Məhkəmə qərarları › İş №2-2(103)-487/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-487/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-487/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 371/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 30253.33 manat – bundan 22955.38 manat əsas, 5094.35 manat faiz, 1147.71 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1055.89 manat faiz borcu və iş üzrə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat mediasiya xərcinin "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəs., 1 bina, 63 blok, 31 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan 2 otaqdan ibarət mənziliə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra ləğv prosesində olan iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-371/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-371/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim edərək ərizənin təmin edilməsini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin şikayətdən imtinası qəbul edilməli və apelyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar