Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-472/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “xxxx” QSC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommkrsiya Məhkəməsinin iddianın təmin etmə tədbiri barədə e-2- 2(113)-317/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.000 manat icarə haqqı, 122.400 manat məbləğində dəbbə pulu, ümumilikdə, 146.400 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd SəidOrdubadi küçəsi(Biləcəri stansiyası) ünvanında ynrləşən, sahəsi 4110,456kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə obyekti olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X1 küçəsi (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,456 kv.m olan qeyri-yaşayış sahəsindən “Cavabdeh» MMC-nin istifadəsinə qadağa qoyulması barədə qərardad qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, bundan əvvəl 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mübahisəli icarə obyekindən cavabdehin istifadəsinə qadağa qoyulmuşdur. Həmin qərardadan cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il 2-2(103)-202/2020 saylı qərardadı ilə təmin edilmiş və birinci instansiya məhkəməsinin həmin qərardadı ləğv edilmiş və iddiaçının iddianı təmin etmə tədbiri təmin olunmamışdır. Daha sonra, iddiaçı tərəf yenidən məhkəmənin həmin qərardadını şərh edərək düzgün əsaslandırmadığını bildirməklə, iddinı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və onun həmin ərizəsi məhkəmə tərəfindən təmin edilmişdir. Apellyasiya məhkəməsinin qərardadından isə şikayət verilməsi qanunla mümkün olmadığından iddiaçı tərəfindən həmin şikayətin yeni ərizədə əsaslandırılması və bu ərizənin təmin olunması əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 şikayətin əsassız olduğunu, icarə müqaviləsinin 2016-cı ilin sonunda tamamlandığı halda, cavabdehin hələ də icarə obyektini təhvil vermədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasınının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin MPM-in 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İş materiallarında olan tərəflər arasında bağlamış xx xxxx 2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən (iddiaçı) Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X1 küçəsi (Biləcəri stansiyası) ünvanında yerləşən, qeyri-yaşayış sahəsini, ƏDV daxil 2000 manat icarə haqqı ödənilməsi şərti ilə, xx xxxx 2016-cı il tarixindən xx xxxxxx 2016-cı il tarixədək olan müddətə cavabdehə (icarəçiyə) icarəyə vermişdir. Göründyüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti artıq bitmiş və konkret halda, iddiaçı cavabdehə qarşı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia qaldırmış və hazırkı ərizəsində işə baxılıb quratarana kimi cavabdeh tərəfindən icarə obyektinini istifadəsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini tələb edir. İddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri onun iddia tələbinə həm münasibdir, həm də müqavilə müddətinin bitməsi baxımından, iddianın uğurluluq ehtimalı da istisna olunmur. Belə olan halda, cavabdeh tərəfindən istismar olunması nəticəsində mübahisəli icarə obyektinin gələcək təmirinə çəkilə biləcək xərclərin, sair xərclərə məruz qalması da istisna edilmiş. Bu mənada, həmin obyektdən cavabdeh tərəfindən istifadəsinə qadağa qoyulması qətnamənin gələcəkdə icrasının çətinləşdirə biləcək məqamların qarşısını alır və icrasının mümkünlüyünə yol açır, həm də icarə obyektdən sui-istifadənin də qarşısını alır. Digər tərəfdən, MPM-in 157.2-ci maddəsinin tələbindən də görünqdüyü kimi, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunmuş iddianı təmini tədbiri Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında sadalanan meyarların hər birinə cavab verir. Mhəkmə kollegiyası cavabdehin şikayətində qeyd olunan, bundan əvvəl də iddiaçının eyni iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etdiyini və onun ərizəsi birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilsə də, sonradan, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv edilsə də, iddiaçının yenidən iddia eyni təmini tədbiri barədə ərizəsinin məhkəmə tərəfindən təmin edilməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Çünki, sonradan iddiaçının yeni əsasla, yəni, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə dair yeni əsasla yenidən icarə obyektindən istifadəyə qadağa qoyulması barədə iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməsi - prosessual qanunvericiliyə zidd deyil. Çünki belə bir qadağaedici norma yoxdur. Ən azından, MPM-in 47-ci maddəsinin mənası baxımından ortaya çıxan bütün məsələlər üzrə vəsatətlər vermək iddiaçının tərəf hüquqları sırasına daxildir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi ışin hallarına və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC- şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-472/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-472/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver