Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-495/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin qanuni təmsilçisi X3 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı “kredit borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı ddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə: -xx.xx.2017-ci il tarixli, CBHK-0021-04 saylı müqavilə üzrə 66.500,00 avro əsas borc, xx xxxxxx 2017-ci il tarixə olan 1.348,47 avro faiz borcu və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 8.340,00 avro faiz borcu olmaqla, ümumilikdə, 76.188,47 avro məbləğində borcun; -xx.xx.2017-ci il tarixli CBHK-0021-05 saylı kredit müqaviləsi üzrə 150.000,00 manat əsas borc, xx.xx.2017-ci il tarixə olan 5.083,00 manat faiz borcu və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 18.666,00 manat faiz borcu, ümumilikdə, 173.749,00 manat məbləğində borcun; -xx.xx.2017-ci il tarixli DSF0003H nömrəli kredit müqaviləsi üzrə 450.000,00 manat əsas borc, 76.712,50 manat faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 35.812,00 manat faiz borcu, ümumilikdə, 562.524.50 manat məbləğində borcun; -kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 90 manat notariat xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun - tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən “X1 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC yenidən təşkil edilmiş və “X1 (CDB)”ASCnin fəaliyyətinə xitam verillərək onun hüquq və vəzifələri (aktiv və öhdəliklərinin) İddiaçı ASC-yə keçirilmiş və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən “X1 (CDB)” ASC-nin hüquqi varisi hesab olunmuşdur. hüquq və vəzifələri (aktiv və öhdəliklərinin) İddiaçı ASC-yə keçənədək “X1 (CDB)” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, CBHK-0021-04 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 10% olmaqla 6 ay müddətinə, cari xərclərin ödənilməsi üçün 66.500,00 avro məbləğində, onlar arasında bağlanmış xx.xx.2017-ci il tarixli, CBHK-0021- 05 nömrəli kredit müqaviləsinə əsasən cari xərclərin ödənilməsi məqsədilə zavoda 6 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla, 150.000,00 manat məbləğində, hüquq və vəzifələr ötürüldükdən sonra isə iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış DSF0003H nömrəli kredit müqaviləsinə əsasən zavoda dövriyyə vəsatinin artırılması məqsədilə 12 ay müddətinə, illik 17 faiz olmaqla, 450.000,00 manat məbləğində - kredit verilmişdir. Beləliklə də iddiaçı həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh üzərinə düşəş müqavilə öhdəliklərini yerinə yetirməmiş, bununla əlaqədar borcunun ödənilməsi bağlı ona ünvanlamış müraciət və pretenziya nəticəsiz qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün, tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, əsassız qərar qəbul etmişdir. Belə ki, mübahisələndirilən üç müqavilədən ikisi cavabdehlə “X2 (CDB) ASC arasında, biri isə soncunun hüquq varisi arasında bağlanmışdır. Bu baxımdan mübahisənin obyektiv araşıdırlması üçün kredit müqavilələri üzrə ayrı-ayrılıqda, o cümlədən, hüquqi varis kimi iddiaçı öz adından ayrılıqda məhkəməyə müraciət edilməliydi. Bundan əlavə iddiaçı “X2 (CDB) ASC-nin hüquqi varisi olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Çünki müqavilələrin tərəfləri başqabaşqa hüquqi şəxslərdir. Bundan əlavə, iş üzrə təyin edilmiş ekspertiza üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 17423223 nömrəli ekspert rəyinin nəticə hissəsində kredit müqavilələrinin şərtləri əsas götürülməklə, 1-ci müqavilə üzrə xx.xx.2017-ci il tarixə olan əsas borc 66.500 avro, faiz borcu 1330,22 avro, 2-ci müqavilə üzrə xx.xx.2017-ci il tarixə olan əsas borc 150.000,00 manat, faiz borcu 5000 manat, üçüncü müqavilə üzrə xx.xx.2018-ci il tarixə əsas borc 450.000 manat, faiz borcu 76.500,00 manat müəyyən edilmişdir. Lakin məhkəmə tərəfindən ekspert rəyi nəzərə alınmamışdır. Bundan əlavə eksperrtiza xx.xx.2019-cu il tarixdə təyin edilmiş, rəy isə xx.xx.2019-cu il tarixində tərtib edilmişdir. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ekspert rəyindən üç ay sonra xx.xx.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən dəqiqləşmə ilə bağlı ekspertiza təyin etməmiş, həmçinin yekun məhkəmə aktı qəbul edilərkən ekspert rəyinə istinad etməmişdir. Bundan əlavə məhkəmə çəkişmə prinsipini təmin etməmiş, cavabdehin məhkəmə prosesində iştirakı olmadan iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi E.Musayev və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, eyni zamanda, qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan olunan borcun düzgün hesablanmadığını da mübahisələndirməmiş, iddia olunan məbləğlərlə razılaşmadıqlarına aydınlıq da gətirə bilməmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, ilk öncə mübahisələndirir ki, bir kredit müqaviləsi (xx.xx.2017-ci il tarixli) onunla iddiaçı arasında bağlanmış, digər iki kredit müqaviləsi (xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli) isə “X2 (CDB) ASC- ilə bağlandığı halda, birincisi, bu sonuncunun hüquqi varisi olmasına dair sənəd mövcud deyil, ikincisi, kredit müqavilələri ayrı-ayrı hüquq şəxslərlə bağlandığından işlərə də ayrılıqda baxılmalı idi. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Birincisi ona görə ki, onun tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı “X2 (CDB) ASC-nin hşüquq varisi olub-olmadığı mübahisələndirilməmiş, əksinə, işin araşdırılmasında maraqlı olmüş, hətta iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasında təşəbbüskarlıq nümayiş etdirmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 04 saylı protokol qərarı ilə “X1 (“CDB”)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC yenidən təşkil edilmiş və CDBnin fəaliyyətinə xitam verilməklə onun hüquq və İddiaçı ASC-yə keçmiş və sonuncu xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə CDB-nin hüquqi varisi kimi qeydə alınmışdır. Cavabdehin müqavilələrin ayrı-ayrı hüquqi şəxslərlə bağlanmasına və ayrı-ayrı kredit müqavilələri üzrə borcun yarandığını əsas gətirməklə iddiaçı tərəfindən həmin müqavilələr üzrə tələblərin bir iddiada birləşdirməsinə və məhkəmə tərəfindən icraata qəbul olunub baxılmasına etiraz olunan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bir cavabdehə qarşı eyni növdən olan bir neçə tələbinin birləşdirilməsi və məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 149.3-cü və 169.3-cü maddələri ilə ziddiyyət təşkil etmir və bu qəbildən olan işlərə məhkəmə praktikasında baxılmasına yol verilir. Cavabdeh apellyasiya şikayətinin başqa bir dəlilində mübahisələndirir ki, iş üzrə təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 17423223 nömrəli ekspert rəyində qeyd olunan müqavilələrə müvafiq olaraq cavabdehin xx.xx.2017-ci il tarixə olan əsas borcu 66.500 avro, faiz borcu1330,22 avro, xx.xx.2017-ci il tarixə olan əsas borcu 150.000,00 manat, faiz borcu 5000 ,00 manat, xx.xx.2018-ci il tarixə olan olan əsas borcu 450.000 manat, faiz borcu 76.500,00 manat müəyyən edilsə də, məhkəmə tərəfindən həmin ekspert rəyi nəzərə alınmamışdır. Birincisi qeyd olunmalıdır ki, cavabdehin qeyd olunan dəlilləri anlaşılan deyil və onun tərəfindən konkret narazılığı nədə ifadə olunduğu və məhkəmənin qətnaməsi ilə ondan tutulması qət olunan hansı borc məbləğləri onu qane etmədiyi əsaslandırılmamışdır. Hər bir halda məhkəmə kollegiaysı cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, onunla iddiaçının hüquq varisi olduğu “X1 (CDB)” ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, CBHK-0021-04 saylı kredit müqaviləsinə əsasən illik 10% olmaqla, cavabdehə 6 ay müddətinə 66.500,00 avro ; -həmin bankla bağlanmış ikinci bir xx.xx.2017-ci il tarixli, CBHK-0021-05 nömrəli kredit müqaviləsinə əsasən isə illik 20 faiz dərəcəsi ilə 6 ay müddətinə150.000,00 manat; -İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, DSF0003H nömrəli kredit müqaviləsinə əsasən isə illik 17 faiz olmaqla, 12 ay müddətinə 450.000,00 manat kredit verilmişdir. Ekspert rəyində iddiaçının müqavilə müddətləri üzrə banka olan borcları aşağıdakı kimi müəyyən edilmişdir: - birinci, yəni, xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə - xx.xx.2017-ci il tarixinə olan 6 aylıq müqavilə müddəti ərzində - əsas borc 66.500,00 avro, faiz borcu 1330,22 avro; - ikinci müqavilə, yəni, xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci il tarixinə olan 6 ay müddətinə - əsas borc 150.000,00 manat, faiz borcu 5000,00 manat; - üçüncü, yəni, xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixinə olan 12 ay müddətinə - əsas borc 450.000,00 manat, faiz borcu 76.500,00 manat. Ekspert rəyinin qeyd olunan göstəriciləri ilə iddiaçının dəqiqləşdirilmiş iddia tələbləri ilə müqayisəli şəkildə təhlil olunduqda, bankın özü ilə bağlanmış üçüncü müqavilə üzrə həm əsas, həm də 12 aylıq müqavilə müddətinə hesablanan faiz borcu (76.500,00 manat) eynidir. Digər müqavilələrə gəldikdə isə, həmin müqavilələr üzrə də iddia təlbi ilə ekspert rəyinin göstəriciləri əsas borca münasibətdə eynidir, fərq yalnız, cüziliklə faiz borclarında müşahidə olunur. Belə ki, birinci müqavilə üzrə iddia tələbində ödənilməsi tələb olunan faiz borcu ekspert rəyində müəyyən olunan faiz borcuna münasibətdə 18,25 (1348,47-1330,22) avro, ikinci müqavilə üzrə isə 83( 5083-5000 ) manat artıqdır. Ekspert rəyinin təsviri - əsaslandırıcı hissəsində birinci müqavilə üzrə 1330,22 avro məbləğində müqavilə faizi 72 gün üçün (hər günə 18,47 avro olmaqla), ikinci müqavilə üzrə 34 gün üçün (hər günə 83,33 manatda) hesablandığı göstərilsə də, həmin günlərin hansı günləri və hansı vaxt dövrünü (tarixləri) əhatə etdiyi əsaslandırılmamışdır. Hesablama fərqi isə hər iki müqavilə üzrə cəmi bir gün təşkil edir. Məhkəmə kollegiyası dəqiqləşdirilmiş iddia tələbində təsbit olunan faiz məbləğlərinə daha inandırıcı yanaşır. Ən azından ona görə ki, ekspert rəyi alındıqdan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışında hər iki müqvilə üzrə müqavilə faiz məbləğləri də dəqiqləşdirilmişdir. Odur ki, qeyd edlilənləri, həm də fərqin də cüziliyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən kredit müqavilələr üzrə iddia tələbində ödənilməsi tələb olunan əsas borc və faiz borcu məbləğlərinin əsas götürülməsi və iddianın tam təmin olunması faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirilməlidir. İddiaçının kredit öhdəliyinin yerinə yetirilməsini gecikdirdiyinə görə cavabdehdən ödənilməsini tələb etdiyi illik beş faizə gəldikdə isə, bununla bağlı xüsusi biliyə və ekspert rəyinin alınmasına ehtiyac yoxdur. Çünki, Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından əsas borcdan hesablanmalı olan beş faiz məbləğinin adi riyazi üsulla da müəyyənləşdirilməsi çətinlik doğurmur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məcəllənin qeyd olunan tələbi baxımından araşdırma aparıldıqda, hər bir kredit müqaviləsi üzrə müddəti bitdiyi vaxtdan məhkəmədə iddia qaldırılanadək iddia olunan çərçivəsi aşağıdakı kimidir: birinci müqavilə üzrə xx.xx.2017-xx.xx.2020 (iki il yarım); ikinci müqavilə üzrə xx.xx.2017-xx.xx.2020 (iki il yarım), üçüncü müqavilə üzrə xx.xx.2018xx.xx.2020 ( bir il yarım). Adi riyazi üsulla hesablama aparıldıqda, həmin müddətlər çərçivəsində əsas borcdan, o cümlədən, 1-ci müqavilə üzrə 66.500 avrodan, 2-ci müqavilə üzrə 150.000 manatdan, 3-cü müqavilə üzrə 450.000 manatdan illik beş faiz məbləğləri iddiaçının tədqiq olunan xx.xx.2020-ci il tarixli maliyyə arayışında təsbit olunan illik beş faiz məbləğləri ilə uyğunluq təşkil edir. O cümlədən: birinci müqavilə üzrə 8340 avro, ikinci müqaviə üzrə 18.666 manat üçüncü müqavilə üzrə 35.812 manat. Beləliklə də, iddiaçının dəqiqləşdirilmiş iddia tələbləri üzrə mübahisələndirilən kredit müqavilələri üzrə əsas və faiz məbləğlərinin, kreditin qaytarılmasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq hesablanmış illik beş faizin həqiqliyi sübuta yetirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdeh MMC tərəfindən isə mülki qanunvericiliyin qeyd olunan imperativ tələbləri qaydasında mübahisələndirilən kredit müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməmiş, iddiaçıdan aldığı krediti məbləğlərini faizləri ilə birlikdə müqavilə müddətləri çərçivəsində qaytarmamış, iddia olnan borc məbləğləri həddində ona ziyan vurmuşdur. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunması işin hallarına və maddi hüquq normalarına uyğun sayır. Odur ki, cavabdehin apellyasiya şikayətinin işin düzgün, tam, hərtərəfli və obyektiv araşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini mübahisələndirən, habelə, iddia tələbinin ekspert rəyi verildikdən üç ay sonra dəqiqləşdirildiyini bildirək yormal xarakterli dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin çəkişmə prinsipini təmin etmədiyini və onun iştirakı olmadan iş üzrə yekun məhkəmə aktı qəbul etdiyini mübahisələnjirən dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarından görünür ki, poçt xidməti vastəsilə ona məhkəmə iclaslarının vaxtı və yeri barədə , rəsmi reyestrdə qeydə alınmış və kredit müqavilələrində göstərdiyi hüquqi ünvanı (ünvan 2 üzrə məhkəmə bildirişləri göndərilmiş, lakin “bu ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Belə olan halda, MPM-in 146-cı maddəsinin tələbi baxımından məhkəmə məhkəmə bildiri ona çatdırılmış hesab olunmalıdır. Çünki, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə də məhkəmə kollegiyası Cavabdeh MMC-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, mübahisəlndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-495/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-495/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver