Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-491/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) cavabdeh “X1 ve Gıda” MMC-yə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı əmlakların qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-479/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,50 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli 19/562 nömrəli müqavilə üzrə 31.03.2021-ci il tarixə yığılmış əsas borc ƏDV daxil 19.410,73 manat, dəbbə pulu üzrə 7.252,46 manat məbləğdə pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 200 manat məbləğdə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 26.863,19 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, 2.500 manat dəyərdə olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1.000 manat dəyərdə olan 1 ədəd matras, 1.000 manat dəyərdə olan 1 ədəd yazı masası, 300 manat dəyərdə olan 1 ədəd ofis masası, 1.700 manat dəyərdə olan 1 ədəd qəhvəyi tumba, 1000 manat dəyərdə 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı, 320 manat dəyərdə olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar, 750 manat dəyərdə 1 ədəd 2 şüşə qapılı klassik servant, 1.750 manat dəyərdə olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərdə olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərdə olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4.000 manat dəyərdə olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri, 300 manat dəyərdə olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 3.000 manat dəyərdə olan 4 ədəd boz klassik kreslo, 1.500 manat dəyərdə olan 1 ədəd dörd təkərli kreslo, 2000 manat dəyərdə olan 2 ədəd göy klassik naxışlı kreslo 125 manat dəyərdə olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərdə olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərdə olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərdə olan qab-qacaq dəsti, 500 manat dəyərdə 1 ədəd 2 şüşəli qapılı dolab, 1000 manat dəyərdə 1 ədəd ağ jurnal masası, 200 manat dəyərdə 1 ədəd komputer masası, 300 manat dəyərdə 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərdə 1 ədəd iki qapılı dolab, 800 manat dəyərdə 4 ədəd dolab şüşələri, 1800 manat dəyərdə 6 ədəd dolab şüşələri, 10 manat dəyərdə 1 ədəd qab-qacaq üçün ağ plastic saxlayıcı, 1000 manat dəyərdə 1 ədəd dərili puf, 300 manat dəyərdə mebel hissəsi olan qapaqlar, 250 manat dəyərdə mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərdə şkafın taxta hissələri, 300 manat dəyərdə olan bej mebel qapağı, 600 manat dəyərdə olan bej rəngli mebel qapısı, 750 manat dəyərdə olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərdə olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3000 manat dəyərdə 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 3000 manat dəyərdə yanğına qarşı sistem, 2700 manat dəyərdə qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələrinin, həmin əmlaklar olmadıqda isə onların dəyərinin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.03.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 19,410,73 manat məbləğdə əsas borc, 1.500 manat məbləğdə dəbbə pulu, cəmi 20.910,73 manat və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 2.500 manat dəyərdə olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1.000 manat dəyərdə olan 1 ədəd matras, 1.000 manat dəyərdə olan 1 ədəd yazı masası, 300 manat dəyərdə olan 1 ədəd ofis masası, 1.700 manat dəyərdə olan 1 ədəd qəhvəyi tumba, 1.000 manat dəyərdə 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı, 320 manat dəyərdə olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar, 750 manat dəyərdə 1 ədəd 2 şüşə qapılı klassik servant, 1.750 manat dəyərdə olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərdə olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərdə olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4000 manat dəyərdə olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri 300 manat dəyərdə olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 1500 manat dəyərdə olan 1 ədəd dörd təkərli kreslo, 2000 manat dəyərdə olan 2 ədəd göy klassik naxışlı krelso, 125 manat dəyərdə olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərdə olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərdə olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərdə olan qab-qacaq dəsti, 500 manat dəyərdə 1 ədəd 2 şüşəli qapılı dolab, 1.000 manat dəyərdə 1 ədəd ağ jurnal masası, 200 manat dəyərdə 1 ədəd komputer masası, 300 manat dəyərdə 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərdə 1 ədəd iki qapılı dolab, 800 manat dəyərdə 4 ədəd dolab şüşələri, 1800 manat dəyərdə 6 ədəd dolab şüşələri, 10 manat dəyərdə 1 ədəd qab-qacaq üçün ağ plastic saxlayıcı, 1000 manat dəyərdə 1 ədəd dərili puf, 300 manat dəyərdə mebel hissəsi olan qapaqlar, 250 manat dəyərdə mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərdə şkafın taxta hissələri, 300 manat dəyərdə olan bej mebel qapağı, 600 manat dəyərdə olan bej rəngli mebel qapısı, 750 manat dəyərdə olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərdə olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3000 manat dəyərdə 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 2700 manat dəyərdə qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələri, həmin əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində də apellyasiya şikayətində hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən məlum olur ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişi yerinə yetirilməmiş, şikayətdə “... qətnamə ilkin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi ...” məzmunda xahiş olunmuşdur. Göründüyü kimi, şikayətin tələb hissəsində həm ilk, həm qarşılıqlı iddialar ilə bağlı qeyri-müəyyən tələblər ifadə olunmuşdur. Belə ki, məhkəmə aktının ilk iddia təmin edilən hissədə ləğv edilməsi xahiş edilsə də, həmin hissədə mübahisənin (iddianın tam yaxud qismən) həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblər dəqiq ifadə edilməmişdir. Qarşılıqlı iddia ilə bağlı isə iddia tələbinin tam təmin edilməsi xahiş olunsa da ümumiyyətlə məhkəmə aktının qarşılıqlı iddia hissəsində ləğv olunması xahiş edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-479/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh “X1 ve Gıda” MMC-nin apellyasiyası qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-491/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-491/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver