Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-486/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri X3 və Nümayəndə və cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin vəkili X8 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tikinti sahəsinin boşaldılması, avadanlıqlarla birlikdə iddiaçıya təhvil verilməsi və pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2-2(113)-888/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələr bağlanmışdır.
2. Həmin müqavilələrə əsasən iddiaçı "xxxx" MMC ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını (Tikili sahəni), həmçinin “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X5 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) icarəyə verməyi, cavabdeh "xxxx" MMC isə müqaviləyə əsasən müəyyən edilmiş məbləğdə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər.
3. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər.
4. X2 göstərilən xidmətlərin (görülən işlərin) ödənişinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli və xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ-2 nömrəli xidmət müqavilələrində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilməsi nəzərdə tutulmuşdur.
5. Hazırda iddiaçı tikili sahəsinin boşaldılmasını, avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsini və icarə müqavilələrinə əsasən, həmçinin kommunal xidmətlərə görə ödənilməli olan pul məbləğini tələb edir.
6. Cavabdeh isə iddiaya etiraz edərək qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin əsassız olduğunu, onlara torpaq sahəsi ayrılmalı olduğu halda ayrılmadığını, icarə və xidmət haqqının müqavilələrə əsasən müəyyən edilmədiyini bildirir. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 5900 manat məbləğində pul vəsaitinin və 1770 manat dəbbə pulunun, cəmi 7670 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 12000 manat məbləğində pul vəsaitinin və 1800 manat məbləğində faiz borcunun, cəmi 13800 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdehdən kommunal xərclərə görə 280,21 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 6446 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Texnopark elm tutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Texnoparkda rezidentlərin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə” ilə tənzimlənir. Rezidentlərdən biri olan cavabdehə Texnoparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şərait və imtiyazlar verilmişdir. Belə ki, cavabdeh “Müxtəlif avadanlıqların, qurğu, cihaz və robototexnikaların istehsalı ilə birgə, onların süni intellekt vasitəsilə idarə edilməsi üçün proqram təminatlarının yazılması, led lampaların və müxtəlif təyinatlı plataların istehsalı işlərinin təşkili” adlı investisiya layihəsi əsasında 28 iyul 2022-ci il tarixli **********2 nömrəli Qeydiyyat Şəhadətnaməsi təqdim edilərək rezidentlik statusu almışdır. İnvestisiya layihəsinin ümumi dəyəri 500000 manat göstərilmişdir. Layihə üzrə istehsal binasının tikinti xərclərinə 200000 manat, avadanlıqların və digər əsas vəsaitlərin alınmasına 200000 manat, dövriyyə vəsaitlərinin alınması və digər xərclər üçün isə 100000 manat vəsaitin ayrılması planlaşdırılmışdır. Layihə üzrə göstərilən işlərin yerinə yetirilməsi və müəssisənin investisiya layihəsində göstərilən fəaliyyətin təmin edilməsi üçün avadanlıqların 2022-ci ilin oktyabr-noyabr ayınadək idxal edilməsi və istehsalata cəlb edilməsi planlaşdırılmışdır. Cavabdehə investisiya layihəsi üzrə yuxarıda göstərilən işlərin həyata keçirilməsinədək fəaliyyətini dayandırmaması məqsədilə Texnoparkın ərazisində sahəsi 270 kv.m olan tikili və daxilində olan texnoloji istehsalat avadanlıqları icarəyə verilmişdir. Lakin, cavabdeh tərəfindən təqdim edilən layihəyə görə - istehsalat obyektinin tikintisi, istehsal avadanlıqlarının alınması və quraşdırılması, istehsalın başlanması və sair işlər 2022-ci ilin noyabr ayınadək həyata keçirilməli olduğu halda, layihə üzrə işlərin icrasına dair heç bir addım atılmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixli 04/22-YTP027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilənin şərtlərinə əsasən dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan tikili cavabdehə 5 il müddətinə icarəyə verilmiş, aylıq icarə haqqı isə 1000 manat məbləğində müəyyən edilmişdir (ƏDV daxil isə 1180 manat təşkil edir). Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə” əlaqədar bağlanmış müqavilənin şərtlərinə görə dövlət mülkiyyətində olan DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı və X6 TSP-WS260 markalı avadanlıqlar (dəzgahlar) cavabdehə 5 il müddətinə icarəyə verilmiş, icarə haqqı isə iddiaçı tərəfindən müəyyən edilmiş icarə qiymətlərinə uyğun olaraq avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir. Həmin müqavilələr ilə bağlı razılaşdırılmışdır ki, müəyyən edilən aylıq icarə haqqının ödənişi iddiaçı ilə cavabdeh arasında bağlanılmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilsin. Həmin xərclər qeyd edilən müqaviləyə 1 nömrəli Əlavəsində əks olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli 04/22- YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilənin 1.3-cü bəndinə əsasən, “hazırkı müqavilənin ayrılmaz hissəsi olan X1 göstərilən şərtlər “İcraçı” tərəfindən “Sifarişçi”nin sifarişi verdiyi tarixdən maximum 30 təqvim günü müddətində həyata keçirilir”. Müqavilənin 1.4-cü bəndinə əsasən, “görülən işlər Sifarişçi tərəfindən qəbul edildikdən və buna dair ikitərəfli təhvil-təslim aktı imzalandıqdan sonra İcraçı tərəfindən yerinə yetirilmiş hesab edilir”. Lakin, müqavilələrin bağlanmasından artıq 5 ay müddətin keçməsinə baxmayaraq, “Xidmətlərin göstərilməsinə dair” müqavilədə göstərilən işlərin icrasına və müvafiq ödənişlərinə dair rəsmi sənədlər bu günə kimi təqdim edilməmiş, dəfələrlə işlərin icrası ilə bağlı təhvil-təslim aktının rəsmiləşdirilməsi tələb olunsa da, hər dəfə bir bəhanə edilərək işlərin təhvil verilməsindən imtina edilmişdir. Beləliklə də, icarə müqavilələri üzrə müəyyən edilən aylıq icarə haqqının “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqqları ilə əvəzləşdirilməsi mümkün olmamışdır. Ona görə də, cavabdehdən mübahisələndirilən icarə müqavilələri üzrə müəyyən olunmuş icarə haqların ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən ödəniş etməkdən imtina edilmişdir. Müqavilələr üzrə ödənilməli olan icarə haqqı icarəçi tərəfindən ödənilmədiyindən müqavilələrə xitam verilməsi barədə cavabdehə bildiriş təqdim edilmişdir. Ən vacib əsaslardan biri də cavabdehin rezident olaraq Texnoparkdakı fəaliyyətinin “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”yə əsasən həyata keçirilməsidir. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 8.15.1-ci və 8.15.2-ci bəndlərinə əsasən, rezidentin vəzifələri kimi “öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağlanmış müqaviləyə uyğun təşkil etmək, icarə haqlarını və texnoparkın saxlanılması ilə bağlı xərcləri ödəmək” nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı tərəfindən texnoparkda fəaliyyət göstərən rezidentlərə xidmət haqqı onların istifadəsinə verilmiş torpaq sahəsinin ölçülərinə müvafiq olaraq hesablanır. İddiaçı təsərrüfat hesablı müəssisə olduğundan texnoparkın saxlanılması məqsədilə çəkilməsi zəruri olan bütün xərclərin qarşılanması yalnız rezidentlər tərəfindən ödənilən daxilolmalar əsasında həyata keçirilir. Lakin, cavabdeh tərəfindən Texnoparkda fəaliyyətininin həyata keçirilməsinə dair müqavilənin imzalanması icra olunmamışdır. Nəticədə istifadəsində olan torpaq sahəsinin ölçülərinə müvafiq olaraq aylıq xidmət haqqların ödənilməsi də təmin olunmamışdır. Bununla bağlı, cavabdehə xəbərdarlıq göndərilmiş və eyni zamanda qeyd edilən “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və “Avadanlığın icarəyə verilməsi” ilə bağlı müqavilələrin şərtləri yerinə yetirilmədiyindən həmin müqavilələrə xitam verilməsi ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. Bundan əlavə, Nümunəvi Əsasnamənin 8.1-ci bəndinə əsasən, “Texnoparkın rezidenti texnoparkda fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə əsasən həyata keçirir.” 8.2-ci bəndinə əsasən, “Texnoparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək, texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar”. Həmin Əsasnamənin 8.13-cü bəndinə əsasən, “Texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla (operatorla) texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin icarə müqaviləsini bağlayır”. Əsasnamənin 8.19-cu bəndinə əsasən, “Bu Əsasnamənin 8.18-ci bəndində göstərilən əsaslarla texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi texnoparkın rezidentinin fəaliyyət göstərdiyi sahənin icarə müqaviləsinin, texnoparkın rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur”. Qeyd edilən iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, “X10 2.1-ci bəndində göstərilən tikili sahə Nümunəvi Əsasnamənin 8.13-cü bəndinə əsasən bağlanılan texnologiya parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir”. Lakin fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin cavabdeh tərəfindən imzalanması icra olunmadığına görə, icarəyə verilən tikili sahədən və avadanlıqlardan istifadə edilməsi də tamamilə əsassız olduğunu təsdiq edir. Bundan əlavə, qeyd edilən Müqavilənin 2.6-cı bəndinə görə, “X13 əsasında tikili sahə üzərində yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır”. Lakin, cavabdeh tərəfindən müqavilə əsasında yaranmış icarə hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin cavabdehin həmin müqavilənin 4.2-ci bəndində icarəçi olaraq icarəyə götürülmüş tikili sahədən X13nə və innovasiya fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq təyinatı üzrə istifadə etmək, icarəyə götürülmüş tikili sahəni X13nə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq və tikili sahədən istifadəyə görə icarə haqqını tam və vaxtında ödəmək və sair vəzifələri vardır. Həmin müqavilənin 4.2.3-cü və 4.2.5-ci bəndlərinə əsasən “icarəyə götürülmüş tikili sahəni X13nə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq” və “tikili sahədən istifadəyə görə icarə haqqını tam və vaxtında ödəmək” kimi icarəçinin vəzifələri nəzərdə tutulmuşdur. Müqavilənin 5.5-ci bəndinə əsasən, “İcarəçi X10 5.2-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1 %-i miqdarında dəbbə pulu ödəyir”. Müqavilənin 8.1-ci bəndinə əsasən, “Tərəf X13 üzrə öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Müqavilənin 11.3-cü bəndinə görə, “X13nə aşağıdakı hallarda xitam verilir: 11.3.1. İcarə Müqaviləsinin müddəti başa çatdıqda; 11.3.2. innovativ fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə; 11.3.3. İcarəçinin icarəyə götürdüyü tikili sahədən istifadəsi X10 şərtlərinə uyğun gəlmədikdə; 11.3.4. İcarəçi icarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə”. Qeyd edilənlərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə cavabdehin icarə haqları üzrə 5 (beş) ay üçün 5900 manat məbləğində borcu yaranmışdır. Belə ki, icarə haqqının məbləği hər ay üçün ƏDV daxil 1180 manat müəyyən olunmuşdur. Bundan əlavə, icarə haqqının ödənilməməsinə görə dəbbə pulunun məbləği 1770 manat təşkil edilmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə 5900 manat məbləğində pul vəsaiti və 1770 manat dəbbə pulu ödəməlidir. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə” əlaqədar bağlanmış müqavilənin 6.2-ci bəndinə görə, “tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda müqavilə digər tərəfin tələbi ilə qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qaydada ləğv oluna bilər”. Müqaviləyə əsasən, avadanlıqların istifadəyə verilməsinə görə icarə haqqı avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir. İcarə müddəti ərzində icarə əsasında cavabdehə təhvil verilən avadanlıqların fəaliyyət göstərdikləri sahədə günün əksər hissəsində işlək olduğu və istismar edildiyi müşahidə olunmuşdur. Lakin, cavabdeh tərəfindən avadanlıqların istismar edilməsindən əldə edilən mənfəət barədə məlumatlar gizlədilmiş, bununla bağlı bildirilmişdir ki, avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işləri və üzərində testlər aparılır. Eyni zamanda, məlum olmuşdur ki, cavabdeh tərəfindən avadanlıqlardan biri (“X6 TSP-WS260” markalı) istifadə olunmur, daha sonra həmin avadanlığın təhvil veriləcəyi barədə məktub da göndərilmişdir. Bu məqsədlə, cavabdehin istifadəsinə verilmiş tikili sahənin və DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı avadanlıqların aylıq icarə dəyərinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəylərinə əsasən, cavabdehin istifadəsinə verilmiş tikili sahənin aylıq icarə dəyəri 1650 manat, avadanlıqların isə aylıq icarə dəyəri 1800 və 1200 manat dəyərində təşkil etmişdir. Cavabdehə yazılı şəkildə icarə haqlarının ödənilməsi barədə xəbərdarlıq edilmiş və göstərilən müqavilə əsasında təhvil alınan avadanlıqların istifadəsinə xx.xx.2022-ci il tarixindən etibarən istismarının dayandırılması və icarəyə verilən tikili sahənin xx.xx.2022-ci il tarixinədək boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı avadanlıqların cavabdeh "xxxx" MMC-nin istifadəsində 4 (dörd) ay müddətində olduğunu nəzərə alaraq, hesab edir ki, həmin müddət üçün icarə haqqının dəyəri hər ay üçün 3000 manat olmaqla, ümumilikdə 12000 manat məbləğində təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən və avadanlıqların aylıq icarə dəyərinin 3000 manat olmasını nəzərə alaraq, cavabdeh tərəfindən həmin məbləğin illik beş faiz olmaqla (3000*12*5%) cəmi 1800 manat məbləğində faiz ödəməlidir. Göstərilənlərdən əlavə, cavabdehin Texnoparkın ərazisində fəaliyyətə başladığı gündən bütün kommunal xərclər üzrə 280,21 məbləğində borcu yaranmış və həmin borc da cavabdeh tərəfindən ödənilməmişdir. Bundan əlavə, 28 noyabr 2022-ci il tarixində Texnoparkın ərazisində nasaz olduğu üçün əsas xəttən ayrılan və istismarı dayandırılan qaz borusundan qaz sızıntısının olduğu aşkarlanmışdır. Bununla bağlı olaraq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən icarə əsasında istifadəsinə verilmiş tikili sahənin istilik sistemlərinin yoxlanılması və sazlanması məqsədilə kənar şəxs çağrılmışdır. Bu zaman, cavabdeh tərəfindən Yüksək Texnologiyalar Parkının heç bir məsul şəxsi məlumatlandırılmadan, qəzalı olduğu üçün istismardan kənarlaşdırılan boru xətti ilə tikili sahə təbii qaz ilə təmin edilmişdir. Bu müddət ərzində qaz ilə təchiz olduğu barədə yenə də Yüksək Texnologiyalar Parkına heç bir məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixində əməyin mühafizəsi, təhlükəsizliyi, yanğından mühafizə və mülki müdafiə üzrə aparıcı mütəxəssis ərazi üzrə ümumi nəzarət işlərini həyata keçirərkən cavabdehin istifadəsində olan tikili sahənin yanındakı boru xəttindən qaz sızıntısı səsinin eşidildiyini baş mühəndisi Rahim Heydərova dərhal bildirmişdir. Müəyyən olunmuşdur ki, qəzalı boru xətti istismara cəlb edilib və bu səbəbdən qaz sızıntısı baş vermiş, nəticədə iddiaçı külli miqdarda zərərə məruz qalmışdır. xx.xx.2022-ci tarixdə “Azəriqaz” İB tərəfindən qaimə faktura təqdim olunmuşdur. Faktura üzrə cari ayda istifadə edilən qazın həcmi 80438 kub metr və ya 17696.36 manat vəsait təşkil edir. Mövsümün soyuq günlərinin başladığını və cari sərfiyyatın istənilən halda keçən aydan daha yüksək olacağı texnopark tərəfindən gözlənildiyi nəzərə alınsa da, hər rezident üzrə sayğac göstəricilərinin əldə olunması və ümumi sərfiyyatdan çıxılması nəticəsində müəyyən olmuşdur ki, cavabdehin özbaşına müdaxiləsi nəticəsində qaz borusundan sızan qazın ümumi həcmi 29300 kub metrdir. Manatla ifadə edildiyində cavabdehin qanunuz əməlləri nəticəsində iddiaçıya vurduğu zərər 6446 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin rezidentlik statusuna xx.xx.2023-cü il tarixindən etibarən xitam verilmiş və bu barədə qəbul edilmiş qərar aidiyyəti qurumlara göndərilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən icarə əsasında istifadəyə verilmiş tikili sahə və avadanlıqlar bu günə kimi təhvil verilmədiyindən, bu barədə cavabdehə rəsmi bildiriş göndərilmişdir. İcarə müqavilələri üzrə cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə cavabdehə təklif göndərilmiş, daha sonra 15 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə iclas təyin edilmişdir. Lakin, cavabdehin rəhbərinə iclas barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçı tərəfindən 200 manat məbləğində ilkin mediasiya xərcləri ödənilmişdir.
9. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, cavabdeh süni intelektlə, yəni proqramlaşdırmayla məşğul olan şirkətdir. Texnofest başlayan zaman texnofestdə robotlarla iştirak etmək lazım idi. Vasif bəy onu dəvət etdi, bildirdi ki, ona iş verəcək. Led lampalarla və laqonda daşı ilə bağlı biznes plan vermişdir. Vasif bəy şərik olacağını bildirdi. Daha sonra Milli Elmlər Akademiyasından çıxıb, Təhsil Nazirliyinə keçəndə bunların hamısı dayandı. O, pulu risqə ata bilməyəcəyini, heç bir maliyyə buraxa bilməyəcəyini bildirdi. Hətta Təhsil Nazirliyi gələndə onun düzətdiyi 15000 manatlıq dəzgahını gətirməyini bildirdilər. Hətta onlar 19000 Avroya aldıqlarını, cavabdehin isə 15000 manata düzəltdiyini demişlər. 4 ay müddətinə dəzgahları düzəltmişdir. Dəzgahlara da proqram təminatını yazmaq üçün 50000 avro pul istəyir. Dəzgahları 21-ci əsrin dəzgahlarıdır. İddiaçı tərəf svarka istifadə edəndə işığı avtomatdan söndürürdü, belə olan zaman isə dəzgaha yenidən proqram təminatı yazmaq lazım olurdu. Bir dəfə də 3 fazı qoşanda dəzgah tərsinə işləməyə başladı deyə dəzgahın içərisi dağılıb, töküldü. Kommunal borclarla bağlı ona gələn qaimə əsasında borcları ödəmişdir. Həmin dəzgahları düzəldəndə xərci çox görünürdü. Cavabdeh 30000 manata razılaşıb, imzalamışdır ki, dəzgahlardan nə xeyir gəlsə yarı yarıya böləcəklər. Dekabrın biri əllərində bildirişlə gəlib, bütün dəzgahları skoçlayıb, kadrlar şöbəsinin möhürü ilə möhürlədilər və ona müqavilənin ləğv olunduğunu bildirdilər. Orada da qeyd olunurdu ki, dəzgahların işləmirdi, prosesin nədən getdiyindən şübhələnirlər. İddiaçı tərəf Müdafiə Sənayesi Nazirliyinə götürüb, rəsmi məktub yazıblar ki, Qanuni nümayəndə müdafiə sənayesinin işçiləri ilə birlikdə burada silah hazırlayır, satır. Onlar da cavab yazıblar ki, düzgün yerə müraciət etməmisiz. İddia tələbi əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-888/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi, "xxxx" MMC tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə "xxxx" MMC-yə təhvil verilməsi, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulunun, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə 12000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18740,8 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı Kommesiya Məhkəməsinin e-2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə qarşı “İnvestisiya layihəsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi” ilə əlaqədar Cavabdeh MMC-yə verilən qeydiyyat şəhadətnaməsinin xx.xx.2023-cü il tarixli, 14 saylı qərarı ilə ləğv etməsi tamamilə əsassızdır. Belə ki, investisiya layihəsini həyata keçirmək üçün "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə torpaq sahəsi ayrılmalı idi. Lakin həmin torpaq sahəsi ayrılmamışdır. Həmçinin məhkəmə tərəfindən icarə haqqının və xidmət haqqının tərəflər arasında bağlanmış müqavilələrə görə deyil, çox pis reputatsiyaya malik olan "xxxx" MMC tərəfindən verilmiş şübhəli rəyə əsasən müəyyənləşdirilməsi sadəcə olaraq təəccüb doğurur. Sənaye parkları sahibkarların, kiçik və orta biznesin qurulması, inkişafı və dayanıqlığına dəstək məqsədi ilə yaradılmış və burada sahibkarlara dövlət tərəfindən təmin edilmiş müxtəlif imtiyazlar tədbiq edilir. "xxxx"nın fəaliyyəti isə digər sənaye parklardan, informasiya texnologiyalarının inkişaf etdirilməsi, burada müasir texnologiyaların istehsalı, onun mənimsənilməsi, təkmilləşdirilməsi, mütəxəssislərin yetişdirilməsi və daha sonra sənayedə tədbiq edilməsi ilə fərqlənir. Belə ki, sözügedən sənaye parklarında o cümlədən, “ AMEA Yüksək Texnologiyalar Parkı”nda sahibkarlara təklif edilən xidmətlər Azərbaycan Respublikası Tarif Şurası tərəfindən, Dövlət Əmlakında olan tikili sahələrin, texniki avadanlıqların icarəyə verilməsi, xüsusilə Texnoparklarda və digər sənaye parklarda imtiyazlı tariflərlə tənzimlənir. Texnopark tərəfindən Cavabdeh MMC-yə icarə müqaviləsi əsasında istifadəsinə verilmiş “Tikili sahənin” eləcə də “Avadanlıqların” icarə haqqının müəyyənləşdirməsi məqsədilə "xxxx" MMC-dən sözün əsl mənasında aldıqları rəy tamamilə qanunsuzdur. Çünki texnoparklarda əmlakın icarə haqqının müəyyənləşdirilməsi daxili bazarla deyil, məhz sənaye parklarındakı qiymətlərlə müqayisə edilməlidir. Tikili sahəsinin icarəyə verilməsi ilə əlaqədar imzalanmış xx.xx.21022-ci il tarixli 04/22-YTP-027-İ saylı müqavilənin 5.1-ci bəndinə əsasən icarə haqqının 1000 manat olduğu halda (müqavilə 5 il müddətinə bağlanmışdır), "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, UNİ/S 85-1435/22 saylı rəyə əsasən müəyyən edilməsi, yəni Cavabdeh MMC-nin istifadəsində olan tikili sahəsinin aylıq icarə haqqının 1000 manat deyil, 1650 manat müəyyən edilməsi, eləcə də, “Avadanlıqların icarəsi” müqaviləsində rüblük gəlirin 50 %-nin ödənilməsi öhdəliyi olmasına baxmayaraq, ekspertiza rəyinə əsasən dəzgahın birinin icarə haqqı 1800 manat, digərinin isə 1200 manat qəbul edilməsi hüquqi cəhətdən əsassızdır. Çünki müqavilələrdə göstərildiyi kimi, icarə haqqının dəyişdirilməsi, tərəflərin qarşılıqlı razılığı əsasında və müqavilənin ayrılmaz hissəsi hesab edilən “Əlavə razılaşma” ilə təsdiqini tapmalıdır. Kommunal xidmətlərinin Cavabdeh MMC tərəfindən ödənilməməsi ilə bağlı fikrə münasibətdə, müqavilə bağlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avadanlıqların üzərində müayinə və zəruri təmir-bərpa işləri aparıldığı üçün elektrik enerjisindən demək olar ki, istifadə edilməyib və bu hal Texnopark tərəfindən nəzərə alınıb, Texnopark tərəfindən bu müddət ərzində edilən sərfiyyata dair “AKT”ın məhkəməyə təqdim edilməməsi də bunu sübut edir. Növbəti ay ərzində, yəni xx.xx.2022-xx.xx.2022-ci il tarixlərindəki elektrik enerjisindən sərfiyyatı təsdiq edən, xx.xx.2022-ci il tarixli “AKT”a və buna dair Texnoparkın təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 284/22 saylı fakturaya nəzər salsaq bu müddət üçün Cavabdeh MMC tərəfindən 204.37 manat ödənilmişdir. İcarəyə verilən tikili sahədə mavi yanacaq yalnız qış mövsümündə istifadə edilə bilər və yalnız binanın isitmə sistemi (kombi) üçün. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə rezident Texnoparkın direktoruna mavi yanacağın verilməsilə əlaqədar rəsmi müraciət ünvanlamışdır, xx.xx.2022-cil tarixdə isə Texnopark rəhbəri, rezidenti mavi yanacaqla təmin edəcəyini rezident tərəfindən sayğac quraşdırıldığı halda təmin ediləcəyi cavabını vermişdir. Bir həftə sonra isə, yəni xx.xx.2022-ci il tarixdə “bildiriş” təqdim edərək rezidentin Texnopark ərazisinə girişini qadağa etmişdir. “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin 1.2.11-ci bəndində göstərilir ki, “Mühəndis-kommunikasiya təminatı-texnoparkda infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları”ın Texnopark tərəfindən təmin edilməsi öhdəliyi öz əksini tapmışdır. Belə olan halda Texnopark direktorunun, sayğacların rezident tərəfindən quraşdırılması tələbinin də əsassız olduğu məlum olur. "xxxx" tərəfindən 01 dekabr 2022ci il tarixli, YTP-76-17/55 saylı “bildiriş” təqdim edilərək sözügedən icarə müqavilələrinə xitam verəcəyi haqda və 05 dekabr 2022-ci il tarixədək “Tikili sahə”nin və eləcə də burada digər müqavilə əsasında rezidentin icarəsində olan dəzgahların təhvil verilməsini tələb etmiş, lakin ertəsi gün, yəni, xx.xx.2022-ci il tarixdən etibarən “İcarəçinin” əməkdaşlarının "xxxx"nın ərazisinə girişinə qadağa qoymuşdur. Halbuki, YTP ilə rezident arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 04/22- YTP-027-İ saylı Müqavilənin 11-ci bəndinə əsasən, “Müqavilənin dəyişdirilməsi, uzadılması və xitamı” və 11.5-ci bəndinə əsasən “X10 11.3.3-cü və 11.3.4-cü yarımbəndlərində göstərilən hallar baş verdikdə icarəyə verən icarəçiyə pozuntuların aradan qaldırılması üçün yazılı bildiriş verir və İcarəçi bildirişi aldığı tarixdən 30 gün ərzində pozuntuları aradan qaldırmazsa və ya aradan qaldırılması üçün heç bir tədbir görməzsə, icarəyə verən X13nə xitam verə və vurulmuş zərəri tələb edə biləcəyi göstərilmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ saylı “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə cavabdehdən 5 ay üçün 5900 manat borcun tutulması ilə əlaqədar qeyd olunur ki, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi icarə müqavilələrinin bağlandığı tarixə və YTP-nin cavabdehə təqdim etdiyi xx.xx.2022-ci il tarixli “bildiriş”ə nəzər yetirilsə, rezidentin YTP-nin ərazisindəki fəalliyətinin müddəti cəmi 3 ay 20 gün təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə Cavabdeh MMC tərəfindən tam riayət olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh MMC tərəfindən icarəyə götürülmüş avadanlıqların işlək vəziyyətə gətirilməsi üçün 30250 manat xərc çəkilmiş, bundan sonra həmin dəzgahlarda müəyyən detalların hazırlanması üçün digər müəssisələrlə müqavilələr bağlanmış, məhz bundan sonra öz cılız maraqlarını dövlətin maraqlarından qat-qat üstün tutan "xxxx" MMCnin direktorunun göstərişi liə Cavabdeh MMC-nin işçiləri əraziyə buraxılmamışdır. Göründüyü kimi müqavilələrin şərtləri məhz "xxxx" MMC tərəfindən qəsdən, kobud surətdə pozulmuşdur. Yuxarıda qeyd olunduğu kimi müqavilələrə əsasən müəyyən edilən aylıq icarə haqqının ödənişi tərəflər arasında 10 avqust 2022-ci il tarixli, 04/22-YTP-027-X saylı “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilməli idi və bunun üçün mövcud qanunvericiliyin tələbinə görə hər ayın sonunda "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə elektron vergi-hesab qaiməsi təqdim olunmalı idi. Lakin bir dənə də olsun qaimə təqdim olunmayıb. Əgər icarəyə verilən avadanlıqlar işlək vəziyyətdə olubsa, nəyə görə müqavilədə "xxxx" MMC tərəfindən avadanlıqların təmiri üçün 30250 manat xərc çəkilməsinin vacib olduğu barədə sənədə imza atılıb. Əgər icarəyə verilən avadanlıqlar işlək vəziyyətə gətirilməyibsə, nəyə görə məhkəmə tərəfindən həmin avadanlıqların icarəsinə görə cavabdehdən 12 000 manat pul tutulması qət olunur. Tərəflər arasında bağlanmış müqavilələrdə konkret icarə haqqının məbləğinin müəyyənləşdirilməsinə baxmayaraq razılışmada göstərilən məbləğ deyil, hansısa bir MMC-nin verdiyi rəy əsas götürülmüşdür. Müqavilədə göstərilən icarə haqqı barədə tərəflərin razılaşması nəzərə alınmamış, müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, iddiaçının hər hansı bir zərərə düşməsi barədə əsaslı bir sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən bu hal qətiyyən araşdırılmamış və əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 6.2-ci fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
17. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasn öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2-2(103)-486/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-888/2023 nömrəli qətnaməsi qismən - "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir.
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
31. İş materiallarına əlavə edilmiş:
32. 04.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 20,02 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsinə verilmişdir.
33. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilədən görünür ki, iddiaçı dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını (Tikili sahəni) 10 avqust 2022-ci il tarixdən 10 avqust 2027-ci il tarixədək cavabdehə müddətli istifadəsinə verməyi, cavabdeh isə həmin tikili sahənin istifadəsinə görə X13 ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
34. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilədən görünür ki, iddiaçı, qanuni əsaslarla ona məxsus olan “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X5 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) icarəyə verməyi, cavabdeh isə həmin avadanlığı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabər icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər.
35. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsindən görünür ki, iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər.
36. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X5 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) cavabdehə təhvil verilmiş və həmin avadanlıqlar cavabdeh tərəfindən təhvil alınmışdır.
37. İddiaçının 09 yanvar 2023-cü il tarixli 14 saylı qərarından görünür ki, "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli 8 nömrəli Qərarı əsasında "xxxx" MMC-nin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunun əldə etməsinə əsas olan **********2 nömrəli Qeydiyyat Şəhadətnaməsi ləğv edilmişdir.
38. 30.11.2022-ci il tarixli Aktdan görünür ki, 28 noyabr 2022-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkının ərazisində nasaz olduğu üçün əsas xəttən ayrılan və istismarı dayandırılan qaz borusundan qaz sızıntısının olduğu aşkarlanmışdır. Bununla bağlı olaraq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, 24 noyabr 2022-ci il tarixində texnoparkın rezidenti "xxxx" MMC tərəfindən icarə əsasında istifadəsinə verilmiş tikili sahənin istilik sistemlərinin yoxlanılması və sazlanması məqsədilə kənar şəxs çağırılmışdır. Bu zaman, "xxxx" MMC AMEA Yüksək Texnologiyalar Parkının heç bir məsul şəxsini məlumatlandırmadan, qəzalı olduğu üçün istismardan kənarlaşdırılan boru xətti ilə tikili sahə təbii qaz ilə təmin edilmişdir. Bu müddət ərzində qaz ilə təchiz olduğu barədə yenə də AMEA Yüksək Texnologiyalar Parkına heç bir məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixində əməyin mühafizəsi, təhlükəsizliyi, yanğından mühafizə və mülki müdafiə üzrə aparıcı mütəxəssis Oleq İsmayılov ərazi üzrə ümumi nəzarət işlərini həyata keçirərkən "xxxx" MMC-nin istifadəsinə olan tikili sahənin yanındakı boru xəttindən qaz sızıntısı səsinin eşidildiyini baş mühəndisi Rahim Heydərova dərhal bildirmişdir. Tezliklə aydın olmuşdur ki, qəzalı boru xətti istismara cəlb edilib və 24 noyabr tarixindən 28 noyabr tarixinədək boruda qaz sızıntısı davam etmiş və "xxxx" MMC külli miqdarda zərərə məruz qalmışdır. Dərhal "xxxx" MMC-nin rəhbərliyi çağırılmış və özbaşına müdaxilə həyata keçirildiyi üçün ciddi xəbərdarlıq edilmişdir. Yalnız bütün bunlardan sonra "xxxx" MMC tərəfindən AMEA Yüksək Texnologiyalar Parkına keçmiş tarixli məktub ünvanlanaraq istilik sisteminin təmir edildiyi barədə məlumat verilmiş və xərclərlə bağlı akt təqdim edilmişdir. Aktlaşdırılaraq bildirilir ki, həm təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə həm də qış mövsümünə hazırlığın zəruriliyi barədə rəsmi müraciət etməyinə baxmayaraq "xxxx" MMC rəhbərliyi və əməkdaşları tərəfindən səhlənkarlıq halları və yuxarıda qeyd edildiyi kimi qaz boru xəttinə özbaşına müdaxilələr kimi bədbəxt hadisələrə səbəb olacaq davranışlar qeydə alınmışdır. Eyni zamanda qaz sızıntısı ilə bağlı "xxxx" MMC-yə dəymiş zərərin həcmi “Azəriqaz” İB tərəfindən göndəriləcək cari ayın sərfiyyatını əhatə edəcək hesab faktura ilə müəyyən ediləcəkdir.
39. xx.xx.2022-ci il tarixli 317/22 saylı hesab-fakturadan görünür ki, cavabdehin kommunal, yanacaq, enerji sərfi və s. işlər üzrə xidmətlər, o cümlədən noyabr ayı üçün elektrik enerjisi üzrə ümumilikdə 280,21 manat borcu vardır.
40. xx.xx.2022-ci il tarixli EBCK seriyalı 782570 nömrəli elektron qaimədən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə 17696,36 manat məbləğində elektron qaimə təqdim edilmişdir.
41. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC və YT Parkın rezidenti Cavabdeh MMC arasında 10 avqust 2022ci il tarixli 04/22-YTP-027-X nömrəli müqaviləyə əsasən YT Parkın mülkiyyətində olan DMG MORO ecoMill 50, DMG Mori eco Turn 310 və X6 TSP-WS260 markalı dəzgahların texniki nasazlıqlarının aradan qaldırılması və işlək vəziyyətinə çatdırılması məqsədilə işçi qrupa müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilən dəzgahlarda 04/22-YTP-027-X nömrəli müqavilənin 1 saylı əlavəsindəki görülən işlər (göstərilən xidmət) nəticəsində hər üç dəzgahda nasazlıqlar aradan qaldırılmışdır. Məlum olduğu kimi həmin dəzgahlar 10 avqust 2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli müqavilə əsasında Cavabdeh MMC-nin istifadəsi məqsədi ilə icarəyə verilmişdir. Hazırda X6 TSP-WS260 markalı dəzgahdan istifadə edilmir. Sözügedən dəzgahın mülkiyyətçisi olan AMTA YT Parkına geri təhvil verilməsini, istifadəsinə zərurət yarandığı halda yenidən rəsmiləşdirilməsini uyğun hesab edir. YT Parkın həmin dəzgahın istifadəsinə və ya texniki məsələlərində yardımına zərurət olduğu halda Cavabdeh MMC buna hazır olduğunu nəzərinizə çatdırır. Qeyd: Sözü gedən dəzgahın yerləşdiyi iş sahəsinin açarları YT Parkı rəhbərliyinin tapşırığı əsasında NBM-nə təhvil verililb.
42. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təxmini xx.xx.2022-ci il tarixdə YT Parkın elektrik enerjisinin təçhizatından cavabdeh şəxslər tərəfindən cəmiyyətin istifadəsində olan tikili sahəsində elektrik enerjisi, əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılmış və fazların yerləri dəyişdirilmiş, nəticədə istifadəsində olan DMG markalı dəzgahda texniki qəza baş vermiş və bununla əlaqədar müraciət ünvanlanmışdır. Müraciətə əlavə olaraq bildirilmişdir ki, qəza baş vermiş dəzgahda təmir-bərpa işlərinin aparılması məqsədilə xx.xx.2022-ci il tarixdən etibarən dəzgahın işləməməsinin səbəblərini mütəxəssislərlə birlikdə araşdırmışdır. Qeyd edilən dəzgahda mexaniki hissəsinin təmir-bərpa işləri təxmini xx.xx.2022-ci il tarixində başa çatdırıldı və daha sonra dəzgahın elektron-proqram hissəsində “XƏTA” məlumatı ortaya çıxdı. Bununla əlaqədar Türkiyyədəki istehsalçı şirkətin mütəxəssislərinə müraciət etdikdə, xətanın məsafədən həll edə bilməyəcəklərini, yalnız yerində baxıb bərpa edə biləcəklərini bildirdilər. Nəticədə, texniki mühəndis və proqramçı-mühəndisləri qeyd edilən “XƏTA”nı aradan qaldıraraq dəzgahı bərpa etdilər.
43. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli YTP-76-17/55 saylı Müqavilələrə xitam verilməsinə dair bildirişdən görünür ki, 10 avqust 2022-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında tikili sahənin icarəyə verilməsinə dair 04/22-YTP- 027-İ nömrəli və avadanlığın icarəyə verilməsi 08/22-YTP-027-İ-2 nömrəli müqavilələr bağlanılmışdır. Razılaşdırılmışdır ki, 04/22-YTP-027-İ nömrəli 10 avqust 2022-ci il tarixli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə müəyyən edilən aylıq icarə haqqının ödənişi, 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilsin. Əvəzləşdirilməsi nəzərdə tutulan xidmət haqları 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027- X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə 1 nömrəli əlavədə əksini tapan xərclərdir. Lakin, müqavilənin bağlandığından 4 aya yaxın müddətin keçməsinə baxmayaraq, “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə 1 nömrəli Əlavəsində göstərilən zəruri xərclərin yaranmasına və ödənilməsinə dair heç bir rəsmi sənəd təqdim edilməmişdir. Eyni zamanda, bu müddət ərzində icarə əsasında müəssisənizə təhvil verilən avadanlıqların fəaliyyət göstərdiyiniz tikinti sahəsində günün əksər hissəsində işlək olduğu və istismar edildiyi müşahidə edilmişdir. Bununla da, sözügedən xərclərin ödənilmədən avadanlıqların işlək vəziyyətə gətirilməsi və istismara cəlb edilməsinə dair əsaslı şübhələr aşkar edilmişdir. Müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC ilə bağladığı 04/22-YTP-027-İ nömrəli 10 avqust 2022-ci il tarixli tikili sahənin icarəyə verilməsi ilə əlaqədar və 08/22-YTP-027-İ-2 nömrəli 10 avqust 2022-ci il tarixli avadanlığın icarəyə verilməsi ilə bağlı müqavilələrin şərtləri yerinə yetirilmir, tələb olunan hesabatlar hazırlanmasından və təqdim edilməsindən imtina edilir. Bununla da, təsərrüfat hesablı müəssisə olan "xxxx" MMC-nin saxlanılması üçün zəruri olan daxilolmaları "xxxx" MMC həyata keçirmir. Yuxarıda qeyd edilənlərə əsasən, 08/22-YTP-027-İ-2 nömrəli 10 avqust 2022-ci il tarixli “Avadanlığın icarəyə verilməsi ilə bağlı” müqavilə əsasında təhvil aldığı avadanlıqların istifadəsinə xx.xx.2022-ci il tarixindən etibarən xitam verilir və 04/22-YTP- 027-İ nömrəli 10 avqust 2022-ci il tarixli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə icarəyə verilən tikinti sahənin xx.xx.2022-ci il tarixinədək təhvil verməyi tələb etmişdir.
44. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli UNİ/S86- 1436/22 saylı Daşınar əmlakın icarə dəyəri barədə rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə “DMG Mori ecoMill 50” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1800 manat, “DMG Mori ecoTURN 310” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1200 manat müəyyən edilmişdir.
45. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində biznes inkişafi və rezident iş şöbəsinin rəhbəridir. Rezidentə götürdüyü bütün şəxslərlə ilkin görüşmə aparır. Qanuni nümayəndələ də bu konteksdə tanış olmuşlar. İlkin olaraq "xxxx" MMC inkibasiya vəziyyətində qəbul olunmuşdur. Sonrakı proseslərdə rezident statusu vermişlər. İnkibasiya prosesində tanımağı onunla bağlı idi ki, Anar müəllimin təqdim etdiyi layihədə iddiaçının bir növ qəbul etdiyi layihə texnoparkın qəbul etdiyi layihəyə uyğun idi. Bu niyyətlə qəbul etmişdirlər. Qanuni nümayəndə vəziyyətinə görə iddiaçı ona bir növ yardım etmişlər. Əlavə bir biznes planla da rezident statusu vermişlər. İddiaçı bu münasibətə bir növ gələcəyə yatırım kimi baxmışdır. Cavabdeh iddiaçı ilə müqaviləyə əsasən xidmətlərin göstərilməsi təhvil-təslim etməli idi, iddiaçı isə əvəzində icra haqqını əvəzləşdirəcəkdi, lakin cavabdehlə xidmətlərin görülməsini təhvil-təslim edə bilməmişlər və bu formada öhdəliyi qarşı tərəfə ötürmüşlər.
46. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını (Tikili sahəni) 10 avqust 2022-ci il tarixdən 10 avqust 2027-ci il tarixədək cavabdehin müddətli istifadəsinə verməyi, cavabdeh isə həmin tikili sahənin istifadəsinə görə X13 ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, qanuni əsaslarla ona məxsus olan “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X5 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) icarəyə verməyi, cavabdeh isə həmin avadanlığı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabər icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər.
47. Göründüyü kimi tərəflər arasında həm icarə müqavilələri, həm də xidmət müqaviləsi bağlanmış və tərəflər, aralarında bağladıqları xx.xx.2022-ci il tarixli 04/22-YTP- 027-X nömrəli Xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müqavilələri üzrə iddiaçıya ödənilməli olan icarə haqlarının ödənilməsini xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya göstəriləcək xidmətlərin dəyəri ilə əvəzləşdirməyi nəzərdə tutmuşlar.
48. Xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin 10 avqust 2022-ci il tarixli 1 nömrəli razılaşdırma protokolunda göstərilən xidmətlərin (görülən işlərin) ödənişi "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP- 027-İ nömrəli və 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-İ-2 nömrəli xidmət müqavilələrində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdiriləcək.
49. İddiaçı, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə xidmətlərin göstərilmədiyini və müvafiq olaraq icarə haqlarının ödənilmədiyini iddia edir, cavabdeh isə avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılması səbəbindən icarə haqqının ödənilmədiyini bildirir.
50. Məhkəmə kollegiyası iddia tələbinin tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən tikilinin və avadanlıqların icarə verilməsinə dair müqavilələr ləğv edildiyindən (məhkəmədən kənar qaydada) iddia göstərilən hissədə təmin edilməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqlarının ödənilməsi, xidmətlərin göstərilməsindən asılı olduğundan bu xidmətlərin göstərilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə iddiaçıya xidmətlərin göstərilməsi, o cümlədən avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
52. Belə ki, iddiaçı (Sifarişçi) ilə cavabdeh (İcraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X saylı “Xidmət Müqaviləsi”nin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının məbləği Müqaviləyə əlavə hesab olunan X1 qeyd edilir.
53. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən hazırkı müqavilənin ayrılmaz hissəsi olan X1 göstərilən şərtlər “İcraçı” tərəfindən “Sifarişçi”nin sifariş verdiyi tarixdən maksimum 30 (otuz) təqvim günü müddətində həyata keçirilir.
54. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən görülən işlər “Sifarişçi” tərəfindən qəbul edildikdən və buna dair ikitərəfli təhvil-təslim aktı imzalandıqdan sonra “İcraçı” tərəfindən yerinə yetirilmiş hesab edilir.
55. Müqailəyə əlavə olan 1 saylı, xx.xx.2022-ci il tarixli razılaşdırma protokolunda görülməli işlərin ümumi dəyəri 30250 manat dəyərində müəyyən edilmişdir.
56. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən onlara ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə onların texno parkın ərazisinə girişlərinə qadağa qoyulduğunu, xx.xx.2022-ci il tarixdə isə əməkdaşlarının əraziyə girmələrinə icazə verilmədiyini bildirmişdir. Həmin tarixdən sonra cavabdehin əməkdaşlarının texno parkın ərazisinə girişinə icazə verilmədiyini fərz etsək belə xx.xx.2022-ci il tarixə qədər artıq müqavilənin bağlanmasından 4 aya yaxın vaxt keçmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən isə sifariş verildiyi tarixdən maksimum 30 təqvim günü müddətində həyata keçirilməli idi.
57. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı elektron kabinet vasitəsilə bir sıra sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin sənədləri birinci instansiya məhkəməsində təqdim etməmələrinin səbəbi kimi həmin sahəyə buraxılmamaları ilə əlaqələndirmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən sənədlər sübut kimi qəbul edilsə belə, həmin sənədlər cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X saylı “Xidmət Müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməsini təsdiq etmir.
59. Həmin sənədlər arasında yalnız "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X Xidmət Müqaviləsinin 1 saylı Əlavəsində görülən işlər haqda xx.xx.2022-ci il tarixli aktdır ki, həmin akt da birtərəfli qaydada cavabdeh tərəfindən tərtib edilmişdir.
60. İddia tələbinin icarə haqlarının ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi icarə haqlarının ödənilməsi, cavabdeh tərəfindən göstərilməli xidmətlərin dəyəri ilə əvəzləşdirilməsindən asılı olduğundan və bu xidmətlər cavabdeh tərəfindən iddiaçıya göstərilmədiyindən, iddiaçı icarə haqlarının pul vəsaiti ilə ödənilməsini tələb etməkdə haqlıdır.
61. İcarə haqları ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
62. xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə:
63. Göstərilən müqavilənin 5.1-ci bəndinə əsasən X13 üzrə icarəyə verilən tikili sahədən istifadəyə görə icarə haqqı Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnaməyə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və "xxxx" MMC tərəfindən onun balansında olan tikili sahə (ofis binası, anbar binası, istehsalat binası) üçün müəyyən edilmiş aylıq icarə qiymətlərinə uyğun olaraq 1000 (bir min) manat (AZN) məbləğində müəyyən olunur, icarə haqqının tərkibinə ƏDV daxil deyil və İcarəçi tərəfindən ayrıca ödənilir.
64. Göründüyü kimi tikili sahənin aylıq icarə haqqı məbləği 1000 manat müəyyən edilmiş, ƏDV-nin isə cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən isə icarə haqqını əvəzləşdirəcək xidmətlər göstərilməmiş, eyni zamanda icarə haqqı məbləğinin ƏDV-si ödənilməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə cavabdehin icarə haqları üzrə 5 (beş) ay üçün 5000 manat və ƏDV-yə görə 900 manat (5*180(1000*18%)=900), cəmi 5900 manat məbləğində borcu yaranmışdır.
65. xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə:
66. Göstərilən müqavilənin 3.1-ci bəndinə əsasən X13 üzrə icarəyə verilən Avadanlıqların istifadəyə görə icarə haqqı Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnaməyə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə qiymətlərinə uyğun olaraq bu müqavilənin 1.1-ci maddəsində göstərilən avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir.
67. Göründüyü kimi avadanlıqların icarə haqqı məbləği avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilmişdir. Cavabdeh tərəfindən avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəəti və ya mənfəətinin olmaması barədə nə iddiaçıya, nə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də avadanlıqların icarə haqqı məbləğini müqavilə üzrə müəyyən etmək mümkün olmamışdır.
68. İddiaçı tərəfindən avadanlıqların icarə haqlarının məbləği ilə bağlı məhkəməyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli UNİ/S86-1436/22 saylı Daşınar əmlakın icarə dəyəri barədə rəyi təqdim edilmiş və həmin rəyə əsasən “DMG Mori ecoMill 50” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1800 manat, “DMG Mori ecoTURN 310” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1200 manat müəyyən edilmişdir.
69. İcarə müqaviləsində avadanlıqların icarə haqqının konkret müəyyən edilməməsini və avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətə dair sübutların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə müəyyən edilən icarə haqqı məbləği, inandırıcı sübut kimi qəbul edilməklə avadanlıqlara görə icarə haqqının məbləği həmin rəylə müəyyən edilmiş icarə haqqı məbləğləri əsas götürülməklə hesablanmalıdır. Həmin rəyə əsasən 2 ədəd avadanlığa görə aylıq icarə haqqı məbləği ümumilikdə 3000 manat təşkil edir.
70. Beləliklə, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə cavabdehin avadanlıqların icarə haqları üzrə bir ay təmir-bərpa müddəti çıxılmaqla 4 (dörd) ay üçün 12000 manat məbləğində borcu yaranmışdır.
71. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqavilələrində nəzərdə tutulan qaydada icarə haqqını ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
72. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış göstərilən müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.5-ci bəndinə əsasən, icarəçi X10 5.2-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1 %-i miqdarında dəbbə pulu ödəyir. Lakin məhkəmə kollegiyası hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 295 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.
73. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə faizin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh, icarə haqqının göstərəcəyi xidmətlərin dəyəri ilə əvəzləşdirilməsini öhdəlik kimi götürsə də, öhdəliyini icra etməmiş, hətta icarə haqqını digər formada da ödəməmişdir.
74. Gecikdirilmiş vaxt üçün tələb olunan faizin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən 1800 manat ödənilməsini tələb etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı icarə haqqının ödənilməsinin gecikdirilmiş vaxtı üçün illik beş faiz ödənilməsini 12 ay üzrə hesablamışdır. Lakin işin hallarından görünür ki, iddiaçı hazırkı tələblə müqavilələrin bağlanmasından 5 ay sonra məhkəməyə müraciət etmiş, avadanlıqlara görə icarə haqqı məbləğini 1 ay təmir-bərpa müddətini istisna etməklə 4 ay üzrə hesablamışdır. Belə olan halda gecikdirilmiş vaxtı üçün tələb olunan faizin məbləği hər ay üzrə 3000 manat icarə haqqı nəzərə alınmaqla, gecikdirilmiş ayların sayına uyğun olaraq hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən 125 manat (50 manat (3000 x 5% / 12 ay x 4 ay) + 37,5 manat (3000 x 5% / 12 ay x 3 ay) + 25 manat (3000 x 5% / 12 ay x 2 ay) + 12,5 manat (3000 x 5% / 12 ay x 1 ay) = 125 manat) faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
75. İddia tələbinin kommunal xərclərə görə borcun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli 317/22 saylı hesabfakturadan göründüyü kimi cavabdehin kommunal, yanacaq, enerji sərfi və s. işlər üzrə xidmətlər, o cümlədən noyabr ayı üçün elektrik enerjisi üzrə ümumilikdə 280,21 manat borcu vardır. Cavabdehin nümayəndəsi kommunal xərcləri ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia kommunal xərclərin ödənilməsi hissəsində də təmin edilməlidir.
76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
77. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
78. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilələrdə konkret icarə haqqının məbləğinin müəyyənləşdirilməsinə baxmayaraq razılışmada göstərilən məbləğin deyil, hansısa bir MMC-nin verdiyi rəyin əsas götürülməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə aylıq icarə haqqı konkret olaraq müəyyən edilmiş və birinci instansiya məhkəməsi tərəfindən də həmin məbləğdə icarə haqqı tutulmuşdur.
79. xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə isə aylıq icarə haqqı məbləği avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edildiyindən, cavabdeh tərəfindən avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəəti və ya mənfəətinin olmaması barədə nə iddiaçıya, nə də məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, avadanlıqların icarə haqqı məbləğini müqavilə üzrə müəyyən etmək mümkün olmadığından, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/S86-1436/22 saylı Daşınar əmlakın icarə dəyəri barədə rəyinə əsasən icarə haqqı məbləğinin müəyyən edilməsi də əsaslı olmuşdur.
80. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2-2(113)-888/2023 saylı qətnaməsi mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov