Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-5/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi və ipoteka müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3, X6, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-122/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsinə əsasən bank borc alana 400.000 manat məbləğində illik faiz dərəcəsi 36 faiz olmaqla 120 ay müdətinə kredit limitinin ayrılması barədə razılığa gəlmişlər.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borc alanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipotekası; - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 369A saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipotekası; - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 181,3 kv.m, 0,026 ha torpaq sahəsindən ibarət olan Cavabdeh5 məxsus fərdi yaşayış evinin ipotekası; - Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsi, ev 1b, mənzil 26 ünvanında yerləşən ümumi sahəsi 104,2 kv.m, 66,9 kv.m yaşayış sahəsindən ibarət olan Cavabdeh4 məxsus mənzilin ipotekası; - 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilən zəmanət.
3. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 arasında kredit öhdəliyinin icrasının təminatı olaraq 24 may 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borc alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir.
4. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) və (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1- 0-14-17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin və ya zaminlər, 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı baş kredit müqaviləsi, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və hər ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borc alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir.
5. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) və (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1- 0-14-17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin və ya zaminlər, 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı baş kredit müqaviləsi, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borc alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir.
6. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 mülkiyyətində olan 135.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzil kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
7. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka qoyan) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus 60.000 manat dəyərində qiymətləndirilniş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
8. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka qoyan) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətində olan 200.000 manat dəyərində qiymətləndirilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. . 9. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında 25 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Cavabdeh5 məxsus ünvan 5da yerləşən, 5 otaqlı. 181.3 kv.m ümumi, 92.58 kv.m yaşayış, 88.72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evini kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir.
10. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor), Cavabdeh1 (borc alan) arasında xx.xx.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmaya əsasən borc alana verilən kreditin kreditləşmə mənbəyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan vəsait hesabına kreditor borc alana illik faiz dərəcəsi 6 faizlə 60 ay müddətinə 400.000 manat məbləğində kredit verilmişdir.
11. 3-SKMF-1-0-14-17 saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq edilmiş ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 400.000 manat, faizin məbləği 91.266,67 manat, cəmi ödəniləcək məbləğ 491.266,67 manat müəyyən edilmişdir.
12. İpoteka müqavilələri və ipotekaya tutmanın yönəldilməsi barədə bildirişlər qeydə alınmışdır.
13. "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli, LP-222/21, LP-223/21, LP224/21 və LP-225/21 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq ünvan 5 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin hazırkı bazar dəyəri 243.000 manat, likvid qiyməti 234.000 manat dəyərində; Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 369A saylı bağ evi ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyəri 261.000 manat, likvid qiyməti 243.000 manat dəyərində; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyəri 70.000 manat, likvid qiyməti 65.000 manat dəyərində və Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzilin hazırkı bazar dəyəri 157.500 manat, likvid qiyməti 149.000 manat dəyərində müəyyən edilmişdir.
14. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixinə əsas borcu 119.918,44 manat, faiz borcu 10.325,81 manat, cərimə borcu 2.662,73 manat olmaqla cəmi borc 132.906,98 manat təşkil edir.
15. Azərbaycan Respublikası İN yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı "xxxx" İKB ASCnin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı ASC iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2017-ci il 24 may tarixli kredit müqaviləsi üzrə 119.918,44 manat əsas borc, 10.325,81 manat faiz borcu və 2.662,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 132.906,98 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri. Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri. Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-nə ödənilməsi,tutmanın Cavabdeh5 qızma məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küç, 2-ci dalanda yerləşən 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun ünvan 5da yerləşən 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinin və 0,026 ha torpaq sahəsinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilinəsi, satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri. Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh5 məxsus ünvan 5da yerləşən, 5 otaqlı. 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 5da yerləşən 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi; X4 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 may 2017- ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il 24 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “3 saylı” filialından illik 36%-lə 120 ay müddətinə 400.000 manat məbləğində kredit limiti verilmişdir. 2017-ci il 26 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “3 saylı” filialından illik 6%-lə 60 ay müddətinə 400.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzili 2017-ci il 24 may tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evi 2017-ci il 24 may tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62.3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evi 2017-ci il 24 may tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh3, Cavabdeh2 və X2 ilə 2017-ci il 24 may tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2017-ci il 24 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 54 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il dekabrın 09-dək Cavabdeh1 2017-ci il 26 may tarixli kredit müqaviləsi üzrə banka 307.640,99 manat əsas, 1684,13 manat faiz borcu olmaqla ümumilikdə cəmi 309.325,12 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1996/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc və sair tələblərə dair 2(011)- 1996/2021 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-122/2022 saylı 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2017-ci il tarixli baş kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 119.918,44 manat məbləğində əsas borc, 10.325,81 manat məbləğində faiz borcu, 2.662,73 manat məbləğində dəbbə pulu, ümumilikdə 132.906,98 məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, S.Ə.Şirvani küçəsində yerləşən, 104,2 kv.m. ümumi, 66,9 kv.m. yaşayış, 37,3 kv.m. yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 149.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 243.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 65.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Quluyev küçəsi, 2-ci dalanda yerləşən 181,3 kv.m. ümumi, 92,58 kv.m. yaşayış, 88,72 kv.m. yardımçı sahədən və 0,026 kv.m. torpaq sahəsindən ibarət 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 234.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB) ilə Cavabdeh1 arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və həmin baş kredit müqaviləsi üzrə xx.xx.2017-cı il tarixli, 3-SKMF-1-0- 14-17 saylı kredit verilməsinə dair razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə 400.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə kredit müqaviləsi üzrə 119.918,44 manat məbləğində əsas və 10.325,81 manat məbləğində faiz borcu yaranmışdır.
21. İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Məhkəmə Cavabdeh1 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və xx.xx.2017-cı il tarixli, 3-SKMF1-0-14-17 saylı kredit verilməsinə dair razılaşma üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC cavabdehdən 119.918,44 manat məbləğində əsas və 10.325,81 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
23. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etməyi zəruri saymışdır ki, hesablanmış dəbbə pulu əsas borca nisbətən tənasübsüz surətdə yüksək deyildir və belə olan halda dəbbə pulunun məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas yoxdur.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi; İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 369A saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi; İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzil və İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2-ci dalan ünvanında yerləşən 7 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
25. Məhkəmə qeyd etmişdir ki, işin göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X10 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı, tələb üzrə tutma Cavabdeh3 tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, tələb üzrə tutma Cavabdeh3 tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı və tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Quluyev küçəsi, 2-ci dalanda yerləşən 181,3 kv.m. ümumi, 92,58 kv.m. yaşayış, 88,72 kv.m. yardımçı sahədən və 0,026 kv.m. torpaq sahəsindən ibarət 7 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ ümumi qaydada borcludan tutulmalıdır.
26. Qiymətləndiricinin rəylərində müəyyən edilmiş ipoteka predmetlərinin bazar dəyərlərinin və likvid qiymətlərinin həqiqəti əks etdirməməsi barədə Cavabdeh3 dəlillərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, cavabdeh istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsassız hesab edir.
27. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, S.Ə.Şirvani küçəsində yerləşən, 104,2 kv.m. ümumi, 66,9 kv.m. yaşayış, 37,3 kv.m. yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilin ilkin satış qiyməti 149.000 manat məbləğində; Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinin hazırkı ilkin satış qiyməti 243.000 manat məbləğində; Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinin hazırkı ilkin satış qiyməti 65.000 manat məbləğində və Bakı şəhəri, Xətai rayonu, R.Quluyev küçəsi, 2-ci dalanda yerləşən 181,3 kv.m. ümumi, 92,58 kv.m. yaşayış, 88,72 kv.m. yardımçı sahədən və 0,026 kv.m. torpaq sahəsindən ibarət 7 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 234.000 manat məbləğində müəyyən edilməlidir.
28. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, eləcə də sözügedən şəxslərin qeydiyyatdan çıxarılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın və digər şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur.
29. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh2 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh3 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı və İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh4 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14- 17 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borc alan Cavabdeh1 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və həmin baş kredit müqaviləsi üzrə xx.xx.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşdur. Buna görə də iddia borcun eyni zamanda zaminlərdən tutulması hissəsində təmin edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
30. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-122/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın Cavabdeh3 münasibətdə rədd edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin vaxtından əvvəl ləğv edilməsinin tələb edilməsinin əsasları yoxdur, tərəfin hüququ əhəmiyyətli dərəcədə pozulmamışdır. Müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Halbuki qətnamə ilə iddiaçı ona çatası bütün məbləği və faizləri, hətta dəbbəni də almış olur. Məhkəmə iclasında iştirak edərkən cavabdeh A.Səfgərəliyev bildirmişdir ki, 20 dekabr 2021-ci il tarixli LP223/2021 saylı rəydə qiymətləndirilmiş bağ evinin sahəsinin 16 sot olduğundan və ı qonşusu öz torpaq sahəsinin hər bir sotunu 8000 manata satdığından 369 A nömrəli bağ evinin torpağının likvid dəyəri 144.000 manat müəyyən olunmalı idi. Həmin bağ evinin ümümi sahəsinin 217 kv.m olduğunu, kv.m-nin ən ucuz qiymətlərlə 1200 manatdan hesablansa belə evin qiymətinin 260.000 manat olduğunu, yəni həmin rəydə likvid dəyərinin 404.000 manat müəyyən olunmalı halda cəmi 243.000 manat müəyyən olduğunu, 20 dekabr 2021-ci il tarixli LP224/2021 nömrəli qiymətləndirmə rəyinə gəlincə isə həmin bağ evinin 3 sot torpaq sahəsindən ibarət olduğunu, həmin bağ evinin hər bir sotunun 8000 manat dəyərində olduğunu, belə olan halda evin torpaq sahəsinin 24.000 manat müəyyən olunduğunu, həmin bağ evinin ümümi sahəsinin 62 kv.m. olduğunu, hər kv.m.-in qiyməti 1200 manat olmaqla evin dəyərinin 74.400 manat məbləğində müəyyən olunmalı olduğunu, lakin rəylə likvid dəyərinin 65.000 manat məbləğində müəyyən olunduğunu qeyd etmiş, eləcə də tələb olunan borcdan 20.000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Lakin məhkəmə qiymətləndirmə rəylərini araşdırmamış, göstərilmiş qiymətlərin əmlakın real bazar qiymətinə uyğun olub-olmadığını müəyyən etməmiş, hərrac üçün qabaqcadan real qiymətlərin yarısını müəyyən etməklə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Bu günkü gündə cavabdeh öz əmlakını hərracdan kənar sərbəst şəkildə 3 dəfə baha sata bilər və kreditin qalan borcunu 1 dəfəyə tam bağlaya bilər. Lakin məhkəmə bank tərəfindən təqdim edilmiş uydurma rəqəmlərə əsaslaqnan rəylərə istinad etməklə qanunun normasını pozmuşdur. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən çoxsaylı normalara istinad edilsə də, faktiki olaraq həmin normalar işin hallarına uyğun deyildir. Məhkəmə 119 918 manat əsas borc və 10 325 manat faiz borcu üçün nəyə görə ümumi dəyəri 1 milyon manata yaxın 4 fərqli əmlakın satışa çıxarıldığını izah etməmişdir. Dəbbə hissəsini tamamilə qəbul etmirik. Hazırkı iş üzrə hər hansı dəbbə sanksiyası tətbiq edilə bilməzdi, çünki müqavilə öhdəliyi üçün nəzərdə tutulan müddət bitməmişdir. Fazilərin hesablanması hələ davam edir və faizlərin mütləq əksər hissəsi artıq ödənilmişdir. Yəni Bank əldə edəcəyi gəliri artıq tam həcmdə əldə etmişdir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
33. İddiaçının X3 və X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
34. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
35. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə- tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə- müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddə-müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə- borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddə- əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
“İpoteka haqqında” Qanunun: 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
36. Qətnamə Cavabdeh3 tərəfindən qismən – iddianın Cavabdeh3 münasibətdə təmin edildiyi hissədə mübahisələndirdiyindən kredit borcunun məbləği ilə bağlı və Cavabdeh3 məxsus əmlaklara ipoteka predmeti kimi tutma yönəldilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-122/2022 nömrəli qətnaməsi dəyişdirilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi xx.xx.2020-ci ildən ləğv edilmiş hesab edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 81818,44 manat əsas borc, 136,72 manat faiz borcu, 7303,72 manat illik 5 faizlə əldən çıxmış fayda tutulmalıdır.
38. İşdən görünür ki, iddiaçı tərəfindən tərəflər arasında kredit müqavilənin ləğv edilməsi barədə iddia tələbi irəli sürülmüş və həmin tələb məhkəmə tərəfindən təmin edilmişdir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
40. İstinad edilən qərardakı hüquqi mövqeyə görə hazırkı halda bank tərəfindən cavabdehlərə kredit borcunun tam qaytarılması barədə kreditorun iradə ifadəsi olan məktub göndərildiyi andan kredit müqaviləsi ləğv edilmiş hesab olunur. İşdən görünür ki, hazırkı halda bank tərəfindən borcalan Cavabdeh1 ödənişlər razılaşdırılmış qrafik üzrə həyata keçirilmədiyi üçün bütün kredit borcunun 5 gün müddətində qaytarılması barədə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub xx.xx.2020-ci il tarixdə borcalana çatmışdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə dəyişdirilərək "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Baş kredit müqaviləsi və kredit razılaşması xx.xx.2020-ci ildən ləğv edilmiş hesab edilməli, müqavilə üzrə faizlər həmin tarixədək hesablanaraq tutulmalıdır.
41. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlər tərəfindən məhkəmə proseslərinin gedişində həyata keçirilmiş ödənişlər çıxılmaqla qalıq əsas borcun və xx.xx.2020-ci il tarixə müqavilə üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi üçün əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8152 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan faiz borcu 136,72 manat, iddia tələbinə sonuncu dəqiqləşmə verildiyi xx.xx.2022-ci il tarixdə illik 5 faizlə 7303,72 manat faiz borcu, xx.xx.2023-cü il tarixə qalıq əsas borcu 81818,44 manat təşkil etmişdir. Ekspert rəyindən və hesabdan çıxarışdan görünür ki, iş üzrə qətnamə qəbul edildikdən sonra 119.918,44 manat məbləğində əsas kredit borcundan cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 15.000, xx.xx.2022-ci il tarixdə 23100, xx.xx.2023-cü il tarixdə 3390 manat, cəmi 41490 manat ödəniş edilmişdir. Göründüyü kimi əsas borcun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilsə də, kredit müqaviləsinin ləğv edilmə tarixinə, müqavilə üzrə borcun hansı tarixədək tutulmalı olduğuna düzgün hüquqi qiymət verilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qətnamə dəyişdirilərək cavabdehlərdən 81818,44 manat əsas kredit borcu, 136,72 manat kredit müqaviləsi üzrə faiz borcu, illik 5 faizlə 7303,72 manat faiz borcu tutulmalıdır.
42. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Cavabdeh3 mülkiyyətində olan obyektlərin ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. İşdən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəylərinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 243.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 manat məbləğində müəyyən edilmişdir.
43. Apellyasiya şikayətinin bu dəlilinin yoxlanılması üçün işə apellyasiya qaydasında baxılarkən iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, MEM-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə tədqiqat obyektinə ekspert tərəfindən baxış keçirilməsi üçün təyin edilmiş vaxtda tərəflər gəlmədiklərindən ekspertizanın aparılmasından imtina edilmişdir. Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlakları likvid dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyindən daha artıq olduğuna dair cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən və cavabdeh ekspertiza tədqiqatı zamanı yerli baxışa şərait yaratmadığından məhkəmə apellyasiya şikayətini bu hissədə əsassız hesab edir.
44. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-122/2022 nömrəli qətnaməsi dəyişdirilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Baş kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşması xx.xx.2020-ci ildən ləğv edilmiş hesab edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 81818,44 manat əsas borc, 136,72 manat faiz borcu, 7303,72 manat illik 5 faizlə əldən çıxmış fayda tutulmalıdır.
45. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-122/2022 nömrəli qətnaməsi dəyişdirilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli baş kredit müqaviləsi və onun əsasında dayanmış kredit razılaşması xx.xx.2020-ci ildən ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 81.818,44 manat əsas borc, 136,72 manat faiz borcu, 7303,72 manat illik 5 faizlə əldən çıxmış fayda tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 200 manat ekspertiza xərci cavabdehlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.