Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-484/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-147/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1.974.500 manat kredit vermişdir. Müqavilənin 4.3-cü maddəsinə əsasən, müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, -ci gecikmə günündən 10-ci gecikmə gününədək gecikdirilmiş məbləğin 0,1 faizi, 11-ci gündən başlayaraq isə 1 faiz dəbbə pulu ödəyir. Dəbbə pulunun maksimal məbləği müqavilə məbləğinin 20 faizindən çox ola bilməz.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli RB/FS3938 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə Razılaşmadan görünür ki, 22 fevral 2018ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır.
3. xx.xx.2022-ci il tarixli RB-02/PK-6304 saylı maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin iddiaçıya 22 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi üzrə olan borcu, əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 541794,42 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2909818,77 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı cavabdehdən 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borcuna görə 1973124,35 manat, faiz borcuna görə 541794,42 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2.909.818,77 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 1833,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinə əsasən illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1.974.500 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Daha sonra tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli RB/FS3938 saylı Kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinin və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dən gec olmayaraq hər ay 169031,98 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 2 fevral 2018-ci il tarixli, RB/FS3938 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə borcunun məbləği əsas borcuna görə 1.973.124,35 manat, faiz borcuna görə 541.794,42 manat, dəbbə borcuna görə 394.900 manat, cəmi 2.909.818,77 manat təşkil edir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-147/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi qismən təmin edilmiş, 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə əsas borca görə 1.973.124,35 manat, faiz borcuna görə 469.899,92 manat, dəbbə borcuna görə 90.000 manat, cəmi 2.533.024,27 manat məbləğində pul, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumuna görə 1544,65 manat pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1.974.500 manat kredit vermişdir. Sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli RB/FS3938 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma bağlanmış və razılaşmaya əsasən 22 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır.
8. Əsas borcla bağlı məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə əsas borcun məbləği iddiada tələb olunan məbləğdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
9. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixə 519870,82 manat faiz borcu hesablandığı halda (xx.xx.2022-ci il tarixli maliyyə arayışı), Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7874 saylı ekspert rəyi ilə həmin tarixə faiz borcu 447976,32 manat müəyyən edilmişdir.
10. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit verilməsindən irəli gəlir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh ödənişin vaxtında aparılmamasına görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 90000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, xx.xx.2023-cü il tarxli ərizə ilə tələbini dəqiqləşdirərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-147/2023 nömrəli qətnaməsinin faiz və dəbbə pulu borcunun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində kredit müqaviləsinə əsasən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi açıq şəkildə tam əsassız olduğundan iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməli olduğu halda etməmişdir. Nəticədə isə cavabdehin kredit müqaviləsinə əsasən nə qədər qalıq borclarının qalması ədalətli şəkildə aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti başa çatdıqdan 7 ay 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixində əlavə razılaşma imzalanmasının qanunsuz və əsassız olmasını nəzərə alaraq həmin xüsusata qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qət etdi hissəsində göstərilmiş 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqavilə və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 469899,92 manat məbləğdə pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin göstərilməsi iş üçün əhəmiyyəti olmasına baxmayaraq sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin müddətinin xx.xx.2019-cu il tarixində başa çatmasını və müqaviləsinin müddəti başa çatdıqdan 7 ay 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixində Əlavə Razılaşma imzalanmasını nəzərə almaması nəticədə əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 469899,92 manat məbləğdə pulun cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin göstərilməsi məhkəmə qətnaməsində göstərilmiş işin hallarına uyğun deyildir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Apellyasiya baxışının predmeti olan hissə 469.899,92 manat faiz və 90.000 manat dəbbə pulu borcunun tutulması barədə iddia tələbinin təmin edildiyi hissədir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-147/2023 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 458.945,92 manat faiz borcu tutulmalıdır.
18. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə əsas borcla bağlı hissədə mübahisələndirilmir. Faiz borcu ilə bağlı hissədə cavabdeh qətnaməni mübahisələndirərək iş üzrə təkrar ekspertiza təyin edilməsini xahiş etsə də, cavabdeh apellyasiya şikayətində Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7874 saylı ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas göstərə bilmədiyindən, o cümlədən iş üzrə hesablanması xüsusi bilik tələb edən maliyyə əməliyyatları olmadığından təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsas olmadığı müəyyən edilmişdir.
19. İşdən görünür ki, ekspert rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2022-ci il tarixədək illik 5%-lə (öhdəliyin icra müddəti bitdiyi xx.xx.2020-ci il tarixədək müqavilədə nəzərdə tutulmuş 5 % və həmin tarixdən sonra MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə) maliyyə arayışı verildiyi tarixədək hesablanmaqla 447.976,32 manat müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixdə ərizə verilərək cavabdehdən faiz borcunun xx.xx.2022-ci il tarixədək tutulması xahiş edildiyi halda ekspert tərəfindən faiz borcu yalnız xx.xx.2022-ci il tarixədək hesablanmışdır. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə bir gün üçün müəyyən edilmiş faiz məbləğini nəzərə almadan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (40 gün üçün) i xx.xx.2022-ci il tarixədək ekspert tərəfindən hesablanmış 447.976,32 manat məbləğli ddiaçı tərəfindən hesablanmış faiz borcu ilə toplayaq faiz borcunun məbləğini 469899,92 manat müəyyən etmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehin faiz borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmamışdır. Ekspert rəyindən görünür ki, qalıq 1973947,06 manat əsas borc məbləğinə görə müqavilə şərtlərinə əsasən illik 5 faizlə bir günə düşən faiz borcu 274,24 manat olmuşdur. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşdığından rəyi əsas götürərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir günə düşən faiz məbləğini, yəni 274,24 manatı 40 günə vurmaqla həmin dövr üzrə faiz borcunu 10969,6 manat müəyyən etməli, bu məbləği xx.xx.2022-ci il tarixədək ekspertin müəyyən etdiyi 447.976,32 manat faiz borcu ilə toplayaraq iddia tələbinin həcmi artırıldığı xx.xx.2022-ci il tarixədək faiz borcunun 458.945,92 manat olduğunu müəyyən etməli idi. Buna görə də kollegiya hesab edir ki, qətnamə faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehdən xx.xx.2022-ci il tarixədək tutulmalı olan faiz borcunun məbləği 458.945,92 manat müəyyən edilməlidir.
21. Cavabdeh tərəfindən qrafik üzrə kredit borcunun ödənilməsinin gecikdirildiyi işin mübahisəsiz halı olduğundan və məhkəmə tərəfindən müqavilənin 4.3-cü bəndinə əsasən tutulmuş 90.000 manat dəbbə pulu borcu əsas borc məbləğinə mütənasib (əsas borc məbləğinin təxminən 5 faizi) olduğundan həmin hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 147/2023 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 458.945,92 manat faiz borcu tutulmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-147/2023 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək 458.945,92 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.