Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-479/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh5, cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh4 və onun nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-20/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Nümayəndə1 ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-20/2023 saylı qətnaməsi ilə iddiaçı Nümayəndə1 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Nümayəndə1 ASC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Nümayəndə1 ASC və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Nümayəndə1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 100876-529791/1 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 93026.71 manat əsas borc, 20352.83 manat məbləğində faiz borcu olmaqla, cəmi 113379.54 (bir yüz on üç min üç yüz yetmiş doqquz manat, əlli dörd qəpik) manat məbləğində kredit borcu, 160,40 (bir yüz altmış manat, qırx qəpik) manat məbləğində məhkəmə xərci olmaqla, cəmi 113539,94 (bir yüz on üç min beş yüz otuz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pulu cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada hər ay 5000 (beş min) manat olmaqla 23 ay müddətində Nümayəndə1 ASC-yə ödəməyi öhdələrinə götürürlər;
2. Cavabdehlər tərəfindən cəmi 113539,94 (bir yüz on üç min beş yüz otuz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Nümayəndə1 ASC-yə tam ödənildikdən sonra iddiaçı Nümayəndə1 ASC xx.xx.2018-ci il tarixli, 100876-529791/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477,2 kv.m-dən ibarət qeyri-yaşayış binası-80 saylı hamam kompleksini yüklülükdən azad etmək barədə müvafiq orqana müraciət etməyi öhdəsinə götürür;
3. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən bu sazişdə nəzərdə tutulmuş məbləğ ardıcıl 2 ay müddətində ödənilmədiyi təqdirdə, xx.xx.2018-ci il tarixli, 100876- 529791/1 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477,2 kv.m-dən ibarət qeyri-yaşayış binası-80 saylı hamam kompleksinə yönəldilsin, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 400000 (dörd yüz min) manat müəyyən edilsin, İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin,
4. İpoteka predmeti hərracda satıldıqda cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 477.2 kv.m-dən ibarət qeyri-yaşayış binası-80 saylı hamam kompleksindən çıxmağı və həmin qeyriyaşayış binasının boşaldılmasını öhdələrinə götürürlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-20/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn