Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-497/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X3, apelyasiya şikayəti vermiş Cavabdeh direktoru X4 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdehnə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 569/200 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh (VÖEN **********) apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 569/200 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbi təmin edilərək cavabdeh “Cavabdeh" kiçik müəssisəsindən cəmi 10.600 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun "İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən xx.xx.2020-ci il tarixdə “Cavabdeh" kiçik müəssisəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayəti üzrə araşdırma apararaq hesab edir ki, “Cavabdeh" kiçik müəssisəsinin apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı halda məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermiş “Cavabdeh" kiçik müəssisəsi İddiaçı BOKT QSC-nin iddia irəli sürdüyü və iş üzrə cavabdeh qismində cəlb edilməli olan “Cavabdeh" kiçik müəssisəsi deyil. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə 11.000 ABŞ dolları məbləğində kredit xəttinin açılması ilə bağlı xx.xx.1999-cu il tarixdə 10 saylı kredit müqaviləsini imzalamış, müqavilə imzalanarkən direktoru E.S.Mirzəyev, hüquqi ünvanı Bakı şəhəri, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz olmuş “Cavabdeh" kiçik müəssisəsinin iş materiallarına əlavə edilmiş nizamnaməsi xx.xx.1992-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmış, müəssisənin təsisçiləri X5, X8 olmuşdur. Hazırkı halda apelyasiya şikayəti vermiş “Cavabdeh" kiçik müəssisəsinin direktoru X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qeyd edilən kredit müqaviləsinin və borcun onlara heç bir aidiyyəti olmadığı halda iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin hüquqi ünvanı kimi onların hüquqi ünvanı qeyd edilmiş və qətnamənin icra mərhələsində icra sənədinin icrası onlardan tələb edildiyi üçün qətnamədən apelyasiya şikayəti verməyə məcbur olmuşlar. Direktor N.Hüseynli rəhbərlik etdiyi “Cavabdeh" kiçik müəssisəsinin nizamnaməsini və hüquqi şəxsin təsis müqaviləsini məhkəməyə təqdim etmiş, həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, hazırda apelyasiya şikayəti vermiş “Cavabdeh" kiçik müəssisəsinin təsis olunması barədə xx.xx.1993-cü il tarixdə müqavilə bağlanmış, 1994-cü ildə hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, müəssisənin təsisçiləri X10, X2, X6, hüquqi ünvanı ünvan 2 mənzil 2 olmuşdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti vermiş hüquqi şəxs iş üzrə tərəf olmadığından və iddiaçı "İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının iddiası üzrə qəbul edilmiş qətnamə onun maraqlarına toxunmadığından apelyasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə izah edir ki, hazırkı halda apelyasiya şikayəti vermiş “Cavabdeh" kiçik müəssisəsi Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 569/200 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədində cavabdeh qismində cəlb edilməli olan hüquqi şəxsin hüquqi ünvanının düzgün qeyd edilməməsi ilə əlaqədar yol verilmiş yanlışlığın düzəldilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 569/200 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh (VÖEN **********) apelyasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 569-/200 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh (VÖEN **********) apelyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-497/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-497/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver