Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-493/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Cavabdeh X10 və digərlərinə qarşı iddia tələbləri Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262,1603 hektar torpaq sahəsinin "Kadastr və Yerquluşu Layihə- Tədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad- Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən şimal-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X7 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010- cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262,1603 hektar torpaq sahəsinin "Kadastr və Yerquluşu LayihəTədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C-204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X3 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X5 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262,1603 hektar torpaq sahəsinin "Kadastr və Yerquluşu Layihə- Tədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-şərq hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X5 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X6, X2 və X4 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş 1.255 (bir min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə müştərək qaydada tutulması, X6, X2 və X4 iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir.
2. İddiaçı X10 qarşı “vurulmuş maddi zərərin əvəzi qismində 150 000 manat və mənəvi ziyanın əvəzi qismində 20 000 manat, cəmi 170 000 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması” tələbi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. X16 və İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdiyi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri olan 139 443 manatın Cavabdeh MMC-in hesabından onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, 2000-ci ilin əvvələrində yaxından tanıdıqları Biləsuvar rayon sakini X11 rayonun Arazbarı kəndi ərazisində olan 60 hektar torpaq sahəsini qoyunculuğun inkişafı üçün icarəyə götürdüyünü, ama imkan olmadığına görə torpağı münbitləşdirə bilmədiyini bildirmiş, Z.Məmmədovla aralarındakı razılamaya görə onlara məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində saxlamağa başlamış, gələcəkdə torpağı qanuni əsaslarla öz adlarına keçirib əsaslı təsərrüfat yaradacaqlarını planlaşdırmışlar. Bu məqsədlə 17 il ərzində torpağa vicdanla qulluq edib münbitləşdirmiş, 3500 3x3 metrdən artıq dirina çəkilmiş, 3 otaqlı yaşayış evi tikilmiş, çobanlar üçün 2 otaqdan ibarət yaşayış evi, sanitar qovşaqlar, hamam istifadəyə verilmiş, 3 ədəd hər biri 10 metr uzunluğunda hovuz, 1 ədəd 15 metr uzunluğunda tövlə tikilib istifadəyə verilmişdir. Yaşayış, qeyri-yaşayış, tikilmiş digər obyektlərə elektrik xətləri, transoformator, su xətləri, aqro-texniki qurğular və sairə işlər görülmüşdür. Bu işlərin görülməsi üçün 150 000 manata kimi pul xərclənmişdir. Hətta bu faktları Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinində göstərildiyi kimi X11 özü də etiraf edərək 5 nəfər şahidlər xx.xx.2021-ci il tarixdə Zaminin yazdığı aktı imzalayıb təsdiq etmişlər ki, göstərilən torpaq üzərində tikilmiş yaşayış və qeyri-yaşayış sahələri, obyektlər, qurğular X16 ilə birlikdə tikilmişdir. O tikililərin sahibləri də onlardır. Torpaq sahəsində aparılan tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi üçün işə cəlb edilən ekspert belə bir rəy vermişdir ki, görülmüş işlərin cəmi 139 943 manat qiymətləndirilir. Cavabdeh torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrinə və qurğulara çəkilmiş vəsaitin ödənilməsi barədə tədbir görmür.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad olunmuşdur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
8. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə qərar verilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə icraata X12 münasibətdə xitam verilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə İddiaçı iddia tələbinin təmin olunmaması qət edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, apellyasiya instansiyası məhkəməsinin aktından isə şikayət verilməmişdir.
Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Biləsuvar rayonu Arazbari kəndi ərazisində 60 hektar torpaq sahəsində apardığı yaşayış və qeyri-yaşayış tikililərinin və torpaq sahəsində aparılmış yaxşılaşma işlərinin dəyəri olan 139 943 manatın cavabdehin hesabından xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, 2000-ci ilin əvvəllərində yaxından tanıdığı Biləsuvar Rayon sakini X13 həmin rayonun Arazbari kəndi ərazisində olan 60 ha torpaq sahəsini, qoyunçuluğun inkişafı üçün icarəyə götürdüyünü, lakin imkanı olmadığından orada torpağın münbitləşdirilməsi və təsərrüfat qura bilmədiyini danışmış, Z.Məmmədovla razılaşmaya görə, ona məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində saxlamağa başlamışdır ki, gələcəkdə də torpağı qanuni əsaslarla öz adına keçirib orada əsaslı bir təsərrüfat yaratsın. Bu məqsədlə 17 il ərzində torpağı vicdanla qulluq edib münbitləşdirmişdir. Razılaşmaya uyğun olaraq, ötən müddət ərzində təsərrüfatın qurulması üçün torpaq sahəsinin hamarlanmasını təşkil etmiş, 3500 metr uzunluğunda 3x3 ölçüdə kanal çəkdirmiş, suvarma sistemlərinin yararlı hala gətirilməsi üçün keçidlərə borular yerlədirilmiş və əraziyə elektrik xətti çəkdirmişdir. Eləcə də, həmin ərazidə 3 otaqlı daş tikilidən ibarət yaşayış evi, hamam-tualet, 2 otaqlı daşdan çoban evi, 3 ədəd hər biri 10 metr uzunluğunda və 1 ədəd 15 metr uzunluğunda tövlə inşa etmiş və qoyunların yemlənməsi üçün 1 ədəd 15 metr uzunluğunda hovuz tikdirmişdir. Həmçinin südçülük istiqamətində olan inəklərin saxlanması üçün yem bazası yaratmaq məqsədilə 60 ha torpaq sahəsində arpa və çoxillik əkmə olan yonca əkmiş və həmin torpaq sahəsini X7 razılığı ilə təsərrüfatın yem bazası kimi "Biznes planda” göstərərək, İqtisadiyyat Nazirliyi Yanında X8 xətti ilə 50.000 manat məbləğində güzəştli kredit götürərək sözügedən təsərrüfata yönəltmişdir. Qeyd olunanları X7 iştirakı ilə tərtib edilmiş, xx.xx.2021-ci il tarixli Akt da təsdiq edir. Yuxarıda qeyd olunan işlərin görülməsi üçün birlikdə 150 000 manata kimi pul xərcləmişdir. Göstərilən faktlar Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi də bir daha təsdiq edilir. Həmin qətnamədən də göründüyü kimi, X13 özü də, etiraf edərək, 5 nəfər şahidlə birlikdə xx.xx.2021-ci il tarixdə Aktın tərtib edildiyini də etiraf etmişdir. Həmçinin, torpaq sahəsində apardığı tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi üçün ekspertiza keçirilmiş və ekspert tərəfindən verilmiş rəyə əsasən həmin torpaq sahəsində aparılmış işlərin dəyəri 139 943 manat dəyərləndirilmişdir. Onu da qeyd edir ki, "Azərsun Holding” şirkəti X10 qarşı “onun icarədə olan torpaq sahəsindən çıxarılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar Ryaon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq Z.Ş.Məmmədovun həmin sahədən çıxarılması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan da görünür ki, hazırda mübahisəli icarə torpaq sahəsi "Azərsun Holding” şirkətinin mülkiyyətindədir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə tərəfindən müəyyən edilən hallardan da görünür ki, o həmin torpaq sahəsində inşa etdiyi tikilələrə görə çəkdiyi xərclərin əvəzini Z.Ş.Məmmədovdan deyil, "Azərsun Holding” şirkətindən tələb etməlidir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi, o sözügedən 60 hektar torpaq sahəsində inşa olunmuş tikililər, yaxşılaşmalar hazırda "Azərsun Holdingin” mülkiyyətinə keçmişdir və bu səbəbdən də hesab edir ki, hazırki vəziyyətdə cavabdeh "Azərsun Holding” əsassız varlanan şəxsdir, ona görə də, əsassız varlanmış şəxs olaraq, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsinə çəkdiyi xərclərin dəyəri tutulmalıdır.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh nümayəndəsi isə iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu, buna görə də işin icraatına xitam verilməli olduğunu bildirmişdir.
14. Birinci instansiya məhkəməsinin 07 mart 2025-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilməsi qərara alınmışdır.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının əvvəl irəli sürdüyü iddia ilə, hazırkı iddianın predmeti və faktiki əsası eynidir; iddiaçı hər iki iddiada torpaq sahəsinə və tikililərə çəkilmiş xərclərin əvəzini tələb edir.
16. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.
17. Həmin qərardaddan iddiaçının verdiyi şikayət, məhkəmənin 02aprel 2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, eyni əsasla, lakin müxtəlif predmet - əsassız varlanmış şəxsdən pul tələbinə dair iddia ilə müraciət etmiş, bu iddianı ona görə qaldırmışdır ki, sözügedən ərazidə tikinti işləri apararaq adlarını sadalamadığı bir çox işlər görmüşdür. Necə ola bilər ki, “Azersun Holding” məhkəməyə təzyiq edərək işə xitam verdirsin və hakim də öz qulluq mövqeyinə yaraşmayan tərzdə tərəfkeşlik edərək bu hala göz yumsun. Əgər külli miqdarda balalarınının boğazından kəsərək, ailəsinin canı-qanı bahasına qoruyub saxladığı bu münbit torpaqda çəkdiyi əziyyətə heç bir qiymət verilmədən, şəhid ailəsinə dəymiş ziyana hakim göz yumursa, o zaman ona dəymiş ziyanı hakim və ya işə xitam verən məhkəmə ödəməyə borcludur. Çox asandır heç bir əziyyət çəkmədən gəlib vəzifədə oturmaq, bu işə xitam verəcək qədər rahat olmaq. Ama həmin ərazidə min bir zəhmətlə ərsəyə gətirdiyi işlər və çəkdiyi xərc isə bir o qədər zəhmətli və əzablıdır. Ona görə ki, işə baxan məhkəmə açıq aşkar qərəzli və tərəfkeş mövqe sərgiləyərək ona dəymiş ziyanın ödənilməsində, cavabdehdən alınıb ona verilməsində maraqlı deyil. Əgər hakim öz mülahizəsinə əsaslanacaq, bir zəhmətkeş şəhid ailə üzvünü elə bu formada əzəcəksə bu artıq məhkəmənin ədalətli olmadığını göstərən haldır.
Apellyasiya baxışı, izahatlar
19. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunmuş, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarının irəli sürülən iddia tələbi ilə qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi və bununla bağlı tərəflərin mövqelərinin aydınlaşdırılması üçün, şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılması məqsədəuyğun hesab edilmişdir.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin dəlillərini müdafiə edərək göstərmişdir ki, əvvəllər baxılan işdə o maddi ziyan tələb etmiş, hazırkı iddiasında isə əsassız varlanmış şəxsdən əsassız varlanma obyektini istəmişdir. Bu baxımdan, məhkəmə iddia üzrə icraata xitam verməklə qanunvericiliyin tələbini pozmuşdur.
21. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
23. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
24. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
25. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.
27. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
28. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı iddia tələbi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
29. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
30. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
31. İşdən görünür ki, İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin aid olduğu işdə baxılan iddia tələbini hazırda irəli sürdüyü iddia tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki olaraq hüquqi qiymət verilmişdir.
32. Sözügedən işə baxan məhkəmələr vurğulamışlar ki, “iddiaçının tikinti apardığını iddia etdiyi torpaq sahəsi üzərində cavabdeh hüquqi şəxsin hüquqları Dövlət tərəfindən tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı ona aid olmayan torpaq sahəsindən qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanı qanuni sahibindən tələb edir. Halbuki iddiaçının iddia tələbini yönəltdiyi cavabdeh həmin torpaq sahəsinin qanuni sahibidir. Eyni zamanda işin hallarından da ona hər hansı ziyanın dəyməsi və ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir”.
33. Buna görə də kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia tələbinə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 22, 23), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1248/2025 saylı iş üzrə 07 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan İddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva