Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-49/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçınə qarşı qazdan istifadəyə görə borcun ödənilməsi barədə iddiası və İddiaçı Cavabdeh qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəyişərək cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 87335,6 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AKX-2/364 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə cavabdehə məxsus istixana Cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur. Cavabdeh İddiaçı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və istixanada təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə 23017,80 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 23017,80 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Eyni zamanda İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəyişərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 43170,4 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, "İddiaçı" MMC Salyan rayonu ərazisində yerləşən istixanada Cavabdeh ilə bağlanmış müqaviləyə uyğun təbii qazdan istifadə edir, tərəvəz məhsullarının istehsalı ilə məşğul olur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Cavabdeh nümayəndələri tərəfindən 2020-ci ilin fevral ayında istixanada quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac şirkət nümayəndəsinin iştirakı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsanlar aşkar edilmişdir. Bundan sonra cəmiyyətə 43170,40 manat cərimə hesablanmışdır. Qeyd olunan akt tərtib edilərək guya sayğacın işləmədiyi dövr üçün 2019-cu ilin iyun-2020-ci ilin fevral ayları üçün borc hesablanmışdır. Amma cavabdeh qurum nəzərə almayıb ki, hər ay "Cavabdeh" İB-nin nümayəndələri sayğaca baxış keçirir, sayğacın göstəricisini götürür və şirkətə hesab faktura təqdim edirlər. Bu səbəbdən də sayğacda nöqsanın olması qeyri- mümkündür. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-133/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair (İş № e-2-2(113)-133/2020) işin məhkəmənin icraatında olan İddiaçı MMC-nin Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair (İş № e-2-2(113)- 1621/2020) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilərək cavabdeh İddiaçındən təbii qazdan istifadəyə görə hesablanmış 44165,2 manat məbləğində borc və 15,2 manat dövlət rüsumu tutularaq iddia tələbi qalan hissədə təmin edilməmiş, İddiaçı iddiası təmin edilərək İddiaçınə məxsus Salyan rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 43170,4 manat məbləğində borcun silinməsi, 30 manat dövlət rüsumunun Cavabdehndən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Cavabdeh iddiasının təmin edilməsi, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, məhkəmə İddiaçı iddiasını bu əsasla təmin etmişdir ki, xx.xx.2020-ci il tarixli akt tərtib edilərkən yoxlama yoxlamaların vahid reyestrində qeydə alınmamışdır. Halbuki Cavabdeh tərəfindən istehlakçı İddiaçı MMC-yə məxsus istixanada hər hansı yoxlama həyata keçirilməmişdir. İstixananın sayğacı işləmədiyi üçün istismardan çıxarılmış və yoxlamaya göndərilmiş, laboratoriya rəyinə əsasən akt tərtib edilmiş və qeydə alınmayan qaz sərfi hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən qaz sayğaclarının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət istehlakçının üzərinə düşür. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "Cavabdeh" İB ilə istehlakçı İddiaçı MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-2/364 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-650 markalı ********** saylı sayğacla təmin edilmişdir. xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olan qaz xəttinin üzərində nəzarət üçün quraşdırılmış G-650 markalı ********** saylı sayğaca texniki baxış zamanı onun təzyiq sensorunda nasazlıq səbəbindən elektrik hissənin alarm rejimində işləməsi və təzyiq göstəricilərini düzgün qeydə almadığı, təzyiq göstəricilərə əsasən oktyabr ayı 4.13 bar, noyabr ayı 3.068 bar, dekabr ayı 1.7 bar, yanvar 0.58 bar, fevral ayı 0.63 bar qeydə alması və təzyiq çeviricisinin nasaz olması müəyyən olunmuşdur. Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə mexaniki göstərici 351704 kub.metr, xx.xx.2020-ci il tarixdə mexaniki göstərici 430874 kub.metr, fərq 79170 kub.metr qeydə alınmış, habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək agis bazasına daxil edilmiş sərfiyyatın 111120 kub.metr olduğunu nəzərə alaraq 79170-4.13=326972 kub.metr, 326972-111120=215852 kub.metr müəyyən edilmişdir. Rəydən aydın olur ki, qeyd edilən əlavə sərfiyyat sayğacın olmadığı dövr üçün düyil, düzgün işləmədiyi ehtimal edilən dövr üçün hesablanmışdır. xx.xx.2020-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC 2020-ci ilin fevral ayında qalıq və akt üzrə hesablanmış borcu 43170,4 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh İddiaçındən Cavabdeh xeyrinə təbii qazdan istifadəyə görə hesablanmış 44165,2 manat məbləğində borcun tutulması hissəsində mübahisələndirilməmişdir. Cavabdeh apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də qətnamənin mübahisələndirilən hissəsi xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında İddiaçınə hesablanmış 43170,4 manat məbləğində borcun silinməsi və həmin məbləğin istehlakçıdan tutulması barədə Cavabdeh iddiasının təmin edilmədiyi hissədir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından yoxlama hüquqi nəticə doğurmur. Bundan başqa, məhkəmə “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, “Qazdan istifadə qaydalarının” 5.2-ci bəndinə istinad edərək hesab etmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin dəlilləri aşağıdakılara əsasən əsassızdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdehə məxsus istixananın sayğacına texniki baxışın keçirilməsi yoxlama hesab edilmədiyi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınması tələb olunmamışdır. “Qaz təchizatı haqqında” Qanunun 3–cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. xx.xx.2020-ci il tarixli, ******* saylı aktın məzmunundan görünür ki, həmin tarixdə İddiaçınə məxsus obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunması məqsədi ilə obyektdə quraşdırılmış qaz sayğacına texniki baxış keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən texniki bахışın kеçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınmadığından hüquqi nəticəsi olmayan akt əsasında hesablanmış borcun silinməli olduğuna dair məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, hətta xx.xx.2020-ci il tarixdə ******* saylı aktla rəsmiləşdirilmiş texniki baxış yoxlamaların vahid reyestrində qeydə alınmış olsaydı belə həmin akt əsasında İddiaçınə əlavə sərfiyyat hesablanaraq 43170,4 manat məbləğində borc tələb edilməsi qanunsuz və əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Qanunda və “Qazdan istifadə qaydaları”nda istehlakçının müdaxiləsi olmadan yararsız vəziyyətə düşmüş sayğac dəyişdirildikdən sonra qaz təchizatçısının qaz sayğacının olmadığı dövr istisna olmaqla sayğacın düzgün işləmədiyi dövr üçün əlavə sərfiyyat hesablamaq hüququ və belə hesablamanın qaydası nəzərdə tutulmamışdır. Buna görə də, Cavabdeh istehlakçıdan tələb etdiyi 43170,4 manat məbləğində borcun hansı normaya əsasən hesablandığını göstərə bilməmişdir. Bundan əlavə Cavabdeh İddiaçınə məxsus istixananın sayğacındakı nasazlığın əlavə sərfiyyatın hesablandığı xx.xx.2019-cu il tarixdən yaranması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Abonent saldosuna əsasən istehlakçının qaz sərfiyyatındakı artım və ya azalmanın müəyyən edilməsi digər mötəbər sübutlar olmadan qaz sayğacının düzgün işləmədiyini təsdiq edən dəlil kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-49/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-49/2021
10.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver