Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-478/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən cavabdeh İddiaçı MTK və digər şəxslərə qarşı hüquqi şəxsin adının dəyişdirilməsi, qeydiyyatın ləğv olunması, şəhadətnamənin etibarsız sayılması və dəymiş zərərin ödənilməsi tələbinə dair ilk iddia, həmçinin xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən cavabdeh İddiaçı MTKya və digər şəxslərə qarşı hüquqi şəxsin adının dəyişdirilməsi, qeydiyyatın ləğv olunması, şəhadətnamənin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(81)-808/2009 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ilə (hakim Qurban Abbasov) İddiaçı MTK-nın (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) cavabdehlər İddiaçı MTK-ya (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) və Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsi) qarşı iddiası qismən təmin edilərək xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın qeydiyyatı və şəhadətnaməsi etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın nümayəndəsi vəkil X1 xx.xx.2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsindən apelyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(81)-808/2009 nömrəli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2(81)- 808/2009 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsi, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2(81)-808/2009 nömrəli qətnaməsindən xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın nümayəndəsi və vəkili X3 tərəfindən verilən apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(81)-808/2009 saylı qərardadının ləğv edilməsini, müddətin bərpasına dair ərizənin təmin edilməsindən imtina edilməsini, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2(81)- 808/2009 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinin xx.xx.2009-cü il tarixli 2- 2(81)-808/2009 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamədən görünür ki, onun icrası Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsinə həvalə olunmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsinin nəticəsindən xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın nümayəndəsinin məlumatsız olması normal məntiqə uyğun deyildir. Çünki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsinin icrasına cavabdeh təşkilat rəsmi sənədlərlə xəbərdar edilməklə başlanılır, icra sənədi üzrə başlanmış icra başa çatanda da bu barədə cavabdehə rəsmi qaydada məlumat verilir. Bütün bu hallarla təsdiq edilir ki, iddiasını təmin etməyən və hüquqi şəxs olaraq qeydiyyatını ləğv edən məhkəmə qətnaməsindən yalnız 12 il keçəndən sonra cavabdehin apellyasiya şikayəti vermək qərarına gəlməsi qətiyyən başa düşülən deyildir və əsaslı sayıla bilməz. Ən başlıcası isə, qeyd edilən məhkəmə qətnaməsinin indiyədək icra edilməli olduğuna görə, artıq ləğv edilmiş xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın adından vəkil X3 ilə kimin müqavilə bağlaması və etibarnamə verməsi halları mütləq araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, ləğv edilmiş cavabdeh İddiaçı MTKnın adından kiminləsə bağlanmış müqavilənin və verilmiş etibarnamənin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bakı Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2-2(113)-808/2009 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə “AZE MİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayətə etiraz təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(81)-808/2009 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-808/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarının 1-ci cildinin 254-cü vərəqinə əlavə edilmiş qətnamənin alınmasını əks etdirən xx.xx.2009-cu il tarixli qəbzdəki imzanın X2 məxsus olması ilə bağlı xx.xx.2022-ci il tarixdə 2-2(103)-1000/2022 nömrəli iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. 4 noyabr 2022-ci il tarixli 4/1505 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, işin 1-ci cildinin 254-cü vərəqində olan 21 iyul 2009-cu il tarixli (sənədin surətinin alınması barədə) qəbzin aşağı hissəsində imza qrafasında olan imzanın-X4 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq- hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X8 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2(81)-808/2009 nömrəli qətnaməsinin 21 iyul 2009cu il tarixdə cavabdehə təqdim edildiyi əsaslı şübhədən kənar sübutla təsdiq edilmədiyindən tərəfin apellyasiya instansiyası mərhələsində məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün müddətin bərpası barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Cavabdeh İddiaçı MTK-nın qeydiyyatının vergi orqanında ləğv edilib edilmədiyi araşdırlaraq internet vergi idarəsində olan məlumata əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin qeydiyyatı ləğv edilməmiş, mübahisələndirilən qətnamə icra edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-808/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-808/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-478/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-478/2023
26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver