Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-486/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1858/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33858 manat icarə haqqı, 5078 manat cərimə pulu, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 43966 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin VÖEN: ********** “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəqliyyat filialında olan VÖEN **********, Kod:805711, m/h AZ03NABZ********************, S.W.İ.F.T İBAZAZ2X, h/n: AZ07İBAZ******************** bank hesabındakı pul vəsaitlərinin üzərinə 43966 manat həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1858/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1858/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ni (VÖEN: **********) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəqliyyat filialında olan (VÖEN **********, Kod:805711, m/h AZ03NABZ********************, S.W.İ.F.T, İBAZAZ2X, h/n: AZ07İBAZ**********9 345509205) bank hesabındakı pul vəsaitinin üzərinə (əmək haqqı ödənişlərinə mane olmadan) iddia tələbinin həcmində, yəni 43966 (qırx üç min doqquz yüz altmış altı) manat həcmində həbs qoyulması, şikayətin qalan hissədə təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin bank hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulduğu üçün işlərin davam etdirilməsində çətinliklər və MMC-də çalışan 196 vahid ştat əməkdaşının əmək haqqısı ödənilmədiyi üçün işçilər arasında müəyyən narazılıqlar yaranmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabındakı hesabı üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni cəmi 43966 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, faktiki fəaliyyət göstərən cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Birinci instansiya məhkəməsi də məsələni bu qaydada həll etmişdir. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1858/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-486/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-486/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver