Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-474/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh "Cavabdeh2" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə. İddiaçı cavabdehlər "Cavabdeh2" MMC-yə və Cavabdeh1 qarşı «icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin iddianın təmin etmə tədbiri barədə e-2-2(113)-1908/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "Cavabdeh2" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, O-004 saylı xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən yaranmış 10584,74 manat icarə borcu, icarə sahəsinə xidmətlərin göstərilməsi ilə əlaqədar yaranmış 5.301,80 manat xidmət haqqı və istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək iddianı təmin etmə tədbiri qismində iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək - ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyriyaşayış sahəsində olan “Cavabdeh2» MMC və Cavabdeh1 məxsus əşyaların inventarizasiya keçirməklə siyahıya alınması alınması və müvəqqəti saxlanca verilməsinə dair qərardad qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində olan “Cavabdeh2» MMC və Cavabdeh1 məxsus əşyaların siyahıya alınması və Cavabdeh1 və ya digər şəxslərə müvəqqəti saxlanca verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadı – «siyahıya alınmış əşyaların Cavabdeh1 və ya digər şəxslərə müvəqqəti saxlanca verilməsi» hissəsində ləğv edilməsini və həmin «əşyaların İddiaçı və ya üçüncü şəxsə müvəqqəti saxlanca verilməsi» barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər müxtəlif yollarla onlara məxsus əşyaları qeyri-yaşayış sahəsindən götürmək istəyir. Baxmayraq ki, qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqəsədi daşıyır, konkret halda hazırkı qərardad əşyaları götürmək üçün cavabdehlərə qanuni əsas yaratmış olur, Qanunvericiliyə əsasən saxlanca verilmiş əşyaların saxlanılması üçün saxlanc saxlayan məsuliyət daşısa da, əşyaların cavabdehə saxlancda verilməsi qəbul olunan deyil. Belə ki, müqavilə öhdəliklərini yerinə yetirməyən cavabdehlərin saxlanc qaydalarını pozmayacağına dair hər hansı bir təminat yoxdur. Həmin qərardaddan, həmçinin, Cavabdeh2 MMC də şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC şikayətini onunla əsaslandırmışdır ki, iddianın uğurluluğu qiymətləndirilərək qərardad qəbul edilməli idi. Belə ki, icarə müqaviləsində «fors major» halları nəzərdə tutulmuşdur ki, onlardan biri də pandemiya (Covid-19) infeksiyasıdır. 2020ci ilin mart ayından ölkə üzrə epidemiloji vəziyyət tətbiq edilərək karantin elan olunmuş və bu günədək davam edir. Belə bir şəraitdə cavabdeh sahibkarlıq subyektinin iş ahəngi pozulmuş və gəlirlərindən məhrum olmuşdur. Belə olan halda, onun əmlakının siyahıya alınması fəaliyyətinin bərpasına ciddi manelər yaradır. Bakı Kommersiya Məhkəməsinin müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadları ilə tərəflərin şikayətləri təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçilərin nümayəndələri (vəkilləri) apellyasiya şikayətlərini məzmununa uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin MPM-in 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İddiaçının ərizəsindən göründüyü kimi, iddianı təmin etmə tədbiri qismində, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, mübahisləndirilən icarə obyektində yerləşən cavabdehələrə məxsus əşyaların siyahıya alınması və müvəqqəti saxlanca verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdiyi halda, hazırkı şikayətində məhkəmənin qərardadı siyahıya alınıb, Cavabdeh1 və ya digər şəxslərə müvəqqəti saxlanca verilməsi hissəsində ləğv edilərək həmin əşyaların iddiaçının özünə və ya üçüncü bir şəxsə saxlanca verilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının ərizəsindəki istəyi ilə şikayəti üzrə istəyi bir-biri ilə uzlaşmır, iddianı təmin etmə təbiri çərçivəsindən kənara çıxıılır. Digər tərəfdən iddiaçının əşyaların cavabdehlərin özlərinə saxlanca verilməsi onlar tərəfindən müxtəlif yollarla icarə obyektindən götürülə biləcəyi barədə şikayətində qeyd etdiyi mövqyeinə gəldikdə isə, eyni ilə, iddiaçının bu mövqeyini onun özünə də aid edilməsi, yəni, ona saxlanca veriləcəyi halda, həmin əşyalardan onun tərəfindən də sui-istəfadənin mümkün ola bilən haldır. Üçüncü bir tərəfdən və ən başlıcası, MPM-in yuxarıda qeyd olunan 158.1.2-ci maddəsinin tələbində iddianı təmin etmə tədbiri növündə «müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi»ndən söhbət getdiyi halda, iddiaçı konkret halda, iddianı təmini tədbiri qismində «icarə obyektində olan cavabdehərə məxsus əşyaların siyahıya alınıb saxlanca verilməsini» tələb edir. Halbuki, iddiaçı ərizəsində prosessual qanunvericiliyin qeyd olunan tələbinə münasib olaraq, iddianı təmin etmə tədbiri qismində həmin «əşyaların özgəninkiləşdirilməsinə qadağa qoyulması» və sair həmin əşyalarla bağlı cavabdehin yol verə biləcəyi hərəkətlərinə qadağa qoyulması» kimi iddianı təmin etmə tədbirini seçmək imkanları vardır. Ona görə də işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə müvafiq iddianı təmin etmə tədbirinin seçilməsini iddiaçıya təklif etməli, bundan sonra məhkəmənin bu təklifinə onun münasibətindən sonra, məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq işin hallarına uyğun nəticəyə gəlməli idi. MPM-in 398.0.2-ci maddəsinə iəsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəsinə göndərmək hüquq vardır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası İddiaçı, həmçinin, Cavabdeh2 MMC» şikayətlərinin dəlilləri ilə - qərardadın prosessual qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olmadığına münasibətdə, razılaşır və yekunda belə qənaətə gəlir ki, onların şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1908/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iş, qeyd olunan qeyd olunan göstərişlər nəzərə alınmaqla, prosessual qanunvericciliyə uyğun qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və MPM-in 363-364, 402 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh2 MMC-nin şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1908/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-474/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-474/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver