Məhkəmə qərarları › İş №2-2(103)-480/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-480/2020

17.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-480/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASCyə qarşı «siyahıya alınmış əmlakın açıq hərracda satıması tələbinə dair» kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilməsi ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin işin ona göndərilməsi barədə rəsmi müraciətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1459/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iş üzrə aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-250/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün iş materilları Bakı Kommersiya Məhkəməsnə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin müddətin bərpası barədə ərizəsi rədd edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsndən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdehə münasibətdə buraxılmış hesab edilərək, apellyasiya şikayəti baxılması üçün iş materialları birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə işə baxılması xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx xxxxxx 2020 tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçının iş üzrə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayəti daxil olması ilə əlaqədar işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir (xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Məhkəmə kollegiyası həmin müraciəti və iş materiallarını araşdırıb belə hesab edir ki, iş baxışdan çıxarılmalı və iddiaçının qeyd olunan şikayətinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və MPM-nin 363-364, 395-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxışdan çıxarılsın. İddiaçı tərəfindən iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar iş materialları həmin məhkəməyə göndərilsin . Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar