlarının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə əmr verilmişdir.
9. Borclu Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6150/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6150/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 6150/2023 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(113)-510/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Cavabdeh QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin olunmamışdır. Həmçinin, məhkəmə iş üzrə borc məbləğini müəyyən etmək üçün ekspertiza təyin etməli olduğu halda, xüsusi bilik tələb edən mühasibatlıq sənədləri məhkəmə tərəfindən tədqiq olunaraq borc məbləği müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən girov predmetinin satışı və ya sahibliyinə qəbul edilməsi üçün qarşı tərəfindən yazılı şəkildə razılığı olmalıdır. Əks halda, məhkəmə qərarına əsasən tələb girov əmlaka yönəldilməli idi. Lakin məhkəmə heç bir hüquqi əsas olmadan girov qoyulmuş əmlakın birbaşa iddiaçının sahibliyinə verilməsini qət etmişdir. Məhkəmə 1.400.000 manat məbləğində kreditin təminatı olaraq girov qoyulmuş cavabdehə məxsus əmlakı qalan 485544,33 manat kredit borcuna görə birbaşa iddiaçının sahibliyinə verilməsi barədə qətnamə qəbul etmişdir. Lakin, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmədən, borc məbləği girov predmetinə yönəldilmədən qətnamədə birbaşa sözügedən avadanlıqların cavabdehdən alınaraq iddiaçıya verilməsi hüquqi baxımdan düzgün deyildir.
14. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
18. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
19. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 13.1-ci və 13.1.2-ci maddələrinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir.
26. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavadehə 36 ay müddətinə illik 14 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilməsi, verilmiş kreditin təminatı olaraq iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli girov müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə məxsus olan Production line of polyethylene pipe 20-60 mm, Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 50- 160 PP PVC Turbo 2 avadanlıqların iddiaçının xeyrinə girovla yüklü edilməsi, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində bu barədə qeydiyyatın aparılması və girov əmlakların cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarını təşkil edir.
27. Hazırda iddiaçı cavabdeh tərəfindən kredit öhdəliklərinin lazımınca icra edilməməsinə əsaslanaraq tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi və girov əmlaklar cavabdehin sahibliyində olduğuna görə həmin əmlakların öz sahibliyinə verilməsi tələbini irəli sürmüşdür.
28. Cavabdeh iddiaya etiraz edir və öz mövqeyini apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
30. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyi borcalana aid olduğuna görə hazırki işdə bu halı sübutetmək vəzifəsi cavabdehin üzərinə düşür.
31. Lakin cavabdeh kredit müqaviləsi üzrə borcun vaxtında ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
32. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından (həmin arayışda hər ay üzrə ödənilmiş məbləğlər, onların silinməsi təyinatı, ödənişlərin gecikdirildiyi günlərin sayı, cəmi ödənilmiş əsas, faiz və cərimə məbləğləri, habelə ödənilməli olan əsas, faiz və cərimə məbləğləri dəqiq qeyd edilmişdir) müəyyən edilir ki, xx.xx.2023-cü il tarixədək Cavabdeh QSC-nin "xxxx" ASC-yə olan əsas borcu 368720,85 manat, faiz borcu 93600,93 manat və cərimə məbləği 23222,55 manat olmaqla, cəmi kredit müqaviləsi üzrə borc 485544,33 manat təşkil edir.
33. Göründüyü kimi Cavabdeh QSC tərəflər arasında bağlanmış və icrası girov müqaviləsi ilə təmin edilmiş kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuşdur.
34. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 295-ci maddəsinə əsasən tutmanın girov qoyulmuş əşyalara yönəldilməsini, eyni zamanda girov əmlaklar cavabdehin sahibliyində olduğuna və onların iddiaçının sahibliyinə verilməsi barədə tərəflər arasında yazılı razılaşma olmadığına görə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən onların sahibliyinə verilməsini tələb etməkdə haqlıdır.
35. Apellyasiya şikayətinin dəlilləri isə əsasszdır. Belə ki, işdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlara əsasən məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Lakin, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləği ilə bağlı dəlillər isə məhkəmə kollegiyasının yuxarıda əks olunmuş mövqeyinə görə əsassızdır. Girov əmlaklara tutmanın yönəldilməsi qaydası ilə bağlı dəlillərə dair qeyd edilir ki, Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. İddiaçı da “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.1.2-ci maddələrində təsbit edilmiş hüquqlarından istifadə edərək hazırki iddianı irəli sürmüşdür.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-510/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov