Məhkəmə qərarları › İş №2-2(103)-482/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-482/2025

12.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-482/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, İddiaçı işitirakı ilə,, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 01 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı Nəsimi rayon prokurorluğundan daxil olmuş müraciətindən görünür ki, Cavabdeh tərəfindən Çin Xalq Respublikasından müxtəlif xırdavat mallarının gətirilməsi adı ilə onun ümumilikdə 35 020 (otuz beş min iyirmi) manat pulunu ələ keçirilməsini bildirdiyi və izahatında Cavabdeh ilə ilk tanışlığı 2022-ci ilin may ayında övladını “Zabitlər bağı”nda yerləşən Aşıxara karate federasiyasının nəzdində idman məşqlərinə aparmağına təsadüf edib. Cavabdeh özünü iş adamı kimi təqdim edərək, şəxsi mağazalarının olması barədə ona məlumat vemişdir. Ünsiyyət qurarkən Çin Xalq Respublikasından müxtəlif xırdavat mallarının əlverişli əsasda idxalı barəsində öz təcrübəsini onunla bölüşərək onu iş birliyi quraraq vəsait qoymağına sövq etmişdir. Etik normalara riayət edərək, xoş münasibət quraraq özü barəsində onda müsbət təəsürat formalaşdırmışdır. Təqribən tanışlıqlarından bir neçə ay keçdikdən sonra iş birliyi adı altında onun vəsait qoymağının razılığına nail olmuşdur. Həmin dövrdə sifariş edəcəkləri malın nəqlinin bir neçə ay vaxt aparacağını bildirməklə ondan Çin Xalq Respublikasından müxtəlif çeşidlərdə malların sifarişi adı ilə müxtəlif məbləğlərdə və vaxtlarda ondan pulları almışdır. Belə ki, təqribən 25 oktyabr 2022-ci il tarixdə yuxarıda sözügedən malın sifarişi üçün ünvan 3 ünvanda yerləşən “Batumi” kafesində görüşərək 10 000 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində 17 000 manat) pul vəsaitini Cavabdeh nağd şəkildə təhvil vermişdir. Bundan sonra təqribən 28 oktyabr 2022 ci il tarixdə yuxarıda sözügedən malın sifarişi üçün əlavə olaraq 6800 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində 11 560 manat) pul vəsaitini ünvan 3 ünvanda yerləşən “Batumi 1' kafesinin qarşısında küçədə görüşərək Cavabdeh nağd şəkildə təhvil vermişdir. Bundan sonra təqribən 10 iyun 2023 cü il tarixdə yuxarıda sözügedən malın sifarişi üçün əlavə olaraq 3800 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində 6460 manat) pul vəsaitini ünvan 3 ünvanda yerləşən “Batumi” kafesinin qarşısında küçədə görüşərək Cavabdeh nağd şəkildə təhvil vermişdir. Beləliklə, o, Cavabdeh Çin Xalq Respublikasından tikintidə istifadə olunan xırdavat malların sifarişi üçün cəmi 20 600 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 35 020 manat) pul vəsaitini təhvil vermişdir. Sonuncu pul vəsaitini təhvil verdiyi tarixdən şikayət etdiyi müddətədək, ona bu məbləğlə bağlı, yəni 20 600 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 35 020 manat) pul vəsaitini və yaxud dəyərində olan heç bir yuxarıda sözü gedən adda malı verməmişdir və ölkəyə idxal etməmişdir. Səbəbini soruşduqda xırda problemlərin olmasını səbəb gətirərək, qısa bir müddətə malı idxal edəcəyinə daim vəd vermişdir. Şikayət etdiyi dövrə yaxın Cavabdeh ondan bu dövr ərzində gizlətdiyi Çin Xalq Respublikasından sifariş verməli olduğu satıcı xanımlarla şəxsi əlaqələri vasitəsilə ünsiyyət qurmuş və məlum olmuşdur ki, həmin şəxslərə heç bir pul vəsaiti ödənilməyib, yalnız 140 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 238 manat) pul vəsaiti dəyərində beh qoyub. Satıcı xanımların dediklərinə əsasən, Cavabdeh səmimi münasibət quraraq etibardan sui-istifadə edib. Beləliklə, Cavabdeh layiq olmadığı və onun tərəfindən göstərilən etibardan sui- istifadə edərək onun 20 600 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 35 020 manat) təşkil edən şəxsi vəsaitini dələduzluq yolu ilə ələ keçirərək öz şəxsi ehtiyaclarına xərclədiyini qeyd etmişdir.

2. Həmin qərar üzrə Cavabdeh oğlu izahatında göstərmişdir ki, Çin Xalq Respublikasından xırdavat malları gətirib satışı ilə məşğul olur. İddiaçı təxminən 2-3 ildir ki, tanıyır. Həmin şəxsin oğlu ilə onun oğlu eyni idmana getdiklərindən orada tanış olmuşdurlar. Tanış olduqları müddətdən sonra İddiaçı onun xırdavat mallarının satışı ilə məşğul olduğunu, daha doğrusu Çin Xalq Respublikasından gətirib satışı ilə məşğul olduğunu bilmişdir. 2022-ci ilin noyabr ayında İddiaçı ilə söhbət zamanı sonuncu da Çin Xalq Respublikasından xırdavat malları gətirmək istədiyini, bu ticarətə qoşularaq kar əldə etmək istədiyini bildirmiş, həmçinin, buna görə köməklik göstərməyini, eləcə də bu işdə onun da qazancının olacağını bildirmişdir. O da köməklik etmək üçün razılaşmışdır. Bundan sonra o İddiaçı Çin Xalq Respublikasından hansı xırdavat mallarının gətirilməsini başa salmış və bu işin bütün detallarını izah etmişdir, Elçin də bununla razılaşmışdır. Elçin ilə aralarında olan söhbət zamanı təxminən 16 000 ABŞ dolları civarında pulunun olduğunu ona bildirərək həmin məbləğdə mal ala biləcəyini söyləmişdir. 2022-ci ilin sonlarında təxminən 16 000 ABŞ dollarının bir hissəsini Elçin ilə birlikdə Çin Xalq Respublikasına “Mayk” adlı ÇXR-nın vətəndaşına və bir hissəsini isə adını unutduğu ÇXRnın vətəndaşına göndərmişdirlər. Həmin pullar İddiaçı məxsus olmuşdur. Mayk adlı şəxs və digər adını unutduğu şəxs ÇXR-da xırdavat mallarının satışı ilə məşğul olan şəxslərdir. Həmin pulları həmin şəxslərə göndərmişdirlər ki, oradan əvvəlcədən verdikləri sifarişləri Azərbaycan Respublikasına göndərsinlər. Həmin mallar Azərbaycan Respublikasına gəldikdən sonra Respublikanın müxtəlif bölgələrində onun tanıdığı şəxslərə satmalı idilər. Təxminən 2023-cü ilin mart ayında sifariş verdikləri malları Bakı şəhərində “Mayak Karqo”dan Elçin ilə birlikdə təhvil almışdırlar, hətta karqonıın ödənişini də Elçin özü etmişdir. Malları yükləyib İddiaçı Buzovna qəsəbəsində yerləşən anbarına aparmışdırlar. Belə ki, həmin anbardan da Bakı şəhəri və Respublikanın bölgələrində olan müştərilərə satacaqdılar. Həmin vaxtdan sonra həmin malları Elçin ilə birlikdə satmışdırlar və Elçin özü təxminən 18 000 manata yaxın pul götürmüşdür. Satılan malların pulundan təxminən 10 000 manatına ÇXR-dan yeni sifarişlər vermişdirlər. Hal-hazırda da nisyədə təxminən 2500 manata yaxın pul qalmışdır. Təxminən 10 000 manatlıq mal da anbarda qalmışdır. Elçinin müraciətində göstərdiyi xüsusatlar doğru deyil. Belə ki, Elçin bildirir ki, guya o, Elçindən pulu ÇXR-dan xırdavat mallarının gətizdirilməsi üçün almışdır və ÇXR-dan hər hansı mal sifariş etməyərək Elçinin pulunu ələ keçirmişdir. Lakin Elçin ona hər hansı pul verməmişdir, qeyd olunan məbləğləri Elçin ilə birlikdə ÇXR-na “Mayk” və adını unutduğu ÇXR-nın vətəndaşı olan qadına mal sifarişi üçün göndərmişdirlər və həmin mallar da “Mayak Karqo” vasitəsilə Azərbaycan Respublikasına gəlmiş və həmin karqodan Elçin ilə birlikdə götürmüşdürlər. Elçin ilə birlikdə gördükləri 1-ci sifariş zamanı ona 1000 manat pul vermişdir, o da həmin pulu rasxoda çıxmışdır. Yəni ki, onun bu işdə heç bir xeyri olmamışdır. Elçin isə özü təxminən 18 000 manata yaxın pul götürmüşdür. Elçinə pul verilməsi, ÇXR-dan 1-ci sifarişin gəlməsi, Elçinin özünün də gələn sifarişləri müştərilərə satması ilə bağlı onda sənədlər var və həmin sənədləri də istintaqa təqdim edə bilər deyə bildirmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 01 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh təqdim etdiyi sənədlərə baxış protokolunda qeyd edilmişdir ki, “...təqdim edilən qəbzlərdən müəyyən edilir ki, Cavabdeh 09 aprel 2023-cü il tarixdə İddiaçı məxsus olan 416973******9351 saylı bank kartına 1320 manat, 01 aprel 2023-cü il tarixdə 1100 manat, 06 aprel 2023-cü il tarixdə 380 manat, 08 iyun 2023-cii il tarixdə 100 manat, 22 aprel 2023-cü il tarixdə 500 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat, 03 may 2023-cü il tarixdə 300 manat, 15 aprel 2023-cü il tarixdə 100 manat, 04 may 2023-cü il tarixdə 200 manat, 07 aprel 2023-cü il tarixdə 400 manat pul göndərmişdir. Həmçinin, Cavabdeh 07 may 2023-cü il tarixdə İddiaçı məxsus olan 412720******0418 saylı bank kartına 200 manat, 08 may 2023-cü il tarixdə 250 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat və 07 may 2023-cü il tarixdə 100 manat pul göndərmişdir. Bundan başqa təqdim edilən sənədlərdən birinə baxış zamanı müəyyən edilir ki, 04 mart 2023-cü il tarixdə 4515 manat dəyərində laqonda diski, nasalka, sverlo, dəmir şotka və aboy malları boşaldılmışdır. Bundan başqa təqdim edilən qaimə fakturalarına baxış keçirdikdə müəyyən edilir ki, İddiaçı 08 mart 2023-cü il tarixdə 7192 manat dəyərində xırdavat mallarını Rəşid adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 5040 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, 08 mart 2023-cü il tarixdə 3782,4 manat dəyərində xırdavat mallarını Rəşid adlı şəxsə satmış, 19 mart 2023cü il tarixdə 864 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 2150,4 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 2046 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə salmış və 15 aprel 2023-cü il tarixdə 2101,2 manat dəyərində xırdavat mallarını Paşa adlı şəxsə satmışdır.”.

4. Cavabdeh 9 aprel 2023-cü il tarixdə İddiaçı məxsus olan 416973******9351 saylı bank kartına 1320 manat, 01 aprel 2023-cü il tarixdə 1100 manat, 06 aprel 2023-cü il tarixdə 380 manat, 8 iyun 2023-cü il tarixdə 100 manat, 22 aprel 2023-cü il tarixdə 500 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat, 3 may 2023-cü il tarixdə 300 manat, 15 aprel 2023-cü il tarixdə 100 manat, 4 may 2023-cü il tarixdə 200 manat, 07 aprel 2023-cü il tarixdə 400 manat pul göndərmişdir. Həmçinin Cavabdeh 7 may 2023-cü il tarixdə İddiaçı məxsus olan 412720******0418 saylı bank kartına 200 manat, 8 may 2023-cü il tarixdə 250 manat, 27 aprel 2023-cü ıl tarixdə 500 manat və 07 may 2023-cü il tarixdə 100 manat pul göndərmişdir.

5. Mart-aprel 2023-cü il tarixli qaimə-fakturalardan görünür ki, 6976 manat, 432 manat, 2473,2 manat, 3405 manat, 9336,4 manat, 2839 manat, 2101,2 manat, 2485,2 manat, 10 974,4 manat, 5040 manat, 2146 manat dəyərində malların satışına dair İddiaçı tərəfindən öz adını və telefon nömrəsini, həmçinin alıcı şəxslərin adlarını onların telefon nömrələrini qeyd edərək fakturalar tərtib edərək imzalamışdır (həmin fakturaların İddiaçı tərəfindən şəxsən öz xətti ilə tərtib edilməsini məhkəmə iclaslarında etiraf etmişdir).

6. İddiaçı ilə Cavabdeh arasında 6 dəqiqə 23 saniyəlik (383 saniyə) səs yazısının 4-cü dəqiqə 22-ci saniyəsindən başlayaraq Cavabdeh onun 20 000 ABŞ dolları məbləğində olan malından başqa Cavabdeh da malının gəldiyini soruşmuş, Cavabdeh də öz növbəsində onun da malının gəldiyini, İddiaçı malları bir-birinə qarışdırmamağını, ikincinin onun malları ilə özünə məxsus olan malların ayrı-ayrı olduğunu, İddiaçı onun malının məbləğinin nə qədər təşkil etdiyini, Cavabdeh 16 800 ABŞ dolları həcmində olduğunu, 2800 ABŞ dolları həddində Rəşid adlı şəxsin malı da üzərində gəldiyini, lakin ÇXR-da məzənnənin aşağı düşdüyünü və buna görə də onun malının məbləği 21 500 ABŞ dolları həcminə ekvivalent gəldiyini, o cümlədən səs yazısının 4:57-ci dəqiqəsində İddiaçı ona malın həcminin 20 000 ABŞ dolları olmadığını 20 600 ABŞ dolları təşkil etdiyini, verilən puldan 1629 ABŞ dolları məbləği qaldığını, İddiaçı malların ayın 20-nə sağ salamat gətirib çıxarda biləcəyi barədə sual vermiş, Cavabdeh İddiaçı soruşduğu tarixə gətirilə biləcəyini, eyni zamanda karqo ilə dəqiqləşdirəcəyini, karqonun 18-də açıldığını, malların ayın 18-də verilməsi üçün qızı tələsdirəcəyini, qızın ayın 20-dən işləyəcəyini, lakin kargonun 18-də işlədiyini güman etdiyini, həmçinin gedib dəqiqləşdirmək istədiyini, əslində ayın 15-16-dan mal qəbul edildiyini, ayın 18-də göndərəcəklərini, yenə də işləyibişləmədiyini dəqiqləşdirlməli olduğunu, ümumiyyətlə işlədiklərini, lakin bu gün gedəcəyini, özünün vaxtı olmadığını, İddiaçı da ondan “smistitel”i soruşmuş və Cavabdeh taksi ilə göndərəcəyini qeyd etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

i. İddia tələbi və iddia tələbinə etiraz

7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən ödəniş gününə olan məzənnə ilə 20 600 ABŞ dolları məbləğində pulun, 195,06 manat məbləğində dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddiaçı iddia tələblərini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyan vurması iddia ərizəsinə əlavə edilmiş cavabdehlə “Whatsapp” danışıqlarını əks etdirən elektron daşıyıcıdan da müəyyən olunur. Belə ki, həmin “Whatsapp” yazışmasında cavabdeh onun sualına aşağıdakı kimi cavab vermişdir: “Elçin, həm sənin üçün, həm özüm üçün sifariş verdiyim mal 18-20 fevral 2024-cü il tarixdə Azərbaycana daxil olacaqdır. Eyni zamanda, sənin verdiyin (cavabdeh iddiaçıya deyir) məbləğ 20 000 deyil, 20 600 ABŞ dolları məbləğindədir”. Həmin səs yazısı elektron daşıyıcıda iddia ərizəsinə də əlavə edilmişdir. İddiaçı ilk növbədə cavabdehin onu dəfələrlə vəd verib aldatması barədə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə yazılı şəkildə müraciət etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 01 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən orqanda araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh ondan pul almadığını, pulları malların gətirilməsi üçün Çin Xalq Respublikasına göndərdiyini bildirərək, iddiada qeyd etdiyi əsas halı – onunla mal gətirmək üçün razılaşdığını və iş birliyi qurduğunu göstərmişdir. Bundan başqa, cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin 01 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarında göstərmişdir ki, (etirafedici izahatı ilə) mənim 16 000 ABŞ dolları vəsaitimi Çin Xalq Respublikasına mal sifarişi məqsədilə “Mayk” adlı şəxsə göndərmişdir. Bundan başqa, digər qeyd edilməsi zəruri olan məqam da ondan ibarətdir ki, cavabdeh özü də etiraf etmişdir ki, “mən nə Mayk, nə də digər şəxsləri tanımıram. Bununla da sözügedən qərarla 16 000 ABŞ dolları məbləğində vəsaitin mal sifarişi məqsədilə cavabdeh tərəfindən Çin Xalq Respublikasına göndərilməsi öz təsdiqini tam şəkildə tapmışdır. Cavabdehin sözügedən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərdiyi (malların Azərbaycan Respublikasına idxal olunması, tərəfimdən anbarda qəbul edilməsi, satılması və karqo əməliyyatları) xüsusatlar öz təsdiqini tapmamış və göstərilən hallarla bağlı hər hansı bir mötəbər dəlil və sübutlarını təqdim edə bilməmişdir. Ona görə də hesab edirəm ki, cavabdehin göstərdiyi xüsusatlar pulun qaytarılmasından yayınmaq xarakteri güdməklə əsassız və heç bir fakta söykənməyən uydurma mülahizələrdən ibarətdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ona 06 avqust 2024-cü il tarixli pretenziya məktubu ilə müraciət etmişəm. Bununla yanaşı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də cavabdehə pretenziya məktubu və iddia ərizəsinin surəti göndərilmiş, həmçinin, həm iddia ərizəsinin surəti, həm də pretenziya məktubu sifarişli poçtla cavabdehin faktiki yaşadığı ünvana çatdırılmışdır.

ii. Tərəflərin şifahi və yazılı izahatları

9. X1 məhkəməyə təqdim edilmiş yazılı izahatında, iddiaçını cavabdeh vasitəsi ilə tanıdğını, onda olan məlumata əsasən Elvin Elçin üçün ÇXR-dən xırdavat malları gətirmiş, həmin malların bir qismini Xırdalanda yerləşən Eurohome TM işlədiyi dükana verdiyini, tərəfindən həmin malların satıldığını, həftəlik ödəniş etdiyini, ödənişi milli ön vasitəsi ilə ona məxsus bank kartına göndərdiyini, təqribən 2022-ci ilin iyun-iyul aylarında ödənişləri edib bitirdiyini, ona olan borcunu tam bağladığını, uzun müddət keçdiyinə görə qəbzlər hal-hazırda onda qalmadığını, həmin malların pulunu vermiş olsa belə, bəzilərinin hələ də qaldığını bildirmişdir.

10. Şahid2 məhkəməyə təqdim edilmiş yazılı izahatında, uzun müddət Sədərək TM-də kargolar gələn terminalda yüklərin boşaldılıb-yığılması və sahibkarlara çatdırılması işi ilə məşğul olduğunu, 2023-cü ilin mart ayının otalarında (təqribi olaraq) İddiaçı və Cavabdeh “Mayak” kargoya yaxınlaşaraq özlərinə məxsus olan malların və anbarlarına boşaldılacağını və qiymətini onlarla danışdıqdan sonra “Karvan” kargodan “Ford” makalı avtomobilə yükləyib iddiaçının bağ evində həyət sahəsinə boşaltdığını, o cümlədən yüklərin dolub-boşaldılması üçün xidmət haqqı olaraq Elvin və Elçinlə 160 manat razılaşdırdıqlarını qeyd etmişdir.

11. Şahid3 məhkəməyə təqdim edilmiş yazılı izahatında, İddiaçı Cavabdeh vasitəsi ilə tanıdığını, Çindən Elçinin gətirdiyi xırdavat mallardan bir qismini ona və qardaşı İsgəndərov Qüdrətə satıb hissə-hissə ödəmək şərti ilə 2013-cü ilin mart ayında Elçini öz yazılı xətti ilə olan qaimə ona çatdığını və o malları qardaşı və özü satıb pulunu hissəhissə İddiaçı kartına ödənildiyini, bügünki günə heç bir borclarının qalmadığını və bunu İddiaçı və Cavabdeh də təsdiq edə biləcəyini qeyd etmişdir.

12. Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdehin qardaşıdır. İddiaçı ilə cavabdehin iş ortaqlığı ilə bağlı məlumatı olub. İlkin kargoya gedəndə o da iştirak edib. Elvin və Elçin müəllimlə birlikdə kargoya gedib. Lakin, qiymət danışıqlarında olmayıb. Malın yüklənilməsi, daşınmasında o iştirak etmişdir. Tərəflər arasında əməkdaşlıq son 2 ildə olmuşdur. O, tərəflərlə kargoya 1 dəfə gedib. Elvin ilə o getmişdi, Elçin isə sonradan gəlmişdi. Bir dəfə ona yüklərin Elçingilin bağından daşınması üçün əlaqə saxladı. Araba lazım idi. Hətta məsafə də uzaq idi. İstiqamət verib, Sədərək Ticarət Mərkəzindən arabanı aldılar. 1 dəfə köməklik üçün gedib. Onun avomobili ilə aparılanda o, malları təxmini görürdü. Malları götürəndə iddiaçının bağından götürürdülər, Elçin özü də orda olurdu və yaşayış yox idi bağda. Açar da Elçində olurdu.

13. Şahid X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, cavabdehi tanımır. Elçin ilə neçə il əvvəl tanışdılar, bir şirkətdə işləyiblər. 2023-cü ilin yaz, yay aylarında 2-3 gündən bir Elçinin bağ evinə gedirdi, ağacları sulayırdı. Hər-hansı malın bağa gətirilibaparılmasını görməyib. Bağda mütəmadi olaraq qalmayıb, ağacları sulamaq üçün 1 gündən bir, 2 gündən bir 2-3 saatlıq gedib-gəlirdi.

14. Şahid X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, cavabdehi, deyəsən, bir dəfə görüb. Elçini çoxdan tanıyır, bir şirkətdə işləyiblər. Elçin hazırki məsələ lə bağlı artıq çoxdandır ki, şikayətlənir. Mütamadi olaraq yaz, yay aylarında Elçinin bağına gedib-gəlir. Amma bağa hansısa malın gətirib-aparılmasını görməyib.

15. Şahid X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Elvin ilə 15 il dostluq münasibəti vardır, Elçin ilə isə qonşudular. Elvinlə Elçinin iş birliyi münasibətləri, əlbətdə ki, olub. Dəfələrlə bununla bağlı söhbətlərdə iştirak eləyib. Çindən mal gətirməsi ilə bağlı, malın bazarda paylanması barədə aralarında söhbətəri olub. Çindən mal gətirilib, gətirilən malın müqabilində Elvin tərəfindən evin qabağındakı “MilliÖn” aparatından Elçinə 3-4 dəfə ödəniş olunub, bir dəfə 800, bir dəfə 900 manat idi. Elvinin dediyinə görə pulu Elçinə göndərirdi. Mal Sədərək Ticarət Mərkəzinə paylanırdı. İddiaçı tərəfindən Cavabdeh hərhansı pul məbləğinin verilməsinin şahidi olmayıb. İddiaçı tərəfindən Cavabdeh “MilliÖn” vasitəsilə 800 manat pul məbləğinin köçürülməsinin şahidi olub.

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehi tanıdığı bütün müddət ərizində cavabdehə Çindən malların gətirilməsi üçün cəmi 20 600 ABŞ dolları məbləğində pul vermişdir (25 oktyabr 2022-ci, 28 oktyabr 2022-ci il və 10 iyun 2023-cü il tarixlərində). Cavabdeh tərəfindən iddiaçının hesabına köçürülən pul məbləğlərinə dair fikir bildirərək isə qeyd edir ki, cavabdeh şəxsi ehtiyacları üçün ondan borca pul istəmişdir, iddiaçı nağd olaraq cavabdehə borca pulları vermiş, cavabdeh isə həmin köçürmə qəbzlərində göstərilən pullarını ödəyərək, borca aldığı pulları geri qaytarmışdır (əmin deyil ki, həmin pullar cavabdehin hesabından köçüb ya yox, amma cavabdeh deyirdi ki, bu gün bu qədər məbləğdə pul kartına köçəcək və həmin məbləğ həmin günü karta köçürdü), lakin köçürülən pulların 20 600 ABŞ dollarına heç bir aidiyyəti yoxdur. 20 600 ABŞ dolları müqabilində mallar daşınmasından asılı olaraq 4-5 ay müddətində verilməli idi. Maların gecikməsinə görə narahat idi və malların gecikmə səbəbini soruşduqda cavabdeh bildirdi ki, müəyyən problemlər yaranıb və 3800 ABŞ dolları ödəməsələr malı Çindən göndərməyəcəklər. Bu səbəbdən ödəniş etmək məcburiyyətində oldu. Cavabdeh ona heç bir mal verməyib. Onun dükan rəhbərləri, satıcıları ilə heç bir əlaqəsi yoxdur, onların heç birinə mal verməyib və onlar heç bir mal ondan təhvil almayıb. Cavabdeh tərəfindən təqdim olunan qaimə-fakturalara gəldikdə isə, həmin qaimələri iddiaçı olaraq özü öz xətti ilə yazıb, lakin bunu ona görə yazıb ki, mallar gələndən sonra kimə nə qədər mal satacağı əvvəlcədən bəlli olsun. Lakin, mallar gəlmədiyi üçün iddiaçı olaraq heç kimə mal satmayıb. Beləliklə, cavabdehin etiraz arqumentləri əsassız olduğu üçün iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasılarında iştirak edən cavabdeh və nümayəndəsi iddia ərizəsinə verilən etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdeh özü ticarət işindədir, malları sifariş edib, burada satışı ilə məşğul olur. İddiaçı bildirsə də ki, cavabdeh ona iş təklif edib, lakin bu belə deyil, iddaçı özü ondan xahiş edib ki, bu işə başlamaq üçün ona köməklik göstərsin. 12 200 dollar Çinə pul göndərilib, Maykl adında olan şəxsə göndərilib. Mala görə 6000 dollar gömrük xərci hesablandı. İddiaçı ilə bir yerdə gedib 5000 dollar karqo xərcini ödəyiblər, malı gömrükdən çıxartdılar və maşına yükləyib birbaşa iddiaçının Buzovnada olan bağ evinə boşaldıblar. İddiaçı cavabdehə cəmi 600 ABŞ dolları məbləğində pul verib və həmin pulu verib ki, wifi aparatı, smisitellər alsın. Bu zaman cavabdeh Çinə gedirdi. İddiaçının balaca oğlu da orada idi. Həmin smisitellər də bahalı idi. İtalyan brendlərin Çində olan zavodlarından idi. Əslində 600 dollar yox, 800 dollardan biraz yuxarı edirdi. 200 dollardan biraz çox iddiaçının ona borcu qalmışdır smistitellərə görə. İddiaçının 6000 manatlıq malı qalıb, lakin pul deyil, mal şəklində, iddiaçı onu götürmək istəmir. Səs yazısına gəldikdə isə, səs yazısının bir hissəsi təqdim edilmişdir. Səs yazısının əvvəli və son hissəsi olmalıdır mahiyyətin ortaya çıxması üçün. Səs yazısında maldan söhbət gedir, puldan söhət getmir. Malın çatdırılmasından söhbət gedir. Cavabdehin iddiaçıdan 20 600 ABŞ dolları məbləğində pulun götürülməsinin etiraf edilməsi ilə bağlı bir səs yazısı mövcud deyildir. Danışıqda cavadehin özü təsdiq edir ki, 20 000 dollarlıq mal yox, 20 600 dollarlıq mal gəlməlidir. Səs yazısının öncəsi-sonrası, hansı qurğudan yazılması ekspertizadan keçirilməlidir. Səs yazısına müdaxilə olunubolunmamasını, montaj edilib-edilməməsini müəyyən deyildir. Hesab edirlər ki, səs yazısı özü-özlüyündə sübut kimi qəbul edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən müəyyən edilir ki, bu tip sübutlar mötəbərliyi yoxlanıldıqdan sonra sübut kimi qəbul edilə bilər. Bu səs yazısı özü- özülyündə sübut kimi qiymətləndirilə bilməz, çünki ekspertizadan keçməyib. İddiaçı 20 000 dolları şəxsən cavabdehə verməyib, onlar bir yerdə gedib həmin pulları malların alınması üçün göndəriblər. İddia ərizəsinin rədd edilməsini xahiş edir.

iii. Məhkəmə qərarı və əsaslandırılması

18. Birinci instansiya məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin (cavabdehdən maddi ziyan olaraq 20 600 ABŞ dollar məbləğində pulun tutulmasının) əsaslı olmasını sübuta yetirə və məhkəmədə daxili inamı yarada bilməmişdir. - Belə ki, iddiaçı məhkəmənin dəfələrcə verdiyi sualına cavab olaraq bildirmişdir ki, cavabdehi tanıdığı gündən bugünə kimi cavabdehə hissələrlə (2022-ci və 2023-cü illərdə) cəmi 20 600 ABŞ dolları məbləğində nəğd olaraq pul verib və həmin pulun müqabilində cavabdeh xaricdən onun üçün mallar gətizdirməli idi, lakin mallar bugünə kimi verilməyib. Birincisi, pulun verilməsinə dair iddiaçı tərəfindən təqdim edilmiş yeganə səs yazısına dair məhkəmə qeyd edir ki, həmin səs (telefon danışının yazılmasını cavabdehə bildirmədiyini məhkəmədə qeyd etmişdir) yazısında cavabdehə onun 20 000 ABŞ dolları məbləğində olan malından başqa cavabdehin də malının gəldiyini soruşmuş, cavabdeh də öz növbəsində onun da malının gəldiyini, iddiaçının malları bir-birinə qatışdırmamaqlarını, ikincinin onun malları ilə özünə məxsus olan malların ayrı ayrı olduğunu, iddiaçı onun malının məbləğinin nə qədər təşkil etdiyini, cavabdeh onda 16 800 ABŞ dolları həcmində olduğunu, 2800 ABŞ dolları həddində Rəşid adlı şəxsin malı da üzərində gəldiyini, lakin Çində kursun aşağı düşdüyünü və buna görə də onun malının məbləği 21 500 ABŞ dolları həcminə ekvivalent gəldiyini, o cümlədən səs yazısının 4:57-ci dəqiqəsində iddiaçıya ona malın həcminin 20 000 ABŞ dolları olmadığını 20 600 ABŞ dolları təşkil etdiyini, verilən puldan 1629 ABŞ dolları məbləği qaldığını, iddiaçı malların ayın 20-nə sağ salamat gətirib çıxarda biləcəyi barədə sual vermiş, cavabdeh kargo ilə dəqiqləşdirəcəyini, kargonun 18-də açıldığını, malların ayın 18-də verilməsi üçün qızı tələsdirəcəyini, qızın ayın 20-dən işləyəcəyini, lakin kargonun 18də işlədiyini güman etdiyini, həmçinin gedib dəqiqləşdirmək istədiyini, əslində ayın 15-16-dan mal qəbul edildiyini, ayın 18-də göndərəcəklərini, yenə də işləyib-işləmədiyini dəqiqləşdirlməli olduğunu, ümumiyyətlə işlədiklərini, lakin bugun gedəcəyini, özünün vaxtı olmadığını, iddiaçı da ondan “smistitel”i soruşmuş və cavabdeh taksi ilə göndərəcəyini qeyd etmişdir. Yəni, həmin səs yazısında xaricdən gələcək malların miqdarı və dəyəri müzakirə olunub. İddiaçının məhz cavabdehə 20 600 ABŞ dollarında pulun verilməsi səs yazısından müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı bildirir ki, həmin məbləği cavabdehə nəğd olaraq və hissələrdə ödəmişdir (25 oktyabr 2022-ci və 28 oktyabr 2022-ci il və 10 iyun 2023-cü il tarixlərində). Lakin, belə olan halda sual yaranır ki, əgər birinci və ikinci (təxminən eyni tarixlər göstərilmiş) ödənişlərdən sonra heç bir mal xaricdən gəlməmişdirsə, səkkiz ay sonra nəyə görə iddiaçı üçüncü ödənişi edirdi. - İkincisi, iddiaçı bildirir ki, cavabdeh ilə bütün münasibət dövründə ona cəmi 20 600 ABŞ dolları məbləğində pul verib və bunun müqabilində heç bir mal xaricdən gətirilməyib və iddiaçı malların satışını həyata keçirməyib. Lakin, iş materillarında olan və iddiaçının etiraf etdiyi kimi onun özünün öz xətti ilə tərtib etdiyi 2023-cü ilin mart-aprel tarixləri əhatə edən qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən müxtəlif şəxslərin adlarına 48 000 manatdan artıq dəyərdə malların satışına dair qaimələr tərtib etmiş, təhvil alacaq alıcışəxslərin adlarını və telefon nömrələrini göstərmişdir. İddiaçının həmin qaimə-fakturalara dair bildiryini arqumentini (mallar gəlməmişdən qabaq həmin qaimələri tərtib edib ki, əvvəlcədən bilsin kimə nə qədər mal satılacaq) məhkəmə tamamilə əsassız və həqiqətə uyğun olmadığını hesab edir. Belə ki, əgər iddiaçıya hər hansı mal həqiqətən də gəlməmişdirsə, həmin satış qaimələrində alıcıların adları, telefon nömrələri, malların dəqiq adı, miqdarı, qiyməti və ən azı tarix göstərilə bilməzdi. - Üçüncüsü, iddiaçı iş materiallarında olan qəbzlər əsasında onun kart hesabına köçürülmüş pulları inkar etməmişdir. Lakin, bildirmişdir ki, həmin pul vəsaiti satdığı malların dəyəri olaraq deyil, cavabdehə şəxsi ehtiyacları üçün borc olaraq verdiyi pul məbləğinin ona geri ödənişidir. İddiaçı, bu arqumentini (cavabdehə şəxsi ehtiyacları üçün borc olaraq manatla pulun verilməsini) təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. - İddiaçın təqdim etdiyi “qruppovoy çat” adlı yazışmasına dair məhkəmə qeyd edir ki, həmin yazışmanın kimlər arasında aparılması, hazırki işə aidiyyəti olması, həqiqiliyi və mötəbərliyi müəyyən edilmədiyi üçün sübut qismində qiymətləndirilə bilməz. - Qeyd olunanlardan göründüyü kimi iddiaçı sadəcə olaraq formal mülahizələr irəli sürərək, cavabdehin hansı qanunsuz hərəkət və hərkətsizliyi nəticəsində ona 20 600 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini məhkəmə prosesi zamanı sübuta yetirə bilməmişdir.

20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14cü, 21.1-ci, 21.2-ci, 386.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə istinad etmişdir.

21. Həmin qətnamədən iddiaçı şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin cavabdehin malları ölkəyə gətirilməsi ilə bağlı sübut təqdim etməməsini nəzərə almamaqla əsassız nəticəyə gəlindiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etirazda şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Apellyasiya baxışı, izahat

23. Cavabdeh tərəfindən təqdim olunan gömrük bəyanəməsindən görünür ki, 21 014,19 manat məbləğində mal Çin Respublikasından Azərbaycan Respublikasına daxil olmuşdur. Həmin mallar xarakterinə görə tikinti materiallarıdır.

24. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC-yə sorğu verilərək, aşağıdakı məlumatların təqdim edilməsi xahiş olunmuşdur:

- 01.02.2023-cü il tarixdə ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olmuşdurmu, olmuşdursa danışıqların müddəti və məzmunu barədə məlumat (təsdiqedici çıxarışla) təqdim edilsin. - 01.02.2023-cü il tarixdə ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olmuşdurmu, olmuşdursa danışıqların müddəti və məzmunu barədə məlumat (təsdiqedici çıxarışla) təqdim edilsin. - 01.02.2024-cü il tarixdə ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olmuşdurmu, olmuşdursa danışıqların müddəti və məzmunu barədə məlumat (təsdiqedici çıxarışla) təqdim edilsin. - 01.02.2024-cü il tarixdə ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olmuşdurmu, olmuşdursa danışıqların müddəti və məzmunu barədə məlumat (təsdiqedici çıxarışla) təqdim edilsin. - ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi və ***-***- **-** mobil nömrəsi arasında 2022-ci ildən bu günə qədər olan danışıqların tarixi və müddəti təqdim edilsin.

25. "xxxx" MMC tərəfindən təqdim olunan məktuba görə, 01 fevral 2023-cü ildə baş tutmuş danışığın müddəti 212 saniyə, 01 fevral 2024-cü il tarixində baş tutmuş 01 fevral 2024-cü il tarixində isə 214 saniyə təşkil etmişdir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, telefon danışığı “Whatsapp” üzərindən deyil, adi telefon danışığı kimi baş vermiş və saniyələrin üst-üstə düşməməsi texniki məsələdir. Həmçinin o qeyd etmişdir ki, tərəflər arasında bütün işgüzar prosesslər sözügedən danışıqdan öncə baş vermişdir.

27. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan telefon danışığının müddəti ilə sorğuya cavab olaraq telefon danışıqların müddəti arasında kəskin fərq mövcuddur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

30. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

34. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

35. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

36. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

37. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

38. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini düzgün qiymətləndirməmiş, tərəflər arasında müqavilə münasibəti olduğu halda deliktlə bağlı hüquq normalarını tətbiq etməklə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir.

51. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.

52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

54. İlk növbədə kollegiya onu vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında deliktdən irəli gələn münasibətlər deyil, öhdəlik hüquq münasibətləri yaranmışdır.

55. Bununla bağlı qeyd etmək lazımdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı).

56. Tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).

57. Hazırkı iş üzrə cavabdeh Çin Xalq Respublikasından malların gətirilməsi ilə məşğul olan və kifayət qədər təcrübəyə malik kommersiya subyektidir. İddiaçı da onun bu xidmətlərindən istifadə edərək, onun vasitəsi ilə sözügedən malların Azərbaycana Respublikasına gətirilməsini həyata keçirmək istəyirdi. Göründüyü kimi tərəflər iddiaçı malların alınması istiqamətində niyyətini bildirmiş, cavabdeh isə vasitəçi kimi bu malları alıb ona təqdim etməli idi. Bu halda onlar arasında iş birliyi yaranmış və məhz sözügedən məqamda onların “iradəsi qovuşmuşdur”. Məhkəmə təcrübəsində bu qəbildən olan öhdəlik münasibətləri tapşırıq müqaviləsi kimi şərh edilmişdir.1

58. Belə olan halda isə tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır.

59. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət

1 Ali Məhkəmə, İş № 2-2(102)-535/2024, (§ 19, 41) (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_535+09.10.2024.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-226/2024, (§ 49) (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_226+31.05.2024.pdf) daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

60. İddia tələbindən görünür ki, iddiaçı tərəflər arasında şifahi razılaşma üzrə cavabdehdən Çin Xalq Respublikasından xırdavat malların alınıb ona verilməsinin təmin edilməsini tələb etmişdir. Belə olan halda isə hazırkı iddia tələbinin qanuni əsası kimi tapşırıq müqaviləsi ilə bağlı normalar nəzərdən keçirilə bilər (təkrar bax: § 57). Odur ki, hazırkı mübahisənin həll edilməsi üçün iddiaçı cavabdehə tapşırıq verdiyini və bununla bağlı müvafiq hərəkətlər etməsini, cavabdeh isə öz növbəsində tapşırığı yerinə yetirdiyini sübut etməlidir.

61. Qeyd edilən meyardan çıxış edən kollegiya hesab edir ki, iddiaçı tapşırıq verdiyini və bununla bağlı müvafiq hərəkətləri etməsini sübuta yetirmiş, cavabdeh isə tapşırığın yerinə yetirilməsini sübuta yetirə bilmişdir.

62. İşin hallarından görünür ki, cavabdeh Çin Xalq Respublikası mənşəli malların ticarəti ilə məşğul olan şəxsdir və ordan malların gətirilməsi ilə bağlı vasitəçi kimi çıxış edir. Cavabdeh bu halı mübahisələndirməmiş və hətta özünün bu sahədə kifayət qədər təcrübəsinin olmasını da vurğulamışdır (§ 2, 17). İddiaçı da onun bu xidmətlərindən yararlanaraq, Çin Xalq Respublikasından malların gətirilməsini sifariş vermişdir.

63. İddiaçının bununla bağlı tapşırıq verməsi işin mübahisəsiz halıdır. Cavabdeh bu hala etiraz etməmiş və onlar arasında bir müddətdir ki, iş birliyinin olmasını təsdiq etmişdir (§ 2, 17).

64. Bununla belə, cavabdeh iddiaçının ona ödəniş etməsini mübahisələndirir. Qeyd edilən məsələ ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh vasitəçi kimi çıxış etdikdən ödənişin məhz ona edilməsi zərurəti yox idi. İşin faktiki hallarından görünür ki, iddiaçı 16 000 ABŞ dollarını Çin Xalq Respublikasında yerləşən satıcıya köçürməsini bildirmişdir (§ 2) və cavabdeh bu halı mübahisələndirməmişdir.

65. Tam əksinə cavabdeh bu halı təsdiq etmiş və malların Azərbaycan Respublikasının ərazisinə daxil olunaraq iddiaçıya təhvil verildiyini bildirmişdir. Cavabdeh bununla bağlı birbaşa sübutlar təqdim etməsə də, iş materiallarında təqdim olunan gömrük bəyanəmələri və şahid ifadələri malların Azərbaycan Respublikasına daxil olmasını sübuta yetirir.

66. Bu müstəvidə kollegiya onu da nəzərə alır ki, iş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş qaimələr malların ona təqdim olunmasına dəlalət edir. Həmin qaimələr iddiaçı tərəfindən hazırlanaraq təsdiq edilmişdir.

67. Nəhayət kollegiya onu qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 416973******9351 nömrəli bank kartına 4900 manat, 412720******0418 bank kartına isə 1050 manat olmaqla, ümumilikdə 5950 manat köçürülmüşdür (§ 4). Kollegiya qeyd edir ki, iddiaçı həmin pul vəsaitinin şəxsi borc kimi verildiyini göstərsə də, bununla bağlı əsaslı sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, həmin məbləğ məhz tərəflər arasında olan işgüzar münasibətlər çərçivəsində cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

68. Bu baxımdan kollegiya yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, cavabdeh malların Azərbaycan Respublikasına daxil olmasını və iddiaçıya təqdim etdiyini sübuta yetirmişdir.

69. Həmçinin kollegiya hesab edir ki, hazırkı halda iddiaçı cavabdehlə telefon danışığını təqdim eləsə də, həmin telefon danışığının nə zaman, hansı kontekstində və həqiqətən kimlər arasında olmasını və onların şəxsiyyətini eyniləşdirmək müəyyən etmək mümkün deyil. Bununla bağlı nömrə operatoruna müvafiq sorğu ünvanlanmış və sorğuda təqdim edilən məlumata əsasən, iddiaçının bildirdiyi tarixdə baş tutan telefon danışıqları onun təqdim etdiyi telefon danışığı ilə saat və müddət baxımından üst-üstə düşmür (§ 25).

70. Bu baxımdan, kollegiya həmin telefon danışığını mötəbər sübut kimi qiymətləndirilməsini məqsədəmüvafiq hesab etmir.

71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-532/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “20.600 ABŞ dolları məbləğində pul” tələbinə dair ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar