Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-48/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4835/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 avqust 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən dəymiş zərərin yeni qiymətlə, bir səhmə görə 5 manat qiymətləndirilərək, ona 17500 manat məbləğində kompensasiyanın 25%-ni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yəni indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesabına, 75%-ni Azərbaycan Respublikası Dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e-2-2(113)-4835/2022 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş və şikayətə 04 oktyabr 2022-ci il tarixdə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraata şifahi qaydada məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı şikayəti müdafiə etdi. Cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika X9 əmlakının özəlləşdirilməsinin Dövlət Proqramına uyğun 07 fevral 2006-cı ildə keçirilmiş ixtisaslaşdırılmış çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququndan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi-11 ünvanında yerləşən "xxxx" ASC-nin səhmdarı olmuşdur. Lakin xəbəri olmadan 2007-ci ildə "xxxx" ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmişdir. "xxxx" ASC qanunvericilikdə nəzərdə tutulan qaydada ləğv olunmalıdır. Bu halda, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda, bu nəzərə alınmamış və onunla hər hansı haqq hesab aparılmamışdır. Milli Depozit Mərkəzindən verilən xx.xx.2008-ci il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən o, (İddiaçı) 3500 ədəd "xxxx" ASC-nin adlı səhminin sahibidir. 2007-ci ildə "xxxx" ASC-nin səhmlərinin bir ədədinin bazar qiyməti 1 manat olub və o, Birjada Qiymətli kağızlarla alqı-satı haqqında müqaviləyə əsasən həmin ildə "xxxx" ASC-nin səhmlərini həmin bazar qiymətinə, yəni bir ədədini 1 manata almışdır. Bu mənada hüquqi şəxs ləğv edildiyi dövrdə ona kompensasiya verilsəydi 3500 manat (3500 səhm x 1 manat) almalı idi. Kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehlərin üzərində olduğu üçün bu kompensasiyanı vaxtında almadığından əldən çıxan fayda şəklində ona 2007-ci ildə verilməli olan məbləğ qanunvericiliyin tələbinə uyğun surətdə indeksləşdirilməlidir. "xxxx" ASC-nin səhmdarı olan dövrdə 1 ABŞ dollarının Azərbaycan manatına görə rəsmi kursu 1USD=0,78 manat olub. Hal-hazırda isə 1 ABŞ dollarının qiyməti 1,70 manatdır. Yəni manat 2,18 dəfə dəyərdən düşüb. 2007-ci ildə "xxxx" ASC-nin səhminin birjada bazar qiymətinin 1 manat olmasını, manatın dollara nisbətdə 2,18 dəfə dəyərdən düşməsini, keçən 14 ildən çox olan dövrdə inflyasiyanı, puldan istifadə əmsalının sıfır olmasını və Mərkəzi Bankın bank faizinin uçot dərəcəsinin hər il üçün orta hesabla 9 % olmasını nəzərə alsaq, "xxxx" ASC-nin hal-hazırda bir səhminin qiyməti təqribən 5 manat olmalıdır. Kompensasiyanın ödənilməsi barədə ilk olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(011)-2305/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdehlərə və Bakı İnzibati Məhkəməsinə müraciət etmələri qərara alınmışdır. Sonra cavabdehlərə və Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadı ilə kompensasiyanın ödənilməsi tələbinə dair iddiaları mümkün sayılmamışdır. Bu qərardaddan apellyasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərarın verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1976/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah etmişdir ki, hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları saxlanılır. Sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(011)-8624/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadına əsasən iddiaçılar tərəfindən bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən, iddiaçıların birgə iddiaçı kimi müraciət etməsi üçün hər hansı bir əsas məhkəmə tərəfindən müəyyən olunmadığından və iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri (02) nüsxə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu sənəd çatışmazlıqlarını aradan qaldıraraq yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir və həmin Məhkəmənin 2(011)- 1867/2022 saylı, 16 mart 2022-ci il tarixli qərardadına əsasən mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati Prosessual Məcəllənin 2.2-ci və 2.2.7-ci maddələrinin tələblərinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati akt qəbul etmək səlahiyyəti verilmiş müvafiq icra hakimiyyəti orqanlarıdır, iddiaçı da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsində göstərilən maraqlı şəxslərə, iddianın predmeti isə İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində göstərilmiş iddialara aiddir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrində isə təsbit olunmuşdur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan kollegiya hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Əlavə olaraq kollegiya qeyd edir ki, hazırki işin dayandırılması üçün əsas olan hallar da iddia ərizəsinin müvafiq inzibati məhkəmədə baxılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən müəyyən olunur ki, iddiaçılar X14, X3, İddiaçı, X7, X12, X4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən dəyən zərərin bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, X10 2400 manat (480 səhm x 5 manat), X1 6720 manat (1344 səhm x 5 manat), İddiaçı 17500 manat (3500 səhm x 5 manat), X5 720 manat (144 səhm x 5 manat), X8 1920 manat (384 səhm x 5 manat), X2 720 manat (144 səhm x 5 manat) kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli 2-1(112)-5590/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan şikayət vermişlər və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-1976/2021 saylı qərardadı ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5590/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 14 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərardaddan kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Alyans Vəkil Bürosuna ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-1976/2021 saylı qərardadından kassasiya şikayəti vermək hüququndan istifadə etmək istəmədiyini bildirmişdir. Alyans Vəkil Bürosunun vəkili Musa Həsənov da xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-1976/2021 saylı qərardadından kassasiya şikayəti vermək hüququndan istifadə etmək istəmədiyini bildirmişdir. Göründüyü kimi həmin iş üzrə iddianın mümkün sayılıb-sayılmaması məsələsinə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının yenidən iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməsi istisna oluna bilməz. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4835/2022 saylı 22 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-48/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-48/2023
16.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver