Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-489/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-83/2023 saylı qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli rb/km1173 saylı müqaviləsi, kredit müqaviləsinə 1 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşma və kredit müqaviləsinə 2 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşma üzrə əsas borca görə 50.730,09 ABŞ dolları, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 4.129,87 ABŞ dolları, illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcuna görə 15.389,68 ABŞ dolları, cəmi 70.249,64 ABŞ dolları və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər və 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 260 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 400 manat məbləğində vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 288 manat məbləğində dövlət rüsumunun, "xxxx" MMC-yə əmlakların qiymətləndirilməsinə dair ödənilmiş 2.000 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh3 MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Qax rayonu, Qaxbaş kəndində, 0,156 ha torpaq sahəsində yerləşən 595,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və həmin binasının tərkib hissələri olan Liter A - tikintialtı sahəsi 99,0 kv.m olan inzibati bina, Liter B - tikintialtı sahəsi 300,8 kv.m olan emal və istehsal sexi, Liter C - tikintialtı sahəsi 46,2 kv.m olan generator binası, Liter D - tikintialtı sahəsi 12,6 kv.m olan qarderob, Liter E - tikintialtı sahəsi 7,5 kv.m olan gözətçi binası, Liter İ - tikintialtı sahəsi 82,2 kv.m olan altıaçıq, Liter İİ – tikintialtı sahəsi 94,0 kv.m olan altıaçıq, Liter İİİ - tikintialtı sahəsi 7,7 kv.m olan ayaqyolu, Liter İV - tikintialtı sahəsi 12,2 kv.m olan hasar, Liter V - darvaza və Liter Vİ – qapıya və Cavabdeh3 MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında istifadədə olan 0,08846 ha torpaq sahəsində yerləşən 798,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli rb/km1173 saylı müqaviləsi, kredit müqaviləsinə 1 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşma və kredit müqaviləsinə 2 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşma müqaviləsi üzrə cəmi 70.249,64 ABŞ dolları və 2948 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli rb/km1173 saylı krdit müqaviləsinə 2 saylı xx.xx.2020-ci il tarixli Əlavə Razılaşma müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh3 MMCdən, Cavabdeh2 və Cavabdeh1 qalan borcun ümumi qaydada tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-83/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli, rb/km1173 saylı kredit müqaviləsi üzrə 48.774,11 ABŞ dolları məbləğində əsas borc, 2160,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün 15.022,37 ABŞ dolları məbləğində faiz, ümumilikdə 65.956,96 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla, dövlət rüsumunun əvəzi olaraq 140 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 260 manat məbləğində pul vəsaiti, qiymətləndirmə rəyinin verilməsinə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan Qax rayonu, Qaxbaş kəndində, 0,156 ha torpaq sahəsində yerləşən 595,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 380.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 MMC-yə qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında istifadədə olan 0,08846 ha torpaq sahəsində yerləşən 798,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 560.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 MMC-yə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmetləri olan Cavabdeh3 MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Qax rayonu, Qaxbaş kəndində, 0,156 ha torpaq sahəsində yerləşən 595,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh3 MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında istifadədə olan 0,08846 ha torpaq sahəsində yerləşən 798,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 35 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, əsas borc üzrə - 30.000 ABŞ dollarından yuxarı hissəsində, 2160,48 ABŞ dolları faiz borcu və müqavilə bitdikdən sonrakı müddət üçün hesablanmış 15.022,37 hissəsində ləğv edilib həmin hissədə rədd edilməsi və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində ləğv edilib təkrar ekspertiza keçirilərək real bazar dəyərinə uyğun ilkin satış qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbindən qismən imtina barədə ərizə verərək, iddia üzrə tələbin əsas kredit borcunun 25294,32 ABŞ dolları hissəsindən və tələbin Cavabdeh3 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında istifadədə olan 0,08846 ha torpaq sahəsində yerləşən 789,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və bu əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissəsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan qismən imtina edilmə qəbul edilməli, imtina edilən hissədə iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən qismən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının qismən iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən qismən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən qismən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə həmin hissədə iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı ASC-nin öz iddiasından qismən, yəni iddia tələblərinin əsas kredit borcunun 25294,32 ABŞ dolları hissəsindən və tələbin Cavabdeh3 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında istifadədə olan 0,08846 ha torpaq sahəsində yerləşən 789,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və bu əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissəsindən imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-83/2023 saylı qətnaməsi qismən, yəni əsas kredit borcunun 25294,32 ABŞ dolları hissəsində və tələbin Cavabdeh3 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında istifadədə olan 0,08846 ha torpaq sahəsində yerləşən 789,7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və bu əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissəsində ləğv edilsin. Həmin hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Azad İmanov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-489/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-489/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver