Məhkəmə qərarları › İş №2-2(103)-467/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-467/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-467/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın qiyməti, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndələri (vəkillər) Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və boşaldılması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 və Cavabdeh4 nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı QSC (bank) ilə Cavabdeh4 (kredit alan) arasında xx.xx.2018-ci il tarixdə 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə bank, müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 500 000 manat məbləğində uzunmüddətli kredit xəttini açmağı öhdəsinə götürmüş, müqavilədə nəzərdə tutulmuşdur ki, uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1); bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 12 dekabr 2028-ci il tarixdən gec olmayaraq verilməlidir; bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (1.3).

3. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bankla Cavabdeh4 arasında bağlanmış 002R********** saylı kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 30 000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə kreditalana verməyi ödəsinə götürmüş, xx.xx.2018-ci il tarixdə 30 000 manat məbləğində pul vəsaiti Cavabdeh4 hesabına köçürülmüşdür.

4. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və 002R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 002S**********02 saylı zaminlik müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür.

5. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və 002R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 002S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

6. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və 002R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 002M**********01 nömrəli ipoteka müqaviləsi imzalanmış, müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 52 500 manat müəyyənləşdirilmişdir (2.5-ci bənd).

7. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsri tərəfindən 611 nömrəli reyestr kitabının 56160 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə bankla Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 002R**********S saylı sazişin 1-ci bəndinə əsasən, bank ilə kredit alan arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

9. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 imzaları ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə ödəniş planına əsasən, 12 iyun 2020-ci il tarix üçün 0 manat, 14 iyul 2020-ci il tarix üçün 427,62 manat, 12 avqust 2020-ci il tarix üçün 387,53 manat, 14 sentyabr 2020-ci il tarix üçün 440,98 manat, 12 oktyabr 2020-12 fevral 2021 dövr üçün aylıq 1381,21 manat, 12 mart 2020-ci il üçün 1381,25 manat, 12 aprel 2021-12 may 2022 dövr üçün aylıq 1180 manat, 14 iyun 2022-ci tarixə aylıq 1186,05 manat olmaqla, cəmi 27 249,48 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır.

10. Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsinə görə, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 500 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 24 yanvar 2030-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (1.3).

11. Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 25 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 36 ay müddətinə kredit alana verir.

12. xx.xx.2020-ci il tarixli kreditin verilməsi-köçürmə sənədinə əsasən, 25 000 manat Cavabdeh3 hesabına köçürülmüşdür.

13. xx.xx.2020-ci il tarixli 002L**********02 saylı uzunmüddətli kredit müqaviləsi və uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

14. xx.xx.2020-ci il tarixli 002L**********02 saylı uzunmüddətli kredit müqaviləsi və uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

15. xx.xx.2020-ci il tarixli 002R********** saylı ödəniş planına əsasən, xx.xx.202026 dekabr 2022 dövr üzrə aylıq ödəniş 972 manat, son ödəniş tarixi xx.xx.2023-cü il, aylıq ödəniş 988,65 manat olmaqla, cəmi 35 008,65 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır.

16. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə bankla Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 002R**********S saylı sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında xx.xx.2020-ci il tarixli 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

17. xx.xx.2020-ci il tarixli 002R********** saylı ödəniş planına əsasən, xx.xx.2020-xx.xx.2023-cü il dövrü üzrə cəmi 36 865,51 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır.

18. xx.xx.2020-ci il tarixli 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi və 002R********** nömrəli kredit razılaşması üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə sonrakı ipoteka müqaviləsi imzalanmış, müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 60 000 manat müəyyənləşdirilmişdir (2.5-ci bənd).

19. Bank tərəfindən cavabdehlərə "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlər göndərilmiş, bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmış, bank bununla bağlı dövlət rüsumu və xidmət haqqını ödəmişdir.

20. Cavabdeh5 notariat orqanına ünvanladığı ərizədə göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmişdir, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürür.

21. Cavabdeh3 notariat orqanına ünvanladığı ərizədə göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirir, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürür.

22. Cavabdeh4 notariat orqanına ünvanladığı ərizədə göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirir, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürür.

23. Bank tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, xx.xx.2018-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh4 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 20 044,72 manat, faiz borcu üzrə 7136,40 manat, cərimə borcu üzrə 12 788,56 manat olmaqla, cəmi 39 969,68 manat borcu vardır.

24. Bank tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh3 xx.xx.2022ci il tarixə banka əsas borc üzrə 24 523,14 manat, faiz borcu üzrə 10 213,18 manat, cərimə borcu üzrə 16 136,23 manat olmaqla, cəmi 50 872,55 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

25. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank, iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv olunması; Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 24 523,14 manat kredit borcu, 10 213,18 manat faiz borcu və 16 136,23 manat cərimə borcu olmaqla, cəmi 50 872 (əlli min səkkiz yüz yetmiş iki) manat 55 (əlli beş) qəpik məbləğində borcun, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 20 044,72 manat kredit borcu, 7136,40 manat faiz borcu və 12 788,56 manat cərimə borcu olmaqla, cəmi 39 969 (otuz doqquz min doqquz yüz altmış doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması; hər iki tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və 002R********** saylı kredit razılaşması üzrə cəmi 50 872 (əlli min səkkiz yüz yetmiş iki) manat 55 (əlli beş) qəpik məbləğində borcun və 002R********** saylı kredit razılaşması üzrə cəmi 39 969 (otuz doqquz min doqquz yüz altmış doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində borcun, ödənilmiş 60 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500 000 (beş yüz min) manat məbləğində kredit хətti açılmış, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacağı razılaşdırılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 9955,28 manat ödəmiş, onun 20 044,72 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 638 gün üçün hesablanmış faiz borcu 7136,40 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hasablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 638 gün üçün hasablanmış cərimə 12 788,56 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan və zamin Cavabdeh1 və bank arasında bağlanılmış xx.xx.2018ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışla Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin Cavabdeh4 kredit öhdəliyinin icrasını təmin etmək üçün "AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd olunan mənzildə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh3 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, Cavabdeh3 bankla bağladığı xx.xx.2020-ci il tarixli 002L**********02 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500 000 (beş yüz min) manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacağı razılaşdırılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 bankla bağladığı xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25 000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 476,86 manat ödəmiş, onun 24 523,14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 658 gün üçün hesablanmış faiz borcu 10 213,18 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 658 gün üçün hesablanmış cərimə 16 136,23 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan və zamin Cavabdeh1 və bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron çıxarışla Cavabdeh1 mülkiyyətində olan həmin mənzilin Cavabdeh3 kredit öhdəliyinin icrasını təmin etmək üçün "AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

27. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 34.1.1- 34.1.3-cü, 39.3-cü, 59.3-cü, 59.4-cü maddələrinə istinad olunmuşdur.

28. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərini müdafiə etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 nümayəndələri (vəkilləri) öhdəliklərin üzrlü səbəbdən yerinə yetirilmədiyini bildirməklə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylərin nəzərə alınmasını, həddindən artıq hesablanmış cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.

29. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2603 saylı rəyində göstərilmişdir ki, “iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 yanvar 2020-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması və 18 may 2020-ci il tarixli 002R**********S saylı Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 24 523,14 manat, faiz borcu üzrə 10 213,18 manat təşkil edir”.

30. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/5301-9/5518 saylı rəyində göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 11 saylı binanın 66 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 114 000 manat, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 103 000 manat məbləğində müəyyən edilmişdir.

31. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/544 saylı rəyində göstərilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh4 banka xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20 044,72 manat, faiz borcu üzrə 9966,42 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20 044,72 manat, faiz borcu üzrə 10 768,21 manat borcu müəyyən edilmişdir”.

32. Məhkəmənin sifarişi əsasında "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, mənzilin bazar qiyməti 85 000 manat, likvid qiyməti isə 65 000 manat müəyyən edilmişdir.

33. Birinci instansiya məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 24 523,14 manat (iyirmi dörd min beş yüz iyirmi üç manat on dörd qəpik) əsas bоrc, 10 213,18 manat (on min iki yüz on üç manat on səkkiz qəpik) faiz bоrcu, 1200 (min iki yüz) manat cərimə olmaqla, cəmi 35 936,32 manat (otuz beş min doqquz yüz otuz altı manat otuz iki qəpik) məbləğində bоrcun, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 20 044,72 manat (iyirmi min qırx dörd manat yetmiş iki qəpik) əsas bоrc, 7136,40 manat (yeddi min yüz otuz altı manat qırx qəpik) faiz bоrcu, 1000 (min) manat cərimə olmaqla, cəmi 28 181,12 manat (iyirmi səkkiz min yüz səksən bir manat on iki qəpik) məbləğində bоrcun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 60 (altmış) manat xidmət haqqı olmaqla, ümumilikdə 64 197,44 manat (altmış dörd min yüz doxsan yeddi manat qırx dörd qəpik) məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, hər iki müqavilə üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin ilkin satış qiymətinin 103 000 (yüz üç min) manat müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasının və xx.xx.2020ci il tarixli 002R**********S saylı sazişin ləğv olunmuş hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat pulun 243,50 manat hissəsinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 101,50 manat hissəsinin isə "Accessbank” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

34. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

34.1. İddia tələbinin ilk hissəsini xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv olunması təşkil edir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət edən zaman həmin müqavilənin müddəti bitməsə də, məhkəmə icraatının gedişində həmin müddət bitmişdir. Həmin halı, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 002R**********S saylı saziş ləğv olunmuş hesab edilməlidir. 34.2. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı kredit razılaşması üzrə 24523.14 manat məbləğində kredit bоrcu, 10213.18 manat məbləğində faiz bоrcu və 002R********** saylı kredit razılaşması üzrə 20044.72 manat məbləğində kredit bоrcu, 7136.40 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, 002R********** saylı kredit razılaşması üzrə 24.523,14 manat əsas bоrc, 10213,18 manat faiz bоrcu, 002R********** saylı kredit razılaşması üzrə 20.044,72 manat əsas borc, 7136,40 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 34.3. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 16.136.23 manat, 002R183461434l saylı kredit razılaşması üzrə 12.788.56 manat məbləğində cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq, 002R********** saylı kredit razılaşması üzrə 1.200 manat, 002R********** saylı kredit razılaşması üzrə 1.000 manat məbləğində müəyyən edilməlidir. 34.4. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka və sonrakı müqavilələrinə əsasən Cavabdeh1 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı "İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, hər iki müqavilə üzrə tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. 34.5. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Məhkəmənin qənaətinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5301-9/5518 nömrəli ekspert rəyindəki əmlakın likvid qiyməti əsas götürülməklə, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat müəyyən edilməlidir. 34.6. iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmasını da özündə ehtiva edir. ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur. 34.7. İddia tələbinin bir hissəsini də Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsindən ibarətdir. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, "Accessbank” QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh1 arasında ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə, yəni 2018-ci il 28 dekabr tarixinədək bağlandığından, ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsinə dair” iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Sonrakı ipoteka müqaviləsi 2020-ci ildə bağlanmışdır. İddiaçıya məlum idi ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddia ərizəsində iddiaçı "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin həm 2018-ci il 28 dekabr tarixindən əvvəlki redaksiyasına, həm də sonrakı redaksiyasına istinad etmişdir. Ona görə də məhkəmə iddia tələbinin həmin hissəsinin məhz xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi üzrə irəli sürüldüyünü qəbul edir və mahiyyəti üzrə baxaraq müvafiq nəticəyə gəlir. 34.8. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 həmin mənzilə istifadə hüquqları itirilmiş hesab olunmalı, həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir (notariat orqanına ünvanlanan müvafiq ərizələr məhkəməyə təqdim edilmişdir). 34.9. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 60 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

35. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cu, 270.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 448.1-ci, 462.1-ci, 465-ci, 467-ci, 470-ci, 472.1-ci, 472.2-ci, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 39.3-cü, 41.1-ci, 59-cü, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.

36. Qətnamədən Elnur və Cavabdeh4ların nümayəndələri (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv olunmasını (iddianın təmin olunan hissəsində) və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 1.0.8-ci, 39.3-cü, 59.3-cü maddələrinin tələblərini pozduğu, ipoteka predmetinə 108 000 manat qiymət qoymalı olduğu halda, onun qiymətini düzgün müəyyənləşdirməyərək mənzilə 103 000 manat qiymət qoyduğu, kredit və ipoteka müqavilələrinin tərəfləri istisna olmaqla, mənzildə yaşayan digər şəxslərin mənzildən çıxmaq barədə öhdəlik götürmədikləri arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, izahatlar

38. Apellyatorların məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

40. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

41. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

42. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

43. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

46. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

47. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

51. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

52. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

53. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

54. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

55. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

56. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

57. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

58. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

59. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

60. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

61. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

62. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

63. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

67. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

70. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

74. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

75. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

76. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

77. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

78. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin ilkin satış qiymətinin 103 000 (yüz üç min) manat müəyyən edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdehlər Elnur və Cavabdeh4ların nümayəndəsi (vəkilləri) isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin dəlili yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətində qətnamənin həmçinin “ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh5 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları” hissəsi dolayı şəkildə mübahisələndirilsə də, Elnur və Cavabdeh4ların qətnamənin həmin hissəsini mübahisələndirməyə subyektiv hüquqları mövcud deyildir.

80. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də “Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 24 523,14 manat (iyirmi dörd min beş yüz iyirmi üç manat on dörd qəpik) əsas bоrc, 10 213,18 manat (on min iki yüz on üç manat on səkkiz qəpik) faiz bоrcu, 1200 (min iki yüz) manat cərimə olmaqla, cəmi 35 936,32 manat (otuz beş min doqquz yüz otuz altı manat otuz iki qəpik) məbləğində bоrcun, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 20 044,72 manat (iyirmi min qırx dörd manat yetmiş iki qəpik) əsas bоrc, 7136,40 manat (yeddi min yüz otuz altı manat qırx qəpik) faiz bоrcu, 1000 (min) manat cərimə olmaqla, cəmi 28 181,12 manat (iyirmi səkkiz min yüz səksən bir manat on iki qəpik) məbləğində bоrcun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 60 (altmış) manat xidmət haqqı olmaqla, ümumilikdə 64 197,44 manat (altmış dörd min yüz doxsan yeddi manat qırx dörd qəpik) məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, hər iki müqavilə üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv olunmuş hesab edilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat pulun 243,50 manat hissəsinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 101,50 manat hissəsinin isə "Accessbank” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir. Qeyd olunmalıdır ki, Elnur və Cavabdeh4ların nümayəndələrinin (vəkillərinin) apellyasiya şikayətinin məzmunu sözügedən hissələrdə qətnamənin yoxlanılmasını qeyri-mümkün edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

81. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir – hansı ki, müvafiq rəyin xüsusi bilik tələb edən suala aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır.

83. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir; hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

84. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmənin əldə etdiyi mütəxəssis rəyində əmlak çox daha aşağı dəyərdə qiymətləndirilmiş, məhkəmə isə məhz ipotekaqoyanın mənafeyinə uyğun olan ekspert rəyini əsas götürmüşdür.

85. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsində əmlak 52 500 manat, xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsində isə 60 000 manat məbləğində qiymətləndirilmişdir; bu qiymətlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.

86. Əmlakın qiymətinin 108 000 manat qiymətləndirilməli olması ilə bağlı apellyatorların dəlilinə münasibətdə kollegiya qeyd edir ki, onların istinad etdikləri rəy özləri tərəfindən əldə olunmaqla onun həqiqiliyinə olan təminat bütün tərəflər üçün eyni dərəcədə ola bilməz; eyni zamanda həmin rəydə göstərilən qiymətlə, ekspertin müəyyənləşdirdiyi qiymət arasında böyük bir fərq mövcud deyildir.

87. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

88. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(11336/2024 saylı iş üzrə 02 dekabr 2024cü il tarixli qətnaməsi mübahisələndirilən (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən Cavabdeh3 və Cavabdeh4 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar