Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-50/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı1 Nürəddin oğlunun və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-803/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi müəyyənetdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə faizlər üzrə ödənilmiş 105.125,41 manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə faizlər üzrə ödənilmiş 97.743,35 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 93 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda, Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh İddiaçı1 240.500 manat va cavabdeh İddiaçı2 171.000 manat vurulmuş ziyanın, 257.400 manat əldən çıxmış faydanın, vəkil xərcinin əvəzi olaraq 210 manat; ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 410 manat, qiymətləndiricinin hesabatlarına gorə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, dövlət rüsumunun əvəzi olaraq 850,27 manat məbləğinin isə cavabdehlər cavabdeh İddiaçı1 va İddiaçı2 müştərək qaydada tutularaq iddiaçı “Standard” Lizinq” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-803/2023 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı cavabdeh İddiaçı1 240.500 manat və qarşılıqlı cavabdeh İddiaçı2 171.000 manat məbləğində pul vəsaiti, eləcə də qarşılıqlı cavabdehlərdən müştərək qaydada mediasiya xərclərinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 350 manat, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş vəkil xərclərinin əvəzi olaraq 210 manat pul vəsaiti, digər məsrəflərin əvəzi olaraq 550 manat pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçılar və cavabdeh ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaya aid hissədə və qarşılıqlı iddiada irəli sürülmüş **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınların qaytarılmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsinə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, lizinq müqavilələrini maliyyələşdirmək üçün Cavabdeh MMC ilə “Bank Standard” KB arasında 36 ay müddətinə, 1 illik faiz dərəcəsi 16% olmaqla, 06 iyul 2012-ci il tarixli, 1xx/xx/2134/12 saylı; 13 iyul 2012-ci il tarixli, 1xx/xx/2196/12 saylı; 23 oktyabr 2012-ci il tarixli, 1xx/xx/2441/12 saylı; 08 fevral 2013-cü il tarixli, 1xx/xx/2603/13 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 1.4-cü bəndində göstərilir ki, kreditin iddiaçılara "xxxx" MMC-dən lizinq vasitəsilə “Shachman” və “HOWO” markalı yük avtomaşınlarının alınması məqsədilə verilməsinə baxmayaraq, sözügedən yük avtomaşınlarının alınması məqsədilə Cavabdeh MMC-nin bankdan götürdüyü kredit təyinatına uyğun istifadə edilməyib, lizinq obyektini satan "xxxx" MMC-yə cavabdeh lizinq obyektlərinin alınması üçün kredit götürülmüş puldan heç bir vəsait ödəməmişdir. Əksinə, "xxxx" MMC-dən lizinq obyektləri İddiaçı1 və İddiaçı2 ödədikləri pul vəsaitləri hesabına alınmış, nəticədə Cavabdeh MMC təyinatı üzrə istifadə edilməmiş kredit vəsaitlərini lizinq ödənişlərinə daxil edərək iddiaçılara ödətdirmişdir. Cavabdeh MMC-yə müqaviləyə xitam verilmiş xx.xx.2014-cü il tarixədək, cəmi 521.900 manat pul ödənilmişdir ki, bundan da 202868,76 manat faiz borcuna silinmişdir. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış lizinq müqavilələri üzrə müqavilələrə xitam verilən tarixədək, yəni xx.xx.2014-cü il tarixədək aylıq lizinq ödənişlərinin qrafik üzrə kredit faizi məbləği aşağıdakı kimi hesablanmış və İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir: 02 iyul 2012-ci il tarixli DLM231 saylı X3 Müqaviləsi üzrə 57353,70 manat; 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı X3 Müqaviləsi üzrə 38736,84 manat; 01 noyabr 2012-ci il tarixli DLM302 saylı X3 Müqaviləsi üzrə 9034,87 manat məbləğində, cəmi 105125,41 manat məbləğində faizlər üzrə ödəniş həyata keçirilmişdir. Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış lizinq müqavilələri üzrə müqavilələrə xitam verilən tarixədək, yəni xx.xx.2014-cü il tarixədək aylıq lizinq ödənişlərinin qrafik üzrə faiz məbləği aşağıdakı kimi hesablanmış və İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. 09 iyul 2012-ci il tarixli DLM237 saylı X3 Müqaviləsi üzrə 61100 manat; 04 fevral 2013-cü il tarixli DLM326 saylı X3 Müqaviləsi üzrə 36643,35 manat məbləğində, cəmi 97743,35 manat məbləğində faizlər üzrə ödəniş həyata keçirilmişdir. Yekun olaraq 202.868,76 manat faizlər üzrə ödənişlər ödənilmişdir. Göründüyü kimi iddianın əsasını tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli DLM231 saylı, 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı, 01 noyabr 2012-ci il tarixli DLM302 saylı, 09 iyul 2012-ci il tarixli DLM237 saylı və 04 fevral 2013-cü il tarixli DLM326 saylı X3 Müqavilələri və həmin müqavilələr üzrə aparılmış ödənişlər təşkil edir. Həmçinin iddiaçılar həmin müqavilələr üzrə lizinqə verilmiş avtomaşınların əldə olunması üçün sərf olunan pul vəsaitləri ilə bağlı hallara istinad edirlər. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında həmin lizinq müqavilələrindən irəli gələn məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)- 76/2016 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; 90- JZ726; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90-JU171; 90-JU172; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq Cavabdeh MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi üzrə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 08 iyul 2016-cı il tarixli Qətnaməsi qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; 90- JV-724; 90- JZ726; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90- JU-171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı 90-JU522; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq Cavabdeh MMC-yə qaytarılması» hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **- JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh MMC-yə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2-2(102)-201/19 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti tam, Cavabdeh MMC-nin kassasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-840/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 08 iyul 2016-cı il tarixli qətnaməsinin qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri «HOWO ZZ3317N3867W» markalı **-JV-***; 90- JV523; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU- ***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU- ***; 90- JV521 dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq Cavabdeh MMCyə qaytarılması» hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddiasının “iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri «HOWO ZZ3317N3867W» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; 90- JZ-728; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması” hissəsində rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312332 manat borc (241342 əsas borc, 70990 manat faiz), 1000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90-JU171; **-JU-***; 90- JU173 dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; 90- JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh MMC-yə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 290 manat pulun 145 manatı müştərək qaydada İddiaçı1 və İddiaçı2, 145 manatının isə Cavabdeh MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(102)-5/2021 saylı qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2- 2(103)-840/2019 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə qismən – “ilk iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi”nin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312.332 manat borcun (241.342 manat əsas borc, 70.990 manat faiz borcu) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-57/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyul 2016-cı il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 389.730 manat əsas məbləğ və 58.459,50 manat faiz məbləği, cəmi 448.189,5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-601/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2- 2(103)-57/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarlarından müəyən edilir ki, tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli DLM231 saylı, 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı, 01 noyabr 2012ci il tarixli DLM302 saylı, 09 iyul 2012-ci il tarixli DLM237 saylı və 04 fevral 2013-cü il tarixli DLM326 saylı X3 Müqavilələri üzrə aparılmış ödənişlərə dair hər iki tərəfin iddiaları mahiyyəti üzrə həll edilmişdir. Həmçinin iddiaçılar həmin işdə də müqavilələr üzrə lizinqə verilmiş avtomaşınların əldə olunması üçün sərf olunan pul vəsaitləri ilə bağlı hallara istinad etmişdir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.2-ci maddələrində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədini Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh MMCyə qaytarılmalı olan “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU- ***, 90-JU172, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU- ***, 90- JV-521, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** və **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərindən (yük avtomobillərindən) “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri tələbkar Cavabdeh MMC-yə təhvil verilməsi məqsədi ilə görünüşdə istismara yararsız vəziyyətdə borclu tərəfindən duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsinə əsasən «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **- JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən borclu tərəfindən həmin avtomobillərin tələbkara təhvil verilməsi mümkün deyildir. Hazırda Cavabdeh MMC məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan, lakin qaytarılmayan **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı avtomaşınların dəyərini zərər kimi İddiaçı1 və İddiaçı2 tutulması barədə iddia irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, həmin avtomaşınların Cavabdeh MMC-yə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə onların qaytarılmaması ilə bağlı mübahisə də icra icraatı qaydasında həll edilməlidir. Mülki Prosessual Məcəllənin əmlakın alınması ilə bağlı qətnamələrə dair müəyyən edilmiş tələblərdən də görünür ki, belə məsələlər icra mərhələsində həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 231.1-ci maddəsində isə təsbit edilmişdir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddiada irəli sürülmüş **-JV-***, **-JV- ***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınlarının qaytarılmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiaya iddia icraatı qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir Qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaya aid hissədə və qarşılıqlı iddiada irəli sürülmüş **-JV- ***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınların qaytarılmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsinə aid hissədə iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.3 və 262.4-cü maddələrinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-803/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiaya aid hissədə və Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiada irəli sürülmüş **-JV-***, **-JV-***, **- JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınların qaytarılmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsinə aid hissədə ləğv edilsin. Həmin hissələrdə iş üzrə icraata xitam verilsin. Cavabdeh MMC-yə izah olunsun ki, o, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ- ***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınların qaytarılmaması ilə bağlı mübahisəni icra icraatı qaydasında həll edə bilər. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-50/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-50/2024
04.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver