Məhkəmə qərarları › İş №2-2(103)-477/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-477/2020

26.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-477/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC”-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC” Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehdən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri olan 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat olmaqla, cəmi 3.339,17 manat məbləğində pul vəsaitinin, 69,56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “xxxxxxxxxxxx” MMC–nin hesabına köçürülməsi barədə, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “xxxxxxxxxxxxx” ASC-də olan bank hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, iddiaçı “İddiaçı" MMC tərəfindən iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə verilərkən, iddianın pul tələbi ilə bağlı olduğunu, yəni, iddianın təmin etmə tədbiri ilə əlaqənin mövcudluğunu, iddia təmin olunduğu təqdirdə məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındakı pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklərin aradan qaldırılması ehtimalını nəzərə alaraq iddia tələbi həcmində bank hesabının üzərinə həbs qoyulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına, xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Ümumiyyətlə, iddianı təmin etmə tədbirinin tətbiq olunmasının mahiyyəti ondan ibarətdir ki, qətnamənin icrasının qeyri -mümkün və ya icra üçün çətinlik yaranması ehtimalının, həmçinin, zərərin artmasının qarşısı alınsın. İşdən göründüyü kimi iddia tələbinin həcmini 3858,10 manat məbləğində pul vəsaiti təşkil edir. Buna görə də ərizə təmin olunaraq "Cavabdeh" MMC-yə məxsus bank hesabının üzərinə 3438,76 manat məbləğində həbs qoyulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC”-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin iclasında şikayətlə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hazırkı halda iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılanadək cavabdehin bank hesabları üzərinə həbs qoyulmasının hansı zərurətdən irəli gəldiyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar