Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-484/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-98/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC "xxxx" Kommersiya Bankı (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, "xxxx" MMCyə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 1xx/xx/3673/15 saylı kredit müqaviləsi üzrə 82226.12 ABŞ dolları məbləğində əsas borc, 67645.14 ABŞ dolları məbləğində faiz borcu, 18061.04 ABŞ dolları məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 11511.36 ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə isə 179443.66 ABŞ dolları məbləğində pulun, ödənilmiş 195.06 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 45 manat pul məbləğinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı ş., Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 21 nömrəli binada 74.82 kv.m ümumi, 50.92 kv.m yaşayış və 23.9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılmasına; satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi, ipoteka predmeti satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-98/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-98/2024 nömrəli qətnaməsinin ləğv edilərək dəbbə pulunun azaldılması, həmçinin əmlakın yenidən qiymətləndirilməklə ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin şikayətdən imtinası qəbul edilməli və cavabdeh tərəfə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. 300 manat ekspert haqqı cavabdeh Qanuni nümayəndə tutularaq "xxxx" MMC-yə (hesab nömrəsi: AZ33İBAZ********************) ödənilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-484/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-484/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver