Məhkəmə qərarları › İş №2-2(103)-485/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-485/2022

07.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-485/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı elektrik enerjisi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv edilməsi və şəxsi hesabdan silinməsinin cavabdehə həvalə edilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı elektrik enerjisi üzrə yaranmış 69444,32 manat, sayğac quraşdırmağa görə 2012- ci il tarixdə 63,68 manat, 2014-cü ildə isə 138 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63818 manat məbləğində borcların ləğv edilməsi və həmin borcların şəxsi hesabdan silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli e-2-2(113)-267/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən elektrik enerjisindən istifadəyə görə yaranmış 32038,24 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 manat olmaqla, cəmi 32052,24 manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia verilərkən ödənilmiş 16 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MTK-ya hesablanmış 36763,80 manat məbləğində borcun onun hesabından silinməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin 31.08.2021-ci il tarixli qərardadı ilə qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılması 07.06.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatət ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən Bakı Kommersiya Məhkəməsinin 31.08.2021-ci il tarixli qərardadından şikayət verildiyindən işin apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tərəfin vəsatəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçının apellyasiya şikayətinin mümkün sayılması barədə e-2-2(103)-485/2022 saylı 15.04.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh tərəfin vəsatəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçının apellyasiya şikayətinin mümkün sayılması barədə e-2-2(103)-485/2022 saylı 15.04.2022-ci il tarixli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə e-2-2(103)-485/2022 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar