Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-479/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-22/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkətinə (3-cü şəxs Goranboy rayon İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan və həmin cəmiyyətin qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq ******* manat kompensasiya məbləğinin və quraşdırılmış 530000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə həcmində əlavə vəsaitin xərclənməsi nəticəsində Cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715500 ABŞ dolları məbləğində kompensasiya məbləğinin cavabdeh şirkətdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(81) 22/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə ******* manat və 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq ******* (bir milyon bir yüz otuz altı min bir yüz on bir) manat məbləğində pul vəsaiti və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş Cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-2(103)-649/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkəti həmin qətnamədən kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-111/2020 saylı qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşübdüşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi Cənubi Qafqaz X18 xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmişdir. Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin xx xxxxxxx 2016-cı il tarixə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair xx xxxxx 2004-cü il tarixli, JN-4634 nömrəli 9Kod 50900001) Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Apelyasiya məhkəməsi “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində Cənubi Qafqaz X18 xeyrinə icarə hüququ əsasında yüklü edilən 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququ olub-olmamasını araşdırmamışdır. Apelyasiya məhkəməsi “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində 14,29263 ha və 4,26017 ha torpaq sahəsi Cənubi Qafqaz X18 xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasını, həmçinin 14,29263 ha və 4,26017 ha torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşməməsini araşdırmamışdır. Goranboy rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə ünvanlandığı xx xxxx 2017-ci il tarixli məktubunda iddiaçının icarəsinə verilmiş 400 ha torpaq sahəsinin ərazisindən Bakı-Tbilisi- Ceyhan neft boru kəmərinin 3500 metrə yaxın uzunluqda hissəsinin keçdiyini, mühafizə zolağının 36 metrə bərabər olduğunu, qaz boru xəttinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinin 1400 metr uzunluqda keçdiyini bildirmişdir. Apelyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün mübahisə olunan ərazidə “CQBKG” Layihəsi çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilibedilmədiyini, paralel inşa olunduğu halda, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin nə vaxtdan mövcud olmasını, neft boru kəmərinin mühafizə zolağının çoxillik əkmə üçün icarə və istifadəyə verilməsinin mümkünlüyünü, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı vaxtdan əkildiyini, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasını araşdırmamışdır. İddiaçı “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin də, dövlət mülkiyyətində olan və xx xxxx 2004-cü il tarixli 42 saylı sərəncam əsasında onun istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçdiyini bildirib xx xxxxx 2016-cı il tarixdə elektron məktubla cavabdehə müraciət edərək istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar daha əvvəl olduğu kimi kompensasiyanın ödənilməsini tələb etmiş, cavabdeh şirkət isə İddiaçı MMC-nin müraciətinə cavab olaraq xx xxx 2016-cı il tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013 S) istifadə üçün bütün lazımi hüquqlar xx xxxxxx 2015-ci il tarixdə Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X11 (“ÜİM”) 2 saylı Əlavə çərçivəsində CQBKG-yə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki xx xxxxx 2014-cü il tarixdə aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır. Cavabdehin mövqeyinə görə həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür, ağaclar xx xxxxxx 2016-cı il tarixdə kompensasiyası (3.100.000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən dövlətə məxsus torpaq sahəsinə (080500013 S) köçürülüb və iddiaçı kompensasiya ödənilən ağaclara görə təkrar kompensasiya tələb edir. İddiaçıya görə boru kəməri dəhlizindən köçürülmüş 906 ədəd nar kolları tələf olmağın qarşısını almaq ehtimalı ilə hazırkı mübahisə predmeti olan ərazidə artıq mövcud olan nar kollarına əlavə olaraq əkilmiş, lakin həmin 906 ədəd nar kolları qaralaraq qurumuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən xx xxxxxxx 2016-cı il tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, xx xxxxxxx 2016-cı il tarixdə baxış keçirilmiş, ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metr olması, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyən olması, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq quruması müəyyən edilmişdir. Rəydə həmçinin bildirilmişdir ki, sözü gedən əraziyə x xxxx 2016-cı il tarixdə baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə nə qədər daimi, nə qədər təzə nar kollarının sayı müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi rəylə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 400 ha torpaq sahəsi 2004-cü ildə iddiaçıya icarəyə verilmişdir. İddiaçı Goranboy rayon İcra Hakimiyyəti ilə xx xxxxxx 2016-cı il tarixdə torpaqdan istifadə hüququnun məhdudlaşdırılması barədə müqavilə imzalayan zaman hazırda mübahisə açdığı torpaq sahəsi ilə bağlı etirazı olub-olmamasına məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. Məhkəmə qərardadı ilə mübahisə ilə bağlı ekspert qarşısında həm də aşağıdakı suallar qoyulmuşdur: 7) Cavabdeh şirkət tərəfindən Bakı- Tbilisi-Ceyhan Neft boru kəmərinin və ona paralel olaraq həyata keçirilməkdə olan X23 Kəmərinin Genişləndirilməsi layihəsinin dəhlizinin hissəsi kimi istinad olunan 080500013S kodlu torpaq sahəsinin müvafiq döngə nöqtələrinin koordinatları (x və y koordinatları göstərilməklə) yerində vurulmaqla müəyyən edilsin; 8) 080500013S kodlu torpaq sahəsinin müvafiq döngə nöqtələrinin koordinatları ilə aşağıdakı 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Həmin suallarla bağlı x xxxxxx 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin bazadan götürülmüş koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatları üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşübdüşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi dəqiqliklə müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi ekspertin rəyi ilə razılaşmamasını qətnamədə əsaslandırmamışdır. Cavabdeh apelyasiya şikayətində iddiaçıya aid şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatlarının dəqiq göstərilmədiyini, iddiaçıya aid torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilmədiyini bildirmiş, məhkəmə şikayətin dəlillərinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı X12 tərəfindən x xxxxxxxx 2017-ci il tarixli 7/483 nömrəli və x xxxxxx 2017-ci il tarixli 7/651 nömrəli mütəxəssis rəylərində mübahisə ilə bağlı fərqli nəticələrə gəlinmiş, xx xxxxx 2018-ci il tarixli yerində müayinə protokoluna əsasən həmin idarənin nümayəndəsi X.Ə.Süleymanov iştirak etmiş, məhkəmə mütəxəssis rəylərində olan fərqli nəticələrə aydınlıq gətirilməsi üçün araşdırma aparmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı X12 tərəfindən x xxxxxx 2018-ci il tarixli məktuba əlavə edilmiş X.Süleymanovun da imzaladığı yeni mütəxəssis rəyi alınmış, rəy alınan zaman əvvəlki mütəxəssis rəylərində olan fərqli nəticələrə aydınlıq gətirilməmiş, x xxxxxx 2019-cu il tarixli 26748 saylı ekspert rəyində mütəxəssis rəyinə istinad edilmiş, lakin rəylərin 7 və 8-ci sualların cavabları fərqli olmasına baxmayaraq bununla bağlı məhkəmə araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 8305/06 nömrəli rəyinə əsaslanaraq iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız halda olmasına görə damla suvarma sisteminin bərpasına çəkiləcək 1.215.714,20 manatın (715.126,00 ABŞ dolları x 1,70 manat) cavabdehdən tutulması qərarına gəlmiş, lakin suvarma sisteminin cavabdehin təqsirli hərəkəti nəticəsində yararsız hala düşməsini müəyyən etməmişdir. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə bağlı həqiqətən onun icarə hüququnun məhdudlaşdırılması, cavabdehin fəaliyyəti nəticəsində iddiaçının torpaq sahəsi üzərində olan hüquqlarının məhdudlaşması və ona zərər vurması apelyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, məhkəmənin icraatında bu işdəki cavabdeh bu işdəki iddiaçıya və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və xx xxxxxx 2016-cı il tarixli müqavilənin etibarsız sayılması, müqavilə əsasında ödədiyi 3.100.000 manatın ona ödənilməsi tələbinə dair iş vardır. Məhkəmə texniki-tikinti ekspertizası təyin edilməsi ilə bağlı işin icraatı dayandırılmış, ekspertiza qarşısında torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 400 ha torpaq sahəsinin Cənubi Qafqaz X18 xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşməsi ilə bağlı və sair suallar qoyulmuşdur. Təkrar işə baxılan zaman apelyasiya məhkəməsi tərəfindən həm də həmin mübahisə üzrə işin hazırkı işlə bağlılığı, hazırkı işin icraatının dayandırılmasının mümkünlüyü müzakirə edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, Goranboy rayon İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli 42 saylı Sərəncamına əsasən rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin sərəncam əsasında xx xxxx 2004cü il tarixli 2 saylı icarə müqaviləsi bağlanmış, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx xxxxx 2004-cü il tarixli JN-4634 saylı şəhadətnamə alınmışdır. Şəhadətnaməyə görə, İddiaçı MMC-yə aid olan 400 hektar torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B saylı konturlar ilə təsvir edilmişdir. 3 hissədən ibarət həmin 400 hektar torpaq sahəsi üzərində İddiaçı MMC tərəfindən nar plantasiyası salınmış və damcılı suvarma sistemi quraşdırılmışdır. Bundan sonra “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut Goranboy rayonuna düşən hissəsində dövlət mülkiyyətində olan və xx xxxxx 2004-cü il tarixli JN-4634 saylı (KOD 50900001) «Torpaqdan müvəqqəti istifadə hüququna dair» Şəhadətnaməyə əsasən İddiaçı MMC-nin istifadəsinə verilmiş 4634 saylı kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında həmin torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı Cənubi Qafqaz X18 (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə xx xxxxxx 2016-cı il tarixli “torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC müqavilədə qeyd edilən müddət ərzində sözügedən torpaq sahəsi üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, Dövlət isə, İddiaçı MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüş və öz növbəsində, bunun qarşılığında, eləcə də İddiaçı MMC-nin müqavilənin digər müddəalarına razılıq verməsi əvəzində sonuncuya müqavilədə qeyd edilmiş ******* manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir. Bundan sonra, həmin müqavilə ilə nəzərdə tutulan kompensasiya məbləği CQBKG Layihəsi üzrə X13 Edilməsi və Kompensasiyaların Ödənilməsinə dair Təlimat Kitabçası ilə müəyyənləşdirilmiş prinsiplərə və dərəcələrə uyğun hesablanmış və X14 Ölkənin Hökuməti ilə Sazişə uyğun olaraq Dövlətin adından CQBKŞ tərəfindən xx xxxxxx 2016-cı il tarixində ümumilikdə ******* manat məbləğində kompensasiya İddiaçı MMC-yə ödənilmişdir. Həmçinin Sənaye və Energetika Nazirliyi və X22 arasında xx xxxxxx 2007-ci il tarixində X17 bağlanmış və həmin X17 Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2910 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. X8 5.01-ci maddəsinə əsasən Boru Kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları X20 verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən X20 ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə X18 xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. İddiaçı MMC-yə JN-4634 saylı Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 saylı Əlavəyə əsasən X20 ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə X18 xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. xx xxxxx 2016-cı il tarixdə İddiaçı MMC məktubla cavabdeh BP Azərbaycan şirkətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar daha əvvəl olduğu kimi kompensasiyanın ödənilməsini tələb etmiş, cavabdeh şirkət isə İddiaçı MMC-nin müraciətinə cavab olaraq, xx xxx 2016-cı il tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013S) istifadə üçün bütün lazımi hüquqlar xx xxxxxx 2015-ci il tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X11 (“ÜİM”) 2 saylı Əlavə çərçivəsində CQBKG-yə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki, xx xxxxx 2014-cü il tarixində aparılan inventarlaşdırma zamanı mövcud deyildi. Boru kəmərinin istismarı üzrə texniki heyətin və gündəlik atlı patrul xidmətinin nümayəndələri təsdiqləyiblər ki, həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür. Fakt olaraq təsdiqlənib və qeydə alınıb ki, həmin ağaclar xx xxxxxx 2016-cı il tarixində kompensasiyası (3100000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən Dövlətə məxsus torpaq sahəsinə (080500013S) köçürülüb və buna əsasən yenidən həmin ağaclara görə kompensasiya tələb edilir. Məhsula görə kompensasiya yalnız normal aqronomik qaydalara və təcrübəyə uyğun olaraq qanuni şəkildə aparılmış kənd təsərrüfatı fəaliyyətinə olan təsirə görə ödənilir. Ağacların kompensasiya almaq məqsədilə boru kəməri dəhlizinin bir hissəsindən çıxarılaraq digər hissəsinə köçürülməsi normal kənd təsərrüfatı qaydalarına və fəaliyyətinə uyğun deyil və bu qanunsuz fəaliyyətə görə BP Azərbaycan İddiaçı MMC-yə hər hansı şəkildə kompensasiya ödəmək niyyətində deyildir. İddiaçı bildirir ki, 2016-cı ilin yanvar ayında müvafiq kompensasiya ödənildiyi torpaq sahəsinin ərazisində mövcud olmuş ağacların bir qismi həqiqətən də boru kəməri dəhlizinə köçürülsə də, bu hal hazırkı mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində daha əvvəl nar kollarının mövcud olmadığı anlamına gəlmir. Belə ki, İddiaçı MMC-nin istifadəsinə verilmiş 4634 saylı kodlu 400 hektar torpaq sahəsindən ibarət ərazinin bütün hissəsində nar kolları əkilmiş, habelə suvarma sistemləri quraşdırılmış, boru kəməri dəhlizindən köçürülmüş 906 ədəd nar kolları isə tələf olmağın qarşısını almaq ehtimalı ilə hazırkı mübahisə predmeti olan ərazidə artıq mövcud olan nar kollarına əlavə olaraq əkilmiş, lakin həmin 906 ədəd nar kolları qaralaraq qurumuşdur. İddiaçı MMC tərəfindən qeyd olunan bu və digər xüsustlarla bağlı səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət olunmuş və müvafiq araşdırmalar aparılmış, araşdırılma nəticəsində nar ağaclarının və damcılı suvarma sisteminin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi və nar ağaclarının 6-7 il bundan əvvəl əkildiyi müəyyən olunmuşdur. Lakin araşdırma və müraciətlər heç bir nəticə verməmiş, cavabdeh Şirkət tamamilə qanunsuz və əsassız şəkildə davranıb 2016-cı ilin noyabr ayında İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində işləmlərə başlamış, nəticədə nəinki boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağacları məhv edilmiş, hətta bütünlükdə torpaq ərazisində olan nar ağaclarına qulluq edilməsi üçün quraşdırılmış damcılı suvarma sistemini boru kəmərinin keçdiyi dəhliz hissəsində məhv etməklə, ümumilikdə bütün suvarma sistemini sıradan çıxarmış və bununla da, boru kəmərinin keçdiyi dəhliz hissəsindən kənarda olan nar ağaclarının məhvinə səbəb olmuşdur. Beləliklə, həmin torpaq sahəsində cavabdeh Şirkət tərəfindən həyata keçirilən fəaliyyəti, habelə Goranboy rayon İcra Hakimiyyətinin hərəkətsizliyi nəticəsində İddiaçı MMC-yə vurulmuş zərərə görə MMC-nin kompensasiya tələb etmək hüququ yaranmışdır. Həmçinin, məhkəmə mübahisəsinin 2 ildən artıq müddət ərzində davam etməsi və ərazidə quraşdırılmış suvarma sisteminin cavabdeh Şirkətin təqsiri üzündən sıradan çıxarılması, o cümlədən keçən müddət ərzində bərpa olunmaması səbəbindən ərazidə hazırda da mövcud olan 3885 ədəd nar kolları da qurumuş, məhsul verməyən hala gəlmişdir. Eyni zamanda keçən müddət ərzində qeyd olunan ağaclardan İddiaçı MMC bar götürə bilmədiyi səbəbindən də maddi zərərə düşmüşdür. Bundan başqa irəli sürülmüş iddia tələbinin predmeti bilavasitə cavabdeh şirkət tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır, hər hansı bir torpaqdan istifadə hüququnun məhdudlaşdırılması ilə əlaqədar kompensasiya tələbi irəli sürülməmişdir. Bu baxımdan cavabdeh şirkətin xx xxxxxx 2002-ci il tarixdə Azərbaycan Respublikası Hökuməti ilə X18 Səhmdarları arasında X14 Ölkənin Hökuməti ilə imzalanmış Sazişə (“‘TƏMÖH Sazişi”) istinad edərək torpaqdan istifadə, sərəncam və sahiblik hüququndan irəli gələn zərərlə bağlı öhdəliklərin Dövlət tərəfindən üzərinə götürülməsinə istinad etməsi yaranmış maddi məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Ümumiyyətlə mübahisə predmetinin mövcud olduğu torpaq sahəsi ilə bağlı İddiaçı MMC-yə verilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx xxxxx 2004-cü il tarixli JN-4634 saylı şəhadətnamənin ilkin torpaq ayırma sənədlərinə uyğun gəlib-gəlməməsi hazırkı iş üzrə iddia tələbinin qanuni və əsaslı həlli üçün əhəmiyyət kəsb etmir. İddiaçı MMC Dövlət tərəfindən verilmiş Şəhadətnaməyə əsasən öz fəaliyyətini qurmuş, yəni Şəhadətnamədə göstərilən ərazidə nar plantasiyası salmış və suvarma sistemi quraşdırmışdır. Torpaq sahəsi ilə bağlı sənədlərdəki uyğunsuzluq o zaman diqqətəlayiq və hazırkı iş üzrə əhəmiyyət kəsb edərdi ki, irəli sürülmüş iddia tələbi torpaq sahəsi üzərində olan iddiaçıya məxsus əmlakın zədələnməsi və məhv olunması ilə yanaşı, həmçinin torpaq sahəsi üzərində icarə müqaviləsi əsasında olan istifadə hüququnun məhdudlaşdırılmasından irəli gələn kompensasiya tələbi edilsin. Lakin həmin tələb irəli sürülməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçının istinad etdiyi JN-4634 saylı şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Torpaq sahəsi İddiaçı MMC-yə ayrılan ərəfədə Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmiş və bunu İddiaçı MMC-nin 7 saylı Bərdə Layihə- Tədqiqat İdarəsinə ünvanlandığı xx xxxx 2016-cı il tarixli məktub da təsdiq edir. Həmin məktubda 256 hektar torpaq sahəsinin künc döngə nöqtələrinin yer üzərinə keçirilməsi xahiş olunur. İddia ərizəsinin məzmunundan da görünür ki, hazırki mübahisə predmeti 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi ilə əlaqədardır. İddiaçı həmin torpaq sahəsinin məhz JN-4634 saylı şəhadətnamə ilə əhatə olunmasını sübuta yetirməmiş, əvəzində Goranboy rayon İcra Hakimiyyəti Başçısının 192 saylı, xx xxx 2016-cı il tarixli məktubuna istinad etməklə kifayətlənmişdir. Halbuki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının həmin məktubu 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin kimin mülkiyyətində olması və İddiaçı MMC-nin xeyrinə yüklü edilib-edilməməsini müəyyən etmək üçün mötəbər sübut hesab edilə bilməz. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarının daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək səlahiyyəti yoxdur və bu səlahiyyət ƏMDK yanında DƏDRX-ə aiddir. Məhz bu səbəbdən xx xxxxx 2016-cı il tarixində 154 saylı məktubla Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin İddiaçı MMC-nin xeyrinə yüklü olub-olmaması haqqında məlumat verilməsi barədə Reyestr Xidmətinə müraciət olunmuşdur. Reyestr Xidmətinin Goranboy rayon İcra Hakimiyyətinə ünvanlandığı xx xxx 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi Goranboy Rayon İcra Hakimiyyətinə məxsus dövlət torpaq sahəsi kimi qeyd olunmuş və yüklü edilməmişdir. Nəticə olaraq iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin İddiaçı MMC-yə aidiyyətinin olması və MMC-nin həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik olması sübut edilmir. Əksinə, BP Şirkətinin təqdim etdiyi sənədlərlə bunun əksi sübuta yetirilir. Bundan başqa, TƏMÖH Sazişində müəyyən edilmişdir ki, TƏMÖH Sazişi Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, TƏMÖH Sazişinin şərtləri beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə CQBK layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunur. Göründüyü kimi iddiaçı həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olsaydı belə, şərh olunan müddəalara görə onun kompensasiya hüququ ona ödənilmiş ******* manat məbləğlə məhdudlaşır və əlavə hər hansı kompensasiya ödənişi tələb edə bilməz. Digər tərəfdən, əgər kompensasiya ödəmək öhdəliyi yaransa belə, bu öhdəlik üzrə cavabdeh tərəf Dövlətin nümayəndəsi qismində çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi olmalıdır, çünki TƏMÖH Sazişi üzrə Torpaq hüquqlarının müvafiq qaydada X20 ötürülməsini Dövlət özü təmin etməli idi. Bundan başqa iddiaçının iddia ərizəsində istinad etdiyi nar ağacları məqsədyönlü şəkildə və əvvəlcədən düşünülmüş planın tərkib hissəsi kimi əlavə kompensasiya ödənişi əldə etmək niyyəti ilə qanunsuz olaraq dövlət mülkiyyətində olan və X4i istifadəsinə verilmiş 080500013S kimi kodlaşdırılmış torpaq sahəsində sonradan yenidən əkilmişdir. Bu hal atlı patrul X6 xx xxxxxx 2016-cı il tarixli izahatı ilə təsdiq olunur. Bundan əlavə, İddiaçı MMC-nin şikayətinin araşdırılması məqsədilə xx xxxx 2016-cı il tarixində BP Şirkətinin əməkdaşları, X9 atlı patrulunun, şikayətçi İddiaçı MMC-nin nümayəndəsi Seyfulla Kazımovun və Azərbaycan Dövlət Aqrar Universitetinin bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədovun iştirakları ilə torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı təsir altına düşən torpaq sahəsinin GPS koordinatları götürülmüş, ağacların əkildiyi yer müəyyənləşdirilmiş və aydın olmuşdur ki, nar kolları Genişləndirmə Layihəsinin tikinti dəhlizinin sırf sərhədləri daxilində əkilmişdir. X5 tərəfindən Seyfulla Kazımovun razılığı ilə nar kollarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, ağaclar həmin torpaq sahəsinə başqa bir sahədən 20-30 gün əvvəl çıxarılaraq gətirilib əkilmişdir. Bundan əlavə, İddiaçı MMC-nin nümayəndəsi ilə 080500005aS(U), 080500005bS(U), 080500005S(U), 0805000İÜS(U) və 080500011S(U) kodlu torpaq sahələrinə də baxış keçirilmiş, 080500011S(U) kodlu torpaq sahəsindən başqa qalan torpaq sahələrindəki nar kollarının çıxarıldığı aşkar edilmiş, nar kollarının çıxarıldığı torpaq sahəsində əmələ gəlmiş çuxurlar, eləcə də çuxurlardakı nar kollarının köklərinin qaldığı aydın görünmüşdür. Belə nəticəyə gəlinmişdir ki, həmin sahələrdən çıxarılmış nar kolları 080500013S(U) kodlu torpaq sahəsinə əkilmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinin bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədov xx xxxx 2016-cı il tarixli rəyində də bu hal təsdiq olunmuşdur. Eyni zamanda, iddiaçı öz subyektiv hüququnu təsbit edə bilməməsi ilə yanaşı, həmçinin qanunla qorunan obyektiv hüququ da təhrif edərək hüquqdan suiistifadəyə yol vermiş, cavabdehin nə təqsirini, nə də ki hüquqa zidd hərəkətlərini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçı zərərin mövcud olmasını onunla əsaslandırmışdır ki, dövlət tərəfindən onun icarəsinə verilmiş sahədə salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sistemi cavabdeh şirkət tərəfindən sökülmüş və bunun nəticəsində ona zərər dəymişdir. Cavabdeh də həmin sahədə nar plantasiyası salındığını, lakin bunun xx xxxxxx 2016-cı il tarixdə ümumilikdə ******* manat məbləğində kompensasiya aldıqdan sonra İddiaçı MMC tərəfindən 2016-cı ilin fevral-mart ayında həmin sahəyə köçürülmüş və artıq kompensasiya aldığı ağaclar olduğunu bildirir. Bununla yanaşı cavabdeh bildirir ki, həmin sahədə damcılı suvarma sistemi mövcud olmamışdır. Göründüyü kimi zərərin mövcud olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə mübahisəli ərazidə həqiqətən də nar ağaclarının və damcılı suvarma sisteminin mövcud olub-olmaması müəyyən edilməlidir. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları nəzərə alaraq kollegiya qeyd edir ki, mübahisəli ərazidə damcılı suvarma sisteminin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya, nar ağaclarının əvvəl əkilən ağaclar deyil, məhz kompensasiya ödənilmiş və sahəyə köçürülmüş ağaclar olması halının sübut vəzifəsi isə cavabdehə aiddir. İş materiallarında olan Goranboy rayon İcra hakimiyyəti Başçısının adından BP İcazələr və Torpaqayırma üzrə menecer Namiq Abbasovun adına olan xx xxx 2016-cı il tarixli 192 saylı məktubda göstərilmişdir ki, rayon İcra Hakimiyyəti başçısının 2004-cü il 24 mart tarixli 42 saylı sərəncamı ilə Dövlət Ehtiyat Fondundan 400 hektar torpaq sahəsi İddiaçı MMC-yə 50 il müddətinə icarəyə verilmişdir. Xəritədə ********* S kimi kodlaşdırılmış sözügedəni torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir və MMC tərəfindən istifadə edilir. Hazırda orada İddiaçı MMC tərəfindən nar bağı salınmış, damcılı suvarma sistemi quraşdırılmışdır. İsrail Respublikasının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, 2011-ci ildə irriqasiya sistemi quraşdırılmış ərazinin monitorinqi həyata keçirilmiş, irriqasiya sistemi konkret olaraq göstərilmiş sahədə quraşdırılarkən ümumi dəyəri 530000 ABŞ dolları təşkil etmiş və həmin irriqasiya sisteminin təkrar quraşdırılması 2017-ci ildə göstərilən məbləğə 1,35 dəfə həcmində əlavə xərclər nəzərdə tutulmaqla cəmi məbləğ 715500 ABŞ dolları təşkil edir; “xxxxxxxxxx” ASC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli ASC/2-1240 saylı məktubda göstərilmişdir ki, İsrail dövlətinin istehsalı olan damcılı suvarma sistemləri üçün və digər avadanlıqların Goranboy rayonu Dövlət Ehtiyat Fondu torpaqlarından meyvə bağlarının salınması məqsədilə İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verilmiş 400 ha sahədə quraşdırılması ilə birlikdə ümumi dəyəri 3477920,0 (üç milyon dörd yüz yetmiş yeddi min doqquz yüz iyirmi) manat (təxminən ******* ABŞ dolları məbləğinin manat ekvivalenti ilə) təşkil edir. Adı çəkilən avadanlıqlar 2009-2011-ci illərdə xx.xx.2009-cu il tarixli 10-İM nömrəli, xx.xx.2010-cu il tarixli 11-İM/10 nömrəli, xx.xx.2011ci il tarixli 07-İM/11 nömrəli ilkin müqavilələr əsasında “xxxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə uyğun olaraq lizinqə verilmişdir. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Energetika Nazirliyinə təqdim edilmiş xx xxxxxxx 2016-cı il tarixli rəydə qeyd edilmişdir ki, xx xxxxxxx 2016-cı il tarixdə İddiaçı MMC şirkətinin torpaq sahəsinin CQBKGL tikinti dəhlizinin təsirinə məruz qalan hissəsinə baxış keçirilərkən müəyyən edildi ki, həmin ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metrdir, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyəndir, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq qurumuşdur. Baxış keçirərkən nar kollarının sayılmasında CQBKGL BP şirkətinin nümayəndələri Sailov Əsəd, Əsədov Hüseyn, Vəliyev Tural, Kazımov Aydın və Luis Nava iştirak etdilər. Damcılı suvarma sistemi quraşdırılmış ərazidə nar kolları aqrotexniki qaydalara riayət etməklə əkilmiş, cərgə və bitkilər arası məsafələr normaldır. Lakin yaxşı xidmət olunmadığına görə nar kollarının yarpaqları saralmış, çox hissəsi tökülmüşdür və sahə hədsiz alaqlıdır. Kolların üzərində olan meyvələr cılızdır və əksəriyyəti partlamışdır. Bunun səbəbini şırkətin nümayəndəsi kəmərin ərazidən keçməsinə görə qulluq işlərinin aparılmaması ilə izah etdi. Sözügedən əraziyə xx xxxx 2016-cı il tarixində CQBKGL BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Çünki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə baxış keçirilən ərazidə nar kollarının miqdarının nə qədər olması müəyyən edilməmiş, yəni nə qədəri daimi və nə qədəri təzə köçürülmüşdür. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Məmmədov Vasif Mövsüm oğlu ifadəsində göstərmişdir ki, 2014-cü ildən BP Şirkətinin torpaq üzrə koordinator vəzifəsində çalışır, bu məsələlərlə əlaqədar 2016-cı ilin mart ayının 5-də məlumat əsasında komissiya şəklində həmin ərazidə olub, orada əkilən ağacların mütəxəssis tərəfindən yoxlamasında yoldaşlarla birgə iştirak etmiş, ərazidə texniki nəzarəti həyata keçirmişlər. Aydın məsələdir ki, orada iştirak edən komissiya üzvlərin də, o cümlədən mütəxəssis öz rəyini bildirdi, ona uyğunda akt tərtib olundu. Yəni mütəxəssis öz rəyində göstərdi ki, bu ağaclar həmin əraziyə yeni əkilib, yeni köçürülüb, o cümlədən həm köklərində, həm də ağacın gövdələrində hiss olunurdu ki traktorla çıxarılıb, sıyrıntılar var, yeni əkilib. Bununla bağlı orada və köçürülən ərazidə də şəkillər çəkmişlər. Verilmiş sualları cavablandırarkən şahid bildirmişdir ki, onların vəzifələri müşahidə edib yazmaqdan ibarətdir, baxış zamanı müəyyən olundu ki, ağaclar bu əraziyə, yəni mütəxəssisin verdiyi rəyə əsasən, yeni baxışdan təxminən 20-30 gün öncə digər əvvəlki sahədən çıxarılıb əraziyə köçürülüb. Həmçinin 2016-cı ilin 5 mart tarixində yağışlı hava idi, baxış zamanı həmçinin BP şirkətinin bir nümayəndəsi Emil Korçiyev, ondan sonra patrul dəstədən Heydər müəllim, Abbas adlı digər nümayəndə, İddiaçı şirkətinin icraçı direktoru Seyfulla müəllim, habelə ictimaiyyətlə əlaqədar şöbənin əməkdaşı Elbəy Quliyev də orada iştirak edirdi, mütəxəssis kimi isə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Qurban Məmmədov idi. Baxış zamanı X5 özü Seyfulla müəllimə müraciət edərək ərazidəki ağacların kökün yoxlamaq üçün icazə aldı, bəzi ağaclardan görünürdü ki, ağac yeni qazılıb çıxarılaraq əkilib ora, bəziləri isə gücnən çıxarılıb, yəni əvvəl də orada olmuşdur, nümunə üçün fərqli-fərqli yerlərdən 15-20-yə yaxın ağac yoxlanılmışdır. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 2015-ci ilin yanvar ayının 19-dan layihədə sahə və icarələr üzrə koordinator kimi çalışır, bu işlə bağlı 2 dəfə cəlb olunmuş, birinci dəfə mart ayının 5-də sahələrdən nar ağaclarının götürülüb 13S torpağına əkilməsi ilə bağlı məlumat gəlmiş və onunda bağlı araşdırma qrupu təyin olunmuşdur. Bu səbəbdən əraziyə baxış keçirilmiş, baxış zamanı aqronom Qurban müəllim, sosial şöbəsindən bir nəfər BP-nin əməkdaşı və 2 nəfər atlı patrul orada olmuşdur. Həmin sahədə aparılan müşahidə zamanı müəyyən olunmuşdur ki, başqa ərazidən həmin o 13S torpağında nar ağacları əkilib. İlk dəfə ora gedəndə Qurban müəllimlə, aqronomla və İddiaçı MMC-nin nümayəndəsi ilə birgə təxminən 20-30 ağac seçib ağaclara baxmışlar və həqiqətən də görüldü ki, onlar köklü şəkildə bir ərazidən götürülüb digər əraziyə basdırılmışdır. Bununla bağlı şəkillər də çəkilib. Bu birinci dəfə idi, ikinci dəfə İddiaçı şirkəti tərəfindən iddia olundu ki, həmin 13S kodlu torpaq məhz onlara məxsusdur. Bu səbəbdən ikinci səfər təşkil olundu və mart ayının 17 ya 18 idi İddiaçı Şirkətinin nümayəndəsi Seyfulla müəllim və Kadastr Xidmətinin koordinator nümayəndəsi ilə birlikdə əraziyə baxış keçirildi. Naturada onların şəhadətnaməsi vardır, 46-34, və kadastr göstərdiyi koordinatlar naturada vurulmuş, şəkillər çəkilmişdir. Bu prosesə ikinci dəfə idi ki, nümayəndə kimi cəlb olunmuş, araşdırma zamanı həqiqətən də 13S kodlu torpaq sahəsinin İddiaçı MMC-nin iddia etdiyi əraziyə daxil olduğu təsbit olunmuş, lakin torpaq artıq 2010-cu ildən öncə yüklü idi, bu o deməkdir ki, o ərazi İddiaçı şirkətinə məxsus ola bilməz, torpaq sahəsi «Layihə»nin xeyrinə yüklü idi. Şahid qismində dindirilmiş X16 ifadə verərək ağacların əraziyə sonradan köçürüldüyünü, daha öncə ərazidə ağaclar görmədiyini qeyd edib digər şahidlərin verdiyi ifadəyə uyğun şəkildə ifadə vermişdir. X16 tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli izahatda göstərilmişdir ki, o, səhər öz işini icra edərkən BTC kəmərinin 265-ci km-liyinə gəlib çatmış və xx.xx.2016-cı il tarixində saat 10.00-da orada İddiaçı MMC-nin işçilərinin kəmərdən 15 metr aralıda nar bağında olan ağacları çıxarıb başqa yerə apardıqlarını görmüş və bu barədə öz rəhbəri Heydər Abbasovu məlumatlandırmışdır. Bundan sonra, Heydər Abbasov hadisə yerinə gəlmiş və Abbas Kərimovla birlikdə İddiaçı MMC-nin rəhbəri və işçiləri ilə görüşmüşlər. Günorta həmin yerə baxış keçirəndə görmüşdür ki, çıxarılan ağaclar kəmərdən 15 metr aralı əkilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sübutlar və işin halları ilə təsdiq olunur ki, mübahisəli ərazidə əvvəldən əkilmiş nar ağacları və quraşdırılmış damcılı suvarma sistemi mövcud olmuşdur. Belə ki, mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisəli sahəyə birinci dəfə xx xxxx 2016-cı il tarixdə baxış keçirilmiş və 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Bu hal seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarılması nəticəsində müəyyən olunmuşdur. Lakin həmin baxış zamanı nə qədər daimi, nə qədər təzə nar kollarının sayı müəyyən edilməmişdir. Göründüyü kimi mütəxəssis rəyi ilə təsdiq olunur ki, mübahisəli əraziyə xx xxxx 2016-cı il tarixdə baxış keçirilən vaxt həm əvvəl əkilmiş, həm də yeni əkilmiş nar kolları müəyyən edilmişdir. Bununla yanaşı onların sayı müəyyən edilməmişdir. Mübahisəli sahəyə ikinci dəfə xx xxxxxxx 2016-cı il tarixdə baxış keçirilmiş və 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin kollardan 214 ədədinin bar verməyən olması, eyni zamanda sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq quruması, ərazidə damcılı suvarma sisteminin quraşdırılması və nar kollarının aqrotexniki qaydalara riayət etməklə əkilməsi müəyyən edilmişdir. Göründüyü kimi mütəxəssis rəyi ilə təsdiq olunur ki, mübahisəli əraziyə xx xxxxxxx 2016-cı il tarixdə baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kolları mövcud olmuş, həmin nar kolları aqrotexniki qaydalara riayət etməklə əkilmiş, həmçinin quraşdırılmış damcılı suvarma sistemi mövcud olmuşdur. Eyni zamanda müəyyən olmuşdur ki, sonradan əraziyə köçürülən nar kollarının sayı 906 ədəddir və onlar qaralaraq qurumuşdur. Göründüyü kimi mütəxəssis rəyi ilə 1421 ədəd sağlam nar kollarının 6-7 il əvvəl əkildiyi təsdiq olunur. xx xxxx 2016-cı il tarixdə baxış keçirilən vaxt müəyyən edilən hal, yəni 6-7 illik nar kollarının bir ay əvvəl sahəyə köçürülməsi halı isə mübahisəyə təsir etmir. Çünki həmin vaxt hansıların əvvəl, hansıların yeni əkilməsi dəqiq müəyyən edilməmişdir. Eyni zamanda xx xxxxxxx 2016-cı il tarixdə keçirilən baxış vaxtı dəqiq müəyyən edilmişdir ki, 1421 ədəd nar kolları 6-7 il əvvəl, 906 ədədi isə sonradan köçürülmüş və onlar da qaralaraq qurumuşdur. Bu baxımdan kollegiya hesab edir ki, şahidlərin ifadəsində göstərilən “yeni əkilən ağaclar” da məhz sonradan köçürülmüş 906 ədəd nar kollarıdır. Həmin ərazidə başqa ağacların olmaması ilə bağlı şahidlərin ifadəsi isə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki bu hal mütəxəssis rəyi ilə tam təkzib olunur. Bundan başqa şahid Abbas Kərimovun ifadəsinə əsasən, o, xx xxxxxx 2016-cı il tarixdə mübahisəli ərazidə ağacların əkilməsini görmüş və bu barədə cavabdeh şirkətin əməkdaşlarına məlumat vermişdir. Belə olan halda, yəni cavabdehin bildirdiyi hallar və təqdim etdiyi sübutlara əsasən, həmçinin mübahisəli əraziyə birinci baxışın xx xxxx 2016-cı il tarixdə keçirildiyi nəzərə alındıqda müəyyən olunur ki, bu qısa müddət ərzində 2327 ədəd (1421 + 906) nar kolları aqrotexniki qaydalara riayət edilməklə əkilmiş və damcılı suvarma sistemi quraşdırılmışdır. Halbuki cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən bu qədər qısa müddət ərzində 906 ədəd ağacdan başqa 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmayə, zəhmət və vaxt tələb edən suvarma sisteminin quraşdırılması sadəcə olaraq mümkünsüzdür. Hətta bunun mümkün olduğu qəbul edilsə belə, cavabdehin onun nəzarətində olan sahədə iddiaçıya bu hərəkətlərin həyata keçirməsinə icazə verməsi və buna faktiki olaraq göz yumması inandırıcı deyildir. Çünki cavabdeh şirkət kifayət qədər nəhəng və məsuliyyətli bir layihənin icrasını həyata keçirmək üçün məsul texniki operator olmuş və o, həmin ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün çoxsaylı tədbirlər görmüş, o cümlədən ərazilərə daima növbəli şəkildə nəzarət edən atlı patrullar yerləşdirmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, əgər həqiqətən də cavabdehin qeyd etdiyi kimi ağaclar xx xxxxxx 2016-cı il tarixdə və həmin tarixdən sonra mübahisəli sahəyə köçürülsəydi, (906 ədəd qurumuş ağac istisna olmaqla, çünki iddiaçı həmin ağacların digər sahədən köçürüldüyü etiraf edir və bununla bağlı hazırda hər hansı iddia qaldırmır) onda cavabdeh şirkət ən azı həmin tarixlərdə köçürülmə ilə bağlı iddiaçı şirkətə qarşı pretenziya irəli sürər və ya bununla bağlı xəbərdarlıq bildirişi göndərərdi. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu, o cümlədən foto və video-görüntüləri məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə dindirilmiş şahidlər cavabdeh şirkətin əməkdaşları olmaqla qeyd olunan hallarla bağlı qeyri-səmimi və qeyri-dəqiq ifadə vermişlər. Həmin nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin İddiaçı MMC-nin icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması isə hazırki mübahisənin həllinə təsir etmir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 26748 nömrəli rəyinə əsasən həmin torpaq sahəsi (rəydə tədqiq olunan boru kəməri kimi ifadə olunub) İddiaçı MMC-nin JN 4634 nömrəli Şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh də bu hala etiraz etmir, lakin bildirir ki, həmin şəhadətnamə düzgün verilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən və iş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 42 saylı sərəncamına aid yerquruluşu planı ilə xx xxxxx 2004-cü il tarixli JN-1634 nömrəli şəhadətnamədə göstərilmiş sxem (cizgi) arasında uyğunsuzluqlar var. Həmçinin cavabdeh həmin torpaq sahəsinin onun (X18) xeyrinə icarə hüququ ilə yüklü edilməsinə istinad edir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıldılması nəticəsində vurulmuş zərərin əvəzini ödənilməsi təşkil edir. İş materiallarından da görünür ki, İddiaçı MMC nar məhsullarının istehsalı ilə məşğul olan şirkətdir və hazırki işdə də o, bütün fəaliyyətini yəni nar ağaclarının əkilməsi, damcılı suvarma sisteminin quraşdırılması və s. qeyd olunan torpaq sahəsində məhz Goranboy rayon İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli 42 saylı sərəncamı, həmin sərəncam əsasında bağlanmış xx xxxx 2004-cü il tarixli 2 saylı icarə müqaviləsi, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx xxxxx 2004-cü il tarixli JN-4634 saylı şəhadətnamə əsasında qanuni əsaslarla həyata keçirmiş, torpaq sahəsinin onun tam qanuni sahiblik və istifadəsində olmasını güman etmiş və onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsinin daha sonra Sənaye və Energetika Nazirliyi ilə X22 arasında bağlanmış X17 əsasında hazırki iş üzrə cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkətinin sahiblik və istifadəsinə verilməsinin, həmin torpaq sahələrinin üst-üstə düşübdüşməməsinin, üst-üstə düşdüyü təqdirdə torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbinin araşdırılmasının, o cümlədən Cənubi Qafqaz X18 xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur və hətta tərəflər arasında olan digər inzibati mübahisə üzrə həmin məhkəmə iddiaçının adına olan şəhadətnamənin ləğv edilməsi nəticəsinə gəlinsə belə, bu hazırki halda iddiaçının torpaq sahəsində əkdiyi ağaclar və quraşdırdığı suvarma sistemi üzərində mülkiyyət hüququnu istisna edə və cavabdehin tərəfindən həmin ağacların məhv edilməsi və suvarması sisteminin sıradan çıxarılması kimi hərəkətlərə haqq qazandıra bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi iddiaçı bütün fəaliyyətini və sərmayəsini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində isə təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqinə dair «Tre Traktorer AB» İsveçə qarşı məhkəmə işində Avropa Məhkəməsi təsdiq etdi ki, hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan iqtisadi maraqlar 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşür. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinin geniş olduğunu nümayiş etdirən digər iş «X15 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işidir. X19 Məhkəməsi bu işdə qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. Ərizəçi 1978-ci ildə torpaq sahəsi almışdı və ümid edirdi ki, aldığı icazə əsasında orada sənaye tikintisini həyata keçirəcəkdir. Sonradan, 1982-ci ildə İrlandiya Ali Məhkəməsi qərara aldı ki, tikinti planına icazə verən orqan səlahiyyət həddini aşıb və həmin icazə qüvvədə olan qanunvericiliyə zidd olduğuna görə etibarsızdır. Ərizəçi iddia etdi ki, Ali Məhkəmənin qərarı onun 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna ziddir. Məhkəmə öncə qarşıya belə bir sual qoydu ki, ümumiyyətlə ərizəçinin torpaq sahəsində tikinti aparmaq hüququna müdaxilə 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan hüquqa müdaxilə təşkil edirdimi? Dövlət iddia edirdi ki, İrlandiya qanunvericiliyinə əsasən ərizəçinin sözügedən hüququ mülkiyyət hüququ deyildi. Məhkəmə dövlətin əleyhinə qərar çıxardı, çünki ərizəçi torpağı alarkən dövlət reyestrində lazımi qaydada qeydə alınmış icazəyə malik idi və o, həmin icazənin etibarlı olduğuna ümid etməyə haqlı idi. Məhkəmə qeyd etdi ki, mövcud vəziyyətdə Ali Məhkəmənin qəbul etdiyi qərarın ərizəçinin mülkiyyət hüququna müdaxilə təşkil etmədiyini düşünmək «haqsız formalizm» olardı. Həmin qərar qəbul edilənə qədər ərizəçi nəzərdə tutulan tikinti işlərini həyata keçirəcəyinə hüquqa uyğun olaraq ümid edə bilərdi və bu işdə mübahisə predmeti torpaq sahəsi olduğuna görə onun bu ümidi 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun bir komponenti hesab edilə bilərdi. X1rşı məhkəmə işi üzrə qərarında da (xx xxxx 1999) Avropa Məhkəməsi sahibkarlıq maraqlarına «mülkiyyət» kimi yanaşdı. Bu işdə cənab K.N. Yunanıstanda miras qismində daşınmaz əmlak əldə etmişdi və həmin əmlaka aid torpaq sahəsində üstüaçıq kinoteatr tikmək qərarına gəlmişdi, bunun üçün o, dövlət orqanlarından lazımi icazə almışdı. Sonradan üzərində kinoteatr tikilmiş torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı mübahisə yarandı və dövlət həmin sahənin mülkiyyətçisi oluğunu iddia etdi. Buna baxmayaraq, dövlət həm də K.N.-in vərəsələrindən miras vergisi ödəmələrini tələb etdi. Torpaq üzərində mülkiyyət hüququ ilə bağlı mübahisə davam etdiyi müddətdə – 1978-ci ildə K.N.-in vərəsələri kinoteatrı ərizəçiyə icarəyə verdilər və ərizəçi orada təmir işləri apardı. 1989-cu ildə dövlət orqanları ərizəçinin həmin binadan çıxarılması barədə göstəriş verdilər. Müvafiq order məcburi qaydada icra edildi və kinoteatr şəhərin yerli bələdiyyə şurasına verildi. Ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından hər hansı «mülkiyyət» hüququna malik olub-olmadığı məsələsini araşdırarkən Məhkəmə təsdiq etdi ki, «mülkiyyət» anlayışı maddi obyektlərlə məhdudlaşmır; «aktivlər» təşkil edən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və deməli, 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» sayıla bilər. Məhkəmə aydın şəkildə bildirdi ki, o, dövlətdaxili hüquq əsasında torpağın kimə məxsus olduğu barədə mübahisəni həll edə bilməz, lakin qeyd etdi ki, ərizəçi sözügedən torpaq sahəsindən çıxarılana qədər icarə müqaviləsinə əsasən kinoteatrın istismarına görə cavabdehlik daşıyırdı, həmin müqavilə hüquqi qüvvəyə malik idi və bu fəaliyyət nəticəsində ərizəçi müştəri kütləsi toplamışdı, həmin müştərilər isə «aktiv» təşkil edirdi. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının mübahisəli ərazidə əkdiyi ağaclar və quraşdırdığı suvarma sistemi üzərində mülkiyyət hüququ mövcud olmuşdur. Cavabdeh şirkət də həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olduğunu və ya ən azı məxsus ola biləcəyini bilirdi. Çünki 2016-cı ilin fevral ayından bu barədə məlumat almış, bununla bağlı mübahisəli əraziyə baxış keçirmiş, mütəxəssis dəvət etmiş, Goranboy rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə bu məsələ ilə bağlı yazışmalar aparmış, həmçinin iddiaçının kompensasiya ödənilməsi ilə bağlı təklifini almışdır. Lakin bu məsələnin mübahisəli olmasına baxmayaraq, iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə isə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz (hüquqazidd) hərəkətlər kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunur ki, əgər cavabdeh yuxarıda qeyd olunan hərəkətləri, yəni əvvəlcədən iddiaçıya xəbərdarlıq edib həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt verdikdən sonra boru kəmərinin inşasına davam etsəydi və hazırki və ya hazırda tərələr arasında olan inzibati mübahisədə həmin əraziyə aid torpaq sahəsinin iddiaçının deyil, cavabdehin istifadəsində olan torpaq sahəsinə aid olduğu müəyyən edilsəydi o, zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad edilərdi. Çünki bu halda Mülki Məcəllənin 21.3-cü maddəsinin tələbləri nəzərə alınardı. Həmin maddədə isə göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Lakin, cavabdeh bu hərəkətləri etməmiş və özbaşına olaraq iddiaçının mülkiyyəti hesab edilən əmlakı məhv etmişdir. Cavabdeh tərəfindən TƏMÖH Sazişinə istinad edilməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin Saziş Azərbaycan Respublikası Konstitusiyası istisna olunmaqla digər daxili qanunvericilikdən üstün tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyətçinin hüquqları qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Həmçinin cavabdehin istinad etdiyi digər, yəni kompensasiya ödəmək öhdəliyinin Azərbaycan Respublikası Energetika Nazirliyinə aid olması ilə bağlı dəlillər də əsassızdır. Çünki hazırkı mübahisənin predmetini cavabdeh tərəfindən kompensasiya ödənilməsi deyil, delikt nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, hazırki işdə zərərin əvəzinin ödənilməsi üçün zəruri olan bütün şərtlər, yəni zərərin mövcud olması, zərərin qanunsuz hərəkət nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması şərtləri müəyyən edilir. Dəymiş zərərin məbləği isə aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, X23 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində X13 edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür ki, Layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı - 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə ******* manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38948 manat olmaqla, cəmi ******* (bir milyon bir yüz otuz altı min bir yüz on bir) manat müəyyənləşdirilməlidir. Damcılı suvarma sisteminin bərpa edilməsi üçün tələb olunan məbləğ isə yuxarıda istinad olunan İsrail Respublikasının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubda göstərilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxx 2019-cu il tarixli 8305/06 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş və zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. İsrail Respublikasının “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli KO-01/09 saylı müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1215714,20 manat (715126,00 ABŞ dolları x 1,70 manat) müəyyən edilir. Bu baxımdan kollegiya hesab edir ki, suvarma sisteminin tam şəkildə sıradan çıxarılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq cəmi 715126,00 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-111/2020 saylı qərarında əks olunan göstərişlərə dair kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-22/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-479/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-479/2020
30.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver