Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-474/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC tərəfindən istifadəsində və icarədarı olduğu ünvan 1 ünvanında yerləşən abonent kodu 094351 olan qeyri-yaşayış sahəsinə hesablanmış 2196 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda, məhkəməyə iddia təmin tədbiri barədə ərizə təqdim edərək, məhkəmə prosesi yekunlaşanadək, ünvan 2 ünvanında yerləşən abonent kodu 094351 olan qeyri-yaşayış sahəsində su təchizatının dayandırılmasının və smart-karta ödəniləcək pulun mübahisələndirilən borc məbləğinə tutulmasının Cavabdeh ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, bir sahibkar olaraq vergi ödəyicisidir və halhazırda da sözügedən avtoyuma məntəqəsində fəaliyyət göstərərək dövlətə olan vergilərini ödəyərək sahibkarlıq fəaliyyəti ilə məşguldur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya xidmətləri sahəsində yeganə inhisarçı dövlət orqanıdır. Bundan əlavə su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə əsasən “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Bütün bunlardan əlavə Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Onun istifadəsində və icarəsində olan avtoyuma məntəqəsinin sudan istifadəyə dair məhdudiyyətlə üz-üzə qalması bu çətin pandemiya və işsizlik şəraitində olaraq keçən dövr üçün 3 ailənin qazancından və onların saxlanılmasından məhrum etməkdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan abonent saldosundan, həmçinin 09710 nömrəli inventar aktından görünür ki, ünvan 2 ünvanında quraşdırılmış sayğacla bağlı 094351 saylı abonent kodu X2 (avtoyuyucu) adına rəsmiləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən borc məbləği cavabdeh tərəfindən iddiaçıya deyil, X3 adlı şəxsə hesablandığından və iddiaçı ünvan 2 ünvanında yerləşən obyektin mülkiyyətçisi olmadığından birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə qərardadı qanuni və əsaslıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1914/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-474/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-474/2021
21.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver